Eufillin 24 mq 5 ml N10 inyeksiya Borisov

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirTənəffüs yollarının obstruktiv xəstəliklərinin müalicəsində sistem istifadə üçün digər preparatlar. Ksantinlər
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni sona qədər oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxunması lazım gələ bilər. Əlavə suallar meydana çıxarsa, həkimə və ya provizora (əczaçıya) və ya tibb bacısına müraciət etmək lazımdır. Bu dərman preparatı hər bir pasiyentə fərdi olaraq təyin olunur. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni simptomların olmasına baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. Hər hansı arzuolunmayan reaksiyalar meydana çıxdıqda, həkimə və ya provizora (əczaçıya) və ya tibb bacısına müraciət etmək lazımdır. Bu tövsiyə, istənilən mümkün arzuolunmayan reaksiyalara, o cümlədən bu içlik vərəqənin “Əlavə təsirləri” bölməsində qeyd olunmayanlara aiddir. EUFİLLİN 24 mq/ml vena daxilinə yeritmək üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Aminophylline

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 24 mq inyeksiya üçün eufillin vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya zəif sarımtıl rəngli mayedir.

Farmakoterapevtik qrupu

Tənəffüs yollarının obstruktiv xəstəliklərinin müalicəsində sistem istifadə üçün digər preparatlar. Ksantinlər. ATC kodu: R03DA05.

Farmakoloji xüsusiyyətləri

Eufillin teofillinin və etilendiaminin kompleks birləşməsidir. Tərkibində etilendiaminin olması hesabına preparatın suda həll olması və vena daxilinə yeridilmə imkanı əldə edilir. Teofillin metilksantinlər qrupundan olan bronxolitik maddədir. Preparatın təsir mexanizmi əsasən, adenozin reseptorlarının blokadaya alınması, fosfodiesteraza fermentinin tormozlanması, hüceyrədaxili sAMF-in miqdarının artması, kalsium ionlarının hüceyrədaxili konsentrasiyasının aşağı düşməsi ilə əlaqədardır ki, bunların nəticəsində də bronxların, ödçıxarıcı yolların, koronar, serebral və ağciyər damarlarının saya əzələləri boşalır, periferik damar müqaviməti aşağı düşür. Ağciyər arteriyasında damar müqavimətinin aşağı düşməsi hesabına, preparat kiçik qan dövranı damarlarında təzyiqi aşağı salır və ağciyərlərdə perfuziya proseslərini normalaşdırır. Qabırğaarası əzələlərin və diafraqmanın yığılma qabiliyyətini yaxşılaşdırır, tənəffüs mərkəzini aktivləşdirir, alveolyar ventilyasiyanı və qanın oksigenlə doymasını yaxşılaşdırır, mukosiliar nəqli sürətləndirir. İltihab mediatorlarının azadolmasının qarşısını alır, trombositlərin aqreqasiyasını tormozlayır. Böyrəklərdə qan dövranını gücləndirir, suyun və elektrolitlərin borucuq reabsorbsiyasının aşağı düşməsi nəticəsində diuretik təsir göstərir. Ürək yığılmalarının tezliyini və gücünü artırır, koronar qan dövranını və miokardın oksigenə olan tələbatını yüksəldir.

İstifadəsinə göstərişlər

Bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı bronxoobstruktiv sindrom.

