EZEROS 10/20MG N28 TAB

Dərman formasıTablet
Farmakoloji təsirHipolipidemik vasitələr; HMQ-KoA-reduktazanın inhibitorları digər hipolipidemik vasitələrlə kombinasiyada
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

26,53 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. İstənilən suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni simptomların olmasına belə baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. Hər hansı əlavə təsirin (o cümlədən bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlərin) meydana çıxması barədə, həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). EZEROS 10 mq/20 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ezetimib + Rozuvastatin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ezetimib, 20 mq rozuvastatin (kalsium duzu şəklində) vardır. Köməkçi maddələr: laktoza DC (inək südündən), hidroksipropilmetilsellüloza (HPMC E5), natrium kroskarmelloza (Acdisol), mikrokristallik sellüloza (Avicel pH 102), kalsium hidrofosfat dihidrat (m-compress), krospovidon, kolloid silisium dioksid (Aerosil 200), maqnezium stearat. Örtük: çəhrayı opadrı 85G34078 (titan dioksid (E171), qırmızı dəmir oksidi (E172), FD&C mavi alüminium lak (E132)).

Təsviri

Çəhrayı rəngli, yuvarlaq formalı, plyonka qabıqla örtülmüş həblər, Alu/Alu blister paketlərdə.

Farmakoterapevtik qrupu

Hipolipidemik vasitələr; HMQ-KoA-reduktazanın inhibitorları digər hipolipidemik vasitələrlə kombinasiyada. ATC kodu: C10BA02.

Farmakoloji xüsusiyyətləri

EZEROS preparatının bir tabletin içərisində 2 müxtəlif təsiredici maddə vardır. Birinci aktiv maddə rozuvastatindir. Rozuvastatin statinlər adlandırılan maddələrə aiddir. İkinci aktiv maddə ezetimibdir. EZEROS preparatı – qanda ümumi xolesterin, “pis” xolesterin (ASLP (aşağı sıxlıqlı lipoprotein) xolesterini) və yağların (triqliseridlər) səviyyələrinin aşağı salınması üçün istifadə olunan dərman vasitəsidir. Bununla belə, preparat “yaxşı” xolesterin (YSLP (yüksək sıxlıqlı lipoprotein) xolesterini) səviyyələrini yüksəldir. Dərman preparatı iki istiqamətdə təsir göstərərək, qanda xolesterin səviyyələrinin aşağı düşməsinə gətirib çıxarır: həzm traktında xolesterinin sorulmasını aşağı salmaqla və orqanizmdə xolesterinin əmələ gəlməsini aşağı salmaqla. İnsanların əksəriyyətində xolesterinin yüksək səviyyəsi, onların əhvalına heç bir təsir göstərmir və heç bir simptomun meydana çıxmasına səbəb olmur. Lakin, xolesterin səviyyəsinin yüksəlməsi qeyd olunan pasiyentlər müalicə olunmadıqda, qan damarlarının divarlarında yağların toplanması baş verir ki, bu da damar mənfəzinin daralmasına gətirib çıxarır. Bəzən, bu qayda ilə daralmış qan damarlarının tıxanması baş verə bilər və ürəyin və ya baş beyinin bu və ya digər hissəsinin qanla təchizatı dayana bilər: müvafiq olaraq, bu vəziyyət infarkta və ya insulta gətirib çıxarır. Xolesterin səviyyələrinin aşağı düşməsi, infarkt, insult və analoji sağlamlıq problemləri riskinin aşağı düşməsinə səbəb ola bilər.

İstifadəsinə göstərişlər

EZEROS preparatı, xolesterin səviyyəsini, yalnız pəhriz vasitəsi ilə aşağı salmaq mümkün olmayan birincili hiperxolesterinemiyalı (Tip IIa daxil, lakin heteriziqot ailəvi hiperxolesterinemiya olmayan) və qarışıq dislipidemiyalı (Tip IIb) pasiyentlərdə istifadə olunur. Bu preparatın istifadə müddətində xolesterinin səviyyələrinin aşağı salınması istiqamətində pəhriz saxlamağı davam etdirmək lazımdır. Yalnız rozuvastatinin istifadəsi ilə aparılan müalicə xolesterin səviyyələrinə tələb olunan nəzarəti vermədikdə və ya pasiyent artıq eyni dozalarda rozuvastatindən və ezetimibdən istifadə etdiyi halda, həkim EZEROS preparatını təyin edə bilər. preparatı bədən kütləsinin aşağı düşməsinə kömək etmir.EZEROS

