Esafosfina 100 mq 100 ml infuziya
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Metabolik preparatlar |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
32,94 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EZAFOSFİNA 0,5 q/10 ml inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici EZAFOSFİNA 5 q/50 ml infuziya məhlulu hazırlamaq üçün toz və həlledici EZAFOSFİNA 10 q/100 ml infuziya üçün məhlul ESAFOSFINA Beynəlxalq patentləşdirilməmiş adı: D-fructose 1,6-diphosphate
Tərkibi
EZAFOSFİNA 0,5 q/10 ml inyeksiya üçün toz və həlledici Təsiredici maddə: 1 flakon tozun tərkibində 0,5 q D-fruktoza-1,6-difosfat natrium hidrat duzu (0,375 q D-fruktoza-1,6-difosfor turşusuna ekvivalent) vardır. Həlledici (ampulda): inyeksiya üçün su. Hazırlanmış məhlulun tərkibində 50 mq/ml D-fruktoza-1,6-difosfat natrium hidrat duzu vardır (37,5 mq D-fruktoza-1,6-difosfat turşusuna ekvivalent). Eyni məhlul təxminən 0,235 mEq/ml fosforu təmin edir. EZAFOSFİNA 5 q/50 ml infuziya üçün toz və həlledici Təsiredici maddə: 1 flakon tozun tərkibində 5 q D-fruktoza-1,6-difosfat natrium hidrat duzu vardır (3,75 q D-fruktoza-1,6-difosfat turşusuna ekvivalentdir). Həlledici (ampulda): inyeksiya üçün su. Hazırlanmış məhlulun tərkibində 100 mq/ml D-fruktoza-1,6-difosfat natrium hidrat duzu vardır (75 mq D-fruktoza-1,6-difosfor turşusuna ekvivalent). Eyni məhlul təxminən 0,47 mEq/ml fosforu təmin edir. EZAFOSFİNA 10 q/100 ml infuziya üçün məhlul Təsiredici maddə: 100 ml (1 flakon) infuziya üçün məhlulun tərkibində 10 q D-fruktoza-1,6- difosfat natrium hidrat duzu vardır (7,5 q D-fruktoza-1,6-difosfat turşusuna ekvivalent). Həlledici (ampulda): natrium metabisulfit (E223), inyeksiya üçün su. Hazırlanmış məhlulun tərkibində 100 mq/ml D-fruktoza-1,6-difosfat natrium hidrat duzu var (75 mq D-fruktoza-1,6-difosfat turşusuna ekvivalent). Eyni məhlul təxminən 0,47 mEq/ml fosforu təmin edir. pH=3,5. D-fruktoza-1,6-difosfatın hər təsiredici qramı onun tərkibindəki 6 mmol Na-a ekvivalentdir.
Təsviri
Ağ rəngli, suda yaxşı həll olan tozdur.
Farmakoterapevtik qrupu
Metabolik preparatlar. ATC kodu: C01EB07.
İstifadəsinə göstərişlər
Hipofosfatemiya.
Əks göstərişlər
Hiperfosfatemiya, böyrək çatışmazlığı, əsas tərkib və dərman əsasına qarşı yüksək həssaslıq. Fruktozaya qarşı dözümsüzlük.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat dəri altına nüfuz edərsə, həmin nahiyədə ağrı və qıcıqlanma halları yarana bilər. Müalicə kursu zamanı plazmanın elektrolit balansını müayinə etmək məsləhətdir. Xəstələrdə kreatinin klirensi <50 ml/dəq olarsa, qanda fosfatların səviyyəsi əvvəlcədən yoxlanılmalı və ehtiyac olduqda doza azaldılmalıdır. Aparılan tədqiqatlar zamanı hamiləlik, embrionun inkişafi, doğuş və doğuşdan sonrakı inkişafla bağlı heç bir birbaşa və ya dolayı zərərli təsirlər və nəticələr qeyd olunmamışdır. ESAFOSFINA hamiləliyin üçüncu trimesterində əlavə təsirlər olmadan istifadə edilmişdir. Müalicə kursu zamanı plazmanın elektrolit balansını yoxlamaq məsləhət görülür. Xəstələrdə kreatinin klirensi <50 ml/dəq olarsa, qanda fosfatların səviyyəsi əvvəlcədən yoxlanılmalı və lazım olarsa, doza azaldılmalıdır. 