Flusinar 15 q məlhəm
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Yerli istifadə üçün qlükokortikosteroid |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLUSİNAR xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Fluocinolone acetonide
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,25 mq fluosinolon asetonid vardır. Köməkçi maddələr:propilenqlikol, limon turşusu, susuz lanolin, ağ vazelin.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli, yarımşəffaf yağlı kütlədir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün qlükokortikosteroid. ATC kodu: D07AC04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Xaricə istifadə üçün qlükokortikosteroid (QKS) vasitə olub, iltihabəleyhinə, qaşınmaəleyhinə, antiekssudativ və allergiyaəeyhinə təsirə malikdir. İltihab mediatorlarının yaranmasını, azad olmasını və aktivliyini azaldır. Dəriyə təsiri zamanı neytrofillərin kənar toplanmasının qarşısını alır ki, bu da, iltihab ekssudatının azalmasına və sitokinlərin produksiyasına; makrofaqların miqrasiyasının tormozlanmasına; infiltrasiya və qranulyasiya proseslərinin azalmasına səbəb olur. Farmakokinetikası Sorulması Aplikasiyadan sonra buynuz təbəqə vasitəsilə dəriyə nüfuz edir. Dəridə biotransformasiyaya məruz qalmır və buynuz təbəqədə kumulyasiya olunur. Dəridə onun yerli istifadəsi anından 15 gün sonra aşkar edilir. Xaricə istifadə zamanı fluosinolon asetat əhəmiyyətsiz dərəcədə sorula bilər və ümumi təzahürlər yarada bilər. Metabolizmi Sorulmasından sonra əsasən qaraciyərdə metabolizmə məruz qalır. Xaric olması Böyrəklər vasitəsilə və əhəmiyyətsiz dərəcədə ödlə, əsasən qlükuron turşusu birləşməsi və azacıq miqdarda dəyişilməmiş şəkildə xaric olur.
İstifadəsinə göstərişlər
Dərinin qlükokortikosteroid terapiyaya tabe olan, dəri quruluğu ilə müşayiət olunan, qeyri-mikrob etiologiyalı kəskin və xroniki iltihabi və allergik xəstəlikləri: – atopik dermatit; – ekzema; – seboreyalı dermatit; – psoriaz; – dəri qaşınması; – övrə; – allergik kontakt ekzema; – multiformalı ekssudativ eritema; – qırmızı yastı dəmrov. Ehtiyac olduqda, dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – çəhrayı çivzə, akne, perioral dermatit; – dərinin virus və göbələklərlə törədilən bakterial infeksiyası; – dərinin vərəmli və sifilisli zədələnmələri; – postvaksinal reaksiya; – anogenital qaşınma; bələk səpgisi; – dəri örtüyünün yaralı zədələnməsi, xoralar; – dərinin neoplastik dəyişikliyi (bədxassəli şiş); – hamiləlik, laktasiya dövrü; – 2 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: qızlarda cinsi yetişgənlik zamanı; – 2 yaşdan yuxarı uşaqlarda; – dərinin atrofik dəyişikliyi olan pasiyentlərdə, xüsusilə ahıl yaşlarında; – üz nahiyəsinə, büküklərə, təbii büküşlərə, dərinin nazik təbəqəsinə istifadəsi. Preparatın istifadəsilə əlaqədar yüksək həssaslıq və ya dərinin qıcıqlanması əlamətləri qeyd edildikdə, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Müalicə kursu 2 həftəni aşmamalıdır. Davamlı müalicə zamanı preparatı okklyuzion sarğılardan istifadə edilməklə dərinin daha böyük nahiyəsinə sürtdükdə, eləcə də, uşaqlarda qlükokortikosteroidlərin sistem absorbsiyası mümkündür; hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin funksiyasının zəifləməsi və hiperkortisizmin simptomlarının inkişafı mümkündür. Gözə düşməsindən çəkinmək lazımdır. Preparatı selikli qişalara istifadə etmək olmaz. Preparat, göz nahiyəsində istifadə üçün nəzərdə tutulmayıb, göz qapaqlarına istifadə etdikdə, preparatın gözə düşməsinin qarşısını almaq məqsədilə ehtiyatlı olmaq vacibdir, belə ki, çoxsaylı təsir nəticəsində görmənin dumanlanması və ya görmənin digər pozulmaları kimi simptomlar yarana bilər, katarakta və qlaukomanın inkişafı mümkündür. Pasiyentdə görmənin dumanlanması və ya görmənin digər pozulmaları kimi simptomlar yarandıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Preparatın istifadə edildiyi nahiyədə ikincili infeksiyanın