Floriment-G 10 ml suspenziya

Dərman formasıSuspenziya
Farmakoloji təsirQlükokortikoid-antibiotik kombinə olunmuş oftalmik preparatlar
İstehsal ölkəsiBanqladeş

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,66 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FLORMENT G göz damcısı FLORMENT G Beynəlxalq patentləşdirilməmiş adı: Fluormetholone + Gentamicin

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq flüormetalon, 3 mq gentamisin vardır. Köməkçi maddələr: natrium xlorid, polivinil spirti, hipromelloza, dinatrium hidrofosfat dihidrat, benzalkonium xlorid məhlulu (50%), inyeksiya üçün su.

Təsviri

Ağ rəngli bircinsli suspenziyadır.

Farmakoterapevtik qrupu

Qlükokortikoid-antibiotik kombinə olunmuş oftalmik preparatlar. ATC kodu: Fluormetholone – S01CB05. ATC kodu: Gentamicin – J01GB03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Flüormetalon dezoksiprednizolon törəməsi olub, sintetik kortikosteroidlərə aiddir. Gözün ilthabi xəstəliklərinin müalicəsində istifadə olunan ümumi steroidlər qrupundandır. Qlükokortikosteroidlər sitoplazmik reseptorlarla birləşir və iltihab mediatorlarının sintezinə nəzarət edir, beləliklə, iltihablı reaksiyaları (şişkinlik, fibrin çökməsi, kapilyarların genişlənməsi, faqositlərin miqrasiyası) və həmçinin kapilyar proliferasiyanı, kollagen çöküntüsünü və çapıqlaşmanı dayandırır. Kortikosteroidlərin yerli müalicəsi tez-tez həm normal gözlərdə, həm də artan göz içi təzyiqi olan bir xəstənin gözündə intraokulyar təzyiqi artırsa da, flüorometolon göz daxili təzyiqini, məsələn, deksametazondan daha az artırır. Tədqiqat göstərdi ki, altı həftəlik müalicədən sonra flüorometolon deksametazonla müqayisədə göz içi təzyiqini statistik olaraq əhəmiyyətli dərəcədə daha az artırdı (deksametazonun orta dəyişməsi: 9 mmHg, florometolonun orta dəyişməsi: 3 mmHg). Gentamisin – geniş spektrli aminoqlikozidlər qrupundan olan antibiotikdir. Əksər qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, həmçinin Pseudomonas aeruginosa, Escherichia coli, Klebsiella spp., Salmonella spp., Proteus spp., Serratia spp. Staphylococcus spp-ə qarşı orta dərəcədə aktivdir. Gentamisin plazmatik membranın bütövlüyünə və RNT metabolizminə təsir göstərir, həmçinin ribasomun 30s subvahidi səviyyəsində zülal sintezini inhibə edir. Farmakokinetikası Fluorometolon buynuz qişaya nüfuz edərkən müəyyən dərəcədə metabolizmə uğrayır. Gentamisinin yerli tətbiqi sistem absorbsiya ilə nəticələnə bilər Gentamisin mədə-bağırsaq traktından asanlıqla sorulmur <10% plazma zülalına bağlanır. Qəbul edildikdən sonra və glomerular filtrasiya yolu ilə > 90% sidiklə xaric olunur. Normal xəstələrdə onun aradan qaldırılması üçün yarımxaricolma dövrü 2-3 saat təşkil edir, lakin böyrək çatışmazlığı hallarında artırıla bilər. Effektiv plazma konsentrasiyası 4-8 mg/ml təşkil edir Paylanma həcmi (VD) 0,3 1/kq təşkil edir

İstifadəsinə göstərişlər

Gözün ön seqmentinin bakteriyalarla əlaqədər olan infeksiyalaşmış iltihabi proseslərində, həmçinin əməliyyatdan sonrakı iltihabi proseslərdə istifadə olunur.

