Flutizon 2 mq 2 ml N10 flakon
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | İnhalyasiya üçün nəzərdə tutulmuş astmaya qarşı vasitələr |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
36,38 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLUTİZON inhalyasiya üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Fluticasone propionate
Tərkibi
Təsiredici maddə: 1 flakonda (2 ml) 0,5 mq və ya 2 mq flutikazon propionat vardır. Köməkçi maddələr: polisorbat 20, sorbitan monolaurat, mononatrium fosfat dihidrat, susuz iki əsəaslı natrium fosfat, natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Ağ və ya ağımtıl rəngli suspenziyadır.
Farmakoterapevtik qrupu
İnhalyasiya üçün nəzərdə tutulmuş astmaya qarşı vasitələr. ATC kodu: R03BA05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası FLUTİZON-un məsləhət görülən dozada inhalyasiya yolu ilə istifadə edilməsi ağciyərlərə güclü iltihab-əleyhinə qlükokortikoid təsir göstərir və astma simptomlarının və kəskinləşmə hallarının zəifləməsinə imkan yaradır. Farmakokinetikası Absobsiyası İnhalyator vasitəsilə istifadə olunan flutikazon propionatın tam biomənimsənilməsi inhalyasiya olunan və ya venadaxili istifadəsi barədə olan farmakokinetik məlumatlar arasında aparılan müqayisələrə əsasən qiymətləndirilmişdir. Sağlam insanlarda dərman preparatının tam biomənimsənilməsi flutikazon propionatın Akkuhaler/Diskus (7.8%), flutikazon propionatın Diskhaler (9.0%) və flutikazon propionatın Evohaler (10.9%) dərəcəsinə əsasən ölçülmüşdür. Astma və ağciyərlərin xronik obstruktiv xəstəliyi olan pasiyentlərdə inhalyasion flutikazon propionatın daha zəif sistem təsirə malik olduğu müşahidə edilmişdir. Sistem absorbsiya ağciyərlərdə ilkin mərhlədə sürətlə, sonra isə daha uzun müddət ərzində baş verir. İnhalyasiya edilən dozanın qalığı udula bilə, lakin ilkin maddələr mübadiləsi və suda aşağı həll oluna bilmə qabiliyyəti sayəsində bu nisbət 1%-dən də aşağıdır. İnhalyasiya olunan dozanın artması sistemik təsirin də artmasına gətirib çıxarır. Paylanması Flutikazon propionat dəyişməz vəziyyətdə yüksək paylanma səviyyəsinə malikdir (təxminən 3001). Plazma zülalları ilə birləşməsi orta dərəcədə yüksəkdir (91%) Metabolizmi Flutikazon propionat sitoxrom P450, CYP3A4 fermentləri vasitəsilə qısa zamanda orqanizmdən təmizlənir və passiv karboksil turşusu metabolitlərinə çevrilir. Dərman preparatı ilə eyni vaxtda CYP3A4 inhibitorları istifadə edərkən diqqətli olmaq lazımdır, çünki bu zaman flutikazon propionatın orqanizmə təsiri xeyli artır. Orqanizmdən xaric olması Flutikazon propionatın dispozisiyası yüksək plazma klirensi ilə (1150ml/dəq) və terminal yarımparçalanma dövrü təxminən 8 saat təşkil edır. Flutikazon propionatın böyrək yolu ilə orqanizmdən xaric olunma səviyyəsi çox aşağıdır (0,2%-dən də az) və metabolit şəklində xaric olma 5%-dən azdır. Klinikayaqədərki təhlükəsizlik məlumatları Toksikoloji sınaqlarda yalnız məsləhət görüləndən yüksək dozanın istifadə edilməsi kortikosteroid təsirə xas olan sindromlara səbəb