ESPADRIL PLUS 15 GR KREM
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Yerli kortikosteroid və antifunqal |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,96 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ESPADRİL Plyus krem ESPADRIL Plus Beynəlxalq patentləşdirilməmiş adı: Diflucortolone + isoconazole
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq (1%) izokonazol nitrat və 1 mq (0,1%) diflukortolon valeat vardır. Köməkçi maddələr: maye parafin, ağ yumşaq parafin, polisorbat 60, setostearil spirti, EDTA – dinatrium, sorbitan stearat, ionsuzlaşdırılmış su.
Təsviri
Ağ rəngli, qeyri-şəffaf kremdir.
Farmakoterapevtik qrupu
Yerli kortikosteroid və antifunqal. ATC kodu: D01AC20. Farmokoloji xüsusiyyətləri Farmakodinamikası İltihabəleyhinə, antibakterial, antifunqal təsir göstərir. İzokonazol – imidazolun sintetik törəməsidir.Yerli göbələkəleyhinə və antibakterial təsir göstərir. Funqistatik təsirə malikdir, konsentrasiyanı artıran zaman funqisid təsir göstərir. Dermafitlərə qarşı Trychophyton, Microsporum, Epidermophyton, kif, maya göbələkləri Candida və maya göbələyinəbənzər göbələklər Malassezia furfur (Pityrosporum spp.), həmçinin eritrazma törədicisi Corynebacterium minutissimum,Qram-müsbət bakteriyalar Staphylococcus spp, Streptococcus spp qarşı aktivdir. İzokonazol digər imidazol qrupu antimikotik dərmanlar kimi mikrob hüceyrə divarında erqoste- rol sintezini pozmaqla, funqistatik və funqisid təsir göstərir. Diflukortolon valeat iltihabi və allergik dəri xəstəlikləri zamanı iltihabın qarşısını alır və qaşınma, göynəmə və ağrı hissini aradan qaldırır. Farmakokinetikası Dəriyə tətbiq olunduqda, absorbsiya ehtimalı çox azdır.
İstifadəsinə göstərişlər
ESPADRİL Plyus kremi dərinin göbələk xəstəliklərinin, iltihabi və allergik xəstəliklərinin müalicəsində xaricə istifadə edilən dərman vasitəsidir. QKS-lərlə müalicəyə həssas qarışıq etiologiyalı (göbələk və ya bakterial flora ilə infeksiyalaş- mış) dermatozların müalicəsində istifadə olunur. ESPADRİL Plyus kremi göbələklərə, maya göbələklərinə, maya göbələklərinə bənzər göbələklərə qarşı effektiv təsir edir; dermatofitlərə və maya göbələklərinə, maya göbələklərinə bənzər göbələklərə (o cümlədən, kəpəklənən dəmrovun törədiciləri olan mikroorqanizmlər də daxil olmaqla) və kif göbələklərinə qarşı, həmçinin özünü qırmızı – qəhvəyi rəngli ləkələrlə büruzə verən dəri xəstəliyi – eritrazmanın törədiciləri olan mikroorqanizmlərə qarşı da effektivdir. Diflukortolon valeat iltihabi və allergik dəri xəstəlikləri zamanı iltihabın qarşısını alır və qaşın- ma, yanma və ağrı hissini aradan qaldırır.
Əks göstərişlər
• Əsas təsiredici maddələr izokonazol nitrata, diflukortolon valeata və ya bu dərmanın tərkibinə daxil olan hər hansı köməkçi maddəyə qarşı allergiya vardırsa • Vərəm və ya sifilis; virus infeksiyaları (məsələn, suçiçəyi, herpes zoster), üz dərisinin xronik iltihabi dəri xəstəliyi (rozasea), ağız ətrafındakı dərinin iltihabı (perioral dermatit) və ya müalicə olunacaq nahiyənin dərisində peyvənddən sonrakı dəri reaksiyası vardırsa
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat yalnız xaricə istifadə olunur. Əgər; • sizdə bakterial infeksiya ilə müşayiət edilən dəri xəstəliyi varsa, əlavə uyğun müalicə tələb olunur. • ESPADRİL Plyus kremi üz nahiyəsinə çəkildiyi təqdirdə, kremin gözlərə düşməsinə yol verilməməlidir. • sizdə əvvəllər qlaukoma xəstəliyi olmuşdursa, həkiminizə bu barədə məlumat verin. • tərkibində mikonazol, ekonazol və tiokonazol olan dərmanlar qəbul edirsinizsə, həkiminizə bu barədə məlumat verin. Yerli istifadə edilən qlükokortikoidlərin bədənin geniş nahiyələrinə, xüsusən də sarğı altında, uzun müddətə çəkilməsi sistem əlavə təsirlərin riskini xeyli artıra bilər. Üz, qasıq və qoltuqaltı nahiyələrə çəkildiyi və uşaqlarda istifadə edildiyi zaman əlavə təsirlərin meydana çıxma riski nəzərə alınaraq ehtiyatla istifadə edilməlidir. Həmçinin, uşaqlarda sistem sorulma ehtimalı da nəzərə alınmalıdır. Sistem qlükokortikoidlərdən məlum olduğu kimi, yerli qlükokortikoidlərin