Flebodia 600 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Angioprotektor |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
30,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLEBODİA 600 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Diosmine Tərkib Təsir edici maddə: 1 tabletin tərkibində quru maddəyə nəzərən 600 mq diosmin vardır. Köməkçi maddələr: talk, kolloidal silisium dioksid, stearin turşusu, mikrokristallik sellüloza. Örtük: sepifilim TM002 (hipromelloza (E 464), mikrokristallik sellüloza, makroqola 8 stearat I tip), Sepispers TM AP 5523 çəhrayı (propilenqlikol – izləri, hipromelloza ( E 464),titan dioksid ( E 171), al qırmızı boya maddəsi (Ponso 4R) (E 124), qara dəmir oksid ( E 172), qırmızı dəmir oksid (E172), Opaqlos 6000 (karnaub mumu (E 903), arı mumu (E 901), şellak (E 904), susuz etanol 95° izləri).
Təsviri
Dairəvi, ikitərəfli qabarıq, çəhrayı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Angioprotektor. ATC kodu: C05CA03. Farmokoloji xüsusiyyətləri Farmakodinamikası Venotonik təsiri: venaların gərilməsini azaldır, venoz tonusu yüksəldir, venoz durğunluğu azaldır, adrenalinin,noradrenalinin damardaraldıcı təsirini gücləndirir. 1 tabletin tərkibində 600mq diosmin vardır ki, bu da venotonik təsir üçün optimal effektiv sutkalıq dozadır. Angioprotektor təsiri: mikrosirkulasiyanı yaxşılaşdırır, kapilyarların rezistentliyini artırır; onların keçiriciliyini azaldır. Limfatik sistemə təsiri: limfatik drenajı yaxşılaşdırır,limfatik kapilyarların tonusunu və yığılma tezliyini artırır,onların funksional sıxlığını böyüdür, limfatik təzyiqi azaldır. Ödeməleyhinə təsir göstərir. İltihab əlamətlərini aradan qaldırır (dozadan asılı effekt). Leykositlərin vena divarına adgeziyasını və onların paravenoz toxumalara miqrasiyasını azaldır. Oksigenin toxumalara diffuziyasını və perfuziyasını yaxşılaşdırır. Sərbəst radikalların hasilatını, prostaqlandinlərin və tromboksanın sintezini blokadaya alır. Klinik müayinələrdə təsdiqlənib: aşağı ətrafların səthi və dərin venalar sistemində orta venoz təzyiqin düşməsi (doppleroqrafiyanın kontrolu ilə keçirilən ikiqat görünməyən plasebo kontrol müayinəsinin nümayişi); eləcə də əməliyyatdan sonrakı ortostatik hipotenziyası olan pasientlərdə sistolik və diastolik arterial təzyiqin qalxması. Farmakokinetikası Daxilə qəbuldan sonra preparat mədə-bağırsaq traktından tez sorulur və qan plazmasında 2 saat- dan sonra aşkar olunur.Qan plazmasında maksimal konsentrasiyası qəbuldan 15 saat sonra yaranır. Aşağı ətraflarin dərialtı venalarının və boş venaların divarlarının bütün qatlarında bərabər payla- nır və toplanır. Az miqdarda isə böyrəklərdə, qaraciyərdə, ağciyərlərdə və digər orqanlarda topla- nır. Diosmin və ya onun metabolitlərinin vena damarlarında seçici olaraq çökməsi qəbuldan 9 saat sonra maksimum həddə çatır və 96 saat ərzində saxlanılır. Əsasən 79%-i böyrəklər vasitəsilə,11%-i bağırsaqla və 2,4%-i öd vasitəsi ilə xaric olunur.
