Furosemid 1 % 2 ml N10 inyeksiya Borisov
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Yüksək doza həddinə malik diuretiklər (ilgək diuretikləri). Sulfonamidlər |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,98 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl, içlik vərəqəsini sona qədər oxuyun, burada Sizin üçün vacib məlumatlar vardır. İçlik vərəqəsini atmayın. Onu təkrar oxumaq lazım gələ bilər. Əlavə suallar meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Bu dərman vasitəsi məhz Sizə təyin olunub. Onu digər şəxslərə vermək olmaz. Bu onların sağlamlığına zərər verə bilər, hətta onlardakı simptomlar Sizinki ilə eyni olsa belə. Hər hansı əlavə təsir yarandıqda, həkimə müraciət edin. Bu tövsiyə, içlik vərəqədə qeyd edilməyən istənilən arzuolunmaz reaksiyalara da şamil edilir. FUROSEMİD 10 mq/ml venadaxili və əzələdaxili yeridilmə üçün inyeksiya məhlulu Beynəlxalq patentləşdirilməmiş adı: Furosemide
Tərkibi
Təsiredici maddə: 2 ml (1 ampul) məhlulun tərkibində 20 mq furosemid vardır. Köməkçi maddələr: natrium hidroksid, natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya zəif sarımtıl rəngli mayedir.
Farmakoterapevtik qrupu
Yüksək doza həddinə malik diuretiklər (ilgək diuretikləri). Sulfonamidlər. ATC kodu: С03СА01.
İstifadəsinə göstərişlər
Xroniki durğunluq ürək çatışmazlığı zamanı baş verən ödemlər (diuretiklərin istifadəsi ilə müalicə tələb olunduqda). Kəskin durğunluq ürək çatışmazlığı zamanı ödemlər. Xroniki böyrək çatışmazlığı zamanı ödemlər. Kəskin böyrək çatışmazlığı, o cümlədən, hamiləlik dövründə və ya doğuş zamanı. Qaraciyər xəstəlikləri zamanı ödemlər (ehtiyac olduqda, aldosteron antaqonistlərinin istifadəsilə müalicəyə əlavə kimi). Hipertonik kriz (dəstəkləyici vasitə kimi). Sürətləndirilmiş diurezin dəstəklənməsi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Sulfanilamidlərə (məsələn, sulfonamid antibiotikləri və ya sulfonilsidik cövhəri) qarşı allergiyası olan pasiyentlərdə furosemidə qarşı çarpaz həssaslıq müşahidə oluna bilər. Hipovolemiya və ya orqanizmin susuzlaşması. Furosemidin istifadəsinə qarşı terapevtik cavab müşahidə olunmadıqda, anuriya şəklində meydana çıxan böyrək çatışmazlığı. Nefrotoksik və ya hepatotoksik preparatlarla zəhərlənmə nəticəsində baş verən böyrək çatışmazlığı. Ağır hipokaliemiya. Ağır hiponatriemiya. Qaraciyər ensefalopatiyası ilə assosiasiya olunan prekomatoz və ya komatoz vəziyyət.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatla aparılan müalicə müddətində sidiyin daimi xaricolmasını təmin etmək vacibdir. Sidik ifrazının qismən obstruksiyası müşahidə olunan pasiyentlərə, xüsusilə, müalicənin ilkin mərhələlərində diqqətli nəzarət etmək tələb olunur. Preparatın istifadəsi ilə aparılan müalicə müddətində, pasiyentin daimi tibbi müşahidəsini aparmaq tələb olunur. Aşağıdakı vəziyyətlərdə xüsusilə diqqətli monitorinqin aparılması vacibdir: – arterial hipotenziyalı pasiyentlər; – arterial təzyiqin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəticəsində, xüsusi risk qrupuna daxil olan pasiyentlərin, məsələn, koronar arteriyaların və ya baş beyini qidalandıran qan damarlarının şiddətli stenozu müşahidə olunan