olmuşdur. Toksiklik, reproduktivlik və teratogenlik üzrə araşdırmalarında təkrar istifadənin fərqli təsirlər yaratmadığı sübut olunmuşdur. Gəmiricilərdə in vitro və in vivo araşdırmalarda flutikazon propionatın onkogen təsirə malik olmadığı sübut olunmuşdur. Dərman preparatı heyvanlarda qıcıqlandırıcı və həssaslaşdırıcı təsir yaratmır. Klinik tədqiqatlar Hamiləlik zamanı astmanın müalicəsində istifadə olunan flutikazon tərkibli dərmanlar Ilk trimestr zamanı FP və Seretid istifadə etmiş qadınlarda qeyri-FP tərkibli İKS istifadə edən qadınları müqayisə etməklə əhəmiyyətli anadanqəlmə qüsurların yaranma riski müşahidəli retrospektiv epidemioloji koqort tədqiqat aparılmışdır. Tədqiqat Böyük Britaniyanın səhiyyənin elektron sisteminə əsasən aparılmışdır. Bu tədqiqata plasebo nəzarətli müqayisə preparatı daxil edilməmişdir. Astma koqortasından olan İKS istifadə etmiş 5362 hamiləlikdən 131 əhəmiyyətli anadanqəlmə qüsur (ƏAQ) aşkarlanmışdır; 1612 (30%) FP və ya SERETİD istifadə etmişdir ki, onlardan 42 ƏAQ aşkarlanmışdır. 1 ilə müəyyən olunmuş ƏAQ üçün risk nisbəti orta ağır astma hallarında FP vs qeyri-FP üzrə 1.1 (95%CI: 0.5 – 2.3), ağır astma üçün isə 1.2 (95%CI: 0.7 – 2.0) təşkil etmişdir. İlk trimestrdə ƏAQ üzrə FP-lə Seretid arasında risk fərqi aşkarlanmamışdır. ƏAQ-in mütləq riski bütün astma ağırlıq kateqoriyalarına görə FP təsirinə məruz qalmış hər 100 hamiləliyə 2.0-2.9 təşkil etmişdir. Bu nəticə Ümui Praktikaüzrə Tədqiqat Məlumat bazasından əldə olunmuş astma müalicəsinə məruz qalmayan 15 840 hamiləlik nəticələri ilə müqayisəli olmuşdur (2.8 ƏAQ hər 100 hamiləlik halına)
İstifadəsinə göstərişlər
ASTMA və xroniki obstruktiv bronxit FLUTİZON ağciyərlərə əhəmiyyətli dərəcəli iltihab əleyhinə təsir göstərmək xüsusiyyətinə malikdir. Dərman preparatı əvvəllər yalnız bronxodilatatorlarla və ya digər profilaktik müalicə ilə birlikdə müalicə almış xəstələrdə astma simptomlarını zəiflədir və onların kəskinləşməsinin qarşısını alır. Nisbətən qısamüddətli simptomlar tez-təsirli bronxodilatatorların köməyi ilə yüngülləşdirilə bilər, lakin daha uzunmüddətli simptomlar zamanı iltihabı aradan qaldırılmaq üçün ən qısa müddətdə kortikosteroid müalicəsinin aparılması tələb olunur. 16 yaşdan yuxarı uşaqlar və böyüklər Ağır astmanın profilaktikası. (Yüksək inhalyasiya dozası və ya daxilə qəbul olunan kortikosteroid müalicəsi tələb olunan xəstələrdə): Astma simptomlarını aradan qaldırmaq üçün sistem kortikosteroidlərdən istifadə edən xəstələr FLUTİZON-dan istifadə etməyə başladıqdan sonra daxilə qəbul edilən kortikosteroidlərdən asılılığı ciddi şəkildə azaldacaq və ya tamamilə aradan qaldıra bilərlər. Astma tutmalarının kəskinləşməsinin müalicəsi:Dozalaşdırılmış kompressor inhalyatoru və ya toz inhalyatoru vasitəsilə tələb olunan dozanı daha asanlıqla istifadə etmək mümkündür. • 4-16 yaşlı uşaqlar və yeniyetmələr Kəskin astma simptomlarının müalicəsi: Dozalaşdırılmış təzyiq altında olan inhalyatoru və ya toz inhalyatoru ilə tələb olunan dozanı daha asanlıqla istifadə etmək mümkündür.