Əks göstərişlər

Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Buynuz qişanın zədələnməsi və xorası. Viral infeksiyalar (məsələn, Herpes simplex, Vaccinia) və ya mikoz. Göz vərəmi və qlaukoma.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Steroidlər göz infeksiyalarını aktivləşdirə və ağırlaşdıra bilər. Uzunmüddətli steroidlərlə müalicə zamanı qlaukoma, göz sinirinin zədələnməsi, gözün buynuz qişası və sklerada incəlmə və nadir hallarda buynuz qişanın perforasiyası baş verə bilər. 7-8 günlük müalicədən sonra heç bir yaxşılaşma müşahidə edilmədikdə, digər terapevtik vasitələr nəzərdən keçirilməlidir. Müalicə zamanı buynuz qişada xoralar əmələ gələrsə, göbələk infeksiyasının mümkünlüyü nəzərə alınmalıdır. Preparatın tətbiqindən sonra bulanıq görmə ilə qarşılaşan xəstələr nəqliyyat vasitələrini və mexanizmləri idarə etməkdən çəkinməlidirlər. Kontakt linzalar hər tətbiqdən əvvəl çıxarılmalıdır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri CYP3A (sitoxrom P ) inhibitorları, həmçinin kobisistat tərkibli preparatlarla birgə istifadəsi,450 preparatın sistematik yan təsirlərinin riskini artırır. Müəyyən edilib ki, etakridin turşusu və furosemid kimi güclü diuretiklərin ototoksiklik riskini artırdığı güman edilir. Eyni zamanda amfoterisin B, sisplatin, siklosporin və sefalosporinlərin isə nefrotoksikliyinin potensial gücləndiriciləridir. Həkim tərəfindən zəruri hesab edilmədikdə, digər potensial nefrotoksik və ya ototoksik dərmanlarla eyni vaxtda istifadədən çəkinmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İnsanlar üzərində kontrol tədqiqatlar aparılmamışdır. Buna görə də, məcburi səbəblər istisna olmaqla, hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi zamanı gözdə müvəqqəti bulanma əmələ gələ bilər. Bu baş verərsə, pasiyent avtomobil və mexanizmləri idarə etməzdən və ya özünü və ya başqalarını risk altına ala biləcək hər hansı fəaliyyətdə iştirak etməzdən əvvəl bulanıqlığın aradan qalxmasını gözləməlidir.

İstifadə qaydası və dozası

Bakterial infeksiya: Dozalanma xəstəliyin şiddətindən asılıdır. Təsirə məruz qalan gözün konyunktiva kisəsinə gündə 5 dəfə 1 damcı tətbiq etmək tövsiyə olunur. Ağır hallarda, doza 1-2 gün ərzində saatda 1 damcıya qədər artırıla bilər. Əməliyyatdan sonrakı göz infeksiyası: 1 həftə ərzində gündə 4 dəfə konyunktiva kisəsinə 1 damcı. Sonra müalicənin qalan hissəsi üçün azaldılmış tətbiq tezliyi tövsiyə olunur.

Əlavə təsirləri

İstifadədən sonra keçici yanma hissi yarana bilər. Nadir hallarda: göz qapağının ekzeması və nöqtəli keratit daxil olmaqla, bulanıq görmə, yüksək həssaslıq reaksiyaları. Yerli steroidlərin uzun müddət istifadəsi yaraların sağalmasını gecikdirə, gözdaxili təzyiqin artmasına, göz sinirinin zədələnməsinə, görmə itiliyinin azalmasına, kataraktanın inkişafına və buynuz qişanın və skleranın incəlməsinə, perforasiyasına səbəb ola bilər.

Doza həddinin aşılması

Yerli oftalmik yolla istifadəsi zamanı kəskin problem yaranmır.

Buraxılış forması

10 ml məhlul flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Açıldıqdan sonra 30 gün istifadəyə yararlıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Opsonin Pharma Limited, Bangladesh. Rupatali, Barishal, Bangladesh.

Qeydiyyat vəsiqəsinin sahibi

Opsonin Pharma Limited, Bangladesh. Opsonin Building, 30 New Eskaton Road, Dhaka 1000, Bangladesh.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Floriment-G 10 ml suspenziya” üçün ilk rəyi siz yazın.