GASTRICUMEEL N50 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,44 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
QASTRİKUMEL tabletlər GASTRICUMEEL
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Argentum nitricum D6 30 mq; Acidum arsenicosum D6 30 mq; Pulsatilla pratensis D4 60 mq; Strychnos nux- vomica D4 60 mq; Carbo vegetabilis D6 60 mq; Stibium sulfuratum nigrum D6 60 mq. Köməkçi maddələr: maqnezium stearat.
Təsviri
Yuvarlaq, fasetli hamar səthli, ağdan sarı-ağ rəngə qədər dəyişən, iysiz tabletlərdir.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. ATC kodu: A16A Digər həzm traktı və metabolizm məhsulları.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində adətən potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki qastrit, mədə qıcqırması, meteorizm.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində laktoza var. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə, həkimə müraciət etmək lazımdır. Qeyd: Xroniki reflüks və mədə qıcqırması müvafiq tibbi araşdırma tələb edir. 12 yaşdan kiçik uşaqlarda qastrit və mədə qıcqırması kimi simptomlar müşahidə olunarsa, bu dərmanı qəbul etməzdən əvvəl həkimə müraciət edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsirlə bağlı məlumat bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Digər təyinat olmadıqda Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya 2 yaşından kiçik: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6–11 yaş: 1 tablet gündə 2 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Pediatriya 2 yaşından kiçik: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 4 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 6 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6–11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir, gündə 8 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Tableti ağızda həll edərək udmaq olar. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu homeopatik dərman vasitəsinin də əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Buraxılış forması
50 tablet, plastik flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/ Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH . Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.