Əks göstərişlər

Pasiyentdə aşağıda göstərilən vəziyyətlər qeyd olunduqda, EZEROS preparatını istifadə etmək olmaz: − rozuvastatinə, ezetimibə və ya içlik vərəqənin “Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrin hər hansı birinə qarşı allergiya; − qaraciyər xəstəlikləri; − ağır dərəcəli böyrək xəstəlikləri; − təkrarlanan və ya izah olunmayan əzələ ağrıları meydana çıxdıqda (miopatiya); − siklosporin adlandırılan dərman preparatından istifadə etdikdə (məsələn, orqanların transplantasiyasından sonra); preparatından istifadə etdiyi müddət− hamiləlik və ya laktasiya dövründə. Pasiyent, EZEROS ərzində hamilə olduğu halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. EZEROS preparatından istifadə edilən müddət ərzində qadınlar hamiləliyin baş verməsindən çəkinməli və bu məqsədlə, müvafiq kontrasepsiya vasitələrindən istifadə etməlidirlər. Yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı birinin meydana çıxması barədə (və ya pasiyent əksinə olmasına əmin olmadıqda) həkimi məlumatlandırmaq lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda göstərilən vəziyyətlər müşahidə olunduqda, EZEROS® preparatının istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək vacibdir: − pasiyentdə böyrək xəstəlikləri qeyd olunduqda; − pasiyentdə qaraciyər xəstəlikləri qeyd olunduqda; − pasiyentdə (özündə şəxsən və ya ailəsində) təkrarlanan və ya izah olunmayan əzələ ağrıları, əzələ xəstəlikləri meydana çıxdıqda və ya xolesterin səviyyəsini aşağı salan digər dərman preparatlarından istifadə etdikdə əzələ problemləri qeyd olunduğu hallarda. Pasiyentdə izah olunmayan əzələ ağrıları inkişaf etdikdə, xüsusilə, pasiyent özünü pis hiss etdikdə və ya qızdırma qeyd olunduqda, həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Həmçinin, pasiyentdə müntəzəm əzələ zəifliyi meydana çıxdığı hallarda, həkimi və ya əczasçını məlumatlandırmaq lazımdır; − pasiyent şərqi-asiya mənşəli insan (məsələn, yapon, çinli, filippinli, vyetnamlı, koreyalı və ya hindli) olduqda; − pasiyent İİV-infeksiyası və ya C hepatiti daxil olmaqla, infeksiyaların müalicəsi üçün dərman preparatlarından, məsələn, lopinavir/ritonavirdən və/və ya atazanavirdən, simeprevirdən istifadə etdiyi hallarda (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); − pasiyentdə ağır dərəcəli tənəffüs çatışmazlığı qeyd olunduqda; − pasiyent fibratlardan (xolesterin səviyyəsinin aşağı salınması üçün digər dərman preparatları) istifadə etdikdə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); − pasiyent müntəzəm olaraq, çox miqdar alkoqoldan istifadə etdikdə; − pasiyentdə qalxanabənzər vəzinin funksional pozğunluğu (hipotireoz) qeyd olunduqda; − pasiyentin yaşı 70-dən yuxarı olduğu halda (həkim, pasiyent üçün EZEROS® preparatının yaşına müvafiq dozasını seçməlidir); − pasiyent hal-hazırda və ya son 7 gün müddətində daxilə qəbul etmək üçün və ya vena daxilinə inyeksiya şəklində yeritmək üçün fuzidi turşusundan (bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan dərman preparatı) istifadə etdikdə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Fuzidi turşusunu və EZEROS® preparatını birlikdə istifadə etdikdə, əzələlərdə ciddi ağırlaşmalar (rabdomioliz) inkişaf edə bilər. Pasiyentdə yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı biri qeyd olunduqda (və ya pasiyent əksinə olmasına əmin olmadıqda), EZEROS® preparatının istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək vacibdir. Pasiyentlərin az bir hissəsində statinlər qaraciyər funksiyasına təsir göstərə bilərlər. Həmin dəyişikliklər, qanda qaraciyər fermentlərinin səviyyələrinin adi müayinəsi aparıldıqda aşkar olunur. Bu səbəbdən, EZEROS® preparatının istifadəsi ilə aparılan müalicə müddətində həkim, bu müayinənin (qaraciyər funksiyalarının biokimyəvi göstəricilərinin qiymətləndirilməsi) müntəzəm aparılmasını təyin etməlidir. Təyin olunan laborator tədqiqatların aparılması üçün həkimə müraciət etmək vacibdir. Pasiyentdə şəkərli diabet və ya onun inkişaf etmə riski qeyd olunduqda, dərman preparatının istifadə