yarandığı zaman antibakterial və ya göbələkəleyhinə müalicə tətbiq etmək lazımdır. Psoriazın müalicəsi zamanı xaricə istifadə edilən qlükokortikosteroidləri ehtiyatla istifadə etmək lazımdır, belə ki, bəzi hallarda xəstəliyin residivi halı, preparata qarşı tolerantlığın inkişafı, yayılmış pustulyozlu psoriazın yaranma riski və dərinin baryer funksiyasının pozulması nəticəsində yerli və ya sistem toksiki reaksiyaların inkişafı qeyd edilmişdir. Psoriazın müalicəsi zamanı pasiyentə diqqətli müşahidənin aparılması vacibdir. Preparatın üz nahiyəsinə, büküklərə, təbii büküşlərə, dərinin nazik təbəqəsinə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, preparatın sorulması artır və əlavə təsirlərin yaranma mümkünlüyü yüksəlir. Dərisində artıq atrofik dəyişiklikliyə malik olan olan pasiyentlərdə, xüsusilə ahıl yaşlarında, preparatı ehtiyatla istifadə etmək lazımdır. Müalicə dövründə rahat paltar geyinmək lazımdır. Preparatın tərkibinə daxil olan propilenqlikol istifadə nahiyəsində qıcıqlanmaya səbəb ola bilər. Lanolin allergik reaksiyalara (məsələn, kontakt dermatit) səbəb ola bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Preparatı 2 yaşdan yuxarı uşaqlarda istifadə edilə bilər. Nəzərə almaq vacibdir ki, uşaqlarda dəri örtüyünün səthi ilə bədən çəkisinin nisbətinə görə, eləcə də, dərinin kifayət qədər formalaşmaması ilə əlaqədar olaraq, qlükokortikoidlərin böyük səviyyəli sistem rezorbsiyası mümkündür. Uşaqların qlükokortikosteroidlərlə uzun müddət müalicəsi onların boyatmasının və inkişafının pozulmasına səbəb ola bilər. Uşaqlarda lazımi effekt əldə etmək üçün preparatın minimal dozası istifadə edilməlidir. Uşaqlarda müalicə kursu 5 günü aşmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələrilə qarşılıqlı təsiri məlum deyil. Mikrobəleyhinə preparatlarla uyuşur. Hipotenziv, diuretik, antiaritmik dərman vasitələrinin, kalium preparatlarının aktivliyini azaldır. Sidikqovucu preparatlar (kalium tərkiblilərdən başqa) hipokaliemiyanın inkişafı riskini artırır. Qlükokortikosteroidlərlə müalicə dövründə preparatın immunodepessiv effekti ilə əlaqədar olaraq vaksinasiya və immunizasiya aparmaq olmaz. Yuxarıda qeyd edilən və ya digər dərman vasitələrini (o cümlədən, reseptsiz buraxılan) qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Laktasiya Bu dövrdə preparatın istifadəsi zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Böyüklər Preparat zədələnmiş nahiyəyə nazik təbəqə ilə yüngül hopdurulmaqla gündə 1 və ya 2 dəfədən artıq olmamaqla sürtülür. Müalicənin müddəti xəstəliyin xarakterindən və müalicənin effektivliyindən asılıdır və uzunmüddətli xəstəlik zamanı adətən 5-10 gün təşkil edir. Böyüklərdə preparatla müalicə kursu 2 həftədən artıq olmamalıdır. Maksimal doza həftədə 15 q məlhəmi aşmamalıdır. Preparatı, yalnız dirsək və diz zədələnmələrində psoriatik ocaqların lokalizasiyası zamanı okklüzion sarğı altında istifadə etmək olar. Sarğı altında sutkada 2 q-dan artıq məlhəm istifadə etmək olmaz. Məlhəmin dermatozların quru formalarında istifadə edilməsinə üstünlük verilir. Üz nahiyəsində istifadəsi Üz nahiyəsində istifadəsi məsləhət görülmür, belə ki, bu nahiyə atrofik dəyişikliklərə qarşı daha həssasdır. Üz dərisi zədələnmiş pasiyentlərdə müalicə kursu bir həftəni aşmamalıdır. Okklüzion sarğılardan istifadə etmək olmaz. Uşaqlar 2 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir. 2 yaşdan yuxarı uşaqlarda ehtiyatla istifadə etmək və gündə 1 dəfə dərinin məhdud nahiyəsində minimal effektiv dozada istifadə etmək məsləhət görülür. Uşaqlarda müalicə kursu 5 gündən artıq olmamalıdır, həkim nəzarəti tələb edilir. Okklüzion sarğılardan istifadə etmək olmaz. Müalicədən sonra yaxşılaşma müşahidə edilmədikdə və ya simptomlar daha da ağırlaşdıqda və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir. Preparatı istifadə qaydasına və həmin dozaya uyğun və içlik vərəqədə qeyd edildiyi qaydada istifadə etmək lazımdır.
