Farclobent 30 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Kortikosteroidlər, digər kombinasiyaları |
| İstehsal ölkəsi | Koreya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,11 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FARKLOBENT krem Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone dipropionate, Clotrimazole, Gentamicin sulfate
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 0,64 mq betametazon dipropionat, 10 mq klotrimazol, 1 mq gentamisin sulfat vardır. Köməkçi maddələr: maye parafin, izopropil miristat, propilenqlikol, qliserilmonostearat, stearil spirti, ağ vazelin, təmizlənmiş lanolin, polisorbat 60, setil palmitat, butilhidroksitoluen, metilparaben, skincare 23538, təmizlənmiş su.
Təsviri
Ağ rəngli kremdir.
Farmakoterapevtik qrupu
Kortikosteroidlər, digər kombinasiyaları. ATC kodu: D07XC01.
Farmakoloji xüsusiyyətləri
Betametazon dipropionat – sintetik qlükokortikoiddir, iltihabəleyhinə, antiallergik, antiekssudativ və qaşınmaəleyhinə təsir göstərir. Klotrimazol – imidazol törəmələri qrupundan olan, yerli təsir məqsədilə nəzərdə tutulan göbələkəleyhinə vasitədir. Göbələk hüceyrə membranının əsasını təşkil edən erqosterolun sintezini pozaraq antifunqal təsir göstərir. Geniş spektrli təsirə malikdir. Dermatofitlərə, maya göbələklərinə, Candida albicans, Malasseria furfur (Pityrosporium obiculare) kimi göbələk növlərinə yüksək həssaslığa malikdir. Klotrimazol eyni zamanda Corynebacterium minutissimum, Strep. Spp, Staph. Spp., Trichomonas vaginalis, Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis kimi mikroorqanizmlərə qarşı aktivdir. Gentamisin – aminoqlikozid qrupundan olan geniş spektrli təsirə malik antibiotikdir. Bakterisid təsir göstərir. Bakteriyaların hüceyrə membranından aktiv sürətdə keçərək bakterial ribosomlarla geridönməz şəkildə birləşir və bu yolla törədicinin zülal sintezini pozur. Qrammənfi bakteriyalara qarşı yüksək aktivliyə malikdir: E.coli, Shigella spp., Salmonella spp., Enterobacter spp., Klebsiella spp., Serratia spp., Proteus vulgaris, Pseudomonas aeruginosa, Acinobacter spp., eyni zamanda Staph spp., Strep spp. kimi qrammüsbət bakteriyalara qarşı da aktivdir.
İstifadəsinə göstərişlər
Bakterial, göbələk infeksiyaları, yaxud ikincili olaraq kortikosteroidlərə cavab reaksiyası verən dermatozlar; Dərinin allergik iltihabi xəstəlikləri, kontakt dermatit, atopik dermatit, seborreya dermatiti, ekzema, intertriqo, eksfoliativ dermatit, sаdə və xroniki dəmrov (neyrodermatit).
Əks göstərişlər
Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq, dərinin vərəmi və virus mənşəli xəstəlikləri. Preparatın göz xəstəliklərinin müalicəsində istifadəsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli yanıq və donması olan xəstələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərman preparatı gözdə istifadə üçün nəzərdə tutulmayıb. Əgər bu dərman gözə düşərsə, gözü tez bir zamanda çoxlu su ilə yumaq lazımdır. Əgər simptomlar ciddi olarsa, bununla əlaqədar göz həkiminə müraciət edilməlidir. Bu dərman preparatından bəzənmək və üzü təraş etmək üçün istifadə etməyin. Okklüziv sarğı həkimin təlimatına əsasən qoyula bilər (xüsusilə də okklüziv sarğı asanlıqla bakterial infeksiyaya səbəb ola bilər, dərmanı dəriyə sürtməmişdən öncə dərini təmizləyin). Psoriaz xəstəliyi zamanı uzun müddət və çox miqdarda istifadə edildikdə, müalicədən sonra xəstələrdə psoriaz eritrodermiyası, psoriaz pustulalarının əmələ gəlməsi haqqında məlumatlar vardır. Ehtiyat tədbirləri Təsvir olunan dozalara və göstərişlərə əməl edin. Yerli kortikоsteroidlərin dəridən sorulması bəzi xəstələrdə hipotalamus-hipofiz adrenokortikal sistemə geridönən təsir edə bilər, Kuşinq sindromuna, hiperqlikemiyaya, qlikozuriyaya, yaxud osteoporoza səbəb ola bilər. Yerli kortikоsteroidlərin çox miqdarda sorulması ilə əlaqəli hipotalamo-hipofizar-adrenokortikal çatışmazlıq inkişaf edərsə, preparatın istifadəsini dayandırmalı və ya azaltmalı, ya da alternativ preparatlardan istifadə edilməlidir. Adətən, yerli kortikоsteroidlərin istifadəsi dayandırıldıqdan sonra hipotalamus-hipofiz adrenokortikal çatışmazlıq tez bir zamanda aradan qalxır. Əgər simptomlarda yaxşılaşma yoxdursa, bu preparatın istifadəsi dayandırılmalıdır. Simptomlar yaxşılaşan kimi bu preparatın tətbiqi tez bir zamanda dayandırılmalıdır. Dərman vasitəsinin çox miqdarda və uzun müddət istifadəsi kortikоsteroidlərin ümumi istifadəsində