Fenkarol 10 mq N10 tablet
| Təsiredici maddə | QUIFENADINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Sistem istifadə üçün digər antihistamin vasitələr |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,86 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FENKAROL 10 mq; 25 mq; 50 mq tabletlər FENKAROL Beynəlxalq patentləşdirilməmiş adı: Quifenadine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 25 mq və ya 50 mq xifenadin hidroxlorid vardır. Köməkçi maddələr:10 mq və 25 mq tabletlər: saxaroza, kartof nişastası, kalsium stearat. 50 mq tabletlər: saxaroza, kartof nişastası, modifikasiya olunmuş qarğıdalı nişastası, kalsium stearat.
Təsviri
10 mq tabletlər Yastı silindrik formalı, iti kənarlı, bir tərəfində xətt olan ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. 25 mq və 50 mq tabletlər Yastı silindrik formalı, iti kənarlı ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün digər antihistamin vasitələr. ATC kodu: R06AX31.
Farmakoloji xüsusiyyətləri
Xifenadin hidroxlorid histaminin orqanizmin orqanlarına və orqanlar sisteminə təsirini zəiflədərək, allergiya əleyhinə təsir göstərir. Bu qrupun digər klassik preparatlarından fərqli olaraq, xifenadin hidroxlorid ikiqat təsir mexanizminə malikdir, o periferik toxumalarda H1-histamin reseptorlarını blokada edir, eləcə də diaminoksidaza (histaminaza) fermentini aktivləşdirir, beləliklə toxumalarda histaminin səviyyəsini azaldır. Bu, digər antihistamin vasitələrin effektiv olmadığı müalicədə xifenadinin daha effektiv olduğunu izah edir. Xifenadin hidroxlorid mədə-bağırsaq traktından tez sorulur və 30 dəqiqədən sonra orqanizmin toxumalarında aşkar edilir. Qan plazmasında maksimal konsentrasiyaya 1 saatdan sonra çatır. Qaraciyərdə metabolizmə uğrayır. Metabolitlər və dozanın dəyişilməmiş hissəsi, əsasən, sidik və ödlə 48 saat ərzində xaric olunur.
İstifadəsinə göstərişlər
Pollinoz, kəskin və xroniki övrə, allergik rinit, allergik konyunktivit, angionevrotik ödem, dermatozlar (ekzema, neyrodermit, dəri qaşınması və s.), dərman vasitələrinin və ya qida məhsullarının qəbulu ilə əlaqədar allergik reaksiyalar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Hamiləliyin ilk 3 ayında istifadəsi əks göstərişdir, eləcə də hamiləliyin qalan dövrlərində də istifadə etmək məsləhət görülümr. Laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ürək-qan damar sisteminin, mədə-bağırsaq traktının, qaraciyər və/və ya böyrəklərin ağır xəstəlikləri zamanı ehtiyatla istifadə etmək lazımdır. Tabletlərin tərkibində saxaroza vardır. Preparatı fruktozaya qarşı nadir irsi dözümsüzlüyü, qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza/izomaltaza çatışmazlığı olan pasiyentlərdə istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xifenadin hidroxlorid alkoqolun və yuxugətirici vasitələrin mərkəzi sinir sisteminə zəiflədici təsirini gücləndirmir. Xifenadin zəif M-xolinoblokadaedici təsirə malikdir, lakin mədə-bağırsaq traktının motorikasının zəiflədiyi zaman ləng sorulan preparatların (məsələn, dolayı təsir göstərən antikoaqulyantlar- kumarinlər) mədə-bağırsaq sistemindən absorbsiyası güclənə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin ilk 3 ayı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Eləcə də hamiləliyin qalan dövrlərində də istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sürətli fiziki və ya psixi reaksiyalar tələb edən fəaliyyət növü ilə (nəqliyyat sürücüləri və s.) məşğul olan şəxslərə preparatın sedativ təsirinin olub-olmamasını yoxlamaq üçün qısa müddətli qəbulunu təyin etmək (qısamüddətli təyinat yolu ilə) lazımdır. Sedativ təsir təzahür edən şəxslərə nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.
