FARESTON 60 MG 30 TB.

Dərman formasıTablet
Farmakoloji təsirАntiestrogen vasitələr.
İstehsal ölkəsiFinlandiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

59,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FARESTON tаbletlər Beynəlxalq patentləşdirilməmiş adı: Toremifene TərTibi təsiredici maddə: 1 tabletin tərkibində 20 mq və ya 60 mq toremifenə ekvivalent miqdarda toremifen sitrat vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, laktoza monohidrat, povidon, natrium nişastaqlikolyatı (tip A), maqnezium stearat, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid.

Təsviri

20 mq tabletlər: ağ, demək olar ki, ağ rəngli, girdə, yastı, kənarları kəsik, bir tərəfində ТО 20 işarəsi olan tabletlərdir. 60 mq tabletlər: ağ, demək olar ki, ağ rəngli, girdə, yastı, kənarları kəsik, bir tərəfində ТО 60 işarəsi olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Аntiestrogen vasitələr. АТС kodu: L02BA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Toremifen trifeniletilenin qeyri-steroid törəməsidir. Bu qrupun digər nümayəndələri kimi (məsələn, tamoksifen və klomifen) toremifen estrogenlərin reseptorları ilə birləşir və müalicə müddətindən, cinsdən, hədəf orqandan və digər xüsusiyyətlərdən asılı olaraq estrogenəbənzər və/və ya antiestrogen təsir göstərir. Postmenopauza dövründə süd vəzisinin xərçəngi olan xəstələrin toremifenlə müalicəsi zamanı zərdab xolesterolunun və ASLP-in səviyyəsinin orta dərəcədə azalması aşkar edilmişdir. Toremifen rəqabət şəkildə estrogen reseptorlarla birləşir və DNT sintezinin estrogen vasitəsilə stimullaşdırılmasını və DNT-nin hüceyrə replikasiyasını tormozlayır. Xərçəngin eksperimental modelləri üzərində yüksək dozalarda istifadə zamanı toremifen estrogendənasılı şişəleyhinə təsir göstərmişdir. Süd vəzisinin xərçənginə toremifenin şişəleyhinə təsiri antiestrogen təsirlə bağlıdır, lakin istisna etmək olmaz ki, digər mexanizmlər də (onkogenlərin ekspressiyasında dəyişikliklər, boy faktorlarının sekresiyası, apoptozun induksiyası və hüceyrə siklinin kinetikasına təsir) şişəleyhinə təsir göstərə bilər. Farmakokinetikası Аbsorbsiyası Peroral qəbuldan sonra toremifen sürətlə absorbsiya olunur. Qan plazmasında pik konsentrasiya orta hesabla 3 (2-5) saat sonra təyin edilir. Qida absorbsiya sürətinə təsir göstərmir, lakin pik kosentrasiyanın yaranmasını 1,5-2 saat gecikdirə bilər. Qida qəbulu ilə bağlı dəyişikliklər klinik əhəmiyyət daşımır. Paylanması Qan plazmasında konsentrasiya bieksponensial əyri ilə təsvir edilir. I fazada (paylanma) yarımxaricolma dövrü 4 saat (2-12), ikinci (eliminasiya) fazada 5 gün (2-10 gün) təşkil edir. Venadaxili infuziyaya dair tədqiqat aparılmadığından CL və V qiymətləndirilməmişdir. Toremifenin 99,5%-hissəsi qan plazmasının proteinləri ilə (albuminlərlə) birləşir. Gündə 11 mq-dan 680 mq-a qədər dozada daxilə qəbul zamanı toremifenin qan plazmasında kinetikası xətti xarakter daşıyır. Gündə tövsiyə olunan 60 mq dozada daxilə qəbulu zamanı toremifenin orta tarazlıq konsentrasiyası 0,9 mkq/ml (0,6-1,3) təşkil edir. Мetabolizmi Toremifen aktiv şəkildə metabolizə olunur. Plazmada əsas metaboliti orta yarımxaricolma dövrü 11 gün (4-20) olan N-dimetiltoremifendir. О, toremifenlə oxşar, lakin bir qədər ondan aşağı antiestrogen təsirə malikdir. 99,9%-dən artıq hissəsi qan plazmasının zülalları ilə birləşmişdir. Qan plazmasında az əhəmiyyətli daha 3 metaboliti təyin edilir: dezaminohidroksitoremifen, 4- hidroksitoremifen və N,N-didezmetiltoremifen. Eliminasiyası Toremifen əsasən metabolitlər şəklində nəcislə xaric olur. Enterohepatik resirkulyasiya müşahidə oluna bilər. İstifadə olunmuş dozanın təqribən 10%-i metabolitlər şəklində sidiklə xaric olur. Eliminasiyası ləng olduğundan qan plazmasında tarazlıq konsentrasiyası 4-6 həftə ərzində yaranır.