Əks göstərişlər
Dərman preparatının tərkibinə daxil olan maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq göstərən insanlarda FLUTİZON istifadə edilməməlidir. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Qısamüddətli inhalyasiya edilən beta- -aqonistlərindən istifadənin artması astma2 simptomlarına nəzarətin pisləşdiynə işarə edir. Bu halda müalicəyə yenidən baxılmalı və lazım gələrsə, dəyişikliklər edilməlidir. Astmanın qəflətən və sürətlə pisləşməsi insan həyatı üçün təhlükə yaradır. Buna görə də, istifadə olunan kortikosteroid dozası artırılmalıdır. Risk altında olan xəstələrdə gündəlik maksimal nəfəs axını süərtinin səviyyəsi nəzarət altında saxlanmalıdır. İnhalyasiya edilən kortikosteroid xüsusilə yüksək dozada və uzun müddət qəbul edildikdə, orqanizmə sistem təsir göstərə bilər; bu təsirlərin kortikosteroidin daxilə qəbul edildiyi hallarla müqayisədə baş verməsi ehtimalı əhəmiyyətli dərəcədə azdır. (bax: “do- za həddinin aşılması”). Dərman preparatının insan orqanizminə mümkün mənfi təsirlərinə Kuşinq sindromu, Kuşinqoid əlamətləri, böyrəküstü vəzilərinin boğulması, uşaq və yeniyetmələrdə boyatmanın ləngiməsi, sümüyün mineral sıxlığının azalması, katarakta və qlaukoma daxildir. Buna görə də inhalyasiya olunan kartikosteroid dozasının terapevtik fayda verən minimuma endirilməsi çox vacibdir (bax: “Əlavə təsirləri”). İnhalyasiya olunan kortikosteroidi uzun müddət istifadə edən uşaqların boy göstəricisinə mütəmadi olaraq nəzarət edilməsi tövsiyə edilir. Adrenal cavabın pozulması ehtimalı olduğuna görə, , daxilə qəbul olunan steroid müalicəsindən inhalyasiya yolu ilə FLUTİZON müalicəsinə keçən xəstələrə xüsusi diqqət yetirilməli və adrenokortikal funksiya daimi nəzarət altında saxlanmalıdır. İnhalyasiya edilən FLUTİZON ilə müalicəyə başladıqdan sonra sistemik müalicənin dayandırılması tədricən aparılmalı və xəstələr özləri ilə astmanın kəskinləşdiyi anlarda əlavə müalicəyə ehtiyac ola biləcəyini göstərən kartlar gəzdirməlidirlər. Fövqəladə hallarda (cərrahiyyə əməliyyatı da daxil olmaqla) və streslə müşayiət olunan vəziyyətlərdə, xüsusilə uzun müddət yüksək dozalardan istifadə edən xəstələrdə böyrəküstü vəzin funksiyalarının pozulması halının mümkünlüyü nəzərə alınmalıdır. Bu hallarda, yaranmış klinik vəziyyətə uyğun olaraq əlavə kortikosteroid müalicəsinə müraciət oluna bilər (bax: “Doza həddinin aşılması). Analoji olaraq, steroidlərlə keçirilən sistem müalicənin inhalyasiya ilə əvəz edilməsi daha əvvəl sistem müalicənin nəzarətdə saxladığı rinit və ekzema kimi xəstəliklərin üzə çıxmasına səbəb ola bilər. FLUTİZON -dan istifadə qəflətən dayandırılmamalıdır. Nadir hallarda qandakı qlükozanın artması hallarına rast gəlinmişdir və bu amil dərman preparatı anamnezində diabet olan xəstələrə təyin edilərkən nəzərə alınmalıdır. (bax: “Əlavə təsirləri”) İnhalyasiya üçün kortikoid müalicəsi təyin olunacaq aktiv və ya passiv tuberkulyoz (vərəm) xəstəliyindən