pasiyentlər; – şəkərli diabetin latent və ya şiddətli formalarından əziyyət çəkən pasiyentlər; – podaqradan əziyyət çəkən xəstələr; – hepatorenal sindrom, yəni ağır dərəcəli qaraciyər xəstəliyi ilə assosiasiya olunan funksional böyrək çatışmazlığı müşahidə olunan pasiyentlərin; – hipoproteinemiyalı pasiyentlərin, xüsusilə bu vəziyyət, nefrotik sindromla assosiasiya olunur (ototoksikliyin güclənməsi ilə eyni zamanda furosemidin effekti zəifləyə bilər). Dozanın ehtiyatla titrlənməsi tələb olunur; – vaxtından əvvəl dünyaya gəlmiş körpələrin (nefrokalsinozun/nefrolitiazın inkişaf etməsi mümkündür); – böyrək funksiyalarının monitorinqini və böyrəklərin ultrasonoqrafiyasını həyata keçirmək lazımdır. Furosemidlə aparılan müalicə müddətində qan zərdabında natriumun, kaliumun və kreatininin monitorinqi məsləhət görülür. Elektrolit disbalansların inkişaf etməsi üzrə yüksək risk qrupuna daxil olan pasiyentlərin və ya əhəmiyyətli dərəcədə əlavə maye itkisi (məsələn, qusma, diareya və ya intensiv tər ifrazı) baş verdikdə, xüsusilə diqqətli monitorinqin aparılması tələb olunur. Hipovolemiyanı və ya orqanizmin susuzlaşmasını və eləcə də, elektrolit və turşu-qələvi balansların istənilən əhəmiyyətli pozğunluqlarını korreksiya etmək lazımdır. Bunun üçün furosemidlə aparılan müalicənin müvəqqəti dayandırılması tələb oluna bilər. Elektrolit balans pozğunluqlarının inkişafına mövcud xəstəliklər (məsələn, qaraciyər sirrozu, ürək çatışmazlığı), eyni zamanda dərman preparatlarının istifadəsi və qidalanma kimi, faktorlar təsir göstərirlər. Məsələn, qusma və ya diareya nəticəsində kalium çatışmazlığı inkişaf edə bilər. Preparatdan istifadə etdikdə, pasiyentə yüksək kalium tərkibli qida qəbulu (bişmiş kartof, banan, pomidor, ispanaq, quru meyvələr) tövsiyə etmək məqsədəuyğundur. Yadda saxlamaq lazımdır ki, preparatdan istifadə etdikdə, kalium çatışmazlığının medikamentoz kompensasiyası tələbatı meydana çıxa bilər. Kəmağıllılıqdan əziyyət çəkən yaşlı pasiyentlərin iştirakı ilə Risperidon dərman vasitəsinin plasebo-nəzarətli tədqiqatları aparıldıqda, yalnız Risperidon və ya yalnız Furosemid istifadə edən pasiyentlərlə müqayisədə, Risperidon dərman vasitəsilə eyni zamanda Furosemid istifadə edən pasiyentlərdə ölüm göstəricisinin daha yüksək səviyyəsi müşahidə olunmuşdur. Digər güclü diuretiklərlə müalicə zamanı göstərilən dərman kombinasiyasının eyni zamanda istifadəsi barədə qərar qəbul etməzdən əvvəl, ehtiyatlı olmaq və riskləri və faydanı hərtərəfli qiymətləndirmək lazımdır. Orqanizmin susuzlaşmasına yol vermək olmaz. Alkoqolun və Furosemidlə eyni vaxtda istifadəsindən çəkinmək lazımdır. Furosemid dərman vasitəsinin tərkibində hər ampula 1 mmoldan az olmayaraq (23 mq) natrium vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tövsiyə olunmayan kombinasiyalar Bəzi hallarda xloralhidratın qəbulundan sonra 24 saat müddətində furosemidin istifadə edilməsi, qan axınlarına, tər ifrazının yüksəlməsinə, oyanıqlıq vəziyyətinə, ürəkbulanmasına, arterial təzyiqin yüksəlməsinə və taxikardiyaya səbəb ola bilər. Beləliklə, furosemidin və xloralhidratın eyni zamanda istifadəsi tövsiyə olunmur. Furosemid aminoqlikozidlərin və digər ototoksik