Fescetam 400 mq / 25 mq N60 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Digər psixostimulyator və nootroplar |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,61 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FESSETAM kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Piracetam + Cinnarizine
Tərkibi
Təsiredici maddələr: 1 kapsulda 400 mq pirasetam, 25 mq sinnarizin vardır. Köməkçi maddələr: starlak (laktoza monohidrat 85%, qarğıdalı nişastası 15%), susuz kolloidal silisium dioksid, maqnezium stearat. Bərk jelatin kapsula: titan dioksid (Е171), jelatin.
Təsviri
Ağ rəngli bərk, jelatin kapsullardır. Kapsulun möhtəviyyatı: ağımtıl rəngdən ağ rəngə kimi tozabənzər qarışıq. Şüşə çubuqla əzdikdə toza çevrilən konqlomeratların olması mümkündür,
Farmakoterapevtik qrupu
Digər psixostimulyator və nootroplar. ATC kodu: N06BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Pirasetamın terapevtik təsiri hələ də axıra qədər aydınlaşdırılmayıb. Hazırda məlum olan təsirləri heyvanlar üzərində aparılmış bir sıra təcrübi araşdırmalar nəticəsində sübut edilmişdir. Məlum olmuşdur ki, o, QAYT-ergik, xolinergik və qlutamatergik sinir keçiriciliyini yaxşılaşdırır, məlumatın beyin yarımkürələri daxili və yarımkürələr arası ötürülməsini asanlaşdırır, metabolizmə və qanın reoloji xüsusiyyətlərinə təsiri ilə şərtlənən işemiya əleyhinə təsirə malikdir. Sinnarizin kalsium kanallarının və histamin H -reseptorlarının seçici antaqonistidir. Məlum1 olmuşdur ki, o, kalsium ionlarının hüceyrə membranından keçməsini ləngidir; damardaraldıcı mediatorların (katexolaminlər, angiotenzin və bradikinin) təsirini zəiflədir; beyin damarlarına, koronar və periferik damarlara zəif genəldici təsir göstərir; metabolizm yolu ilə beyin qan dövranında karbon qazının miqdarını artırır; hüceyrələrin hipoksiyaya davamlılığını artırır; arterial təzyiqə və nəbz vurğularına təsir etmir. Kombinəolunmuş preparat nəzərəçarpan hipoksiyaəleyhinə təsirə malikdir. Hər iki komponentin beyin qan damarlarının müqavimətini azaltma təsiri qarşılıqlı olaraq güclənir. Bu kombinasiya beyin qan dövranını yaxşılaşdırır. Farmakokinetikası Kombinəolunmuş preparat mədə-bağırsaq traktından tez və tam sorulur. Sinnarizin daxilə qəbul edildikdən 1 saat sonra plazmada pik qatılığa çatır. Tamamilə metabolizə olunur. Plazma zülalları ilə 91% birləşir. 60%-i dəyişilməmiş şəkildə nəcislə xaric olunur, qalan hissəsi isə sidik vasitəsilə metabolitlər şəklində xaric olunur. Pirasetam plazmada maskimal qatılığa 2–6 saatdan sonra çatır. O hematoensefalik baryeri asanlıqla keçir. Sidik vasitəsilə dəyişilməmiş şəkildə xaric olunur.
İstifadəsinə göstərişlər
• ateroskleroz və arterial hipertoniya zamanı xroniki və latent beyin qan dövranı çatışmazlığı; beyin insultundan sonra bərpa dövrü; • posttravmatik serebrasteniya; • müxtəlif mənşəli ensefalopatiya; • yaddaş və digər koqnitiv funksiyaların pozulması və ya emosional-iradi sfera pozğunluqları ilə müşahidə olunan psixoorqanik sindrom; • labirintopatiyalar – başgicəllənmə, qulaqlarda küy, ürəkbulanma, qusma, nistaqm; • Menyer sindromu; • kinetozların profilaktikası.