Əlavə təsirləri
Qlükokortikosteroidlərin xaricə istifadəsi zamanı aşağıdakı hallar müşahidə edilə bilər: allergik reaksiyalar, yanma, dəridə qaşınma, steroidli civzə, dəridə quruluq, follikulitlər. Uzun müddət istifadəsi zamanı əlavə təsirlər mümkündür: dəri və dərialtı toxumada baş verən pozğunluqlar: dərinin atrofiyası, teleangioektaziya, yerli girsutizm, hipertrixoz, purpura, dəri örtüyünün piqmentasiyasının pozulması, alopesiya (xüsusilə qadınlarda). İmmun sistemdə baş verən pozğunluqlar: hiperhəssaslıq, ikincili immunodefisit (xroniki infeksion xəstəliklərin kəskinləşməsi, infeksion prosesin yayılması, opportunistik infeksiyaların inkişafı). Endokrin sistemdə baş verən pozğunluqlar: hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin zəifləməsi, İtsenko-Kuşinq sindromu (hiperkortisizm sindromu), boyatmanın ləngiməsi və/ya uşaqlarda bədən çəkisinin artması, hiperqlikemiya və/ya qlükozuriya, bədən çəkisinin artması və ya piylənmə, arterial təzyiqin artması, qastrit, “steroid”li mədə xorası. Görmə orqanı tərəfindən baş verən pozğunluqlar: görmə itiliyinin pozulması, göz qapaqlarına istifadə edildiyi halda qlaukoma, katarakta.
Doza həddinin aşılması
Doza həddinin kəskin aşılması az ehtimal edilir, lakin preparatın yüksək sorulma xüsusiyyətilə dərinin böyük sahəsinə uzun müddət və ya okklüzion sarğılarla istifadəsi zamanı hiperkortisizmin əlamətlərilə müşayiət edilən xroniki doza həddinin aşılması mümkündür: hiperqlikemiya, qlükozuriya, böyrəküstü vəzinin qabıq maddəsinin geridönən zəifləməsi, İtsenko-Kuşunq sindromu. Müalicəsi Simptomatikdir, ehtiyac olduqda, su-elektrolit balansının korreksiyası, preparatın istifadəsinin dayandırılması (uzun müddətli terapiya zamanı tədricən dayandırmaq lazımdır) tələb edilir.
Buraxılış forması
Xaricə istifadə üçün 0,025%-li məlhəm. 15 q məlhəm, içərisi laklı litoqrafiyalı alüminium tubda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25˚C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. Hazır dərman formasının istehsalçısı/Qablaşdırıcı/Keyfiyyətə nəzarət Jelfa S.C., Əczaçılıq zavodu. 58-500 Yelenya Qura, V. Pol k., 21, Polşa.
Qeydiyyat vəsiqəsinin sahibi
“ Bausch Health ” MMC 115162, Moskva, Şabolovka k., ev 31, bina 5, Rusiya Federasiyası. İradları qəbul edən təşkilat “ Bausch Health ” MMC 115162, Moskva, Şabolovka k., ev 31, bina 5, Rusiya Federasiyası. Tel.:/Faks: +7 (495) 510-28-79.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.