Əks göstərişlər

– Etilendiaminə qarşı yüksək həssaslıq və ya teofillinlərə, kofeinə və teobrominə qarşı allergiya; – tərkibində ksantinlər olan digər dərman preparatları ilə eyni zamanda istifadə. Eufillinin və/və ya teofillinin terapevtik dozalarını eyni zamanda birdən çox yeritmə yolu ilə və ya birdən artıq dərman preparatının tərkibində təyin etdikdə, ciddi toksiklik təhlükəsi yüksəlir; – 6 aylığa qədər uşaqlar; – kəskin porfiriya; – miokard infarktının kəskin dövrü; – paroksizmal taxikardiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qan zərdabında eufillinin konsentrasiyasına, xüsusilə müalicənin əvvəlində, müntəzəm nəzarət etmək lazımdır. Dərman preparatını vena daxilinə tədricən yeritmək lazımdır və yeridilmə sürəti 25 mq/dəqiqədən artıq olmamalıdır. Ürək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən 55 yaşdan yuxarı şəxslərdə və yaşlı pasiyentlərdə eufillinin toksiklik əlamətlərinin meydana çıxmasına nəzarət etmək lazımdır. Eufillini uşaqlarda istifadə etdikdə, xüsusilə ehtiyatlı olmaq tələb olunur. Qan zərdabında eufillinin konsentrasiyası normal olduqda belə, qıcolmaların baş vermə riski mövcuddur. Anamnezlərində qıcolma aktivliyi olan pasiyentlərdə alternativ müalicəni nəzərdən keçirmək lazımdır və belə pasiyentlərdə eufillini vena daxilinə yeritdikdə, pasiyentlərə MSS-in hiperstimulyasiyasının mümkün əlamətlərinin baş verməsi istiqamətində nəzarət etmək lazımdır. Siqaretdən istifadə edən pasiyentlər üçün eufillinin yüksək dozası tələb oluna bilər. Qripə qarşı immunlaşma keçirən pasiyentlərdə, qrip infeksiyasına yoluxmuş şəxslərdə və ya kəskin qızdırmalı vəziyyətlərdə olan pasiyentlərdə ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Ürək çatışmazlığından, ağciyərlərin xroniki obstruktiv xəstəliyindən, böyrək və ya qaraciyər disfunksiyasından əziyyət çəkən pasiyentlərə və xroniki alkoqolizm zamanı eufillini ehtiyatla istifadə etmək lazımdır. Müntəzəm müalicə aparılan müddət ərzində (xüsusilə, β -aqonistlərlə, kortikosteroidlərlə və2 diuretiklərlə birlikdə istifadə olunduqda, hipoksiya zamanı), kaliumun zərdab səviyyələrinə nəzarət etmək lazımdır. Xora xəstəliyindən, hipertireozdan, qlaukomadan, şəkərli diabetdən, ağır dərəcəli hipoksemiyadan, arterial hipertenziyadan və ürək funksiyalarının və ya qan dövranının pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə eufillini ehtiyatla istifadə etmək lazımdır. Qeyri-stabil stenokardiyadan, hipertrofik obstruktiv kardiomiopatiyadan, ürək ritminin pozulmasından (taxikardiya, ekstrasistoliya), hemorragik insultdan, əziyyət çəkən pasiyentlərdə, gözün torlu qişasına qansızmalar olan pasiyentlərdə teofillini yalnız, fayda/risk nisbətini qiymətləndirdikdən sonra istifadə etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda göstərilən dərman preparatları teofillinin konsentrasiyasını yüksəldir və toksikliyin artması üçün potensial yaradır: fluvoksamin, simetidin, makrolidlər (məsələn, eritromisin, klaritromisin), xinolonlar (məsələn, siprofloksasin, norfloksasin), flukonazol, izoniazid, propranolol, allopurinol (yüksək dozalarda gündə 600 mq), oral kontraseptivlər, meksiletin, propafenon, kalsium kanallarının blokatorları (diltiazem, verapamil), dazıotu preparatları, disulfiram, interferon alfa, qrip əleyhinə vaksinlər, metotreksat, zafirlukast, takrin, tiabendazol, qalxanabənzər vəzinin hormonları. Aşağıda göstərilən dərman preparatları teofillinin qan plazmasında konsentrasiyasını aşağı sala bilərlər: rifampisin, epilepsiyaəleyhinə preparatlar (məsələn, karbamazepin, fenitoin, primidon, fenobarbital), ritonavir, aminoqlütetimid, sulfinpirazon. Digər qarşılıqlı təsirlər Toksiklik riskinin mövcudluğunu nəzərə alaraq, teofillin və pentoksifillin daxil olmaqla, digər ksantin törəmələrinin birlikdə istifadə olunması əks göstərişdir. Litiumun və benzodiazepinlərin terapevtik effektivliyini aşağı salır. Xinolonlar, ümumi