əziyyət çəkən xəstələrə xüsusi diqqət göstərilməlidir. Satışdan sonra dərman haqqında gələn məlumatlara əsasən flutikazon propionat və ritonavir qəbul edən xəstələrdə bu dərmanların qarşılıqlı əlaqələrindən yaranan və Kuşinq sindromu və adrenal supressiya ilə nəticələnən qarşılıqlı təsirlər yaranır. Buna görə də, terapevtik faydanın kortikosteroidlərlə sistemik müalicənin potensial riskindən yüksək olmadığı hallarda flutikazon propionat və ritonavirdən birgə istifadə etmək məsləhət görülmür. (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). İnhalyasiya ilə aparılan digər müalicələrdə olduğu kimi, bu dərman preparatının qəbul edilməsindən dərhal sonra paradoksal bronxospazm yarana bilər. Belə hallar inhalyasiya edilən sürətli təsirə malik bronxodilatatorlar vasitəsilə müalicə olunmalıdır. Bu halda FLUTİZON-dan istifadə dərhal dayandırılmalı, xəstənin vəziyyəti qiymətləndirildikdən sonra lazım gələrsə alternativ müalicəyə müraciət olunmalıdır. Bronxospazmların kəskin simptomlarını aradan qaldırmaq üçün inhalyasiya edilən sürətli təsirə malik bronxodilatatorların tətbiqi (məs. salbutamol) tələb olunan hallarda FLUTİZON ilə monoterapiya aparılmamalıdır. FLUTİZON astmanın kəskinləşməsi zamanı iltihab əleyhinə gündəlik vasitə kimi nəzərdə tutulmuşdur. Ağır astma xəstənin həyatı üçün təhlükə törədir, buna görə də mütəmadi tibbi nəzarətlə təmin edilməlidir. Belə ki, simptomların qəflətən kəskinləşməsi yüksək kortikosteroid dozaları qəbul etməyi zəruriləşdirə bilər. Bu isə yalnız tibbi nəzarət altında yerinə yetirilməlidir. FLUTİZON təcili vəziyyətlərdə inyeksiya və ya daxilə qəbul edilə biləcək kortikosteroidlərin əvəzedicisi kimi istifadə edilməməlidir. FLUTİZON-la müalicə qəbul edən xəstələrə izah edilməlidir ki, əgər onların klinik vəziyyəti pisləşərsə, dərman prepratının dozasını və ya qəbul edilmə tezliyini artırmalı deyil, həkimə müraicət etməlidirlər. Uzun müddət üz örtüyü taxan xəstələrdə üz dərisinin atrofiyasının qarşısını almaq üçün nebullaşmış FLUTİZON qəbul edərkən müştükdən istifadə etmək lazımdır. Maskadan istifadə edilən hallarda dərman preparatının nüfuz etdiyi dərinin qorunması üçün qoruyucu kremdən istifadə etmək və istifadədən sonra üzü yumaq lazımdır. FLUTİZON-la aparılan uzunmüddətli müalicə tədricən azaldılmalıdır və qəflətən dayandırılmamalıdır. Əgər buna ehtiyac varsa, yalnız klinik nəzarət altında yerinə yetirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Normal şəraitdə, inhalyasiya etdikdən sonra flutikazon propionatın aşağı plazma konsentrasiyaları əldə olunur. Bunun səbəbi bağırsaqda və qaraciyərdə P450 3A4 sitoxromu vasitəsilə geniş ilkin maddələr mübadiləsinin yüksək sistem klirensin baş verməsidir. Buna görə də, flutikazon propionatın digər dərman preparatları ilə qarşılıqlı əlaqəyə girmək ehtimalı yüksək deyildir. Sağlam insanlarda qarşılıqlı təsirlər barədə aparılan tədqiqatlar ritonavirin (sitoxrom P450 3A4-ün güclü