müddətində həkim pasiyentin vəziyyətini diqqətlə müşahidə etməlidir. Qanda şəkər və yağların yüksək səviyyələri, artıq bədən kütləsi və yüksək arterial təzyiq qeyd olunduğu hallarda, pasiyentdə şəkərli diabetin inkişaf etmə riskinin yüksək olması ehtimal edilir. Uşaqlar və yeniyetmələr Uşaqlarda və yeniyetmələrdə (18 yaşdan aşağı) EZEROS® preparatının istifadəsi tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda göstərilən dərman preparatlarının hər hansı birinin istifadəsi barədə həkimi məlumatlandırmaq vacibdir: − siklosporin (məsələn, orqanların köçürülməsindən sonra, köçürülmüş orqanın ayrılmasının qarşısını almaq üçün istifadə olunan preparat). Preparatların eyni zamanda istifadəsi nəticəsində, rozuvastatinin təsiri güclənir. Siklosporindən istifadə edən pasiyentlərə EZEROS® preparatını təyin etmək olmaz; − qanın durulaşmasına səbəb olan dərman preparatları, məsələn, varfarin, asenokumarol və ya fluindion (EZEROS® preparatı ilə birlikdə istfadə edildikdə, həmin preparatların qanın laxtalanma qabiliyyətinə təsiri artır və qanaxmaların baş vermə riski yüksəlir) və həmçinin, klopidoqrel; − qanda xolesterin səviyyələrinin aşağı salınması üçün və həmçinin, triqliseridlər səviyyələrinin korreksiyası üçün istifadə olunan digər dərman preparatları, fibratlar (gemfibrozil və digərləri). Fibratlarla birlikdə istifadə edildikdə, rozuvastatinin təsiri güclənir; − xolestiramin (xolesterin səviyyəsini aşağı salan dərman preparatı) – ezetimibin təsir mexanizminə təsir göstərir; − reqorafenib (xərçəngin müalicəsi üçün istifadə olunan preparat); − simeprevir (xroniki C hepatitinin müalicəsi üçün istifadə olunan preparat); − İİV-infeksiyasının və ya C hepatitinin müalicəsi üçün istifadə olunan virusəleyhinə preparatlar, məsələn, lopinavir/ritonavir və/və ya atazanavir və ya simeprevir, ombitasvir, paritaprevir, dasabuvir, velpatasvir, elbasvir və qrazoprevir, qlekaprevir, pibrentasvir; − mədə turşuluğunu aşağı salan alüminium- və maqnezium-tərkibli preparatlar (mədədə turşuluğun neytrallaşdırılması üçün istifadə olunan preparatlar) – rozuvastatinin səviyyəsini aşağı salırlar. Göstərilən dərman preparatlarını rozuvastatinin istifadəsindən sonra 2 saatdan tez olmamaqla qəbul etdikdə, həmin təsiri aşağı salmaq mümkündür; − eritromisin (antibiotik) – preparatların birlikdə istifadəsi, rozuvastatinin təsirinin aşağı düşməsinə gətirib çıxarır; − fuzidi turşusu – fuzidi turşusunu daxilə qəbul edən pasiyentlərdə EZEROS® preparatının istifadəsini müvəqqəti dayandırmaq lazımdır. EZEROS® preparatının fuzidi turşusu ilə birlikdə istifadəsi, nadir hallarda əzələ zəifliyinin, ağrı hissinin və əzələ ağrılarının (rabdomiolizin) meydana çıxmasına səbəb ola bilər (“Əlavə təsirləri” bölməsinə bax); − peroral kontraseptivlər – kontraseptiv tabletlərdən cinsiyyət hormonlarının sorulması yüksəlir; − əvəzedici hormonal müalicə (qanda hormon səviyyələrinin yüksəlməsi qeyd olunur). Pasiyent xəstəxanada müalicə olunduqda və ya digər vəziyyətin mövcudluğu ilə əlaqəli müalicə qəbul etdiyi halda, EZEROS® preparatının istifadəsi barədə tibb işçilərini məlumatlandırmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Pasiyent hamilə olduqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, EZEROS® preparatından istifadə etməməlidir. Pasiyentdə hamiləlik EZEROS® preparatından istifadə etdiyi müddət ərzində baş verdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək tələb olunur. EZEROS® preparatının istifadəsi ilə aparılan müddət ərzində kontraseptiv vasitələrdən istifadə etmək vacibdir. Laktasiya dövrü Bu dərman preparatının ana südünə nüfuz edib-etməməsi barədə heç bir məlumatın olmadığını nəzərə alaraq, EZEROS® preparatını laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri EZEROS® preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərməsi gözlənilmir. Lakin, nəzərə almaq vacibdir ki, EZEROS® preparatından istifadə edən bəzi pasiyentlərdə başgicəllənmə inkişaf edə bilər. Başgicəllənmə meydana çıxdığı halda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır.