anestetiklər, doksapam – qıcolmaların baş vermə riskinin yüksəlməsi, halotanla birlikdə yeridildikdə – aritmiyalar. Pankuroniumla sinir-əzələ blokuna qarşı rezistentlik barədə məlumatlar mövcuddur. Efedrinlə və digər simpatomimetiklərlə birlikdə istifadə edildikdə, eufillin sinergetik toksiklik nümayiş etdirə bilər və ürək aritmiyasına gətirib çıxara bilər. β -aqonistlər – ürək aritmiyası riskinin yüksəlməsi, hipokaliemiya.2 β-blokatorlar eufillinin bronxolitik effektini zəiflədirlər. Ürək qlikozidlərinin toksikliyinin yüksəlməsinə səbəb ola bilər. Adenozinin aritmiyaəleyhinə effektini aşağı salır. Leykotrienlərin antaqonistləri teofillinin konsentrasiyasını yüksəldə bilərlər. Kortikosteroidlərlə və diuretiklərlə birlikdə təyin olunduqda, yüksək hipokaliemiya riski mövcuddur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə eufillinin istifadəsi barədə qərarı həkim qəbul edir. Eufillin plasentadan keçir, ana südünə paylanır və südəmər körpələrdə bəzən, qıcıqlanmanın və ya digər toksiklik əlamətlərinin meydana çıxmasına səbəb olur; bu səbəbdən, preparatı körpələrini ana südü ilə qidalandıran qadınlarda istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman preparatı başgicəllənmənin və digər əlavə effektlərin meydana çıxmasına səbəb olur. Müalicə müddətində nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Dərman preparatı vena daxilinə tədricən yeritmək üçün nəzərdə tutulub. 5-10 ml dərman preparatını (0,12-0,24 q) əvvəlcə, kiçik həcmdə (5-10 ml) inyeksiya üçün 5 %-li dekstroza və ya 0,9 %-li natrium xlorid məhlulu ilə durulaşdırıb, alınmış məhlulu vena daxilinə çox ləng, 4-6 dəqiqə müddətində yeritmək lazımdır. Parenteral yolla istifadə etməzdən əvvəl məhlulu bədən temperaturuna qədər qızdırmaq lazımdır. Eufillini parenteral yolla sutkada 3 dəfəyə qədər, 14 gündən çox olmamaq şərti ilə yeritmək lazımdır. Böyüklərə vena daxilinə yeritmək üçün eufillinin yüksək dozaları: birdəfəlik – 0,25 q, sutkalıq – 0,5 q. Teofillinin dozasını ideal bədən kütləsi əsasında hesablamaq lazımdır. Böyük həcmli infuziya üçün məhlulların yeridilməsi ilə dəstəkləyici müalicəni təmin etmək mümkündür. Damcı üsulu ilə yeritmək üçün adətən, 10-20 ml dərman preparatını (0,24-0,48 q), 100-150 ml 0,9 %-li natrium xlorid məhlulunda durulaşdırmaq və dəqiqədə 30-50 damcı sürətlə yeritmək lazımdır. Teofillin preparatlarından istifadə etməyən pasiyentlər. Eufillinin bədən kütləsinin hər kq-na 6 mq təşkil edən yükləyici dozasını, vena daxilinə tədricən, dəqiqədə 25 mq-dan artıq olmayan sürətlə yeritmək lazımdır. Pasiyentin vəziyyətindən asılı olaraq, dəstəkləyici dozanı növbəti 12 saat müddətində aşağıdakı qaydada hesablamaq olar: – 6 aydan 9 yaşa qədər uşaqlar: 1,2 mq/kq/saatda (12 saatdan sonra, 1 mq/kq/saata qədər aşağı salmaq); – 9 yaşdan 16 yaşa qədər uşaqlar və siqaret çəkən yetkin yaşlı gənclər: 1 mq/kq/saatda (12 saatdan sonra, 0,8 mq/kq/saata qədər aşağı salmaq); – siqaretdən istifadə etməyən sağlam böyüklər: 0,7 mq/kq/saatda (12 saatdan sonra, 0,5 mq/kq/saata qədər aşağı salmaq); – yaşlı pasiyentlər və ağciyər ürəkli pasiyentlər: 0,6 mq/kq/saatda (12 saatdan sonra, 0,3 mq/kq/saata qədər aşağı salmaq); – durğunluq ürək çatışmazlığından və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlər: 0,5 mq/kq/saatda (12 saatdan sonra, 0,1-0,2 mq/kq/saata qədər aşağı salmaq). Teofillin preparatlarından artıq istifadə edən pasiyentlər. Dəstəkləyici doza şəklində bədən kütləsinin hər kq-na 0,5 mq teofillinin yeridilməsi, qan zərdabında teofillinin konsentrasiyasının 1 mkq/ml yüksəlməsinə gətirib çıxara bilər. Qan zərdabında teofillin müəyyən olunmayana qədər, preparatın yeridilməsini təxirə salmaq lazımdır. Bu mümkün olmadıqda və pasiyentin klinik vəziyyəti dərman preparatının yeridilməsini tələb etdiyi halda, preparatı 3,1 mq/kq-a dozada yeritmək lazımdır. Daha sonra, yuxarıda göstərilən qaydada dəstəkləyici dozanı yeritmək lazımdır.

