Eritromisin 10000 IU 15 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirAntibiotik, makrolid
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,10 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ERİTROMİSİN xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Erythromycin

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 10 000 TV eritromisin vardır. Köməkçi maddələr: natrium disulfit (natrium metabisulfit); propilparahidroksibenzoat (nipazol); metilparahidroksibenzoat (nipagin); susuz lanolin; vazelin. Qeyd: eritromisinin miqdarı 900 TV/mq aktivliklə göstərilib. Eritromisinin daha da yüksək aktivliyi olduğu halda onun miqdarı müvafiq olaraq azaldılır.

Təsviri

Sarımtıl və ya tünd-sarı rəngdə məlhəmdir.

Farmakoterapevtik qrupu

Antibiotik, makrolid. ATC kodu: D10AF02.

Farmakoloji xüsusiyyətləri

Makrolidlər qrupundan bakteriostatik antibiotik. Xaricə istifadə etdikdə antibakterial və çivzə əleyhinə təsir göstərir. Ribosomların 50S subvahidi ilə dönən şəkildə birləşir ki, bu da aminturşu molekulları arasındakı peptid birləşmələrin yaranmasını pozur və mikroorqanizmlərin zülal sintezini blokada edir (nuklein turşularının sintezinə təsir etmir). Yüksək dozalarda istifadə edildikdə törədicinin növündən asılı olaraq bakterisid təsir göstərə bilər.

İstifadəsinə göstərişlər

Dərinin və yumşaq toxumaların infeksiyaları (dərinin irinli xəstəlikləri, o cümlədən, infeksiyalaşmış yaralar, yataq yaraları, II-III dərəcəli yanıqlar, trofik xoralar, gənclərdə çivzələr).

Əks göstərişlər

Hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xaricə istifadə üçün çivzə əleyhinə hər hansı bir digər dərman vasitənin istifadəsindən əvvəl 1 saatdan az keçməməlidir. Əgər 3-4 həftə ərzindən çivzəli səpginin vəziyyəti yaxşılaşmırsa, həkimlə məsləhətləşmək lazımdır (tam müalicəvi effektin əldə edilməsi üçün 2-3 ay tələb oluna bilər). Uzunmüddətli istifadə zamanı superinfeksiyanın əmələ gəlməsi mümkündür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Linkomisin, klindamisin və xloramfenikol ilə uyuşmur (antaqonizm). Beta-laktam antibiotiklərin (penisillinlər, sefalosporinlər, karbopenemlər) bakterisid təsirini zəiflədir. Xaricə istifadə üçün eritromisinin dərman formalarını dərinin həddindən artıq qıcıqlanmasına gətirən abraziv maddələrlə, həmçinin dəridə kəpəklənmə törədən dərman vasitələrlə eyni zamanda istifadə etdikdə qıcıqlandırıcı və ya quruducu effekt mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi üzrə kifayət qədər təcrübə yoxdur. Həkimin təyinatı üzrə preparatın istifadəsi yalnız gözlənilən müalicəvi effekt mümkün əlavə effektlərin əmələ gəlməsinin riskindən üstün olduğu halda mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmləri idarə etmək mümkündür.

İstifadə qaydası və dozası

Xaricə: zədələnmiş dəri sahələrinin üzərinə gündə 2-3 dəfə yaxılır, yanıqlarda – həftədə 2-3 dəfə, müalicənin davametmə müddəti – 1,5-2 ay. Əlavə təsirlər Yerli reaksiyalar: dəridə hiperemiya, yandırma, qaşınma və kəpəklənmə.

Doza həddinin aşılması

Məlumat yoxdur.

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm 10 000 TV/q. 15 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Biosintez” İSC, Rusiya Federasiyası. Rusiya Federasiyası, 440033, Penza ş., Drujba küç., 4, tel/faks (8412) 57-72-49.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eritromisin 10000 IU 15 q məlhəm” üçün ilk rəyi siz yazın.