İstifadə qaydası və dozası

Bu dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatına müvafiq istifadə etmək lazımdır. EZEROS® preparatından istifadə etdikdə, aşağı xolesterin tərkibli pəhriz saxlamaq və kifayət qədər fiziki fəaliyyətlə məşğul olmaq lazımdır. Böyüklər üçün tövsiyə olunan doza gündə 1 tablet təşkil edir. Bu dərman preparatını günün istənilən vaxtı, qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar. Hər tableti su ilə birlikdə qəbul etmək lazımdır. Bu dərman preparatını hər gün, günün eyni vaxtında qəbul etmək vacibdir. EZEROS® preparatının istifadəsi, başlanğıc müalicə üçün yararlı deyil. EZEROS® preparatının pasiyent üçün tələb olunan dozada istifadəsi ilə müalicəni yalnız, rozuvastatinin və ya preparatın hər iki monokomponentinin müvafiq dozaları seçildikdən sonra başlamaq lazımdır. Xolesterin səviyyələrinin müntəzəm nəzarəti Xolesterin səviyyələrini müəyyən etmək və tələb olunan xolesterin səviyyəsinin əldə olunmasını və saxlanılmasını təsdiq etmək məqsədi ilə, müntəzəm olaraq həkimə müraciət etmək lazımdır. EZEROS® preparatının istifadəsi ötürüldükdə Narahat olmaq lazım deyil və ötürülən dozanı qəbul etmək olmaz, planlaşdırılan növbəti dozanı öz vaxtında qəbul etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz. EZEROS® preparatının istifadəsinin dayandırılması EZEROS® preparatının istifadəsinin dayandırılması barədə həkimi məlumatlandırmaq lazımdır. EZEROS® preparatının istifadəsi dayandırıldıqdan sonra, xolesterin səviyyələri təkrar yüksələ bilərlər. Göstərilən preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Orta və şiddətli qaraciyər və ya böyrək çatışmazlığı zamanı istifadə olunmur. Uşaqlar və yeniyetmələr Uşaqlarda və yeniyetmələrdə (18 yaşdan aşağı) EZEROS® preparatının istifadəsi tövsiyə olunmur.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə inkişaf etmir. Ehtimal edilən əlavə reaksiyaların inkişaf etməsi barədə pasiyenti məlumatlandırmaq vacibdir. Aşağıda göstərilən simptomlardan hər hansı biri meydana çıxdığı halda, EZEROS® preparatının istifadəsini dayandırmaq və dərhal tibbi yardıma müraciət etmək lazımdır. Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 pasiyentdən 1-də və ya daha az qeyd olunur): − allergik reaksiyalar – üz nahiyəsinin, dodaqların, dilin və/və ya udlağın ödemi kimi reaksiyalar, tənəffüsün və udma qabiliyyətinin çətinləşməsinə gətirib çıxara bilər; − adətən olduğundan daha uzun müddət davam edən qeyri-adi əzələ ağrıları. Nadir hallarda, əzələlərin rabdomioliz adlandırılan, həyat üçün təhlükəli zədələnmələri inkişaf edə bilərlər ki, bu da ümumi zəifliyə, qızdırmanın və böyrək funksiyalarının pozulmasının inkişaf etməsinə gətirib çıxara bilər; − qurdeşənəyinə bənzər sindrom; − əzələlərin üzülməsi. Məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): Dəri üzərində, ağız boşluğunda, gözlərdə və xarici cinsiyyət orqanlarında xoraların və ya suluqların əmələ gəlməsi – bu, Stivens-Conson sindromunun təzahürü ola bilər (dəri üzərində və selikli qişalarda meydana çıxan, həyat üçün təhlükəli allergik reaksiya). Digər əlavə təsirlər Tez-tez müşahidə olunan əlavə təsirlər (10 pasiyentdən 1-də və ya daha az qeyd olunur): − baş ağrısı; − qəbizlik; − bronxit, rinit, sinusit; − ürəkbulanma; − əzələ ağrıları; − zəiflik hissi; − başgicəllənmə; − şəkərli diabet – qanda şəkər və yağların yüksək səviyyələri, artıq bədən kütləsi və yüksək arterial təzyiq qeyd olunan pasiyentlərdə şəkərli diabetin inkişaf etmə ehtimalı daha yüksəkdir. Pasiyentin həkim müşahidəsi altında olmasını nəzərə alaraq, göstərilən dərman preparatının