0,5 q/10 ml, 5 q/50 ml və 10 q/100 ml dozalı EZAFOSFİNA müvafiq olaraq 3 mmol, 30 mmol və 44 mmol natriuma uyğun gəlir. Buna gorə də preparat təyin edildikdə xəstələrin natriuma olan tələbatı nəzərə alınmalıdır. Tərkibində natrium metabisulfit olduğu üçün EZAFOSFİNA “10 q/100 ml infuziya üçün məhlul”un istifadəsi zamanı nadir hallarda yüksək həssaslıq və bronxospazm əlamətləri müşahidə oluna bilər. DİQQƏT: həll edildikdən sonra tərkibində çöküntü nəzərə çarpan və rəngini dəyişmiş preparatlar istifadə üçün yararsızdır. Açıq sarı rəngli məhlul istifadə üçün yararlı hesab edilir. Digər dərman vasitələri ilə qarşılıqlı təsirləri EZAFOSFİNA pH-ı 3,5-5,8 olan həll olunmayan maddələrdən ibarət olan məhlullar və tərkibində yüksək miqdarda kalsium duzu olan məhlullar (qələvi şəraitdə) ilə qarışdırıla bilməz. Maddələrin uyğunluğu barədə yoxlama aparılmadığı halda EZAFOSFİNA digər preparatlarla qarışdırılmamalıdır.
İstifadə qaydası və dozası
Dozası Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq məsləhət görülən gündəlik doza 70 mq/kq və 160 mq/kq arasında (həkimin xüsusi təyinatı istisna olmaqla) olmalıdır. Əsasən böyüklərə təyin edilən gündəlik doza EZAFOSFİNA “5 q/50 ml infuziya üçün toz və həlledici”nin 1-2 flakonuna və ya EZAFOSFİNA “10 q/100 ml infuziya üçün məhlul”un 1 flakonuna bərabərdir. Həddən artıq fosforun yeridilməsinin qarşısını almaq üçün bədənə yeridiləcək preparatın miqdarı hipofosfatemiyanın dərəcəsindən asılı olaraq müəyyən edilməlidir. Tam parenteral qidalanma tətbiq edilən xəstələrdə preparatın dozası fosforun gündəlik qəbul səviyyəsi nəzərə alınaraq təyin edilir. Yüksək miqdarda olan gündəlik dozaları hissələrə bölmək məsləhət görülür. Uşaqlarda dozalanma bədən kütləsini nəzərə alaraq təyin edilir. Kiçik miqdarda dozanın alınması üçün EZAFOSFİNA “0,5 q/10 ml inyeksiya üçün toz və həlledici”dən istifadə etmək olar. Preparat təyin edilmiş dozadan artıq dozada istifadə edilməməlidir. İstifadə qaydası EZAFOSFİNA “0,5 q/10 ml inyeksiya üçün toz və həlledici” Münasib iynə ilə təchiz edilmiş şpris vasitəsi ilə həlledici ampuldan şprisə doldurularaq içində toz olan flakona daxil edilməlidir. Alüminium qapaqcıq flakondan ayrılmalı və tıxac spirtli pambıq ilə dezinfeksiya edilməlidir. Şprisin iynəsi rezin tıxacın mərkəzindən içəri keçirilməli və həlledici axını flakonun şüşə divarlarına tərəf istiqamətləndirilməlidir. Tam həll olunmanı təmin etmək üçün flakon çalxalanmalı və daha sonra məhlul vena daxilinə yeridilməlidir. EZAFOSFİNA “5 q/50 ml infuziya üçün toz və həlledici” Məhlulun hazırlanma qaydası 1. Alüminium qapaqcığı flakondan ayırmaq və spirtli pambıq ilə tıxacı dezinfeksiya etmək; 2. Birdəfəlik istifadə üçün ikiuclu perforatorun yalnız bir qapağını çıxarmaq və toz flakonunun rezin tıxacının mərkəzindən içəri daxil etmək; 3. Həlledici flakonun alüminium qapaqcığını çıxarmaq və tıxacı dezinfeksiya etmək; Perforatorun o biri qapaqcığını çıxarmaq və həlledici flakonunu çevirərək onun içinə daxil etmək; 4. Həlledicinin toz flakonuna axmasını asanlaşdırmaq üçün bir az çalxalamaq; həlledici flakonu boşaltdıqdan sonra perforatoru çıxarmaq və həll olmanı