EPINEXX 250 MG N50 TB

Təsiredici maddə: LEVETIRACETAM
Təsiredici maddəLEVETIRACETAM
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirEpilepsiyaəleyhinə preparatlar, digər antiepileptiklər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,37 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EPİNEKS 250 mq örtüklü tabletlər EPINEXX

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq levetirasetam vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, nişasta 1500, talk, aerosil 200, PVP K-30, maqnezium stearat, göy opadri YS-1R-4215*. *Birləşmə: HPMC 5 cP, titan dioksid, PEG 8000, FD&C Göy.

Təsviri

Mavi rəngli, oval, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Epilepsiyaəleyhinə preparatlar, digər antiepileptiklər. ATC kodu: N03AX14.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Levetirasetam kimyəvi quruluşuna görə bilinən epilepsiyaəleyhinə preparatlardan fərqlənən pirrolidon törəməsidir (alfa-etil-2-okso-1-pirrolidin-asetamidin S-enantiomeri). Təsir mexanizmi Levetirasetamın təsir mexanizmi kifayət qədər öyrənilməyib. İn vitro və in vivo aparılan tədqi-qatlar əsasında ehtimal olunur ki, levetirasetam hüceyrələrin əsas xüsusiyyətlərini və normal neyrotransmissiyanı dəyişmir. 2+ 2+ İn vitro aparılan tədqiqatlar levetirasetamın intraneyronal Ca səviyyələrinə N-tipli Ca kanalları 2+ vasitəsi ilə axını qismən inhibə edərək və intraneyronal depolardan Ca azadolmasını azaldaraq təsir etdiyini göstərmişdir. Əlavə olaraq, preparat sink və β-karbolinlərin təsiri nəticəsində meydana çıxan, QAYT və qlisinlə tənzimlənən axında azalmanı qismən tərsinə çevirir. Bundan əlavə, in vitro aparılan tədqiqatlar levetirasetamın gəmiricilərin beyin toxumalarında spesifik nahiyələrə birləşdiyini göstərmişdir. Bu birləşmə nahiyəsi, vezikulların qovuşmasında və neyrotransmitterlərin azadolmasında iştirak edən, 2A sinaptik vezikul zülalı olmuşdur. Levetirasetamın və müvafiq analoqların 2A sinaptik vezikul zülalı ilə oxşarlığı, siçanlarda audiogen epilepsiya modelləri üzərində qıcolmaəleyhinə təsir gücünə görə korrelyasiya etmişdir. Bu nəticələrdə levetirasetam və 2A sinaptik vezikul zülalı arasında qarşılıqlı təsirin mövcudluğu preparatın epilepsiyaəleyhinə təsir mexanizmini qismən izah edir. Farmakodinamik təsirlər Levetirasetamın müxtəlif heyvan modellərində konvulsogen effekt törətmədən parsial və birincili generalizə olunmuş epileptik tutmalara qarşı mühafizəni artırdığı göstərilmişdir. Preparatın əsas metaboliti aktiv deyildir. Levetirasetamın farmakoloji profilinin geniş spektri insanlarda həm parsial, həm də generalizə olunmuş epilepsiyalara (epileptiform təzahürlər/fotoparoksizmal reaksiya) təsiri ilə təsdiqlənmişdir. Klinik effektivlik və təhlükəsizlik 4 yaşdan yuxarı uşaq və yetkin epilepsiya xəstələrində ikincili generalizə olunmuş və ya generalizə olmayan parsial başlanğıclı epileptik tutmaların əlavə müalicəsi Yetkinlərdə gündə 1000 mq, 2000 mq və ya 3000 mq olmaqla iki bərabər dozada istifadə olunan levetirasetamın effektivliyi, müalicə müddəti 18 həftəyə qədər olan 3 cüt kor, plasebo nəzarətli tədqiqatda sübut edilmişdir. 