İstifadəsinə göstərişlər

Postmenopauza dövründə süd vəzisinin hormondanasılı metastatik xərçənginin müalicəsində birinci sıra preparatı kimi. Süd vəzisinin dishormonal hiperplaziyasının profilaktikası və müalicəsi. Fareston estrogenreseptorneqativ şişli pasiyentlərə məsləhət görülmür.

Əks göstərişlər

Anamnezdə endometriumun hiperplaziyası və aydın ifadə olunmuş qaraciyər çatışmazlığı, toremifenin uzunmüddətli istifadəsinə əks göstərişlər. Toremifenə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Toremifenin istifadəsi zamanı ürəyin elektrik keçiriciliyinin dəyişməsi, məhz – QT intervalının uzanması müşahidə edilmişdir, ona görə də preparat aşağıdakı pasiyentlərə əks göstərişdir: − QT intervalının anadangəlmə və ya qazanılmış uzanması olan; − Elektrolit balansının pozğunluqları olan, xüsusilə korreksiya olunmamış hipokaliemiyası olan; − Кlinik əhəmiyyətli bradikardiyası olan; − Кlinik əhəmiyyətli ürək çatışmazlığı sol mədəciyin atım fraksiyasının azalması ilə olan; − Anamnezdə simptomatik aritmiyaları olan. Toremifenin QT intervalını uzadan preparatlarla birlikdə istifadəsi tövsiyə edilmir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicəyə başlamazdan əvvəl pasiyentlər ginekoloji müayinədən keçməlidirlər. Endometriumun selikli qişasının vəziyyətinə xüsusi diqqət edilməlidir. Sonra ginekoloji müayinəni ildə 1 dəfədən az olmayaraq təkrar etmək lazımdır. Arterial hipertenziyası, şəkərli diabeti və bədən kütləsinin yüksək indeksinə (> 30) malik olan və ya uzunmüddətli əvəzedici hormonal müalicə alan qadın pasiyentlər endometriumun xərçənginə görə risk qrupuna daxildirlər və ona görə də hərtərəfli monitorinqə ehtiyacları vardır. Anemiya, leykopeniya və trombositopeniya haqqında məlumat verilmişdir. Fareston preparatından istifadə edərkən eritrositlərə, leykositlərə və ya trombositlərə nəzarət etmək lazımdır. Toremifenin istifadəsi zamanı qaraciyərin zədələnməsi, o cümlədən hepatit və sarılıq zamanı qaraciyər fermentlərinin səviyyəsinin artması (normanın yuxarı həddinin 10 dəfədən çox) haqqında məlumatlar verilmişdir. Bu halların əksəriyyəti müalicənin ilk aylarında baş vermişdir. Qaraciyərin zədələnmə xarakteri əsasən hepatosellüllər idi. Toremifen anamnezində ağır tromboembolik xəstəlikləri olan pasiyentlərin müalicəsi üçün tövsiyə olunmur. Bəzi pasiyentlərdə Fareston QT intervalının dozadanasılı uzanmasını törədə bilər. Fareston miokardın işemiyası və ya QT intervalının uzanması kimi proaritmik vəziyyətdə olan pasiyentlərdə (xüsusilə ahıl yaşlı pasiyentlərdə) ehtiyatla istifadə olunmalıdır belə ki, bunlar qulaqcıq aritmiyasının (titrəmə/səyrimə daxil olmaqla) yaranma riskinin yüksəlməsinə və ürəyin dayanmasına gətirib çıxara bilər. Fareston preparatından istifadə müddətində baş verən ürək aritmiyası ilə assosiasiya oluna bilən simptomların meydana çıxması zamanı müalicəni dayandırmaq və EKQ müayinəsi keçirmək lazımdır. Əgər QТs intervalı > 500 ms olarsa, preparatın istifadəsi tövsiyə olunmur. Dekompensasiya olunmuş ürək çatışmazlığı olan pasiyentlərin və ya ağır dərəcədə stenokardiyası olan pasiyentlərin hərtərəfli monitorinqə ehtiyacları vardır. Sümüklərində metastaz olan pasiyentlərdə preparatla müalicənin əvvəlində hiperkalsiemiya inkişaf edə bildiyindən bu pasiyentlərin hərtərəfli monitorinqə ehtiyacları vardır. Preparatın qeyri-stabil diabeti, ürək çatışmazlığı və ya ümumi vəziyyəti ağır olan pasiyentlərdə istifadəsinə dair məlumat yoxdur. Preparatın tərkibində laktoza