Farrmatex N10 vaginal şam

Təsiredici maddə: BENZALKONIUM CHLORIDE
Təsiredici maddəBENZALKONIUM CHLORIDE
Dərman formasıVaginal şam
Farmakoloji təsirYerli istifadə üçün kontraseptiv vasitə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FARMATEKS vaginal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Benzalconium chloride

Tərkibi

Təsir edici maddə: 1 suppozitoriyanın tərkibində 37,8 mq banzalkonium xloridin 50%- li sulu məhlulu (18,9 mq benzalkonium xloridə müvafiqdir) vardır. Köməkçi maddələr: hidroksipropilsellüloza, bərk piy “Witepsol S 51”.

Təsviri

Xarakterik iyli, konusabənzər ucluğa malik silindrik formalı, ağ rəngli suppozitoriyadır. Farmakoterapektiv qrupu Yerli istifadə üçün kontraseptiv vasitə. ATC kodu: G02BB. Farmakoloji xüsusiyətləri Farmakodinamikası Benzalkonium xlorid eyni vaxtda həm spermisid və həm də antiseptik təsir göstərir. Spermisid təsiri, təsiredici maddənin spermatozoidlərin membranına dağıdıcı təsiri ilə izah olunur. Spermatozoidlərin məhv olması 2 mərhələdə gedir: əvvəl quyruq, daha sonra isə başlıq parçalanır ki, bu da yumurta hüceyrənin zədələnmiş spermatozoidlə mayalanmasını qeyri-mümkün edir. Effekt suppozitoriyanın uşaqlıq yoluna yeridilməsindən 5 dəqiqə sonra yaranır. Farmateks preparatının qəbulu hamiləliyin yaranma riskini azaldır, lakin hamiləliyi tam ləğv etmir. Uşaqlıq yolunun normal mikroflorasına təsir etmir (eləcə də Doderleyn çubuğuna). Farmateks menstrual siklə, libidoya və fertilliyə təsir etmir. İn vitro benzalkonium xlorid Neisseria gonorrhoeae, Chlamydia spp.,Trichomonas vaginalis, Herpes simplex (tip2), Staphylococcus aureusa törədicilərinə münasibətdə aktivdir. Mycoplasma spp. –yə təsir etmir və Gardnerella vaginalis, Candida albicans, Haemophilus ducreyi, Treponema pallidum-a zəif təsir göstərir. Farmakokinetikası Benzalkonium xloridin uşaqlıq yolunun selikli qişasindan absorbsiyası çox aşağıdır. Selikli qişanın səthindən preparat adi su ilə yuyunma zamanı və normal fizioloji ifrazatlarla xaric olur.

