Indometasin 100 mq N6 rektal şam

Dərman formasıRektal şam
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat
İstehsal ölkəsiMoldova

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,40 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İNDOMETASİN rektal şamlar INDOMETACIN Beynəlxalq patentləşdirilməmiş adı: Indometacin

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 50 mq və ya 100mq indometasin vardır. Köməkçi maddələr: setil spirti, bərk yağ.

Təsviri

Silindrik-konik formalı, ağ və ya sarıyaçalan ağımtıl rəngli şamlardır. En kəsiyində hava və qıfvari boşluğunun olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat. ATC kodu: M01AB01.

Farmakoloji xüsusiyyətləri

Preparat iltihab əleyhinə, qızdırmasalıcı və ağrıkəsici təsir göstərir. Farmakodinamikası Preparatın təsir mexanizmi SOG fermentinin inhibə olunması ilə bağlıdır ki, bu da araxidon turşusundan prostaqlandinlərin sintezini zəiflədir, trombositlərin aqreqasiyasını tormozlayır. Preparat ağrı sindromunun zəifləməsinə səbəb olur, xüsusən oynaqların sakit vəziyyətində və hərəkət zamanı, səhər rigidliyini, oynaqlarda şişkinliyi azaldır və hərəkətlərin sərbəstliyini artırır. İltihab əleyhinə effekt müalicənin ilk həftəsinin sonunda yaranır. Farmakokinetikası Preparatın rektal istifadə zamanı maksimal konsentrasiyası 1 saatdan sonra qeyd olunur. Yarımxaricolma dövrü təxminən 4,5 saat təşkil edir. Qaraciyərdə metabolizə olunur. Bağırsaq- qaraciyər rezikulyasiyaya məruz qalır. Qanda dəyişilməmiş şəkildə və birləşməyən metabolit şəklində müəyyən olunur. Preparatın 60%-i sidiklə (metabolit və dəyişilməmiş şəkildə), 33%-i nəcislə (metabolit şəklində) xaric olur

İstifadəsinə göstərişlər

Oynaq sindromu (revmatoid artrit, osteoartrit, ankilozlaşdırıcı spondilit), onurğa sütünunda ağrılar, nevralgiya, mialgiya, yumşaq toxumaların və oynaqların travmatik iltihabı, revmatizm, birləşdirici toxumanın diffuz xəstəlikləri, dismenoreya. Burun-boğaz-qulaq orqanlarının infeksion-iltihabı xəstəliklərində, adneksit, prostatit, sistit zamanı köməkçi vasitə kimi istifadə olunur.

Əks göstərişlər

Preparata və digər QSİƏP-ə qarşı hiperhəssaslıq (anamnezdə asetil turşusunun qəbulu ilə əlaqədər bronxospazm, övrə ya rinit); qanyaradıcı funksiyanın pozğunluqları, qaraciyər və/və ya böyrək funksiyasının nəzərəçarpan pozğunluqları, ürək çatışmazlığının ağır formaları, arterial hipertenziya, pankreatit; müxtəlif mənşəli proktit və rektal qanaxmalar; hamiləliyin üçüncü trimestri; 14 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər və böyrək xəstəlikləri, MBT-ın xəstəlikləri, arterial hipertenziya, ürək çatışmazlığı zamanı, ciddi cərrahi əməliyyatdan dərhal sonra preparat ehtiyatla təyin olunur. Epilepsiya, psixi pozğunluqlar, görmə və eşitmə qabiliyyətinin pozğunluqları olan xəstələrdə preparat ehtiyatla istifadə edilir. Preparatın asetilsalisil turşusu ilə və digər QSİƏP-lə birgə istifadəsi məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat beta-adrenoblokatorların, saluretiklərin effektivliyini azaldır; dolayı təsirli antikoaqul- yantların təsirini gücləndirir; diflunizal ilə birgə istifadə zamanı MBT-dan güclü qanaxmaların əmələ gəlməsinin təhlükəsi mövcuddur. Probenesid ilə birgə istifadə zamanı indometasinin qan plazmasında konsentrasiyası yüksələ bilər. Siklosporin ilə birgə istifadə edildikdə sonuncunun toksik təsiri artır. İndometasinin gündə 3 dəfə 50mq dozada istifadəsi qan plazmasında litiumun konsentrasiyasını artırır və psixi xəstəlikləri olan xəstələrdə litiumun klirensini azaldır. İndometasin diqoksin ilə birgə istifadə edildikdə sonuncunun qan plazmasında konsentrasiyası yüksələ və yarımxaricolma dövrü arta bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İndometasini hamiləliyin üçüncü trimestrində istifadə etmək olmaz. Hamiləliyin 1-ci və 2-ci trimestrində, həmçinin laktasiya dövründə istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətdən, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat rektal istifadə olunur. Böyüklər: gündə 2-3 dəfə 50mq (1 ədəd 50 mq-lıq şam) və ya gündə 1-2 dəfə 100mq (1 ədəd 100 mq-lıq şam) müalicəvi dozalarda düz bağırsağa yeridilir maksimal gündəlik doza – 200mq, dəstəkləyici doza – 100 mq (yuxudan əvvəl). Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir

Əlavə təsirləri

Ürəkbulanma, qusma, anoreksiya, mədə nahiyəsində ağrılar, meteorizm, nəcis ifrazının pozğunluqları, MBT-ın eroziv-xora zədələnmələri, mədə-bağırsaq qanaxmaları; böyrək çatışmazlığı; başgicəllənmə, başağrısı, yuxuya meyllik, yorğunluq, depressiya; nadir hallarda – hepatit; allergik reaksiyalar; arterial hipertenziya, ürək ritminin pozulması, aplastik anemiya, leykopeniya, trombositopeniya; mayenin ləngiməsi, hiperqlikemiya, qlükozuriya, hiperkaliemi- ya. Yerli reaksiyalar: yandırma, qaşınma, düz bağırsağın selikli qişasının qıcıqlanması, tenezmlər, xroniki kolitin kəskinləşməsi.

Doza həddinin aşılması

İndometasinin rektal istifadəsi zamanı doza həddinin aşılması çox nadir hallarda qeyd edilir. Simptomlar: ürəkbulanma, qusma, şiddətli başağrısı, başgicəllənmə, yaddaşın pozulması və dezorientasiya. Ağır hallarda – paresteziya, ətraflarda keyləşmə, qıcolmalar. Müalicə simptomatikdir.

Buraxılış forması

Rektal suppozitoriyalar 100 mq-lıq: 6 suppozitoriya, PVX blisterlərdə. 1 blister (6 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir. 50 mq-lıq: 5 suppozitoriya, PVX blisterlərdə. 2 blister (10 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25ºC temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

FARMAPRİM MMC. Kişinyov şəh., Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Indometasin 100 mq N6 rektal şam” üçün ilk rəyi siz yazın.