istifadəsi də (məsələn, böyük dozalarda və ya uzun müddət tez-tez istifadə, qapalı sarğı texnikaları zamanı və ya gözətrafı dəriyə çəkildikdə) qlaukomanın yaranmasına səbəb ola bilər. Güclü təsirə malik yerli kortikosteroidlərin geniş nahiyələrə, uzun müddət, sarğı altında və ya qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi hipofiz – böyrəküstü vəzi sistemində geriyə dönə bilən pozuntulara səbəb olur. İnfeksiya əl və ya ayaq barmaqları arasında olduğu halda, ESPADRİL Plyus kremini tənzif parçasına çəkib barmaqların arasına yerləşdirmək tövsiyə edilir. İnfeksiyanın təkrarlanmasının qarşısını almaq üçün xəstənin istifadə etdiyi şəxsi camaşırları (əl – üz və bədən dəsmalları, alt paltarları və s.) hər gün dəyişdirilməli və qaynadılmalıdır. Ayaqlarda göbələk xəstəliyi varsa, ayaqlar yuyulduqdan sonra, barmaqlar və barmaqaraları yaxşıca qurudulmalı və corablar hər gün dəyişdirilməlidir. Əgər yuxarıda sadalanan xəbərdarlıqlar hətta keçmişdə olsa belə, sizdə müşahidə olunmuşdur- sa, lütfən, həkiminizlə məsləhətləşin. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Əgər hazırda hər hansı digər dərman qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmişsinizsə, bu barədə həkiminizi və ya əczaçınızı məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin birinci üç ayı ərzində tərkibində kortikosteroidlər olan preparatların xaricə istifadəsi arzuolunmazdır. Xüsusilə də dərmanı bədənin geniş nahiyələrinə çəkmək və uzun müddət isti- fadə etmək olmaz. Əgər uşaq əmizdirirsinizsə, ESPADRİL Plyus kremini döşlərinizə çəkməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ESPADRİL Plyus kremi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
ESPADRİL Plyus kremi xaricə, dərinin zədələnmiş nahiyələrinə çəkilərək istifadə edilir. ESPADRİL Plyus kremi dərinin lazım olan nahiyələrinə nazik təbəqə şəklində, səhər və axşam olmaqla gündə 2 dəfə, yüngül şəkildə sürtülür. Müalicənin maksimum müddəti 2 həftədir.
Əlavə təsirləri
Tərkibində kortikosteroidlərin olduğu yerli istifadə edilən preparatların geniş sahəyə (bədən səthinin 10%-dən artıq hissəsinə) və ya uzunmüddətli (4 həftə və daha artıq) istifadəsi aşağıdakı əlavə təsirlərin yaranmasına səbəb ola bilər: dərinin incəlməsi (atrofiyası), dəridə kiçik səthi qan damarlarının genişlənməsi (teleangioektaziya), dəridə çatlar, sivilcəyə bənzər dəyişikliklər və kortikosteroidlərin resorbsiyası ilə əlaqədar olan sistem dəyişiklikləri. Nadir hallarda: Allergik kontakt dermatit Nadir hallarda: tük follikullarının iltihablanması (follikulit), bədəndə tük örtüyünün artması (hipertrixoz), ağız ətrafındakı dərinin iltihabı (perioral dermatit), dərinin rənginin dəyişməsi, səpgilər, qaşınma, yanma hissi kimi yerli simptomlar. Qızartı (eritema) və ya dəridə iltihablı qovuqcuqların olması (vezikulların yaranması), dəridə qıcıqlanma, quruluq, dərinin yumşalması (maserasiyası), səpgilər. Bu hallar digər yerli istifadə edilən kortikosteroidlərin istifadəsi zamanı rast gəlinən yüngül və keçici əlavə təsirlərdir; müalicə davam etdirildikdə simptomlar aradan qalxır. Yerli istifadə zamanı xəstələrin təxminən 1%-də qaşınma və yanma hissi kimi simptomlara rast gəlinə bilər. Tərkibində diflukortolon valerat olan preparatlarla müalicə alan xəstələrin 0,5 – 4%-də yerli qıcıqlanma və yanma hissi müşahidə olunur.
Doza həddinin aşılması
Bir dəfəlik yüksək doza (geniş dəri sahəsinə birdəfəlik çəkilmə) və ya təsadüfən udulma zamanı hər hansı bir riskin olması məlum deyil.
Buraxılış forması
15 q ESPADRİL Plyus krem, alüminium tüblarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C -dən aşağı otaq temperaturunda, uşaqların əli çatmayan yerdə, öz qablaşmasında saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Santa Farma İlaç San.A.Ş. 34382 Şişli-İSTANBUL,Türkiyə. Tel.: +90 212 220 64 00. Faks: +90 212 222 57 59. Ünvan Santa Farma İlaç Sanayii A.Ş. GEBKİM 41455 Dilovası-KOCAELİ. Tel.: (+90 262) 674 23 00. Faks: (+90 262) 674 23 21. Eksklüziv Distribütor Azerimed MMC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.