inhibitoru) flutikazon propionat plazma konsentrasiyalarının əhəmiyyətli dərəcədə artırdığını və nəticədə qanda kortizol konsentrasiyalarının ciddi şəkildə azalması ilə nəticələndiyini sübut edir. Satışdan sonra dərman haqqında gələn məlumatlara əsasən flutikazon propionat və ritonavir qəbul edən xəstələrdə bu dərmanların qarşılıqlı təsirlərindən yaranan Kuşinq sindromu və adrenal supressiya ilə nəticələnən hallara rast gəlinir. Buna görə də, terapevtik faydanın kortikosteroidlərlə sistemik müalicənin potensial riskindən yüksək olmadığı hallarda flutikazon propionat və ritonavirdən birgə istifadə etmək məsləhət görülmür. (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Tədqiqatlar göstərmişdir ki, sitoxrom P450 3A4-nın digər inhibitorları qanda kortizol konsentrasiyalarını yüksəltmədən flutikazon propionatın sistem təsirinin cüzi (eritromisin) və az dərəcədə (ketokonazol) yüksəlməsinə səbəb olur. Buna baxmayaraq, sitoxrom P450 3A4-nın güclü inhibitorları ilə (məs. Ketokonazol) birgə istifadə edərkən diqqətli olmaq lazımdır, çünki bu flutikazon propionatın təsirinin artması ilə nəticələnə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlarda istifadəsinə dair məluamtlar məhduddur.Hamiləlik dövründə FLUTİZON yalnız anaya verə biləcəyi faydanın uşağa göstərə biləcəyi ziyanı üstələdiyi halda təyin oluna bilər. Retrospektiv epidemioloji tədqiqatlara əsasən digər inhalyasion kortikosteroidlərlə müqayisədə hamiləliyin ilk trimestrində flutikazon propionatın təsiri nəticəsində əhəmiyyətli anadangəlmə qüsurların yaranma riski artmamışdır. Heyvanlar üzərində aparılan reprodukriv tədqiqatlar zamanı qlükokosteroidlərin yalnız məsləhət görülən dozadan yüksək dozalarda istifadəsi nəticəsində meydana çıxan təsirləri müəyyənləşdirilmişdir. Laktasiya Flutikazon propionatın ana südünə qarışmasını müəyyənləşdirə biləcək araşdırmalar aparılmamışdır. Lakin laktasiya mərhələsində olan laboratiya siçovullarında ölçülə bilən plazma səviyyələri əldə edildikdə onların südündə flutikazon propionata rast gəlinib. Buna baxmayaraq, flutikazon propionatın məsləhət görülən dozada inhalyasiya yolu ilə qəbul edildiyi halda plazma səviyyəsinin yuxarı olmayacağı güman edilir. Laktasiya dövründə FLUTİZON yalnız anaya verə biləcəyi faydanın uşağa göstərə biləcəyi ziyanı üstələdiyi halda təyin oluna bilər. Fertillik İnsan fertilliyinə təsirinə dair məlumat yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlar flutikazon propionatın və ya salmeterol ksinafoatın kişi və ya qadın fertilliyinə təsir etmədiyini təsdiq etmişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsiri FLUTİZON avtomobillərdən və digər mexanizmlərdən istifadə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xəstələrə FLUTİZON -la aparılan müalicənin profilaktik xüsusiyyəti barədə məlumat verilməli və asimptomatik olsalar belə, müalicənin mütəmadi olaraq aparılmasının əhəmiyyəti izah edilməlidir. FLUTİZON-u həkim təyin