asanlaşdırmaq üçün toz flakonunu çalxalamaq. Hazırlanmış məhlulun venadaxili yeridilmə qaydası 5. Yenidən flakonun tıxacını dezinfeksiya etmək; 6. Şlanqsıxanı tam olaraq şlanqa bərkitmək; 7. Şlanq başlığının qapağını çıxarmaq və flakona daxil etmək; 8. Damcıladıcı aparatı yarıyadək doldurmaq üçün açmaq və şlanqısıxanı açaraq komplektdən havanın çıxmasını gözləmək; 9. Şlanqsıxanı bağlamaq, iynəni venaya yeritmək və məhlulun lazım olan axınını almaq üçün yavaş-yavaş şlanqsıxanı açmaq. Preparatın orta yeridilmə sürəti – 10 ml/dəq. EZAFOSFİNA “10 q/100 ml infuziya üçün məhlul” Qablaşdırmada olan komplektdən istifadə etməklə və yuxarıda verilən göstərişlərə (5-ci bənddən 9-cu bəndə qədər) uyğun olaraq hazırlanan məhlulu venadaxili yeritmək. Preparatın orta yeridilmə sürəti – 10 ml/dəq. QEYD: məhlul hazırlanan kimi istifadə edilməlidir (yalnız bir dəfə arasıkəsilmədən), hazır məhlul şəffaf olmalı və tərkibində heç bir zərrəcik müşahidə edilməməlidir. Artıq qalan məhlul təkrar istifadə edilə bilməz.
Əlavə təsirləri
Venadaxili sürətlə yeridildikdə (xüsusən EZAFOSFİNA “10 q/100 ml infuziya üçün məhlul”) yeridilmə nahiyəsində qıcıqlanma və ağrı kimi ilkin əlamətlər müşahidə edilə bilər. Preparat 10 ml/dəq-dən artıq sürətlə yeridildiyi zaman xəstələrdə qızarma, titrəmə və ayaqlarda keyləşmə ola bilər. Bütün venadaxili inyeksiyalarda olduğu kimi bədən hərarətinin artması halı, inyeksiya nahiyəsinin infeksiyalaşması, flebit və ödem halları əmələ gələ bilər. Əlavə təsirlər müşahidə edildiyi zaman preparatın yeridilməsi dayandırılmalıdır. İstifadə qaydalarına riayət edilməsi əlavə təsirlərin baş vermə riskini azaldır. İçlik vərəqində qeyd olunmamış əlavə təsirlər müşahidə edilərsə, həkim və ya əczaçı bu barədə məlumatlandırılmalıdır.
Doza həddinin aşılması
Həddən artıq dozalanma halları qeydə alınmamışdır. Nəzəri cəhətdən məlumdur ki, doza həddinin aşılması hiperfosfatemiyaya səbəb ola bilər, bu da öz növbəsində hipokalsemiyanın yaranmasına şərait yarada bilər. Həddən artıq dozalanma hallarında preparatın venadaxili yeridilməsi dayandırılmalı və pozulmuş elektrolit balansı korreksiya edilməlidir. Hiperfosfatemiyanı aradan qaldırmaq üçün peroral xelatlardan və dializdən istifadə oluna bilər.
Buraxılış forması
EZAFOSFINA 0,5 q/10 ml inyeksiya üçün toz və həlledici 4 ədəd içərisində 0,5 q toz olan flakon və 4 ədəd həlledici ampul (hər biri 10 ml) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. EZAFOSFINA 5 q/50 ml infuziya üçün toz və həlledici 1 ədəd içərisində 5 q toz olan flakon, 1 ədəd həlledici flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 50 ml və infuziya üçün komplekt. Komplektin tərkibində məhlulun hazırlanması üçün ikiuclu perforator vardır. EZAFOSFINA 10 q/100 ml infuziya üçün məhlul 1 ədəd flakon – 100 ml istifadə üçün hazır məhlul, flakonda. 1 flakon infuziya üçün komplektlə və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti bütöv qablaşdırmaya aiddir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biomedica Foscama Industria Chimico Farmaceutica S.p.A, Via Morolense, 87-03013 Ferentino (Fr) – İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.