dərman preparatlarının ototoksikliyini gücləndirə bilər. Bunun, geri dönməyən xarakter daşıyan zədələnməyə gətirib çıxara bilməsini nəzərə alaraq, göstərilən dərman vasitələrini furosemidlə eyni vaxtda istifadə etmək olmaz. Tədbirlərin görülməsini tələb edən kombinasiyalar Sisplatin dərman vasitəsilə Furosemidin eyni vaxtda istifadəsi zamanı ototoksik effektlərin meydana çıxma riski mövcuddur. Bundan başqa sisplatinlə müalicə aparıldıqda, sürətləndirilmiş diurez effektinin əldə olunması üçün Furosemidi aşağı dozalarda (məsələn, böyrək funksiyaları normal olan pasiyentlərə 40 mq) və müsbət maye balansı ilə təyin etmədikdə, sisplatinin nefrotoksikliyi güclənə bilər. Furosemid litium duzlarının xaricolmasını azaldır və qan zərdabında litium səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər ki, bunun nəticəsində litiumun kardiotoksik və neyrotoksik effektlərinin meydana çıxmasının ciddi riski daxil olmaqla, litiumun toksiklik riski yüksəlir. Beləliklə, göstərilən kombinəolunmuş müalicə qəbul edən pasiyentlərdə, litium səviyyəsinin hərtərəfli monitorinqini aparmaq məsləhət görülür. Diuretiklərdən istifadə edən pasiyentlər, xüsusilə, angiotenzinçevirən fermentin (AÇF) inhibitorunun və ya angiotenzin II reseptorunun antaqonistinin ilk istifadəsi zamanı və ya bu dərman preparatlarının yüksək dozalarda ilk istifadəsi zamanı meydana çıxan böyrək çatışmazlığı halları daxil olmaqla, ağır dərəcəli arterial hipotenziyadan və böyrək funksiyalarının pisləşməsindən əziyyət çəkə bilərlər. Furosemid dərman vasitəsinin istifadəsinin müvəqqəti dayandırılması və ya ən azı, müalicəyə başlamazdan 3 gün əvvəl furosemidin dozasının aşağı salınması və ya AÇF inhibitorunun və ya angiotenzin II reseptoru antaqonistinin dozasının artırılması barədə qərar qəbul etmək lazımdır. Kombinəolunmuş müalicənin aparılması və ya furosemidin Risperidon dərman vasitəsilə və ya digər güclü diuretiklərlə eyni zamanda istifadəsi barədə qərar qəbul etməzdən əvvəl, ehtiyatlı olmaq və risk və fayda nisbətini diqqətlə qiymətləndirmək lazımdır. Ehtiyat tələb edən kombinasiyalar Asetilsalisil turşusu daxil olmaqla, qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) eyni zamanda istifadəsi, furosemidin təsirini zəiflədə bilər. Orqanizmin susuzlaşması və ya hipovolemiya müşahidə edilən pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə dərman preparatlarının istifadəsi, kəskin ürək çatışmazlığına səbəb ola bilər. Furosemidin təsiri altında salisilatların toksikliyi yüksələ bilər. Fenitoinlə birlikdə istifədə edildikdən sonra, furosemidin effektivliyi azala bilər. Yüksək dozalarda kortikosteroidlərin, karbenoksolonun, biyan kökünün, və işlədici preparatların uzunmüddətli istifadəsi, hipokaliemiyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Elektrolit balansın bəzi pozğunluqları (məsələn, hipokaliemiya, hipomaqneziumemiya kimi) digər müəyyən dərman vasitələrinin (məsələn, digitalis preparatlarının və QT intervalının uzanması sindromuna səbəb olan dərman vasitələrinin) toksikliyinin yüksəlməsinə səbəb ola bilər. Furosemidlə eyni zamanda antihipertenziv preparatlardan, diuretiklərdən və ya arterial təzyiqi (AT) aşağı salmaq qabiliyyətinə