İstifadəsinə göstərişlər
-Aşağı ətrafların limfovenoz çatışmazlığı simptomlarının müalicəsi ( ağırlıq hissi,yorğunluq, ayaqlarda şişkinlik, ağrı (günün sonuna doğru),ödemlər); -Kəskin babasilin simptomlarının müalicəsi; -Mikrosirkulasiya pozğunluğu zamanı əlavə müalicə.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,18 yaşa qədər uşaqlar (istifadə təcrübəsi məhduddur), laktasiya dövründə məsləhət görülmür (istifadə təcrübəsi məhduddur).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kəskin babasilin müalicəsi digər müalicə metodları ilə birgə aparıla bilər.Əgər simptomlar təyin olunmuş müalicə kursu ilə aradan qalxmırsa, müvafiq müalicəni seçmək üçün ixtisas həkimi ilə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Müəyyən edilməyib. Qəbul etdiyiniz bütün dərmanlar haqqında həkimi məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olarsa, həkimin təyinatı əsasında istifadə edilə bilər. Eksperimental müayinələrdə dölə teratogen təsir müəyyən edilməyib. Bu vaxta qədər qədər hamilələrdə preparatın qəbulu zamanı klinik praktikada dölə malformasiyaedici və fetotoksik təsir müəyyən edilməyib. Laktasiya dövrü Ana südünə nüfuz etməsi barədə heç bir məlumat yoxdur, ona görə də laktasiya dövründə preparatın qəbulu məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
öyrənilməyib.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Aşağı ətraf venalarının limfovenoz çatışmazlığı Xroniki limfovenoz çatışmazlığı zamanı sutkada 1 dəfə səhər, yeməkdən qabaq 1 tablet qəbul edilir. Adətən preparatın qəbul kursu iki aydır. Kəskin babasil və xroniki babasilun kəskinləşməsi. Kəskin babasil və xroniki babasilun kəskin- ləşməsi zamanı preparat ilk dörd gün ərzində sutkada 3 dəfə hər dəfə 1 tablet yemək vaxtı; sonrakı üç gün ərzində sutkada 2 dəfə hər dəfə 1 tablet yemək vaxtı qəbul edilir. Simptomların təkrar yaranma hallarında müalicə kursunu həkimin məsləhəti ilə təkrarlamaq olar. Xroniki babasil Kəskin təzahürlərin toplanmasından sonra preparatın qəbulunu 1-2 ay ərzində sutkada 1dəfə hər dəfə 1 tablet olmaqla davam etdirmək olar. Əgər preparatın bir və ya bir neçə qəbulu ötürülübsə, preparatın qəbulunu adi rejimdə və adi do- zada davam etdirmək lazımdır. Preparatın qəbulundan öncə həkimlə məsləhətləşmək lazımdır.
Əlavə təsirləri
Əlavə reaksiyaların başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (1/10-dən çox hallarda), tez-tez(1/100-dən çox və 1/10-dən az hallarda),bəzən (1/1000-dən çox və 1/100-dən az hallarda), nadir (1/10000-dən çox və1/1000-dən az hallarda) və çox nadir (1/10000-dən az hallarda), məlum olmayan (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün olmur). Flebodia 600 preparatının qəbulu zamanı aşağıdakı əlavə təsirlər meydana çıxa bilər: -mədə-bağırsaq traktında: nadir hallarda –dispeptik pozulmalar (qıcqırma,urəkbulanma, qarında ağrılar); -mərkəzi sinir sistemində:nadir hallarda-baş ağrıları. Qeyd edilən əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa və ya bu içlik vərəqədə göstərilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimi məlumatlandırmaq lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması simptomları təsvir olunmayıb.
Buraxılış forması
15 və ya 30 tablet, alüminium blisterdə. 1, 2, 4 və ya 6 blister (hər birində15 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 18 tabletdən ibarət 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
30° C temperaturdan aşağı və uşaqlarin əli çatmayan yerdə axlamaq lazmdr.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsal olunur İnnotera Şuzi. Ryu Rene Şantero, Şuzi-sür-Sis, Valuar-sür-Sis, 41150, Fransa.
Qeydiyyat vəsiqəsinin sahibi
İnnotek İnternasional Laboratoriyası. 22,avenyu Aristid Brian,94110 Arkey,Fransa. Rusiya nümayəndəliyi “İnnotek İnternasional Laboratoriyası” SC, (Fransa). 127051,Moskva şəhəri,Petrovka küçəsi,ev 20/1. Tel.: (495)775-41-12, faks: (495)287-87-68. e-mail:[email protected] www.innotech.ru
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.