Foziton 50 ml flakon

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirÜrək-damar preparatları
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

24,56 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FOZİTON venadaxili inyeksiya məhlulu hazırlamaq üçün toz

Tərkibi

Təsiredici maddə: 1 flakonda steril toz şəklində 5 q fruktozo-1,6-difosfat trinatrium trihidrat duzu (3,75 q fruktozo-1,6-difosfat turşusuna ekvivalentdir) vardır. Həlledici: inyeksiya üçün su.

Təsviri

Ağ ve ya ağımtıl rəngli liofilizəolunmuş tozdur. İnyeksiya üçün suda həll edildikdə, hazır məhlul rəngsizdir.

Farmakoterapevtik qrupu

Ürək-damar preparatları. ATC kodu: C01EB07.

Farmakoloji xüsusiyyətləri

Çoxsaylı müayinələr göstərmişdir ki, Foziton adətən hüceyrə membranından keçmir, yalnız hüceyrələr zədələnərkən onlara daxil olur. Preparatın əsas təsir mexanizmi hüceyrə divarı ilə qarşılıqlı təsirdə olaraq, fosfofruktokinazanın aktivliyini stimulə etməkdən və son nəticədə hüceyrədaxili yüksək energetik fosfatları artırmaqdan ibarətdir. Hüceyrə səthi ilə qarşılıqlı təsirin ilkin nəticəsi kalium ionlarının hüceyrə daxilinə diffuziyasının artması şəklində meydana çıxır. Müəyyən edilmişdir ki, Foziton eritrositləri hemolizdən qoruyur və toksik oksigen radikallarının əmələ gəlməsinin qarşısını alır. Foziton ürək əzələsində ATF-in azalmasına imkan vermir, hipokaliemiyanın mənfi təsirlərinin qarşısını alır və ürək fəaliyyətini təmin edir. Foziton ürəyin işemik xəstəliklərində miokardın enerji ehtiyatını təmin edir, qaraciyər və böyrəkləri işemiyadan qoruyur, hemorragik və travmatik şoklar zamanı qan dövranının bərpa edilməsində əhəmiyyətli rol oynayır. Klinik sınaqlar göstərir ki, dəfələrlə qanköçürmə zamanı Foziton eritrositdaxili enerji ehtiyatını artırır, köçürülən plazmada kaliumun konsentrasiyasını azaldır, hüceyrə daxilində normal natrium-kalium nisbətini bərpa edir, eritrositlərin elastikliyini və hemolitik rezistentliyini yüksəldir, parenteral qidalanma zamanı azot mübadiləsini normallaşdırır, kəskin miokard infarktlı və periferik qan damarlarının xəstəlikləri olan xəstələrdə hemodinamikanı yaxşılaşdırır. Farmakokinetikası Foziton hər kiloqram bədən kütləsinə 250 mq (250 mq/kq) dozada vena daxilinə yeridildikdə, 5 dəqiqədən sonra plazmada orta konsentrasiyası 770 mq-a çatır və tədricən azalır. Yarımparçalanma dövrü 10-15 dəqiqədir. Fozitonun plazmada tükənməsi, onun damarxarici sahəyə yayılması, habelə hüceyrə və eritrosit fosfatazasının fəallaşması nəticəsində ATF əmələ gətirməklə fosfor və fruktozaya hidrolizi ilə əlaqədardır.

İstifadəsinə göstərişlər

Şoklar. Ürəyin işemik xəstəliyi (qeyri-stabil stenokardiya, miokard infarktı və onların ağırlaşmaları). Müxtəlif lokalizasiyalı işemiyalar, o cümlədən aşağı ətrafların ağır işemiyaları. Metabolik pozğunluqlar ilə əlaqədar hipofosfatemiyalar. Ekstrakorporal qan dövranı istifadəsilə əməliyyatlar.

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq. Hiperfosfatemiya. Böyrək çatışmazlığı. Fruktozaya qarşı iris dözümsüzlük. Xüsusi göstərişlər və ehtiyat tərdbirləri Kreatininin klirensi 50 ml/dəq-dən aşağı olan xəstələrin qanında fosfatların səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır. Yeridilərkən Foziton dərialtı toxumaya düşərsə, ağrı və qıcıqlanma törədir. Fozitonu pH-ı 5,5 olan mühitdə həll olmayan preparatlarla və kalsium duzlarının qələvi məhlulları ilə qarışdırmaq olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Fozitonun digər dərmanlarla qarşılıqlı təsiri qeydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin III trimestrdə preparatdan istifadə edən qadınlarda hər hansı arzuolunmaz təsir qeydə alınmamışdır.

İstifadə qaydası və dozası

Foziton yalnız vena daxilinə damcı üsulu ilə yeridilir (1 q/dəq-yə yaxın sürətlə). 5 q Foziton 50 ml həlledicidə həll olunaraq 10%-li məhlul alınır. Qəbul olunan rejimə əsasən sutkalıq doza 70-150 mq/kq, maksimal doza 250 mq/kq təşkil edir. 1 q Foziton 4,6-4,8 mmol qeyri-üzvi fosfat əmələ gətirir.

Əlavə təsirləri

Əlavə təsirləri müəyyənləşdirilməyib. Foziton orqanizm tərəfindən əsasən yaxşı qəbul edilir. Bütün venadaxili preparatlarda olduğu kimi febril reaksiyalar, inyeksiya nahiyəsində infeksiya, venoz tromboz və ya flebit, ekstravazal diffuziya baş verə bilər. Nadir hallarda olsa da, şoka qədər reaksiyalar barədə məlumat verilmişdir.

Doza həddinin aşılması

Fozitonun doza həddi aşılmasının simptomları müəyyən edilməmişdir. Lakin həddindən artıq yüksək dozaların istifadəsi hipokalsiemiya əmələ gətirən hiperfosfatemiyaya səbəb ola bilər.

Buraxılış forması

5 q steril toz şəklində fruktozo-1,6-difosfat trinatrium trihidrat, 100 ml həcmi olan flakonda. 50 ml həlledici (inyeksiya üçün su), flakonda. 1 flakon preparat, 1 flakon həlledici, venadaxili yeridilmə üçün elastik infuziya sistemi və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Həll olunmuş Foziton otaq temperaturunda 24 saat ərzində yararlıdır. Foziton məhlulu tam istifadə olunmazsa, təkrar istifadə edilməsi qadağandır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

MEDLAC PHARMA ITALY CO. Ltd. Industrial Hi-Tech Zone, Hoa Lac Hi-Tech Park, Thach That, Hanoy, Vyetnam. Marketinq səlahiyyətinin sahibi Medexport Italia 35 Via de Gasperi Alcide, Roma, İtaliya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Foziton 50 ml flakon” üçün ilk rəyi siz yazın.