etdiyi qaydada şırnaqlı nebulayzerin yaratdığı aerozol kimi qəbul edilir. Dərmanın orqanizmdə paylanmasına bir çox amilin təsir edə biləcəyi nəzərə alınaraq nebulayzer istehsalçısının təlimatlarına əməl edilməlidir. Ultrasəsli nebulayzerləri olan FLUTİZON istifadə etmək məsləhət görülmür. Nebulayzerlə istifadə üçün nəzərdə tutulmuş FLUTİZON inyeksiya edilməməlidir. FLUTİZON daxilə inhalyasiya üçün nəzərdə tutulmuşdur və bu zaman müştükdən istifadə məsləhət görülür. Əgər ağız nahiyəsini bağlayan maskadan istifadə zəruridirsə, nazal inhalyasiyadan da istifadə etmək olar. Astma xəstələrinin müalicəsində maksimum nailiyyət müalicənin başlanmasından sonra 4-7 gün ərzində əldə edilə bilər. Bununla yanaşı, FLUTİZON əvvəllər inhalyasiya yolu ilə steroid qəbul etməmiş xəstələrdə ilk istifadədən 24 saat sonra terapevtik fayda vermişdir. Əgər xəstə qısamüddətli bronxodilatatorla müalicənin tədricən öz faydasını itirdiyini müşahidə edərsə və ya daha çox sayda inhalyasiyalara ehtiyac yaranarsa tibbi nəzarət gücləndirilməlidir. Suspenziyanın kiçik miqdarda qəbulunu tətbiq etmək və ya qəbul etmə vaxtını uzatmaq məqsədilə nebullaşma üçün FLUTİZON suspenziyası istifadədən bilavasitə əvvəl natrium xlorid inyeksiyası ilə durulaşdırıla bilər. Adətən, nebulayzerlərdən daimi əsasda istifadə edildiyi üçün dərman praparatının ətraf mühitə yayılma ehtimalı yüksəkdir. Buna görə də, FLUTİZON yaxşı ventilyasiya olunan otaqlarda istifadə olunmalıdır. Bu, xüsusilə bir neçə xəstənin eyni vaxtda nebulayzerlərina istifadə edə biləcək xəstəxana otaqlarına aiddir. Astma • Böyüklər və 16 yaşdan böyük yeniyetmələr Gündə iki dəfə 500-dən 2000 mikroqrama qədər • Uşaqlar və 4-16 yaşlı yeniyetmələr Gündə iki dəfə 1000 mikroqram. Xəstələrə xəstəliyin ağırlığına uyğun olaraq FLUTİZON-nun ilkin dozası verilməlidir. Daha sonra fərdin müalicəyə cavabından asılı olaraq dozanın miqdarı tənzimlənməli və ya faydalı olacaq minimum dozaya endirilməlidir. Astmanın kəskinləşməsindən sonra 7 günə qədər dozanı yuxarı həddə saxlamaq məsləhət görülür. Daha sonra dozanın miqdarı azaldılmalıdır. . • Xüsusi pasiyent qrupları Böyrək və ya qaraciyər çatışmazlığı olan yaşlı insanlar üçün dərman preparatının dozasında dəyişiklik etməyə ehtiyac yoxdur. İstifadə ilə bağlı təlimatlar FLUTİZON-dan istifadə qaydaları İnhalyatordan istifadə barədə istehsalçının təlimatına uyğun istifadə edin Dərman preparatının istifadədən əvvəl qarışdırılması çox mühümdür. Flakonu üfüqi vəziyyətdə tutub, ucuna çırtma vurun və silkələyin. Dərman preparatı tamamilə qarışana qədər bunu bir neçə dəfə təkrar edin. Açmaq üçün flakonun yuxarı hissəsindəki qulpu fırladın. Həll olunması Əgər tələb olunarsa, natium xloridlə durulaşdırın. İnhalyatorun içində qalan istifadə olunmamış suspenziyanı atın. Müştükdən istifadə etmək məsləhət görülür. Əgər üz üçün maskadan istifadə edilirsə, dəri qoruyucu kremdən istifadə etmək və ya sonra üzü yumaq məsləhət görülür.
