Fukorsin 25 ml məhlul
| Dərman forması | Məhlul |
|---|---|
| Farmakoloji təsir | Antiseptik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,10 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FUKORSİN xaricə istifadə üçün məhlul (spirtli)
Tərkibi
Təsiredici maddələr: 100 ml məhlulun tərkibində 0,8 q bor turşusu, 3,9 q fenol, 7,8 q rezorsinol (rezorsin), 0,4 q əsasi fuksin rəngləyici vardır. Köməkçi maddələr: aseton, 95 %-li etanol (etil spirti), təmizlənmiş su.
Təsviri
Tünd qırmizi rəngli, xarakterik fenol qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə. ATC kodu: D08AD.
Farmakoloji xüsusiyyətləri
Antiseptik və göbələk əleyhinə təsirə malikdir.
İstifadəsinə göstərişlər
Dərinin göbələk və irinli xəstəlikləri, səthi yaralar, eroziyalar, çatlar, dəri sıyrıntıları.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı dərinin böyük sahələrinə sürtmək məsləhət görülmür, belə ki, məhlulun tərkibindəki fenol qana keçə və toksik əlamətlər yarada bilər (başgicəllənmə, zəiflik, tənəffüsün pozulması). Preparat özünəməxsus qoxuya və qırmızı rəngə malikdir və paltarları çirkləndirə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məhlul, gündə 2-4 dəfə pambıq tampon və ya təraş fırçası vasitəsilə dərinin zədələnmiş sahələrinə sürtülür. Maye quruduqdan sonra işlənmiş sahəyə məlhəm və ya pasta sürtmək olar.
Əlavə təsirləri
Qısamüddətli yanğı və ya ağrı hissi baş verə bilər ki, bu da, öz-özünə keçir və preparatın ləğv olunmasını tələb etmir.
Buraxılış forması
Xaricə istifadə üçün məhlul (spirtli). 10, 15 və ya 25 ml məhlul, yivli boğazlı, polietilen tıxacla bağlanmış və plastik fırlanan qapaqla təchiz edilmiş narıncı rəngli şüşə flakonlarda. 10 ml məhlul, vintli boğazlı, polietilen fırlanan qapaqla bağlanmış flakonlarda. Flakonlar içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Flakonlar uyğun içlik vərəqələrlə birlikdə qrup qablaşdırması şəklində karton qutuya qablaşdırıla bilər. 1000 ml məhlul, burulan qapaqlı narıncı şüşə flakonlarda (stasionarlar üçün). Flakonlar qrup qablaşdırma şəklində müvafiq sayda içlik vərəqələrlə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Tula əczaçılıq müəssisəsi” MMC. Rusiya Federasiyası, 300004, Tula ş., Torxovski keçidi, ev 10. Tel.:/Faks: (4872) 41-04-73.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.