Faktor Dermiko 20 q krem

Dərman formasıKrem
Farmakoloji təsirMikrobəleyhinə, göbələkəleyhinə və iltihabəleyhinə preparat
İstehsal ölkəsiArgentina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,66 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FAKTOR DERMİKO yerli istifadə üçün krem

Tərkibi

Təsiredici maddələr: 100 q kremin tərkibində 0,10 q gentamisin sulfat, 0,10 q betametazon 17-valerat, 2,0 q mikonazol nitrat vardır. Köməkçi maddələr: propilenqlikol, seral PW, maye vazelin, bərk vazelin, dinatrium EDTA, propilparaben, metilparaben, tvin 80, təmizlənmiş su.

Təsviri

Tərkibində yad hissəcikləri olmayan ağ rəngli kremdir. Farnakoterapevtik qrupu Mikrobəleyhinə, göbələkəleyhinə və iltihabəleyhinə preparat. ATC kodu: D07XC.

Farmakoloji xüsusiyyətləri

Gentamisin – aminoqlikozidlər qrupundan olan antibiotikdir. Sreptococc ştammlarına, Staphylococcus aureus, həmçinin bəzi penisillinaza sintez edən ştammlara və qram-mənfi bakteriyalara: Pseudomonas aeruginosa, Aerobacter aerogenes, Escherichia coli, Proteus Vulgaris, Klebsiella pneumoniae qarşı aktivdir. Ribosomların 30 S subvahidi ilə birləşərək zülal sintezini pozur və RNT-ın yaranmasına qoymur (bakteriostaz). Böyük konsentrasiyalarda sitoplazmatik membranın baryer funksiyasını aşağı salır və mikroorqanizmlərin məhv olunmasına gətirib çıxarır. Gentamisin dəri səthindən çox yavaş absorbsiya olunur. Mikonazol – imidazol qrupundan olan göbələk əleyhinə vasitədir. Daha çox Candida spp; Aspergillus spp; Dimorphons fungi; Cryptococcus neoformans; Pityrosporum sp; Torulopsis glabrata qarşı aktivdir. Həmçinin, bəzi qram – mənfi mikroorqanizmlərə qarşı fəaldır. Mikonazol göbələk hüceyrəsində erqosterolun biosintezini ingibə etməklə və membranın lipid tərkibini dəyişməklə onu məhv edir. Dərinin buynuz qişasından tez keçir və orada aplikasiyadan sonra 4 gün qalır. 1%-dən az bir miqdarı qana keçərək sistem təsir göstərir. Betametazon – iltihab əleyhinə, allergiya əleyhinə qlyukokortikkoiddir. Yerli istifadə zamanı damarları daraldır, qaşınmanı götürür. İltihab mediatorlarının (eozinofillər və tosqun hüceyrələrdən), interleykin1, 2, qamma interferonun (limfosit və makrofaqlardan) ifrazını azaldır. Hialuronidazanın aktivliyini tormozlayır (dayandırır) və damar divarının keçiriciliyini azaldır. Hüceyrə sitoplazmasında spesifik reseptorlarla təmasda olarkən, m-RNT-nın sintezini stimulə edir, hansı ki, lipokortin adlanan zülalın yaranmasını induksiya edir. Lipokortin fosfolipaza A2-ni blokada edərək araxidon turşusunun azad olmasını və endoperoksidlərin, PQ-in, leykotriyenlərin (iltihabın, allergiyanın və digər patoloji proseslərin yaranmasını təmin edən maddələr) biosintezini dayandırır. İstifadəsinə gözstərişlər Bakterial, göbələk və ya qarışıq infeksiya ilə əlaqədar olan iltihabi dermatopatiyalar. İkinci növbədə göbələk və ya bakteriya ilə törədilən dermatit. Aşkar iltihablı bakterial və göbələk infeksiyası.

Əks göstərişlər

Dərmanın komponentlərindən birinə qarşı yüksək həssaslıq. Dərinin sifilis və virus (Herpes-Zoster daxil olmaqla) mənşəli zədələnməsi.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın komponentlərindən birinə qarşı həssaslıq halları müşahidə edilərsə müalicə dayandırılmalıdır. Gözətrafı nahiyyəyə istifadə etmək olmaz. Üz nahiyyəsində istifadəsi və uşaqlarda uzunmüddətli yerli istifadə qadağandır. Bu byrəküstü vəzin qabıq maddəsinin hipofunksiyasına səbəb ola bilər. Yaşlılarda dərilərində baş verən fizioloji dəyişikliklərə görə onlarda da qısamüddətli istifadəsi məsləhət görülür. Hamiləlik və laktasiya Ana üçün olan fayda, döl üçün olan potensial təhlükədən yüksək olduqda istifadə edilə bilər.

İstifadə qaydası və dozası

Gündə 2 dəfə – səhər və axşam dərinin zədələnmiş nahiyəsinə nazik qatla sürtülür.

Əlavə təsirləri

Yuxarı ətrafların 10%-dən çox sahəsinə sürtüldükdə və ya müalicə müddəti 4 həftədən çox müddətdə olduqda yerli II dərəcəli dəyişikliklər: dərinin atrofiyası, qaşınması, qıcıqlanma, dərinin quruluğu, teleangioektazi-yalar, səpgilər və follikulit müşahidə oluna bilər.

Buraxılış forması

20 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15-30°C temperaturda, rütubətdən və işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorios Casasco S.A.I.C., Argentine Republic.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Faktor Dermiko 20 q krem” üçün ilk rəyi siz yazın.