Əlavə təsirləri
Əlavə təsirlər baş vermə tezliyi və orqan siniflərinə əsasən qeyd edilibdir. Başvermə tezlikləri aşağıdakı qaydadadır: çox tez-tez (1/10), tez-tez (1/100-dən 1/10-qədər), bəzən (1/1000-dən 1/100-ə qədər), nadir hallarda (1/10 000-dən 1/1000-ə qədər) və çox nadir hallarda (1/10 000), ayrı-ayrı hallar daxil olmaqla. Çox tez-tez, tez-tez və bəzən rast gələn hallar əsasən klinik tədqiqatlar zamanı qeydə alınmışdır. Nadir və çox nadir hallara aid məlumatlar isə spontan hesabatlardan əldə edilmişdir. İnfeksiya və invaziyalar Çox tez-tez: ağız boşluğunun və boğazın kandidozu. Bəzi xəstələrin ağız boşluğunda və boğazlarında kandidoza rast gəlinib. Belə xəstələrə dərman preparatından istifadə etdikdən sonra ağızlarını yaxalamaq məsləhət görülür. Simptomatik kandidoz göbələyə qarşı dərman preparatları yerli tətbiq olunan vasitəsilə FLUTİZON -dan istifadəyə fasilə vermədən müalicə edilə bilər. Nadir: ezofaqeal kandidoz İmmun sistemdə baş verən pozğunluqlar Həddən artıq həssaslıq reaksiyaları aşağıdakı sindromlarla müşayiət olunur: Bəzən: dərinin yüksək həssaslıq reaksiyaları. Çox nadir hallarda: angioödem (əsasən üz nahiyəsində və orofaringeal ödem), nəfəs yollarında simptomlar (dispnoe və/və ya bronxospazmlar) və anafilaktik reaksiyalar. Endokrin pozuntuları Mümkün sistem effektlərə daxildir (bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”): Çox nadir hallarda: Kuşinq sindromu, Kuşinqoid əlamətləri, adrenal supressiya, boy artımının ləngiməsi, sümüyün mineral sıxlığının azalması, katarakta, qlaukoma. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar Çox nadir hallarda: hiperqlikemiya. Psixi pozğunluqlar Çox nadir hallarda: narahatlıq, hiperaktivlik və qıcıqlanma (əsasən uşaqlarda) daxil olmaqla, yuxu pozuntuları və davranışda dəyişikliklər. Tənəffüs, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar Tez-tez: səsin xırıltılı olması Bəzi xəstələrdə inhalyasiya ilə istifadə olunan FLUTİZON səsin dəyişməsinə -xırıltılı olmasına səbəb ola bilər. Belə hallarda inhalyasiyadan dərhal sonra su ilə qarqara edilməsi məsləhət görülür. Çox nadir: paradoksal bronxospazm (bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Tez-tez: qançırların yaranması.
Doza həddinin aşılması
FLUTİZON-un məsləhət görüləndən daha böyük dozada istifadə edilməsi böyrəküstü vəz funksiyalarının müvəqqəti olaraq supressiyasına səbəb ola bilər. Bu halda təcili tədbirlərə müraicət etmək tələb olunmur çünki plazmada kortizolun səviyyəsinin göstəriciləri adrenal funksiyanın bir neçə günə normallaşdığını sübut edir. Lakin, dərman preparatının uzun müddət məsləhət görüləndən yuxarı dozada istifadə edilməsi böyrəküstü vəzin zədələnməsinə səbəb ola bilər. Bu halda böyrəküstü vəzi klinik nəzarət altında saxlanılmalıdır. FLUTİZON-un həddən artıq yuxarı dozada istifadə edildiyi hallarda müalicə tövsiyə olunan dozada davam etdirilə bilər. Məsləhət görüləndən yuxarı dozada dərman preparatı istifadə edən xəstələrdə doza tədricən aşağı salınmalıdır.
Buraxılış forması
2 ml inhalyasiya üçün suspenziya, plastik flakonda 10 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30C-dən yuxarı olmayan temperaturda, qaranlıq yerdə saxlanılmalıdır. Dondurmaq olmaz. Dərman preparatının qutusu və ya folqası açıldıqdan sonra o işıqdan qorunmalıdır və ondan 28 gün ərzində istifadə etmək olar. Açılmış ampul soyuducuda saxlanmalıdır və 12 saat ərzində istifadə edilməlidir. Ampulları şaquli vəziyyətdə saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
VEM İLAÇ San. ve Tic. A.Ş. Çerkezköy Organize Sanayi Bölgesi. Karaağaç Mah. Fatih Blv. No:38. Kapaklı/TEKİRDAĞ/TURKEY.
Qeydiyyat vəsiqəsinin sahibi
VEM İLAÇ San. ve Tic. A.Ş. Maslak Mahallesi AOS 55. Sokak 42 Maslak A Blok Sit. No: 2/134 Sarıyer/İSTANBUL/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.