malik digər preparatlardan istifadə etdikdə, AT-in daha çox aşağı düşməsini gözləmək olar. Probenesid, metotreksat və furosemid kimi böyrəklərdə borucuq sekresiyasına əhəmiyyətli dərəcədə məruz qalan digər dərman vasitələri, furosemidin effektivliyini aşağı sala bilərlər və əksinə, furosemid qeyd edilən dərman vasitələrinin böyrəklər vasitəsilə xaricolmasını azalda bilər. Yüksək dozaların (xüsusilə, həm Furosemid, həm də digər dərman vasitələrinin) istifadəsi ilə müalicənin aparılması, qan zərdabında preparatların səviyyələrinin yüksəlməsinə və furosemidin və ya birlikdə aparılan müalicənin nəticəsində meydana çıxan əlavə təsirlər riskinin yüksəlməsinə səbəb ola bilər. Furosemid, diabetəleyhinə dərman vasitələrinin və AT-i yüksəltmə qabiliyyətinə malik simpatomimetiklərin (məsələn, epinefrinin, norepinefrinin) effektivliyini aşağı sala bilər. Kerareyəbənzər miorelaksantların və ya teofillinin təsirini gücləndirə bilər. Nefrotoksik dərman preparatlarının böyrəklərə zərərli təsirinin güclənməsi baş verə bilər. Furosemidlə və yüksək dozalarda bəzi sefalosporinlərlə müalicə qəbul edən pasiyentlərdə böyrək funksiyalarının pozulması inkişaf edə bilər. Siklosporin A-nın və furosemidin eyni zamanda istifadəsi, hiperurikemiyaya nisbətən furosemidin istifadəsi nəticəsində ikincili podaqrik artritin meydana çıxması ilə və siklosporinin istifadəsi nəticəsində uratların böyrək ekskresiyasının pozulması ilə assosiasiya olunur. Radiokontrast maddələrin təyin olunmasından əvvəl, yalnız venadaxili hidratasiya aparılan yüksək risk qrupu pasiyentləri ilə müqayisədə, radiokontrast maddələrlə müalicə nəticəsində nefropatiyanın yüksək risk qrupuna daxil olan pasiyentlərdə furosemidlə müalicə aparıldıqda, radiokontrast maddələrin istifadəsindən sonra böyrək funksiyalarının pisləşməsinin yüksək tezliyi müşahidə olunmuşdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Furosemid plasentar baryerdən keçir. Həyati göstərişlərə görə müalicə aparılan hallar istisna olmaqla, preparatı hamiləlik dövründə təyin etmək olmaz. Hamiləlik dövründə preparatla müalicə müddətində, dölün böyüməsinə və inkişaf etməsinə nəzarət etmək tələb olunur. Laktasiya dövrü Furosemid dərman vasitəsi ana südünə nüfuz edir və laktasiyanı zəiflədə bilər. Furosemidlə müalicə dövründə qadınlar ana südü ilə qidalanmanı dayandırmalıdırlar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatdan istifadə etdikdə, meydana çıxan bəzi əlavə təsirlər (məsələn, AT-nin gözlənilmədən əhəmiyyətli dərəcədə enməsi), pasiyentin diqqət konsentrasiyası qabiliyyətinin və reaksiya sürətinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən müalicə müddətində nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Su-elektrolit balans pozğunluğunun şiddətindən, yumaqcıq filtrasiyasının göstəricisindən, pasiyentin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq, dozalanma rejimi həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Preparatdan istifadə prosesində, diurezi və pasiyentin ümumi vəziyyətinin dinamikasını nəzərə alaraq, su-elektrolit balans göstəricilərini korreksiya etmək lazımdır. Furosemid dərman vasitəsini venadaxili, yalnız preparatın daxilə