istifadəsini davam etdirmək lazımdır; − qarın nahiyəsində ağrı; − diareya; − meteorizm (bağırsaqda qazların toplanması); − yorğunluq hissi; − qaraciyər funksiyalarının bəzi laborator göstəricilərinin (transaminazaların) yüksəlməsi. Bəzən müşahidə olunan əlavə təsirlər (100 pasiyentdən 1-də və ya daha az qeyd olunur): − dəri üzərində səpgilərin, suluqların və qaşınmanın meydana çlxması; − sidikdə zülal miqdarının yüksəlməsi qeyd oluna bilər – bu dəyişiklik adətən, rozuvastatinin istifadəsinin dayandırılması tələb olunmadan, normalaşır; − əzələ toxumasının bəzi laborator göstəricilərinin (KFK – kreatinfosfokinaza fermentinin) yüksəlməsi; − öskürək; − mədədə həzm pozğunluğu; − qıcqırma; − oynaq ağrıları; − əzələ spazmları; − boyun nahiyəsində ağrı; − iştahanın aşağı düşməsi; − ağrı; − döş nahiyəsində ağrı; − qan axınları; − arterial təzyiqin yüksəlməsi; − sancma hissi; − ağızda quruluq; − mədə iltihabı; − bel nahiyəsində ağrı; − əzələ zəifliyi; − əl və ayaqlarda ağrılar; − ödemlər, xüsusilə, əl və ayaqlarda. Nadir hallarda müşahidə olunan əlavə təsirlər (1000 pasiyentdən 1-də və ya daha az qeyd olunur): − mədəaltı vəzinin iltihabı – qarın nahiyəsində, bel nahiyəsinə yayılan şiddətli ağrı; − trombositlərin miqdarının azalması; − qurdeşənəyinəbənzər sindrom; − əzələlərin üzülməsi. Çox nadir hallarda müşahidə olunan əlavə təsirlər (10000 pasiyentdən 1-də və ya daha az qeyd olunur): − sarılıq (dərinin və gözlərin saralması); − qaraciyər iltihabı (hepatit); − sidikdə qan izləri; − əl və ayaq sinirlərinin zədələnməsi (keyləşmə hissi və digər simptomlar); − yaddaşın itməsi; − kişilərdə süd vəzilərinin ölçülərinin böyüməsi (ginekomastiya). Məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil): − təngnəfəslik; − ödemlər; − yuxu pozğunluqları, o cümlədən, yuxusuzluq və gecələr dəhşətli yuxugörmələr; − cinsi fəaliyyət pozğunluqları; − depressiya; − tənəffüs pozğunluqları, o cümlədən, davamlı öskürək və/və ya təngnəfəslik və qızdırma; − vətər zədələnmələri; − daimi əzələ zəifliyi; − öd yollarında daşların əmələ gəlməsi və ya öd kisəsinin iltihabı (qarın nahiyəsində ağrı, ürəkbulanma və qusma şəklində meydana çıxa bilər). Əlavə təsirlər barədə məlumatın verilməsi İstənilən əlavə effekktlərin, o cümlədən göstərilən içlik vərəqədə qeyd edilməyən əlavə təsirlərin aşkar olunması barədə, həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. İstənilən əlavə təsirin meydana çıxması barədə, dərman preparatlarının əlavə təsirlərinin Milli qeydiyyat sistemi vasitəsi ilə məlumat vermək mümkündür. Həmin məlumatlar sayəsində, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək olar.

Doza həddinin aşılması

EZEROS® preparatını təyin olunandan artıq dozada istifadə etdikdə, pasiyentə təcili yardım göstərilməsinin tələb olunmasını nəzərə alaraq, həkimə və ya ən yaxında yerləşən xəstəxananın təcili yardım şöbəsinə müraciət etmək vacibdir.

Buraxılış forması

14 tablet Alu/Alu blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Heç bir dərman preparatını axar sulara və ya məişət tullantıları ilə birlikdə atmaq olmaz. İstifadə olunmayan dərman preparatının necə atılması barədə məlumatı əczaçıdan almaq lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Neutec İlaç San. Tic.A.Ş.,Turkey. 1. Organize Sanayi Bölgesi 1. Yol №3, Adapazarı, Sakarya, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Nuvomed Ilaç San.Tic.A.Ş., Turkey. Yildiz Teknik Üniversitesi Davutpaşa Kompüsü Texnoloji Geliştirmə Bölgesi Esenler/İstanbul/Türkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“EZEROS 10/20MG N28 TAB” üçün ilk rəyi siz yazın.