vardır (20 mq-lıq tabletlər – 19,0 mq/tableti, 60 mq-iıq tabletlər – 28,5 mq/tableti). Qalaktozaya qarşı nadir irsi dözümsüzlük, Lapp laktoza çatışmazlığı və ya qlükoza/qalaktoza malabsorbsiyası zamanı preparatın istifadəsi göstəriş deyildir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farestonun QT intervalının uzanmasına səbəb olan digər preparatlarla birlikdə istifadəsi zamanı QT intervalının uzanmasının əlavə effektlərinin meydana çıxması istisna olunmur. Bu, titrəmə/səyrimə daxil olmaqla qulaqcıq aritmiyasının başvermə riskinin yüksəlməsinə səbəb ola bilər. Ona görə də Farestonun aşağıdakı preparatlarla birlikdə istifadəsi əks göstərişdir. − IA sinif antiaritmik preparatlar (məsələn, xinidin, hidroxinidin, dizopiramid); − IIIA sinif antiaritmik preparatlar (məsələn, amiodaron, sotalol, dofetilid, ibutilid); − neyroleptiklər (məsələn, fenotiazinlər, pimozid, sertindol, haloperidol, sultoprid); − bəzi antibakterial preparatlar (məsələn, moksifloksasin, v/d eritromisin, pentamidin, malyariyaəleyhinə vasitələr, xüsusilə halofantrin); − bəzi antihistamin vasitələr (məsələn, terfenadin, astemizol, mizolastin); − digər (sizapirid, v/d vinkamin, bepridil, difemanil). − kalsiumun böyrək ekskresiyasını azaldan preparatlarla (tiazid diuretikləri) birlikdə istifadə zamanı hiperkalsiemiyanın inkişafı mümkündür. − qaraciyərin ferment sisteminin induktorları (məsələn, fenobarbital, fenitoin, karbamazepin) qaraciyərdə toremifenin metabolizmini sürətləndirə və qan plazmasında toremifenin müvazinət konsentrasiyasının azalmasına səbəb ola bilər. Bu halda gündəlik dozanı ikiqat artırmağa ehtiyac yarana bilər. Antiestrogen və varfarinəbənzər antikoaqulyantların eyni zamanda qəbulu qanaxma vaxtının əhəmiyyətli dərəcədə uzanmasına səbəb ola bilər. Onların birlikdə istifadə olunmasından qaçmaq lazımdır. Nəzəri olaraq CYP 3A ferment sistemini inhibə edən bəzi preparatlar toremifenin metabolizmini ləngidə bilər. Bu qrup dərman vasitələrinə antimikotiklər aiddir – antimikotik təsirə malik imidazolun törəməsi (ketokonazol) və digər oxşar vasitələr (itrakonazol, vorikonazol, pozakonazol), proteaza inhibitorları (ritonavir, nelfinavir), makrolidlər (klaritromisin, eritromisin və telitromisin). Belə preparatların birlikdə təyini zamanı bu faktı nəzərə almaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat menopauza dövründə olan pasiyent qadınlar üçün tövsiyə olunur. Fareston hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır, belə ki, bu dövrdə onun təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Adətən preparat avtonəqliyyatı idarə edərkən və ya digər mexanizmlərlə işləyərkən reaksiya sürətinə təsir göstərmir, lakin tək-tək hallarda başgicəllənmə yarana bilər. Belə hallarda avtoinəqliyyatı idarə etməkdən və ya digər mexanizmlərlə işləməkdən imtina etmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat qida qəbulundan asılı olmayaraq peroral istifadə üçün nəzərdə tutulmuşdur. Süd vəzisinin dishormonal hiperplaziyası. Tövsiyə olunan doza – gündə 20 mq. Süd vəzisinin estrogendənasılı xərçəngi. Birinci sıra hormonoterapiya üçün tövsiyə olunan doza gündə 60 mq təşkil edir Böyrək çatışmazlığı. Böyrək çatışmazlığı zamanı dozanın korreksiyası tələb olunmur. Qaraciyər çatışmazlığı. Qaraciyər çatışmazlığı zamanı toremifen ehtiyatla təyin edilməlidir. Uşaqlar Uşaqlarda preparatın istifadəsinə dair məlumat yoxdur, ona görə də preparat bu qrup pasiyentlərdə istifadə üçün göstəriş deyildir.