qəbul edilməsi məqsədəuyğun olmadıqda və ya qeyri-effektiv olduqda (məsələn, bağırsaqda sorulması pozulduqda) və ya sürətli effektin əldə olunması tələb olunduğu halda, təyin etmək olar. Venadaxili müalicə aparıldığı halda, peroral istifadə üçün dərman preparatı ilə müalicəyə mümkün qədər tez keçmək məsləhət görülür. Ümumiyyətlə, optimal effektivliyin əldə olunması və qarşılıqlı requlyasiyanın tormozlanması üçün, təkrarlanan bolyus inyeksiyaları ilə müqayisədə, üstünlük Furosemid ilə fasiləsiz infuziyaya verilir. Bir və ya bir neçə ağrılı dozaların yeridilməsindən sonra Furosemid preparatı ilə fasiləsiz infuziya şəklində müalicə məqsədəuyğun olmadığı hallarda, uzunmüddətli fasilələrlə yeridilən yüksək bolyus dozaları ilə müqayisədə, qısa zaman intervalları ilə (təxminən 4 saat) yeridilən aşağı dozaların istifadəsi ilə aparılacaq müalicə sxemlərinə üstünlük verilir. Böyüklər üçün furosemidin məsləhət görülən maksimal sutkalıq dozası 1500 mq təşkil edir. Uşaqlar üçün Furosemid dərman vasitəsinin parenteral yeridilməsi üçün məsləhət görülən dozası bədən çəkisinə 1 mq/kq təşkil edir, lakin maksimal sutkalıq doza 20 mq-ı aşmamalıdır. Dozalanmaya dair xüsusi tövsiyələr Böyüklər üçün preparatın dozalanması, aşağıdakı tövsiyələrin istifadəsinə əsaslanır. Xroniki durğunluq ürək çatışmazlığı zamanı meydana çıxan ödemlər Dərman preparatının peroral qəbul üçün tövsiyə olunan başlanğıc dozası sutkada 20 mq-dan 50 mq-a qədər təşkil edir. Ehtiyac olduqda, pasiyentin terapevtik cavabından asılı olaraq, dozanı tənzimləmək olar. Sutkalıq dozanı 2 və ya 3 dəfəlik qəbula bölmək məsləhət görülür. Kəskin durğunluq ürək çatışmazlığı zamanı meydana çıxan ödemlər Dərman vasitəsinin məsləhət görülən başlanğıc dozası 20 mq-dan 40 mq-a qədər təşkil edir və bolyus inyeksiyası şəklində təyin olunur. Zərurət yarandığı halda, pasiyentin terapevtik cavabından asılı olaraq, dozanı tənzimləmək olar. Xroniki böyrək çatışmazlığı zamanı ödemlər Furosemidin natriumuretik təsiri, böyrək çatışmazlığının ağırlıq dərəcəsi və natriumun balansı daxil olmaqla, bir sıra faktorlardan asılıdır. Beləliklə, dozanın effektivliyini əvvəlcədən müəyyən etmək mümkün deyil. Maye itkisinin tədriclə başlanmasını təmin etmək məqsədi ilə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün dozanı ehtiyatla titrləmək lazımdır. + Yetkin pasiyentlər üçün bu, bədən kütləsinin sutkalıq təxminən 2 kq (təxminən 280 mmol Na ) aşağı düşməsinə gətirib çıxaran dozanın istifadəsi deməkdir. Venadaxili yeridildikdə, furosemidin dozasını aşağıdakı qaydada müəyyən etmək olar: müalicə 1 dəqiqə müddətində 0,1 mq fasiləsiz infuziyanın yeridilməsindən başlayır, daha sonra pasiyentin cavabından asılı olaraq, infuziyanın yeridilmə sürəti hər yarım saatdan bir artırılır. Kəskin böyrək çatışmazlığı zamanı, furosemidin istifadəsinə başlamazdan əvvəl, hipovolemiyanı, hipotenziyanı və əhəmiyyət kəsb edən elektrolit və turşu-qələvi disbalansı kompensasiya etmək lazımdır. Preparatın venadaxili yeridilməsindən peroral qəbuluna mümkün qədər tez keçmək məsləhət görülür. Tövsiyə olunan başlanğıc doza 40 mq təşkil edir və venadaxili inyeksiya şəklində təyin olunur. Bu dozanın təyin olunması, mayenin