ESLORAT NORMON 5 MG N20

Dərman formasıTablet
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,47 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını qəbul etməyə başlamazdan əvvəl içlik vərəqini tam olaraq diqqətlə oxuyun, çünki onun mətnində Sizin üçün vacib olan məlumatlar vardır. – Bu içlik vərəqəsini saxlayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Əgər Sizin əlavə hər hansı bir sualınız olarsa, o zaman həkiminizdən, yaxud əczaçıdan soruşun. – Bu dərman preparatı ancaq Sizin üçün yazılıb. Onu başqalarına verməyin. Onlarda olan xəstəliyin əlamətləri Sizinki ilə eyni olsa belə bu preparat onlara zərərli təsir edə bilər. – Əgər Sizdə hər hansı əlavə təsir baş verərsə, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Bu əlavə təsirlərə bu içlik vərəqində qeyd olunmayan mümkün əlavə təsirlər də aiddir. ESLORAT NORMON 5 mq örtüklü tabletlər ESLORAT NORMON Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq dezloratadin vardır. Köməkçi maddələr: susuz laktoza, mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, hidroksipropilsellüloza, maqnezium stearat, susuz kolloidal silisium, Örtük: hipromeloza, titan dioksid (E171), talk, indiqokarmin lakı (E132), makroqol 6000.

Təsviri

İkitərəfli qabarıq, yumru və göy rəngli örtüklü tabletlərdir.

Farmakoloji xüsusiyyətləri

Eslorat NORMON yuxugətirici təsirə malik olmayan allergiyaəleyhinə dərman preparatıdır. O, allergiya reaksiyalarınıza və onların simptomlarına nəzarət etməkdə Sizə kömək edəcək. Eslorat NORMON allergik rinitlə (ot qızdırması, yaxud tozda olan gənələrin səbəb olduğu burun yollarının iltihabı) əlaqəli simptomları yüngülləşdirir. Onların simptomlarına asqırma, burnun qaşınması, yaxud burun axması, damaqların qaşınması, gözlərin qızarması, qaşınması və sulanması aiddir. Eslorat NORMON, həmçinin, köpüşüklə (dəridə allergiyanın səbəb olduğu dəyişikliklər) müşayiət olunan simptomların yüngülləşdirilməsi zamanı istifadə olunur. Bu simptomlara qaşınma və övrə daxildir. Bu simptomların aradan qalxması bütün gün ərzində davam edir və nəticədə Sizin gün ərzində aktivliyinizə və yatmağınıza köməklik edir.

İstifadəsinə göstərişlər

Allergik rinitin, dərinin allergik reaksiyalarının simptomatik müalicəsi.

Əks göstərişlər

Eslorat NORMON preparatını aşağıdakı hallarda qəbul etməyin. Desloratadinə, Loratadinə, yaxud Eslorat NORMON preparatının hər hansı bir inqrediyentinə qarşı yüksək həssaslıq. 12 yaşa qədər uşaqlar (Eslorat NORMON 12 yaşdan yuxarı uşaq və yeniyetmələrdə və böyüklərdə istifadə olunur).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər Sizdə böyrək çatışmazlığı varsa, Eslorat NORMON preparatını qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin. Eslorat NORMON preparatının tərkibində laktoza vardır. Bu preparatın tərkibində Laktoza vardır. Əgər həkiminiz tərəfindən Sizə bəzi şəkərlərə qarşı tolerantlığın olmaması deyilibsə, o halda bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hər hansı dərman preparatı qəbul edirsinizsə, yaxud son zamanlar qəbul etmisinizsə və ya hər hansı bir dərman preparatı qəbul etməyi planlaşdırırsınızsa bu haqda həkiminizə, yaxud əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə, yaxud körpənizi əmizdirirsinizsə və ya hamilə olmağınıza şübhəlisinizsə, eləcə də hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə Eslorat NORMON preparatının qəbulu məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məsləhət görülmüş dozalarda Eslorat NORMON preparatının sayıqlığın zəifləməsinə, yaxud yuxululuğa səbəb olması gözlənilmir. Ancaq nadir hallarda bəzi insanlarda mürgüləmə ola bilər ki, bu da onların sürücülük və mexanizmləri idarəetmə qabiliyətinə təsir edə bilər.

