Gentamisin 0,1 % 15 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirAntibiotik-aminoqlikozid
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,72 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

GENTAMİSİN-AKOS xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Gentamicin

Tərkibi

Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,1 q gentamisin sulfat (gentamisin hesabı ilə) vardır. Köməkçi maddələr: bərk neft parafini, vazelin.

Təsviri

Ağ rəngdən sarıya qədər rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Antibiotik-aminoqlikozid. ATC kodu: D06AX07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Gentamisin – aminoqlikozidlər qrupuna daxil olan geniş təsir spektrinə malik bakterisid antibiotikdir. Preparat ribosomların 30S subvahidi ilə birləşir və zülal biozintezinə pozucu təsir göstərərək, nəqledici və məlumat ribonuklein turşusu kompleksinin əmələ gəlməsinə mane olur və bu zaman, genetik kodun yanlış oxunması və qeyri-funksional zülalların əmələ gəlməsi müşahidə olunur; poliribosomlar parçalanır və zülal sintez etmək (bakteriostaz) qabiliyyətini itirir. Digər antibiotiklərdən fərqli olaraq, aminoqlikozidlər bakterisid təsir nümayiş etdirir – yüksək konsentrasiyalarda hüceyrə membranlarının baryer funksiyalarını aşağı salır və mikroorqanizmlərin tələf olmasına səbəb olur. Staphylococcus spp., Streptococcus spp., Proteus vulgaris, Escherichia coli, Pseudomonas aeriginosa, Enterobacter aerogenes mikroorqanizmlərinin törətdikləri bakterial mənşəli dəri infeksiyalarına qarşı yüksək effektivlik nümayiş etdirir. Farmakokinetikası Xaricə istifadə edildikdə, preparat demək olar ki, sorulmur. Dəri səthinin geniş sahələrindən, zədələnmiş (yaralar, yanıqlar) və ya qranulyasion toxuma ilə örtülmüş nahiyələrdən sürətlə sorulur.

İstifadəsinə göstərişlər

Həssas mikrofloranın səbəb olduğu dəri və yumşaq toxumaların bakterial infeksiyaları – piodermiya (o cümlədən qanqrenoz piodermiya), səthi follikulit, furunkulyoz, sikoz, paronixiya (dolama). İnfeksiyalaşmış: dermatitlər (o cümlədən kontakt, seboreya və ekzematoz dermatitlər), xoralar (o cümlədən varikoz xoralar), yaralar (o cümlədən cərrahi, gec sağalan yaralar), yanıqlar (o cümlədən bitki mənşəli yanıqlar), həşərat sancmaları, dəri absesləri və kistalar, “vulqar” sızanaqlar; göbələk və virus mənşəli dəri infeksiyaları zamanı ikincili bakterial infeksiyalaşma.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı (o cümlədən anamnezdə digər aminoqlikozidlərə qarşı qeyd olunan) hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Geniş dəri səthləri üzərində istifadəsi üçün zərurət yarandığı hallarda – eşitmə sinirinin nevriti, miasteniya, parkinsonizm, botulizm, böyrək çatışmazlığı (o cümlədən azotemiya və uremiya ilə müşayiət olunan ağır dərəcəli xroniki böyrək çatışmazlığı), yenidoğulmuş uşaqlar, vaxtından əvvəl doğulmuş uşaqlar, yaşlı pasiyentlər, hamiləlik dövrü, laktasiya dövrü. Dölə təsir kateqoriyası – B. Preparatın uzun müddət ərzində istifadəsi zamanı rezistentliyin inkişaf etməsi ehtimal olunur və bu səbəbdən, müalicə preparatın antibiotikoqrammasının nəzarəti altında aparılmalıdır. Göstərilən vəziyyətlərdə müalicə dayandırılmalıdır və müvafiq terapiya təyin edilməlidir. Geniş dəri səthləri üzərində istifadə edildikdə, xüsusilə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın rezorbtiv təsir ehtimalı nəzərə alınmalıdır. 1 həftə müddətində terapevtik effekt müşahidə olunmadığı təqdirdə, həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Gentamisin-AKOS preparatı ilə eyni zamanda və ya müalicə kursu tamamlandıqdan sonra (geniş səthlər üzərində və/və ya uzun müddət ərzində istifadə edildikdə), pasiyentə mikrob əleyhinə preparatlar və otonefrotoksik təsirə malik digər preparatlar təyin edilə bilməz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi ilə əlaqəli kifayət qədər təcrübə yoxdur. Preparatın istifadəsi yalnız, gözlənilən müalicəvi effekt ehtimal edilən əlavə effektlərin inkişaf etmə riskindən üstün olduğu hallarda mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi müddətində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməyə və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb olunan digər fəaliyyət növləri ilə məşğul olmağa icazə verilir.

İstifadə qaydası və dozası

Preparat xaricə istifadə edilir! Məlhəm nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə sutkada 3-4 dəfə çəkilməlidir. Müalicə kursu 7-14 gün təşkil edir. Müalicənin davametmə müddəti həkim tərəfindən müəyyən edilir. Məlhəm quru dəri infeksiyalarının müalicəsi üçün (o cümlədən ekzema və ya psoriaz fonunda) istifadə edilir. Zərurət yarandığı hallarda, sarğıdan istifadə etmək olar.

Əlavə təsirləri

Allergik reaksiyalar: yerli – dəri üzərində səpgilər, qaşınma, dərinin hiperemiyası, yanğı hissi; nadir hallarda generalizəolunmuş reaksiyalar – qızdırma, angionevrotik ödem, eozinofiliya. Dəri səthinin geniş sahələrindən sorulduqda, sistem effektlərin meydana çıxması ehtimal edilir.

Buraxılış forması

Xaricə istifadə üçün nəzərdə tutulmuş 0,1%-li məlhəm. 15 q məlhəm alüminium tubda.1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. Qeydiyyat vəsiqəsinin sahibi/İstehsalçı/İradları qəbul edən təşkilat “Sintez” Tibbi preparatların və ləvazimatların Kurqan Açıq Səhmdar Cəmiyyəti” Açıq Səhmdar Cəmiyyəti (“Sintez” ASC). Ünvan Rusiya Federasiyası, 640008, Kurqan vilayəti, Kurqan şəh., Konstitusiya prospekti, ev 7. Telefon: + 7 (495) 646-28-68. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Gentamisin 0,1 % 15 q məlhəm” üçün ilk rəyi siz yazın.