GLISIN 0,1 GR 50 TB.

Dərman formasıTablet
Farmakoloji təsirMetabolik vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,30 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QLİSİN dilaltı tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq qlisin (aminosirkə turşusu) vardır. Köməkçi maddələr: suda həll olan metilsellüloza, maqnezium stearat.

Təsviri

Ağ rəngli, yastı silindrik formalı, iti kənarlı, mərmər elementi olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Metabolik vasitə. ATC kodu: N06BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Qlisin maddələr mübadiləsinin tənzimləyicisi olub, mərkəzi sinir sistemində qoruyucu tormozlanmanı normallaşdırır və aktivləşdirir, psixoemosional gərginliyi azaldır, zehni iş qabiliyyətini artırır. Qlisin, qlisin- və QAYT-ergik, alfa-1-adrenoblokadaedici, antioksidant, antitoksik təsirlərə malikdir; qlutamat (NMDA) reseptorların fəaliyyətini tənzimləyir ki, bunun da hesabına aşağıdakı xüsusiyyətlərə malikdir: – psixoemosional gərginliyi, aqressivliyi, münaqişəni azaldır, sosial adaptasiyanı artırır; – əhval-ruhiyyəni yüksəldir; – yuxuyagetməni asanlaşdırır və yuxunu normallaşdırır; – əqli iş qabiliyyətini artırır; – vegetativ-damar pozğunluğunu (o cümlədən, klimakterik dövrdə) azaldır; – işemik insult və kəllə-beyin travması zamanı beyin pozulmalarının təzahürünü zəiflədir; – alkoqolun və MSS-nin funksiyasını zəiflədən digər dərman vasitələrinin toksik təsirini azaldır. Farmakokinetikası Bioloji mayelərin əksəriyyətinə, orqanizmin toxumalarına, o cümlədən, baş-beyinə asanlıqla daxil olur; su və karbon qazına qədər metabolizmə uğrayır, toxumalarda toplanması baş vermir.

İstifadəsinə göstərişlər

– Əqli iş qabiliyyətinin zəifləməsi; – stress vəziyyətləri – psixoemosional gərginliklər (imtahanlar dövrü, münaqişəli və s. vəziyyətlər); – uşaqlarda və yeniyetmələrdə davranışın deviant (kənara çıxan) formaları; – yüksək oyanıqlıq, artması, emosional qeyri-stabillik, əqli iş qabiliyyətinin azalması və yuxunun pozulması ilə müşayiət olunan sinir sisteminin müxtəlif funksional və üzvi xəstəlikləri zamanı: nevrozlar, nevrozabənzər vəziyyətlər və vegetativ-damar distoniyası, neyroinfeksiyaların və kəllə-beyin travmalarının nəticələri, ensefalopatiyanın perinatal və digər formaları (o cümlədən, alkoqol genezli); – işemik insult.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək fərdi hassaslıq. Digər dərman vasitəsitələri ilə qarşılıqlı təsiri Antipsixotik vasitələrin (neyroleptiklərin), anksiolitiklərin, antidepressantların, yuxugətiricilərin və qıcolmaəleyhinə vasitələrin əlavə təsirlərinin təzahürünü zəiflədir.

İstifadə qaydası və dozası

Qlisin dilaltı və ya transbukkal 100 mq dozada (tablet və ya əzildikdən sonra toz şəklində) istifadə edilir. Praktiki sağlam uşaqlara, yeniyetmələrə və böyüklərə psixoemosional gərginliklər, yaddaşın, diqqətin, əqli iş qabiliyyətinin zəifləməsi, əqlin ikişafdan qalması, davranışın deviant formaları zamanı 14-30 gün ərzində gündə 2-3 dəfə 1 tablet təyin edilir. Oyanıqlığın artması, emosional labillik və yuxunun pozulması ilə müşayiət edilən sinir sisteminin funksional və üzvi zədələnmələri zamanı 3 yaşa qədər uşaqlara 7-14 gün ərzində gündə 2-3 dəfə 0,5 tablet (50 mq), sonradan 7-10 gündə ərzində gündə 1 dəfə 50 mq təyin edilir. Sutkalıq doza 100-150 mq, kurs dozası 2000-2600 mq təşkil edir. 3 yaşdan yuxarı uşaqlara və böyüklərə gündə 2-3 dəfə 1 tablet təyin edilir, müalicə kursu 7-14 günür. Müalicə kursunu 30 günə qədər artırmaq olar, ehtiyac olduqda, kursu 30 gündən sonra təkrarlamaq olar. Yuxunun pozulması zamanı qlisin yatmazdan 20 dəqiqə qabaq və ya bilavasitə yatmazdan əvvəl 0,5-1 tablet (yaşdan asılı olaraq) təyin edilir. Beyinin işemik insultu zamanı: insultun inkişafının ilk 3-6 saatı ərzində 1000 mq transbukkal və ya bir çay qaşığı su ilə dilaltı, sonradan 1-5 sutka ərzində gündə 1000 mq, sonrakı 30 gün ərzində sutkada 3 dəfə 1-2 tablet təyin edilir. Narkologiyada qlisin, ensefalopatiya təzahürləri zamanaı remissiya dövründə əqli iş qabiliyyətini artıran və psixoemosional gərginliyi azaldan vasitə qismində, mərkəzi və periferik sinir sisteminin üzvi zədələnmələrində 14-0 gün ərzində gündə 2-3 dəfə 1 tablet istifadə edilir. Ehtiyac olduqda, kurs 4-6 dəfə təkrarlanır.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.

Buraxılış forması

100 mq-lıq dilaltı tabletlər. 50 tablet, konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlıq müddəti 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Biotiki” TEİK MMC, Rusiya Federasiyası Ünvan Rusiya Federasiyası, 115404, Moskva ş., 6-cı Radialnaya k., ev 24, bina 14. Tel.: +7 (495) 327-86-30.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GLISIN 0,1 GR 50 TB.” üçün ilk rəyi siz yazın.