Əlavə təsirləri

İnyeksiya sürətlə yeridildikdə, hipotenziya, aritmiyalar və qıcolmalar meydana çıxa bilər. İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar. Metabolizmdə və qidalanmada baş verən pozğunluqlar: hipokaliemiya, hipofosfatemiya, hiponatriemiya. Psixikada baş verən pozğunluqlar: həyəcan, yuxusuzluq. Daha yüksək dozalar maniakal davranışa və sayıqlamaya gətirib çıxara bilər. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, şüurun dumanlanması, narahatlıq, hiperventilyasiya, başgicəllənmə və tremor. Daha yüksək dozalar qıcolmalara gətirib çıxara bilər. Görmə orqanında baş verən pozğunluqlar: görmə qabiliyyətinin pozulması. Ürəkdə baş verən pozğunluqlar: ürək çırpınması, taxikardiya, ürək ritminin pozulması, arterial hipotenziya. Qəflətən baş verən ölüm barədə məlumatlar mövcuddur. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, diareya, qastro-ezofageal reflyuks, mədə-bağırsaq qanaxmaları. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: makulo-papulyoz səpgilər, qızartı, qaşınma, övrə, eksfoliativ dermatit. Ümumi pozğunluqlar: yüksək dozalar hipertermiyaya və susuzluğa gətirib çıxara bilər.

Doza həddinin aşılması

Böyüklərdə 3 q-dan (uşaqlarda 40 mq/kq) artıq dozalar, zəhərlənməyə səbəb ola bilər. Ölümə səbəb ola bilən doza böyüklərdə cəmi 4,5 q (uşaqlarda 60 mq/kq) təşkil edə bilər, lakin, bir qayda olaraq, bu doza daha yüksək olur. Simptomları Mədə-bağırsaq simptomları: anoreksiya, ürəkbulanma, qusma, diareya, qanla qusma. Nevroloji simptomlar: narahatlıq, yuxusuzluq, qıcıqlanma, baş ağrısı, oyanıqlıq, hallyusinasiyalar, şiddətli susuzluq, bədən temperaturunun bir qədər yüksəlməsi, göz bəbəklərinin genişlənməsi və qulaqlarda küy. Toksiklik simptomları müşahidə olunmadan qıcolmalar meydana çıxa bilər və tez-tez ölümə səbəb ola bilər. Ürək-damar sistemi simptomları: ürək çırpınması, aritmiyalar, arterial hipotenziya, supraventrikulyar və ventrikulyar aritmiyalar. Metabolik simptomlar: hipokaliemiya, hiperqlikemiya, albuminuriya, hipertermiya, hipomaqneziemiya, hipofosfatemiya, hiperkalsiemiya, respirator alkaloz və metabolik asidoz. Rabdomioliz. Müalicəsi Dəstəkləyici və simptomatik müalicə aparılır. Preparatı hətta vena daxilinə yeridildikdən sonra, aktivləşdirilmiş kömürün təkrar peroral qəbul edilməsi, teofillinin orqanizmdən xaric olmasına səbəb olur. Aktivləşdirilmiş kömürün təkrar peroral qəbul edilməsi imkanını əldə etmək üçün, aqressiv qusmaəleyhinə müalicə tələb oluna bilər. Qıcolmaları və oyanıqlığı, vena daxilinə 0,1- 0,3 mq/kq-dan 10 mq-a qədər dozada diazepamın yeridilməsi ilə aradan qaldırmaq mümkündür. Maye və elektrolit balansının bərpa olunması vacibdir. Kalium xloridin venadaxili infuziyasını yeritmək, hipokaliemiyanı korreksiya etmək mümkündür. Pasiyent astmadan əziyyət çəkmədiyi halda taxikardiyanın, hipokaliemiyanın və hiperqlikemiyanın korreksiyası üçün vena daxilinə propranololu yeritmək olar. Hemodializ özünü doğrultmamışdır. Aşağıdakı hallarda hemosorbsiyanın aparılması göstərişdir: – bağırsaq keçməməzliyi aktivləşdirilmiş kömürün qəbul edilməsinə maneə olduqda; – teofillinin plazma konsentrasiyaları > 80 mq/l (kəskin) və ya > 60 mq/l (xroniki) olduqda. Yaşlı pasiyentlərdə teofillinin konsentrasiyası > 40 mq/l olduqda, hemosorbsiyanı nəzərdən keçirmək olar.

Buraxılış forması

5 ml məhlul, şüşə ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton bağlama (banderol) qablaşdırılır. 10 ampul, ampulları fiksasiya etmək üçün bir və ya iki arakəsmə və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eufillin 24 mq 5 ml N10 inyeksiya Borisov” üçün ilk rəyi siz yazın.