İstifadə qaydası və dozası
Fenkarol yeməkdən dərhal sonra daxilə qəbul edilir. Fenkarol 25 mq tabletlər və Fenkarol 50 mq tabletlər Böyüklər 25-50 mq gündə 2-4 dəfə. Maksimal sutkalıq doza 200 mq-dır. Yeniyetmələr (12-18 yaş) 25 mq gündə 2-3 dəfə qəbul edilir. Müalicə kursunun müddəti 10-20 gün təşkil edir. Ehtiyac olduqda, kurs təkrarlanır. Fenkarol 10 mq tabletlər (uşaqlar üçün) 3 yaşa qədər uşaqlarda dərman vasitəsini, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. 2-3 yaşlı uşaqlara 5 mq (½ tablet) gündə 2-3 dəfə təyin edilir. 3-7 yaş uşaqlarda 10 mq (1 tablet) gündə 2 dəfə. 7-12 yaş uşaqlarda 10-15 mq (1-1 ½ tablet) gündə 2-3 dəfə. Yeniyetmələrə (12-18 yaş) 25 mq-lıq Fenkarol tabletlərini qəbul etmək məsləhət görüıür. Məsləhət görülən sutkalıq dozanı 4 qəbula bölmək olar. Müalicə kursunun müddəti 10-15 gün təşkil edir. Ehtiyac olduqda müalicə kursunu təkrar etmək olar. Fenkarol 2 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır. Preparatən qəbulu unudulduqda, bunu xatırlayan kimi tableti qəbul etmək lazımdır, lakin növbəti qəbulun vaxtı yaxınlaşdığı zaman qəbul etmək olmaz. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.
Əlavə təsirləri
Digər dərman vasitələri kimi Fenkarol da əlavə təsirlərə səbəb ola bilər, lakin bunlar hər pasiyentdə təzahür etmir. Əlavə təsirlərin tezliyi: çox tez-tez – 10 pasiyentdən 1 və ya daha çoxunda; te-tez-10 pasiyentdə 1 nəfərdən az, 100 pasiyentdə 1 nəfərdən çox; bəzən-100 pasiyentdə 1 nəfərdən az, 1000 pasiyentdə 1 nəfərdən çox; nadir hallarda-1000 pasiyentdə 1 nəfərdən az, 10000 pasiyentdə 1 nəfərdən çox; çox nadir hallarda-10000 pasiyentdə 1 nəfərdən az; məlum deyil (əldə olan məlumatlara görə tezliyi müəyyən etmək mümkün deyil). Tez-tez-ağızda quruluq. Bəzən-başağrı, yuxululuq, dozanın azaldılması və ya preparatın ləğv edilməsi zamanı keçib gedən həzm pozuntusu (ürəkbulanma, qusma). Əlavə təsirlərin təzahürü, xüsusilə təlimatda qeyd edilməyən hallar zamanı həkimə müraciət etmək vacibdir.
Doza həddinin aşılması
Doza həddinin aşılmasına şübhə olduqda, həkimə müracıət etmək lazımdır. Yüksək dozalar selikli qişalarda quruluğa, başağrıya, qusmaya, qarın nahiyəsində ağrıya və dispepsik təzahürə səbəb ola bilər. Müalicəsi Orqanizmin əsas funksiyalarına simptomatik və dəstəkləyici terapiya təmin edilməlidir. Spesifik antidotu yoxdur.
Buraxılış forması
Fenkarol 10 mq 10 tablet konturlu-yuvalı qablaşdırmada (blisterdə). 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Fenkarol 25 mq 10 tablet konturlu-yuvalı qablaşdırmada (blisterdə). 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Fenkarol 50 mq 15 tablet konturlu-yuvalı qablaşdırmada (blisterdə). 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Fenkarol 10 mq, 25 mq 5 il. Fenkarol 50 mq 4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Olaynfarm” SC. Rupnitsu k. 5, Olayne, LV-2114, Latviya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.