baş verən simptomlarla oxşar əlamətlərə səbəb ola bilər. Antibiotiklərin kumulyasiyası ilə əlaqəli toksiklik aminoqlikozid antibiotiklərinin kombinasiyalı istifadəsi halında baş verə bilər. Xüsusi hallar istisna olmaqla, preparatın uzunmüddətli və çox miqdarda istifadəsindən çəkinmək lazımdır. Xüsusilə də, körpələrdə istifadəsi zamanı diqqətli olmaq lazımdır. Atrofodermiya, steroidal qırmızı ləkə kimi yerli əlavə təsirlər baş verə bilər. Odur ki, üz və boyun nahiyəsində ekzantema halında dərmanın tətbiqinə kifayət qədər diqqət edilməlidir. Həssaslıqla əlaqəli müşahidələrdə diqqətli olunmalı və qaşınma, qızarma, papula və qovuqcuq kimi həssaslıq simptomları meydana çıxan zaman preparatın tətbiqi dayandırılmalıdır. Preparat uzun müddət istifadə edilməməlidir. Davamlı olaraq istifadə etdikdə belə, bu preparat, yaxşı olar ki, iki və ya üç həftədən artıq müddətdə istifadə edilməsin. Yüksək dərəcəli təsirə malik kortikоsteroidlərin üz və genital nahiyələrdə istifadəsi zamanı xüsusi diqqət tələb olunur. O, bir həftədən çox olmayaraq istifadə edilməlidir. Bu preparatın tərkibində polipropilen vardır və bu məhsula qarşı allergiyası olan (yaxud allergik anamnezi olan) xəstələrdə ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Təhlükəsizliyi müəyyənləşdirilmədiyi üçün bu preparat hamilə qadınlarda, yaxud hamiləlik potensialı olan qadınlarda istifadə edilməməlidir. Yerli istifadə olunmuş kortikоsteroidlərin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Bununla belə, preparatın ana üçün əhəmiyyətini nəzərə alaraq, dərmanın istifadəsinin dayandırılması barədə qərar verilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müəyyən edilməmişdir.
İstifadə qaydası və dozası
Səhər və axşam, gündə iki dəfə olmaqla lazım olan dəri nahiyəsinə və onun ətrafına nazik qatla çəkilir.
Əlavə təsirləri
Dəri Dərinin bakterial (impetiqo, follikulit), virus infeksiyasına səbəb ola bilər. Yuxarıda qeyd olunmuş simptomlar baş verdikdə antimikrob və antifunqal preparatların kombinasiyasından istifadə edin. Əgər simptomlar tez bir zamanda yaxşılaşmazsa, preparatın tətbiqini dayandırın. Aşağıdakılar baş verərsə, preparatın tətbiqi dayandırılmalı, həkim və yaxud əczaçı ilə məsləhətləşmək lazımdır: follikulit, furunkul, dərinin qıcıqlanması, güclü ağrı, hipertermiya, səpgi, pörtmə, qaşınma, kseroderma, pustulyoz dermatit, allergik kontakt dermatit, tropik tərləmə, yaranın sağalmasının ləngiməsi, yataq yarası, yaxud pustulyoz. Uzunmüddətli istifadəsi: Steroid səpgi, steroid dəri (dəri yığılması, damarların genəlməsi, bənövşəyi ləkə), dеrmatit (dodаqlar ətrafında, üzdə qırmızı ləkə, damarların genəlməsi, dəridə qartmaq, qabıqlar). Dəridə diffuz keratoma dəyişiklikləri, politrixiya, rəng dəyişikliyi baş verə bilər. Bu simptomlar baş verərsə, dərmanın dozası tədricən azaldılmalıdır. Preparat əvəz olunmalı və steroid olmayan preparat istifadə edilməlidir. Yerli infeksiyanın təsiri və qoruyucu sistemin zəifləməsi səbəbindən ikincili infeksiyanın inkişafına səbəb ola bilər. Endokrin sistem Uzun müddət və çox miqdarda istifadəsi, eləcə də okklüziv sarğı texnikasının tətbiqi, sistem kortikosteroid təsir kimi, hipofiz vəzin və böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığına səbəb ola bilər. Göz Bu dərman preparatının göz qapaqlarında istifadəsi zamanı ehtiyatlı olun. O, gözdaxili təzyiqin artmasına və qlaukomaya səbəb ola bilər. Uzun müddət və çox miqdarda istifadəsi, eləcə də okklüziv sarğı texnikasının tətbiqi subkapsulyar kataraktaya səbəb ola bilər. Superinfeksiya Nadir hallarda bu preparatın istifadəsi zamanı Clostidium difficile infeksiyası meydana çıxa bilər. Bu halda preparatın tətbiqi dayandırılmalıdır. Böyrək və ya eşitmə orqanındakı problemləri olan pasiyentlərdə preparatın uzunmüddətli istifadəsindən çəkinin.
Doza həddinin aşılması
Yerli istifadə olunan kortikosteroidlər kifayət qədər absorbsiya olunaraq sistem təsir göstərə bilər (“Ehtiyat tədbirləri” bölməsinə baxın).
Buraxılış forması
30 q krem, lamint tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25 C temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
TAI GUK PHARM. CO., LTD. Ünvan 821 Geumbaek-ro, Chochon-myeon, Buyeo-gun, Chungcheongnam-do Koreya Respublikası.
Qeydiyyat vəsiqəsinin sahibi
TAI GUK PHARM. CO., LTD. Ünvan 821 Geumbaek-ro, Chochon-myeon, Buyeo-gun, Chungcheongnam-do Koreya Respublikası.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.