Əlavə təsirləri

Ən çox aşağıdakı əlavə reaksiyalar meydana çıxır: qandolmalar, tər ifrazının yüksəlməsi, uşaqlıq qanaxmaları, uşaqlıqyolundan ifrazatın ayrılması, yüksək yorğunluq, ürəkbulanma, səpgi, qaşınma, başgicəllənmə və depressiya. Adətən bu əlavə təsirlər yüngül formada ifadə olunur və toremifenin antiestrogen təsiri ilə bağlıdır. Əlavə reaksiyaların başvermə tezliyini ifadə etmək üçün aşağıdakı təsnifatdan istifadə olunur: çox tez-tez (≥1/10); tez-tez (≥1/100, <1/10); bəzən (≥1/1000, <1/100); nadir (≥1/10000, <1/1000); çox nadir (<1/10000), tezliyi məlum olmayan (mövcud məlumatlara əsasən tezliyi təyin etmək mümkün deyil). Xoşxassəli və bədxassəli yenitörəmələr Çox nadir: endometriumun xərçəngi. Qan və limfatik sistemdə pozğunluqlar Tezlik məlum deyil: trombositopeniya, anemiya, leykopeniya. Metabolizm və qidalanma pozğunluqları Bəzən: iştahanın itməsi. Psixi pozğunluqlar Tez-tez: depressiya. Bəzən: yuxusuzluq. Sinir sistemində baş verən pozğunluqlar Tez-tez: başgicəllənmə. Bəzən: baş ağrısı. Görmə orqanlarında baş verən pozğunluqlar Çox nadir: buynuz qişasının qısamüddətli bulanması. Eşitmə orqanlarında baş verən pozğunluqlar Nadir: vertiqo. Qan-damar sistemində baş verən pozğunluqlar Çox tez-tez: qandolmalar. Bəzən: tromboembolik epizodlar. Tənəffüs sistemində baş verən pozğunluqlar Bəzən: dispnoe. Həzm sistemində baş verən pozğunluqlar Tez-tez: ürəkbulanma, qusma. Bəzən: qəbizlik. Hepatobiliar sistemdə baş verən pozğunluqlar Nadir: transaminazaların səviyyəsinin yüksəlməsi. Çox nadir: sarılıq. Tezlik məlum deyil: hepatit, qaraciyər steatozu. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Çox tez-tez: tər ifrazının yüksəlməsi. Tez-tez: səpgi, qaşınma. Çox nadir: аlopesiya. Reproduktiv sistemdə baş verən pozğunluqlar Tez-tez: uşaqlıq qanaxmaları, uşaqlıq yolundan ifrazatın ayrılması. Bəzən: endometriumun hipertrofiyası. Nadir: endometriumun polipləri. Çox nadir: endometriumun hiperplaziyası. Ümumi pozğunluqlar Tez-tez: yüksək yorğunluq, ödem. Bəzən: bədən kütləsinin artması. Yüksək həssaslıq reaksiyaları. Тromboembolik epizodlara dərin venaların trombozu, tromboflebitlər və ağciyər emboliyası daxildir. Toremifenlə müalicə qaraciyər fermentlərinin səviyyəsinin dəyişiklikləri ilə (transaminazaların səviyyəsinin yüksəlməsi) və çox nadir hallarda qaraciyər funksiyalarının ağır pozğunluqları (sarılıq) ilə assosiasiya olunur. Sümüklərində metastaz olan pasiyentlərdə müalicənin başlanğıcında hiperkalsiemiyanın inkişafı barədə məlumat verilmişdir. Toremifenlə müalicə müddətində toremifenin qismən estrogen təsirinin nəticəsində endometriumun hipertrofiyası baş verə bilər. Endometriumda hiperplaziya, polipoz və xərçəng kimi dəyişikliklərin meydana çıxması riski mövcuddur. Bu, preparatın əsas təsir mexanizmi estrogen stimullaşma nəticəsində baş verə bilər. Fareston preparatının istifadəsi zamanı QT intervalının uzanması dozadan asılıdır.

Doza həddinin aşılması

Preparatın gündə 680 mq dozada istifadəsi zamanı başgicəllənmə, baş ağrısı, vertiqo, ürəkbulanma və/və ya qusma baş verə bilər. Həmçinin, QT intervalının uzanmasını nəzərə almaq lazımdır, hansı ki, doza həddinin aşılması zamanı baş verə bilər. Doza həddi aşılmasının müalicəsi simptomatikdir. Xüsusi antidotu yoxdur.

Buraxılış forması

Fareston 20 mq 30 tablet, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Fareston 60 mq 30 tablet, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yaralılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Orion Corporation / Orion Pharma, Finland. Joensuunkatu 7, 24100 Salo, Finland/ Orionintie 1, 02200 Espoo, Finland.

Qeydiyyat vəsiqəsinin sahibi

Orion Corporation / Orion Pharma, Finland. Orionintie 1, 02200 Espoo, Finland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“FARESTON 60 MG 30 TB.” üçün ilk rəyi siz yazın.