FLEBOSID N30 TAB
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Kapilyarqoruyucu maddələr, bioflavonoidlər, trokserutinin kombinasiyaları |
| İstehsal ölkəsi | Yunanıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
28,87 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLEBOZİD 300 mq+3 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Troxerutin + Carbazochrome
Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 300 mq rokserutin, 3 mq karbazoxrom vardır. Köməkçi maddələr: saxaroza, ərəb qətranı, qarğıdalı nişastası, talk, polivinilpirrolidon, kolloidal silisium dioksid, maqnezium stearat, titan dioksid (E171), kalsium karbo- nat, kaolin narıncı-sarı S (E110), indiqokarmin (E132).
Təsviri
İki tərəfi qabarıq, yumru, narıncıya çalan solğun sarı rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Kapilyarqoruyucu maddələr, bioflavonoidlər, trokserutinin kombinasiyaları. ATC kodu: C05CA54.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası FLEBOZİD iki aktiv komponentdən (trokserutin və karbazoxrom) ibarətdir. Trokserutin (trihidroksietilrutozidlər), həmçinin P vitamini kimi də tanınan bioflavonoid olub4 damarların rezistentliyini artırır və onların keçiriciliyini azaldır. Beləliklə həddən artıq maye komponentinin qandan toxumalara keçməsinin qarşısını alır (keçiricilik əleyhinə və ödeməleyhinə təsir). Bioflavonoidlərin təsir mexanizmi aşağıdakı müxtəlif faktorlarla izah olunur: − prekapilyar sfinkterlərə vazokonstriktiv təsir − adrenalinin təsirini gücləndirməsi − dolayı yolla askorbin turşusunu artırması − dolayı antioksidant effekt sayəsində adrenalinin və C vitamininin təsirini gücləndirməsi − histaminə antaqonist təsir − hialuronidazanı inhibə etməsi Müasir məlumatlara görə trokserutin neyrotransmitterlərin KOMT təsiri ilə katabolizmini inhibə edərək qanda adrenalinin stabilliyinə və konsentrasiyasına müsbət təsir göstərir. Beləliklə, adrenalin periferik damardaraldıcı (əsasən arteriolalara və arterial kapilyarlara) təsir göstərir, prekapilyar sfinkterləri blokada edir. Bundan başqa kapilyar keçiriciliyinə protektiv təsir göstərən və hialuronidazanı inhibə edən C vitamininin təsirini gücləndirir, hüceyrə membranlarında hialuron turşusunu (damar divarlarının möhkəmliyinə cavabdeh mukopolisaxarid) stabilləşdirir. Həmçinin histaminin azad olmasını inhibə edərək, kapilyarların rezistentliyini artırır. Karbazoxrom-ortoxinon adrenalinin oksidləşmə məhsulu olub, ikinci dərəcəli amin və orto- difenol qrupu olmadığı üçün simpatomimetik təsiri yoxdur. Qanaxma nahiyəsinin kiçik damarlarına yerli vazokonstriktiv təsiri qanaxmanın müddətini qısaldır. Bu zaman arterial təzyiqin artması və ürək fəaliyyətinə təsir müşahidə olunmur. Müəyyən edilib ki, karbazoxrom kapilyarların möhkəmliyinə və keçiriciliyinə, həmçinin damarların tonusuna və yığılma gücünə təsir göstərir. Trokserutin-karbazoxromun optimal kombinasiyası preparatın yüksək farmakoloji effektini təmin edir və bu da damar xəstəliklərinin müalicəsinin, həmçinin kapilyarların yüksək zəifliyi ilə əlaqəli qanaxma sindromlarının müalicəsinin məqsədəuyğun aparılmasına şərait yaradır. Farmakokinetikası Trokserutin daxilə qəbul etdikdən sonra həzm traktından tez sorulur. Qanda maksimal konsentrasiyanı (C ) 1 saata toplayır. Histohematik baryeri asan keçir. Qaraciyərdəmax metabolizmə uğrayır. Böyrəklər və ödlə (11% dəyişilməmiş şəkildə) xaric olur. Karbazoxrom tətbiq edildikdən 10 dəqiqə sonra qan plazmasında müşahidə edilir. T – 1,2±0,5 saat təşkilmax edir.
İstifadəsinə göstərişlər
Venoz çatışmazlıq, kapilyarların kövrək olması.
Əks göstərişlər
Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsinin dölə və ya körpəyə olan təhlükəli təsiri istisna edilmir. Hamiləlik zamanı preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Buna görə də hamiləlik və laktasiya dövründə preparatın istifadəsi məsləhət deyil. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Tabletlər daxilə qəbul edilir. Gündə 1-2 tablet və ya həkim məsləhətinə uyğun olaraq qəbul edilir. 18 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır.
Əlavə təsirləri
Çox nadir hallarda ürəkbulanma ilə müşayiət olunan mədə dözümsüzlüyü, allergik reaksiyalar. İçlik vərəqədə göstərilməyən hər hansı əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları müəyyən edilməyib.
Buraxılış forması
10 tablet blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti qablaşdırmada göstərilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Kleva Pharmaceuticals S.A. 189, Parnithos Avenue, 13675 Acharnai Attiki, Yunanıstan. Marketinq üzrə səlahiyyətli sahibkar ACARPIA Farmaceutici S.r.l. Viale L. Majno,18 – 20129 Milan, İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.