Fenistil 30 q gel

Dərman formasıGel
Farmakoloji təsirQaşınmanı aradan qaldıran vasitələr, antihistaminlər, anesteziyaedici vasitələr və s. daxil olmaqla. Xaricə istifadə üçün antihistamin vasitələr
İstehsal ölkəsiİsveçrə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,96 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FENİSTİL 1 mq/q xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Dimetindene

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 1 mq dimetinden maleat vardır. Köməkçi maddələr: benzalkonium xlorid, dinatrium edetat, karbomer 974 P, propilenqlikol, natrium hidroksid, təmizlənmiş su.

Təsviri

Şəffaf və ya azacıq opalessensiyaedici, rəngsizdən açıq sarı rəngə qədər, homogen geldir.

Farmakoterapevtik qrupu

Qaşınmanı aradan qaldıran vasitələr, antihistaminlər, anesteziyaedici vasitələr və s. daxil olmaqla. Xaricə istifadə üçün antihistamin vasitələr. ATC kodu: D04AA13.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Fenistil gel müxtəlif mənşəli qaşınmaya qarşı effektivdir, qaşınmanı tez bir zamanda yüngülləşdirir və qıcıqlanmanı azaldır. Təsir mexanizmi histamin H -reseptorlarının antaqonisti1 olması ilə əlaqədardır, dimetinden H -reseptorlara yüksək oxşarlığa malikdir və kapilyarların1 keçiriciliyini azaldır ki, bu da, sürətli tipli hiperhəssaslıq reaksiyası ilə əlaqədardır. Yerli istifadəsi zamanı dimentinden maleat yerli anesteziyaedici təsir göstərir. Preparatın gel əsası təsiredici maddənin dəriyə nüfuz etməsini yüngülləşdirir. Farmakokinetikası Yerli istifadəsi zamanı preparat bir neçə dəqiqədən sonra təsir etməyə başlayır. Maksimal effekt 1-4 saatdan sonra əldə edilir. Yerli istifadəsi zamanı sistem biomənimsənilməsi istifadə edilən dozanın təqribən 10%-i təşkil edir. Klinikaya qədərki məlumatlar Farmakoloji təhlükəsizlik, təkrar istifadəsi zamanı toksiklik və genotoksiklik üzrə dimetindenin istifadəsilə klinikayaqədərki tədqiqatlarda insanda preparatın istifadəsi zamanı spesifik risklər aşkar edilməyib. Siçovullarda və dovşanlarda aparılan tədqiqatlar zamanı teratogen effekt aşkarlanmayıb. Siçovullarda 15 mq/kq və 25 mq/kq peroral yeridilməsindən sonra fertilliyə və ya perinatal və doğuşdan sonrakı nəsilvermənin inkişafına təsiri müşahidə edilməyib.

İstifadəsinə göstərişlər

Həşəratların sancması nəticəsində yaranan qaşınmanın yüngülləşdirilməsi və kiçik sahəli dəri xəstəliklərində: sahəsi kiçik olan yüngül dərəcəli günəş yanıqları, dərinin lokalizasiyalı allergik xəstəlikləri.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Preparatı əvvəllər həşərat sancmasına məlum allergiyası olan pasiyentlərdə istifadə etmək olmaz (bu məqsədlə sistem istifadə üçün məlum dərman formalarından istifadə edilir).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

2 yaşa qədər uşaqlarda preparatı, yalnız həkim təyinatı ilə istifadə etmək olar. Xüsusilə, körpələrdə və kiçik yaşlı uşaqlarda dərinin geniş səthində istifadəsindən çəkinmək lazımdır. Fenistil gelin istifadəsindən sonra gelin istifadə edildiyi nahiyəyə günəş şüalarının düşməsindən çəkinmək lazımdır. Propilenqlikol dərinin lokalizasiyalı qıcıqlanmasına səbəb ola bilər. Benzalkonium xlorid qıcıqlandırıcı maddədir və dəri reaksiyalarına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrilə qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda teratogen effekt aşkar edilməyib, eləcə də, dimetindenin hamiləliyin gedişatına və ya dölün inkişafına və ya postnatal inkişafa birbaşa və ya dolayı təsiri nümayiş olunmamışdır. Hamiləlik dövründə ehtiyatlı olmaq lazımdır və Fenistil geli xüsusilə, dəridə iltihab və ya zədələnmə olduqda dərinin geniş sahəsində istifadə etmək olmaz. Laktasiya dövrü Bu dövrdə də hamiləlik dövründə qeyd edilən ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Laktasiya dövründə preparatı süd vəzilərinin giləsinə sürtmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsi nəqliyyat vasitəsini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir göstərir.

