GAMALATE B6 20 TB.

Dərman formasıTablet
Farmakoloji təsirPsixoanaleptik. Digər psixostimulyatorlar və nootroplar
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QAMALAT B6 oral istifadə üçün məhlul 80 ml GAMALATE B6

Tərkibi

Təsiredici maddə: 100 ml oral istifadə üçün məhlulun tərkibində 2 q maqnezium-qlütomat hidrobromid, 2 q qamma-aminoyağ turşusu (QAYT), 1 q qamma- amino- beta-hidroksiyağ turşusu (QAHYT) və 1 q Vitamin B6 vardır. Köməkçi maddələr: limon turusu, natrium saxarin, metil parahidroksibenzoat, propil-para- hidroksibenzoat, moruq essensialı, narıncı rəng PAL super 85 % C.İ.15,985, sorbitol, təmizlənmiş su.

Təsviri

Oral istifadə üçün məhlul, burulma (vintli) qapaqlı, kəhrəba rəngli şüşə flakonda.

Farmakoterapevtik qrupu

Psixoanaleptik. Digər psixostimulyatorlar və nootroplar. ATC kodu: N06BX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Qamma-aminoyağ turşusu (QAYT) post-sinaptik inhibitor kimi təsir göstərir. İnsan beynində metabolizmə uğrayaraq transaminləşmə və dekarboksilləşmə nəticəsində Krebs dövranına aid olan kəhrəba turşusuna çevrilir. Baş beyində QAYT-ın vəziyyətinə və tərkibinə təsir göstərən faktorlar beynin fəaliyyətinə nəzərəçarpacaq təsir göstərir. Beləliklə, QAYT-ın səviyyəsi qlütamin turşusunun dekarboksilləşməsindən və QAYT-ı aradan qaldıran transaminazanın aktivliyindən asılıdır. Yüksək oyanıqlıq vəziyyətlər zamanı sinaptik ötürmələr səviyyəsində anomaliyalar aşkar olunur. QAYT-ın tərkibindəki qlütamin turşusunun fermentativ transformasiyası üçün lazım olan səviyyəsi o hallarda azalır ki, QAYT və qlütamin turşusu, neyrotrasmissiya modulyatorunun səviyyəsi isə artmış olsun. Qamalat B6-nın funksiyası xarici təsirlər nəticəsində QAYT çatışmazlığının təcili bərpası və onun sinaptik səviyyədə istehsalında iştirak edən metabolik biokimyəvi proseslərinin əlavə olaraq normallaşdırılmasından ibarətdir. Tərkibində QAYT və QAHYT (QAYT-ın prekursoru) olduğuna görə yüksək oyanıqlıq vəziyyətlərdə (aşırı həyəcanlı hallarda) QAYT-ın azalmış səviyyəsini dərhal bərpaetmə qabiliyyətinə malikdir. Tərkibindəki MQH (maqneziumqlütomat hidrobromid) qlütamat reseptorlarının aqonisti kimi fəaliyyət göstərərək reseptorları blokada edir, bu səbəbdən əmələ gələn qıcıqlanmanı aradan qaldırır. Bundan əlavə, qlütamin turşusunun QAYT-a çevrilməsində koferment rolunu oynayan piridoksin bu metabolik çevrilməni aktivləşdirir. Farmakokinetikası Qamalat oral məhlul daxilə qəbul zamanı yaxşı solurur.

İstifadəsinə göstərişlər

Böyüklərdə Funksional asteniyalar zamanı Emosional labillik Fikrin dağınıqlığı və yaddaş pozğunluğu Depressiya və əsəb pozğunluqları Adaptasiya mexanizmlərinin pozulması Uşaqlarda Uşaqlarda davranış pozğunluğu (hiperaktivlik) və əqli inkifaşdan geriqalma Diqqətin və tədrisi qavramanın zəifləməsi Sosial, ailə və məktəb dezadaptasiyası

Əks göstərişlər

Tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tərkibində metilparahidroksibenzoat, propilparahidroksibenzoatın natrium duzu, sorbit. Bu dərman vasitəsinin tərkibində sorbit vardır. İrsi fruktoza qəbul edə bilməyən pasiyentlər bu dərmanı qəbul etməməlidirlər. Bu dərman vasitəsinin tərkibində hər 5ml-də 3 qr sorbit olduğu üçün zəif işlədici təsir göstərə bilər. Sorbitin kalori dəyəri 2.6kkal/qr-dır. Onun tərkibində narıncı sarısı S (E-110) olduğuna görə, xüsusən də asetilsalisilə qarşı allergiyası olan pasiyentlərdə astma əmələ gətirə bilər. Preparatın tərkibində metilparahidroksibenzoat, propilparahidroksibenzoatın natrium duzu olduğundan allergik reaksiyalar (geçikmə də mümkündür) meydana gələ bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın qəbulu tam öyrənilməyib. Hamilə, hamiləliyi planlaşdıran və laktasiya dövründə olan qadınlara yalnız o halda təyin edilə bilər ki, gözlənilən terapevtik effekt istənilən mümkün arzuolunmaz riskdən yüksək olsun. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tədqiq edilməyib.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. 0-2 yaş gündə 3 dəfə 2,5 ml 2-4 yaş gündə 3 dəfə 5 ml 4-7 yaş gündə 2 dəfə 10 ml 7 yaşdan yuxarı gündə 2-3 dəfə 10 ml Böyüklərə: gündə 2-3 dəfə 10 ml Bu dozalar həkim təyinatı ilə dəyişə bilər.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlə təyin edilir: Çox nadir hallarda (< 1/10000); Sinir sistemində baş verən pozğunluqlar: ekstrapiramid reaksiyalar. Respirator, torakal və ortadivar pozğunluqları: təngnəfəslik, bronxospazm. Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, təsadüfi diareya, kserostomiya, qəbizlik, xolestatik sarılıq. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: qızartı, övrə, eritema, purpura, ekzema.

Doza həddinin aşılması

Preparat minimal toksikliyə malik olduğundan doza artıqlığı müşahidə olunmur. Hər hansı arzuolunmaz effekt olduqda simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

80 ml məhlul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

FERRER INTERNACIONAL, S.A. Ünvan Gran Via Carlos III, 94 08028 Barcelona (İSPANİYA).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“GAMALATE B6 20 TB.” üçün ilk rəyi siz yazın.