Əks göstərişlər
Fessetam aşağıdakı hallarda istifadə üçün əks göstərişdir: • pirasetam və sinnarizinə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; • ağır böyrək çatışmazlığı; • hemorragik insult.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərman vasitəsini qəbul edərkən aşağıdakıları nəzərə alın: Yüngül və ya orta ağırlıqlı böyrək çatışmazlığı, xüsusilə kreatinin klirensi 60 ml/dəq-dən az olarsa terapevtik dozanı azaltmaq və ya qəbullar arasındakı intervalı artırmaq məsləhət görülür. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə bu preparatı ehtiyatla istifadə etmək lazımdır. Qaraciyər funksiyalarının pozğunluğu olan xəstələrdə qaraciyər fermentlərinin səviyyəsinə nəzarət etmək lazımdır. Müalicə zamanı alkoqol istifadəsindən uzaq olmaq lazımdır. Gözdaxili təzyiqin yüksəlməsi ilə əlaqədar olan vəziyyətlərdə və ya Parkinson xəstəliyi olan xəstələrdə ehtiyatla istifadə etmək lazımdır. Bu dərman preparatının tərkibində laktoza vardır. Qalaktoza dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya kimi nadir irsi problemlər olan pasiyentlər bu dərman preparatını istifadə etməməlidirlər. Preparatın uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi haqqında klinik məlumatlar mövcud deyil, buna görə də preparatın 5 yaşdan kiçik uşaqlara təyin edilməsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hətta sizə təyin olunmadığı halda belə əgər siz digər dərman vasitələrini qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə həkiminizi və ya əczaçını məlumatlandırın. MSS depressantları (yuxugətiricilər və sedativ preparatlar), trisiklik antidepressantlar və alkoqolla eyni zamanda istifadəsi zamanı sedativ təsirlər güclənir. Fessetam nootrop, antihipertenziv (arterial təzyiqi aşağı salan) və damargenəldici vasitələrin təsirini gücləndirir. Digər damargenəldici preparatlarla eyni zamanda istifadəsi onun təsirini gücləndirir, tərkibindəki sinnarizin isə antihipertenziv vasitələrin təsirini azaldır. Preparat qalxanabənzər vəzin hormonlarının aktivliyini gücləndirirərək tremor və narahatlığa səbəb ola bilər. Eyni zamanda bəzi antikoaqulyantların təsirini gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərman vasitəsinin qəbulundan öncə müalicə həkiminizlə və ya əczaçıyla məsləhətləşin. Fessetamın hamiləlik zamanı (xüsusilə birinci trimestrdə) qəbulu məsləhət görülmür. Pirasetam ana südünə keçir, buna görə də onun ana südü ilə qidalandırma dövründə istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Fessetamı həmişə həkiminiz təyin etdiyi şəkildə qəbul edin. Böyüklərə: xəstəliyin ağırlığından asılı olaraq 1-2 kapsuldan gündə 3 dəfə 1-3 ay müddətində. 5 yaşdan böyük uşaqlara: 1-2 kapsuldan gündə 1-2 dəfə Preparatı fasiləsiz, 3 aydan artıq qəbul etmək olmaz! Əgər Fessetamın təsirinin çox zəif və ya çox güclü olması barədə təəssürat yaranarsa, o zaman müalicə həkimi və ya əczaçıyla məsləhətləşin.
Əlavə təsirləri
İstənilən dərman preparatı kimi Fessetam da əlavə təsirlər göstərə bilər, lakin bu təsirlər hamıda baş vermir. Çox nadir hallarda yüksək həssaslıq reaksiyaları – dəri reaksiyaları, fotohəssaslıq. Bəzi hallarda mədə-bağırsaq traktı pozğunluqları – ağız suyu ifrazının artması, ürəkbulanma, qusma. Yaşlı xəstələrdə uzunmüddətli müalicə tremorun inkişafına səbəb ola bilər. Həyəcan, narahatlıq və eyni zamanda yuxunun pozulması baş verə bilər. Əgər sizdə qeyd olunmuş əlavə təsirlər ciddi narahatlıq verərsə və ya içlik vərəqədə qeyd olunmamış əlavə təsirlər büruzə verərsə, müalicə həkiminizə və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması
Əgər siz təyin olunduğundan daha yüksək doza qəbul etmisinizsə dərhal həkimə müraciət edin! Fessetam orqanizm tərəfindən yaxşı qəbul edilir və doza həddinin aşılması zamanı müalicəni dayandıracaq dərəcədə ciddi əlavə təsirlər müşahidə edilmir. Doza həddinin aşılması zamanı qarında ağrılar müşahidə edilə bilər. Uşaqlarda doza həddinin aşılması zamanı oyanıqlıq reaksiyaları üstünlük təşkil edir – yuxusuzluq, narahatlıq, eyforiya, qıcıqlanma, tremor, nadir hallarda – kabuslar, hallüsinasiyalar, qıcolma. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparılır. Əgər siz Fessetam qəbulunu unutmusunuzsa Əgər siz bir qəbul dozasını ötürmüsünüzsə, növbəti dozanı müntəzəm vaxtında dozanı artırmadan qəbul edin. Əgər sizdə bu preparatın qəbulu ilə əlaqəli hər hansı əlavə sual yaranarsa həkiminizə və ya əczaçıya müraciət edin.
Buraxılış forması
10 kapsul, blisterdə. 6 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır. 15 kapsul, blisterdə. 4 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Resept əsasında buraxılır.
İstehsalçı
Bulvar «Simeonovskoye şose», №130. 1700 Sofiya, Bolqarıstan. Azərbaycanda rəsmi distribyutor «TETRADA» MMC – dir. AZ1102, 20Yanvar küçəsi, 14; Bakı, Azərbaycan. Теl.:(+994 12) 431-59-24, 431-05-41. Faks: (+994 12) 430-80-51. Е-mail: [email protected] www.tetrada-az.com
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.