İstifadə qaydası və dozası

Böyüklərə və 2 yaşdan yuxarı uşaqlara dərinin zədələnmiş nahiyəsinə gündə 2-4 dəfə nazik təbəqə ilə sürtmək və ehtiyatla hopdurmaq lazımdır. 2 yaşa qədər uşaqlarda dərman vasitəsini, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Tez-tez məlumat verilən əlavə təsirlərə preparatın istifadə edildiyi nahiyədə yüngül və qısamüddətli reaksiyalar aiddir. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: bəzən-dəridə quruluq, yanma hissi; çox nadir hallarda-allergik dermatit. Əlavə təsirlər barədə məlumatın verilməsi “Fayda-risk” nisbətininin fasiləsiz monitorinqini təchiz etmək məqsədilə dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Tibb işçilərinə dərman vasitəsinin istənilən şübhəli əlavə təsiri və dərman vasitəsinin effektsizliyi barədə milli məlumat sisteminə məlumat vermələri məsləhət görülür. Pasiyentdə hər hansı əlavə təsir yarandıqda həkimə müraiət etmək lazımdır. Bu tövsiyə istənilən, hətta içlik vərəqədə qeyd edilməyən əlavə təsirlərə də şamil edilir. Əlavə təsirlər barədə məlumatı (preparatların effektsizliyi barədə məlumat daxil olmaqla), dərman vasitələrinin əlavə təsirlər barədə məlumat bazasına ötürmək olar, Əlavə təsirlər barədə məlumat verməklə, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək olar.

Doza həddinin aşılması

Fenistil gelinin artıq miqdarda təsadüfən daxilə qəbulu zamanı sistem istifadə üçün H -1 antihistamin vasitələrin doza həddinin aşılması zamanı baş verən simptomlara oxşar aşağıdakı simptomlar qeyd edilə bilər: başgicəllənmə ilə mərkəzi sinir sisteminin zəifləməsi (əsasən böyüklərdə), oyanıqlıq, ataksiya, hallüsinasiya , tonik-klonik qıcolmalar, midriaz, ağızda quruluq, üzün hiperemiyası, sidiyin ləngiməsi, bədən temperaturunun yüksəlməsilə müşayiət olunan mərkəzi sinir sisteminin stimulyasiyası və həyəcanla müşayiət olunan antimuskarinik təsir (xüsusilə uşaqlarda). Arterial hipotenziyanın inkişafı mümkündür. Spesifik antidotu məlum deyil. Aktivləşdirilmiş kömürün, duzlu işlədicilərin qəbulu, eləcə də, tənəffüs və qan-damar sisteminin stabilləşməsi istiqamətində tədbirlər aparmaq və təcili tibbi yardım göstərilməsi üzrə ümumi qəbul olunan tədbirlər tətbiq etmək lazımdır. Stimuləedici vasitələrdən istifadə etmək olmaz, arterial təzyiqi normallaşdırmaq üçün vazopressor vasitələrdən istifadə etmək lazımdır.

Buraxılış forması

30 q gel, polietilen qapaqla bağlanmış alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi GSK Consumer Healthcare S.A., Switzerland. Route de l`Etraz, 1260 Nyon, Switzerland. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Preparatın istifadəsi zamanı arzuolunmayan hallar meydana çıxdıqda, aşağıda göstərilən elektron ünvanlara müraciət etmək lazımdır: [email protected] (Azərbaycan, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan üçün) və [email protected] (Ermənistan, Belarus, Qırğızıstan və Monqolustan üçün). Preparatın keyfiyyəti barədə şikayətlər aşağıda göstərilən elektron ünvan vasitəsi ilə qəbul edilir: [email protected]. Ticarət nişanı GSK şirkətinə məxsusdur və ya onun lisenziyası ilə istifadə edilir. ©2018 GSK şirkəti qrupu və ya onun lisenziyasına icazəli şəxs.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Fenistil 30 q gel” üçün ilk rəyi siz yazın.