İstifadəsinə göstərişlər

Reproduktiv yaşda olan qadınlar üçün yerli kontrasepsiya, əsasən də: -hormonal kontraseptivlərin yaxud uşaqlıqdaxili kontrasepsiyanın istifadəsinə əks göstərişlər artdıqda; -doğuşdan sonrakı dövrdə, laktasiya dövründə; hamiləliyin pozulmasından sonra; -menopauzaya yaxın dövrdə; -qeyri-müntəzəm cinsi əlaqələr zamanı; -əlavə təyin olunmuş yerli kontrasepsiya məqsədilə vaginal diafraqma, servikal qapaq, ya- xud digər uşaqlıqdaxili kontraseptivlərin, əsasən də QSİƏP-in (qeyri-steroid iltihabəleyhinə preparatlar) uzunmüddətli qəbulu zamanı. -əlavə təyin olunmuş kontrasepsiya məqsədilə peroral hormonal kontraseptivlərin qəbulu- nun gecikdirilməsi və ya ötürülməsi zamanı. Belə hallarda hər iki kontrasepsiya metodun- dan istifadə etmək məsləhət görülür (menstrual siklin qalan günlərinə qədər uzadılması).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq,vaginit,uşaqlıq yolunun və uşaqlıq boynunun selikli qişasının xoralanması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Farmateks düzgün istifadə edilərsə hamiləlikdən qorunmaq üçün effektiv preparatdır. Lakin qeyd etmək lazımdır ki,yerli spermisid kontrasepsiya metodu həmişə hormonal kontra- sepsiya,uşaqlıqdaxili kontraseptivlər,diafraqma,servikal qapaq yaxud prezervativlə müqayisədə daha az effektivdir. Cinsi akta 2 saat qalmış və ondan 2 saat sonra cinsiyyət orqanlarını sabun ilə yumaq qadağandır, belə ki sabun Farmateks preparatının təsiredici maddəsini dağıdır. Xarici cinsiyyət orqanlarının yuyulması hər iki cinsi tərəfdaş üçün yalnız adi su ilə həyata keçi- rilməlidir. Uşaqlıq yolunun şırınqa ilə yuyulması cinsi aktdan 2 saat sonra olmalıdır. Uşaqlıq yoluna yeridilmiş Farmateks preparatının kontraseptiv təsirini azaltmamaq üçün vanna qəbul etmək,dənizdə,su hovuzlarında çimmək olmaz. Vacib hallarda vaginal istifadə üçün preparatlarla müalicədə müalicə kursunun sonunadək Farmateks preparatının istifadəsini müvəqqəti dayandırmaq lazımdır. Bu kontrasepsiya metodu insanı immunçatışmazlığı virusu ilə yoluxmadan və cinsi yolla ötürü- lən infeksiyalardan qorumur.Bu xəstəliklərdən qorunmaq üçün baryer kontrasepsiya metodu-pre- zervativdən istifadə olunur. Digər dərman vasitələrilə qarşılıqlı təsiri İntravaginal istifadə olunan istənilən vasitə preparatın spermisid təsirini azalda bilər. Təsiredici maddə -benzalkonium xlorid sabunun təsiri ilə dağılır,ona görə də sabunun hətta az miqdarda belə cinsiyyət orqanlarını yumaq üçün istifadəsi məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparat kontraseptiv olduğundan hamiləlik vaxtı qəbul edilmir. Hamiləliyin erkən vaxtlarında bu spermisidin təsadüfi qəbulu zamanı dölə hər hansı bir mənfi təsir müşahidə edilməmişdir. Laktasiya Ana südünə zəif nüfuz edir və mənfi nəticələr müşahidə olunmur.Preparat laktasiya dövründə istifadə oluna bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

Vaginal istifadə üçündür. Suppozitoriya cinsi akta 5 dəqiqə qalmış arxası üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna (dərinə) yeridilir.Preparatın təsir müddəti 4 saatdır.Hər bir təkrar cinsi əlaqədən öncə mütləq yeni suppo- zitoriya yeridilməlidir.

Əlavə təsirləri

Allergik reaksiyalar, kontakt dermatit,uşaqlıq yolunun yaxud cinsi tərəfdaşın cinsi orqanının qaşınma və yanma (göynəmə) hissi, ağrılı sidik ifrazı. Bu təzahürlərin meydana çıxması zamanı Farmateks preparatının qəbulunu dayandırmaq lazımdır. Təlimatda göstərilən əlavə effektlərdən hər hansı biri dərinləşərsə, yaxud təlimatda göstəril- məyən hər hansı əlavə effektlər meydana çıxarsa həkimə məlumat verin.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları qeydə alınmayıb.

Buraxılış forması

Vaginal suppozitoriyalar. 5 suppozitoriya, aşağısıxlıqlı polietilenlə örtülmüş stripdə. 1 və ya 2 strip içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən aşağı tempraturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Əgər suppozitoriya istidən əriyərsə, dərhal soyuducuya qoymaq, yaxud soyuq su şırnağının altında iti ucu aşağı olmaqla yerləşdirmək lazımdır, suppozitoriya əvvəlki formasını alacaq; belə olan halda preparatın tərkibi dəyişməyəcək.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsal sahələri/Hazır dərman formasının istehsalı, qablaşdırılması İnnotera Şuzi. Ryu Rene Şantero, Şuzi-sür-Sis, Valuar-sür-Sis, 41150, Fransa. Yuniter Likvid Manufekçurinq. 1-3 alle de lya Nest,sənaye sahəsi An-Siqal 31770 Kolomye, Fransa.

Qeydiyyat vəsiqəsinin sahibi

İnnotek İnternasional Laboratoriyası. 22,avenyu Aristid Brian,94110 Arkey,Fransa. Keyfiyyətə nəzarət İnnotera Şuzi. Ryu Rene Şantero, Şuzi-sür-Sis, Valuar-sür-Sis, 41150, Fransa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Farrmatex N10 vaginal şam” üçün ilk rəyi siz yazın.