xaricolmasının arzuolunan dərəcədə artmasına gətirib çıxartmadığı halda, furosemidi 1 saatda 50 mq-dan 100 mq-a qədər dərman preparatının yeridilməsindən başlayaraq, fasiləsiz infuziya şəklində təyin etmək olar. Qaraciyər xəstəlikləri zamanı ödemlər Aldosteron antaqonistlərinin sərbəst istifadəsi kifayət etmədiyi hallarda, Furosemid preparatı aldosteron antaqonistləri ilə aparılan müalicəyə əlavə vasitə kimi təyin olunur. Ortostatik hipotenziya və ya elektrolit və turşu-qələvi balansının pozulması kimi, ağırlaşmaların qarşısını almaq məqsədi ilə, maye itkisinin tədriclə başlanmasını təmin etmək üçün preparatın dozasını ehtiyatla titrləmək lazımdır. Yetkin pasiyentlər üçün bu, bədən çəkisinin sutkalıq təxminən 0,5 kq aşağı düşməsinə səbəb olan dozanın yeridilməsi deməkdir. Preparatın yeridilməsi mütləq zəruri olduqda, başlanğıc birdəfəlik doza 20-40 mq təşkil edir. Hipertonik kriz 20 mq-dan 40 mq-a qədər məsləhət görülən başlanğıc dozanı, venadaxili bolyus inyeksiyası şəklində təyin etmək lazımdır. Ehtiyac olduqda, pasiyentin terapevtik cavabından asılı olaraq, dozanı tənzimləmək olar. Zəhərlənmə zamanı sürətləndirilmiş diurezin dəstəklənməsi Furosemid dərman vasitəsini elektrolit məhlulların infuzion yeridilməsinə əlavə olaraq, vena daxilinə təyin etmək lazımdır. Doza, orqanizmin furosemidə terapevtik cavabından asılıdır. Müalicə müddətində maye və elektrolit itkisini tənzimləmək və inisiasiya etmək lazımdır. Turşularla və ya qələvi maddələrlə zəhərlənmə zamanı mayenin xaricolmasını, sidiyin müvafiq olaraq, alkalizasiyası və ya oksidləşdirilməsi yolu ilə sürətləndirmək olar. Məsləhət görülən başlanğıc doza 20 mq-dan 40 mq-a qədər təşkil edir və venadaxili təyin olunur. Preparatın istifadəsinə dair xüsusi tövsiyələr Venadaxili inyeksiya/infuziya: furosemidi 1 dəqiqədə 4,0 mq-dan artıq olmayan sürətlə, tədricən yeridilən inyeksiya və ya infuziya şəklində təyin etmək lazımdır. Qaraciyər funksiyası şiddətli dəyişiklikləri müşahidə olunan pasiyentlərə (qan zərdabında kreatinin səviyyəsi 5 mq/dl-dən artıq) infuziyanı, 1 dəqiqədə 2,5 mq-dan artıq olmayan sürətlə yeritmək məsləhət görülür. Əzələdaxili inyeksiya: preparatın əzələdaxili inyeksiya şəklində təyin olunmasını, yalnız preparatın daxilə və ya venadaxili istifadəsi məqsədəuyğun olmayan, müstəsna hallarla məhdudlaşdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, dərman vasitəsinin əzələdaxili inyeksiya şəklində yeridilmə üsulu, ağciyər ödemi kimi, kəskin vəziyyətlərin müalicəsi üçün göstəriş deyil. Preparatın istifadəsi ilə infuziyanı digər dərman vasitələrilə eyni vaxtda həyata keçirmək olmaz! Furosemid dərman vasitəsinin pH səviyyəsi təqribən 9 olan, bufer həcminə malik olmayan məhluldur. Beləliklə, pH səviyyəsi 7-dən aşağı olan göstəricilərdə preparatın aktiv komponenti çöküntü əmələ gətirə bilər. Məhlulu durulaşdırdıqda, həll olunmuş məhlulun pH səviyyəsinin zəif-qələvidən neytrala qədər çərçivədə olmasının təmin edilməsinə diqqət yetirmək lazımdır. Həlledici kimi 0,9 %-li natrium xlorid məhlulundan istifadə etmək olar. Durulaşdırılmış məhlulları mümkün qədər tez istifadə etmək məsləhət görülür. Uşaqlar Uşaqlar üçün dozanı bədən çəkisinə müvafiq azaltmaq salmaq lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Əlavə təsirləri