İstifadə qaydası və dozası

Bu preparatı həmişə həkiminiz dediyi kimi qəbul edin. Əgər Sizdə əminlik yoxdursa, həkiminiz- dən və ya əczaçıdan soruşun. Böyüklər və yeniyetmələr (12 yaş və yuxarı): gündə bir dəfə bir tablet. Tableti bütöv halda su ilə, qida qəbulu zamanı və yaxud onsuz qəbul edin. Sizin əziyyət çəkdiyiniz allergik rinitin tipini müəyyənləşdirməklə, həkiminiz Eslorat NORMON preparatı ilə müalicə müddətini təyin edəcək. Əgər Sizdə allergik rinit fasilələrlə davam edirsə (simptomları həftədə azı 4 dəfə, yaxud 4 həftədə bir dəfə baş verirsə), həkiminiz xəstəliyin gedişinə müvafiq müalicə rejimi təyin edəcək. Əgər Sizdə allergik rinit dayanıqlıdırsa (simptomları həftədə 4 dəfədən çox, yaxud 4 həftədə bir dəfədən çox baş verirsə), həkiminiz müalicənin uzun müddət davam etdirilməsini məsləhət görəcək. Köpüşüklər olan halda müalicə müddəti xəstələrdə fərdi olduğundan həkimin təlimatlarına əməl edin. Eslorat NORMON preparatının qida və maye ilə qəbulu Eslorat NORMON qida ilə və yaxud onsuz qəbul edilə bilər. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz dozanı vaxtında qəbul etməyi unutmusunuzsa, o halda xatırlayan kimi dozanı mümkün qədər tez qəbul edin və sonra doza cədvəlinə əməl edin. Yaddan çıxmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi dayandırırsınızsa Əgər Sizin bu preparatla əlaqəli hər hansı bir sualınız varsa həkiminizdən, yaxud əczaçıdan soruşun. Əəlavə təsirləri Bütün digər dərman preparatları ilə baş verə bildiyi kimi, Eslorat NORMON preparatının istifadəsi zaman əlavə təsirlər baş verə bilər, baxmayaraq ki, bunlara hər bir adamda rast gəlinməyə bilər. Böyüklərdə Eslorat NORMON preparatının əlavə təsirləri plasebo ilə aparılan əlavə təsirlərlə eyni olmuşdur. Amma ən çox rast gələn əlavə təsirlərin yorğunluq, ağızda quruluq və başağrısı olması haqda məlumatlar vardır ki, bu da plasebodan fərqlidir. Yeniyetmələrdə əlavə təsir kimi başağrısının ən çox baş verməsi haqda məlumatlar vardır. Eslorat NORMON preparatının satışı müddətində kəskin allergik reaksiyalar (tənəffüsdə çətinlik, səsli tənəffüs, qaşınma, köpüşük və şişkinlik) və səpginin nadir hallarda olması məlumatları vardır. Ürək ritmində səyrimə, ürəkdöyünmə, mədə ağrısı, ürəkbulanma, qusma, mədədə diskomfort, ishal, başgicəllənmə, yuxululuq, çətin yuxuya getmə, əzələ ağrısı, halüsinasiyalar, qıcolmalar, narahatçılıq ilə yanaşı bədən hərəkətlərinin artması, qara ciyərin iltihabı və qara ciyər testlərinin qeyri-normal olması haqda nadir hallarda məlumatlar vardır. Əgər Sizdə hər hansı əlavə təsir baş verərsə, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Bu əlavə təsirlərə bu içlik vərəqəsində qeyd olunmayan mümkün əlavə təsirlər də aiddir.

Doza həddinin aşılması

Həmişə Eslorat NORMON preparatını həkiminiz məsləhət gördüyü kimi qəbul edin. Doza həddinin təsadüfi aşılması zamanı ciddi problemlər gözlənilmir. Doza həddinin aşılması halında dərhal həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.

Buraxılış forması

20 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, öz orijinal qutusunda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərmanları axar su, yaxud məişət tullantıları ilə birgə atmayın. İstifadə etməyəcəyiniz dərmanların necə atılması haqda əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühiti qorumaqda yardımçı olacaq.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın axırıncı gününə müvafiqdir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

LABORATORIOS NORMON, S.A. Ronda de Valdecarrizo, 6 – 28760 Tres Cantos – Madrid (İSPANİYA).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ESLORAT NORMON 5 MG N20” üçün ilk rəyi siz yazın.