Metabolik və alimentar pozğunluqlar: furosemid orqanizmdən natriumun və xlorun və nəticə kimi, mayenin yüksək ekskresiyasına gətirib çıxarır. Bundan başqa digər elektrolitlərin (xüsusilə, kaliumun, kalsiumun və maqneziumun) ekskresiyası güclənir. Elektrolit balansın simptomatik pozğunluqları və metabolik alkaloz, tədricən artan elektrolit çatışmazlığına keçə bilər. Qaraciyər funksiyaları normal olan pasiyentlərə furosemidin daha yüksək dozalarını təyin etdikdə, çox miqdar elektrolit itkisi nəticəsində, pasiyentin vəziyyətinin kəskin pisləşməsi baş verə bilər. Elektrolit balans pozğunluqlarının xəbərdarlıqedici simptomlarına güclü sususzluq hissi, başağrı, şüurun dumanlanması, qıcolma, tetaniya, əzələ zəifliyi, ürək ritminin pozulması və həzm traktı ilə əlaqəli simptomlar aiddir. Furosemidin diuretik effekti, xüsusilə yaşlı pasiyentlərdə hipovolemiyaya və orqanizmin susuzlaşmasına gətirib çıxara bilər və ya onların inkişafına səbəb ola bilər. Orqanizmdə mayenin miqdarının əhəmiyyətli dərəcədə azalması, trombozların inkişaf etməsinə meylliklə müşayiət olunan, qanın laxtalanma proseslərinin güclənməsinə səbəb ola bilər. Furosemidlə aparılan müalicə qanda kreatinin səviyyəsinin və sidik cövhərinin səviyyəsinin müvəqqəti yüksəlməsinə, eləcə də, qan zərdabında xolesterinin və triqliseridlərin səviyələrinin yüksəlməsinə səbəb ola bilər. Qan zərdabında sidik turşusunun səviyyələri yüksələ bilər və podaqra tutmaları meydana çıxa bilər. Furosemidin istifadəsi nəticəsində qlükozaya qarşı dözümlülük aşağı düşə bilər. Bu hal, şəkərli diabetli pasiyentlərdə metabolik nəzarətin pisləşməsinə səbəb ola bilər; şəkərli diabet latent formadan xəstəliyin şiddətli gedişli formasına keçə bilər. Həzm traktında baş verən pozğunluqlar: nadir hallarda – mədə-bağırsaq traktında ürəkbulanma, qusma, diareya və ya kəskin pankreatit kimi reaksiyalar meydana çıxa bilərlər. Qaraciyər və ödçıcarıcı yollarda baş verən pozğunluqlar: ayrı-ayrı hallarda-qaraciyərdaxili xolestaz inkişaf edə bilər, qaraciyər transaminazalarının səviyyələrinin yüksəlməsi baş verə bilər. Eşitmə və tarazlıq orqanlarında baş verən pozğunluqlar: nadir hallarda – eşitmə qabiliyyətinin pozulması və qulaqlarda cingilti müşahidə oluna bilər, bu dəyişikliklər adətən müvəqqəti olur, xüsusilə, böyrək çatışmazlığından, hipoproteinemiyadan əziyyət çəkən pasiyentlərdə (məsələn, nefrotik sindrom zamanı) və/və ya Furosemid dərman vasitəsini həddindən artıq sürətlə yeritdikdə. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: ayrı-ayrı hallarda-dəridə və selikli qişalarda reaksiyalar müşahidə oluna bilər, məsələn, qaşınma, övrə, dəri üzərində digər səpgi növləri və ya bullyoz səpgilər, multiformalı eritema, bullyoz pemfiqoid, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eksfoliativ dermatit, purpura, ayrı-ayrı hallarda-işığa qarşı yüksək həssaslıq (fotosensibilizasiya). İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda ağır dərəcəli anafilaktik və ya anafilaktoid reaksiyalar (məsələn, şokla müşayiət olunan) meydana çıxır. Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipotenziya, o cümlədən, ortostatik hipotenziya. Bəzi hallarda trombozların yaranması tenensiyası müşahidə olunmuşdur. Vaskulit. Furosemid arterial hipotenziyanın meydana çıxmasına səbəb ola bilər ki, bu da öz növbəsində, konsentrasiyanın və reaksiyanın pozulması, sayıqlama, baş nahiyəsində təzyiq hissi, başağrı, başgicəllənmə, yuxuya meyllik, zəiflik, görmənin pozulması, ağızda quruluq, ortostatik hipotenziya kimi simptomların meydana çıxmasına səbəb ola bilər. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar: ayrı-ayrı hallarda sidik yollarının qismən obstruksiyasından əziyyət çəkən pasiyentlərdə sidiyin xaricolmasının kəskin ləngiməsi baş verə bilər. İnterstisial nefrit. Vaxtından əvvəl doğulmuş körpələrdə furosemid nefrokalsinozun/nefrolitiazın yaranmasına səbəb ola bilər. Sidiyin həddindən artıq əmələ gəlməsi, sidik axınının obstruksiyasından əziyyət çəkən pasiyentlərdən daxil olan şikayətlərə səbəb ola bilər və ya bu şikayətlərin sayının artmasına gətirib çıxara bilər. Beləliklə, ehtimal edilən ikincili ağırlaşmalarla müşayiət olunan sidik ifrazının kəskin ləngiməsi meydana çıxa bilər, məsələn, sidik kisəsinin boşaldılmasının pozulmasından, prostat vəzinin hiperplaziyasından və ya uretranın daralmasından əziyyət çəkən pasiyentlərdə. Sinir sistemində baş verən pozğunluqlar: hepatosellülyar çatışmazlıqdan və ya kəskin pankreatitdən əziyyət çəkən pasiyentlərdə bəzən paresteziyalar, qaraciyər ensefalopatiyası meydana çıxa bilər. Qanda və limfatik sistemdə baş verən pozğunluqlar: bəzən trombositopeniya, eozinofiliya, leykopeniya yarana bilər. Ayrı-ayrı hallarda aqranulositoz, aplastik və ya hemolitik anemiya inkişaf edə bilər. Anadangəlmə və irsi/genetik pozğunluqlar: həyatlarının ilk həftələrində vaxtından əvvəl dünyaya gəlmiş körpələrin müalicəsi üçün furosemidin istifadəsi, daimi açıq arterial axacağın meydana çıxma riskini yüksəldir. Ümumi pozğunluqlar: qızdırma. Yeridilməsi zamanı inyeksiya nahiyəsində ağrı baş verə bilər.
Doza həddinin aşılması
Simptomları Kəskin və ya xroniki doza həddinin aşılmasının klinik mənzərəsi başlıca olaraq, elektrolit və maye itkisinin dərəcəsindən və nəticələrindən asılıdır və bunlara hipovolemiya, orqanizmin susuzlaşması, hemokonsentrasiya, ürək aritmiyaları (AV-blokada və mədəciklərin fibrillyasiyası daxil olmaqla) kimi simptomlar daxildir. Bu pozğunluqların simptomlarına ağır dərəcəli hipotenziya (şoka qədər proqressivləşən), kəskin böyrək çatışmazlığı, tromboz, sayıqlama, periferik iflic, apatiya və şüurun dumanlanması aiddir. Müalicəsi Furosemidin spesifik antidotları mövcud deyil. Terapiya simptomatikdir. Su-elektrolit balansının və turşu-əsas vəziyyətinin əhəmiyyətli dərəcədə pozulması, dozanın korreksiyasını tələb edir.
Buraxılış forması
2 ml, şüşə ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, onları fiksasiya edən qoşma və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Borisov dərman preparatları zavodu” ASC. Belarus Respublikası, Minsk vilayəti, Borisov şəh., Çapayev küç., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156. E-mail: [email protected] http://www.borimed.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.