1000 mq, 2000 mq və ya 3000 mq levetirasetam qəbul edən xəstələrdə sabit dozada (12/14 həftə) parsial başlanğıclı epileptik tutmaların həftəlik tezliyində başlanğıcdan 50% və ya daha çox azalma olan xəstələrin faizinin 27,7%, 31,6%, 41,3% və plasebo qəbul edənlərdə 12,6% olduğu müəyyən edildi. Pediatrik populyasiya Pediatrik xəstələrdə (4-16 yaş) levetirasetamın effektivliyi 198 xəstənin iştirak etdiyi 14 həftəlik, ikiqat kor, plasebo nəzarətli bir araşdırmada müəyyən edilmişdir. Bu tədqiqatda xəstələr stabil olaraq, 60 mq/kq/gün (gündə iki dozada) levetirasetam qəbul etdilər. Levetirasetam qəbul edən xəstələrin 44,6% -ində və plasebo alan xəstələrin 19,6% -ində parsial başlanğıclı epileptik tutmaların həftəlik başvermə tezliyində 50% və ya daha çox azalma olmuşdur. Müalicənin uzunmüddətli davam etməsi nəticəsində xəstələrin 11,4%-ində ən az 6 ay, 7,2%-ində isə ən az 1 il ərzində epileptik tutmalar müşahidə edilmədi. Parsial başlanğıclı epileptik tutmaları olan 1 yaşdan kiçik 35 körpə plasebo nəzarətli klinik sınaqlara daxil edildi, bu körpələrdən yalnız 13-ü 6 aydan kiçik idi. Yeni epilepsiya diaqnoz qoyulmuş 16 yaşdan yuxarı xəstələrdə ikincili generalizə olunmuş və ya generalizə olmayan parsial başlanğıclı epileptik tutmaların müalicəsi üçün monoterapiya Levetirasetam monoterapiyasının effektivliyinə yeni və ya yaxınlarda epilepsiya diaqnozu qoyulmuş 16 yaş və yuxarı 576 xəstədə karbamazepinlə idarə olunan sərbəst buraxılma (CR) ilə müqayisədə ikiqat kor paralel qrup (bərabər effektivlik) araşdırması nəticəsində rast gəlinmişdir . Araşdırmaya yalnız stimullaşdırılmamış parsial başlanğıclı və ya generalizə olunmuş tonik-klonik epileptik tutmaları olan xəstələr daxil edildi. Xəstələrə 400-1200 mq/gün karbamazepin-CR və ya 1000-3000 mq/gün levetirasetam təyin edildi, müalicə cavabdan asılı olaraq 121 həftəyə qədər davam etdi. Levetirasetam qəbul edən xəstələrin 73,0%-də və karbamazepin-CR ilə müalicə olunan xəstələrin 72,8%-də altı ay ərzində epileptik tutma müşahidə edilmədi. Müalicələr arasında düzəliş edilmiş mütləq fərq 0,2% təşkil etdi (95% Eİ: -7,8 8,2). Müayinə olunanların yarıdan çoxu 12 ay ərzində epileptik tutma keçirmədi (levetirasetam və karbamazepin-CR qəbul edənlərin müvafiq olaraq 56,6% -i və 58,5% -i). Klinik praktikanı əks etdirən bir araşdırmada, levetirasetam ilə əlavə müalicəyə cavab verən məhdud sayda xəstədə (69 yetkin xəstədən 36-sı) yanaşı olaraq antiepileptiklərin qəbulu dayandırıldı. 12 yaşdan yuxarı yuvenil mioklonik epilepsiyası olan yeniyetmələrdə və yetkinlərdə mioklonik tutmaların əlavə müalicəsi Levetirasetamın effektivliyi müxtəlif sindromlarda mioklonik tutma ilə müşayiət olunan idiopatik generalizə olunmuş epilepsiya xəstəsi olan 12 yaş və yuxarı xəstələrdə 16 həftəlik, ikiqat kor, plasebo nəzarətli bir araşdırmada müəyyən edilmişdir. Xəstələrin əksəriyyətində yuvenil mioklonik epilepsiya vardı. Bu araşdırmada tətbiq olunan levetirasetam dozası iki bərabər dozaya bölünərək gündə 3000 mq təşkil etmişdir. Levetirasetam ilə müalicə alan xəstələrin 58,3% -də və plasebo ilə müalicə olunan xəstələrin 23,3% -də mioklonik tutmalarda həftəlik ən az 50% azalma müşahidə edilmişdir. Davam edən uzunmüddətli müalicədə xəstələrin 28,6% -ində ən az 6 ay və 21,0% -ində ən az 1 il müddətində mioklonik tutma müşahidə edilmədi. İdiopatik generalizə olunmuş epilepsiyası olan böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə ilkin generalizə olunmuş tonik-klonik tutmaların əlavə müalicəsi Levetirasetamın effektivliyi fərqli sindromlarda (yuvenil mioklonik epilepsiya, yuvenil absans epilepsiya, uşaqlığın absans epilepsiyası və ya oyanarkən Grand Mal tutmaları müşayiət olunan epilepsiya) ilkin generalizə olunmuş tonik-klonik (İGTK) tutmalarla müşayət olunan idiopatik generalizə olunmuş epilepsiyalı böyüklərdə, yeniyetmə və məhdud sayda uşaqda aparılmış 24 həftəlik ikiqat kor, plasebo nəzarətli araşdırmada müşahidə edilmişdir. Bu araşdırmada levetirasetamın dozası yeniyetmələr və böyüklər üçün iki bərabər dozaya bölünmüş ümumi 3000 mq/gün və ya uşaqlar üçün iki bərabər dozaya bölünmüş cəmi 60 mq/kq/gün idi. Levetirasetam qəbul edən xəstələrin 72,2% -də və plasebo qəbul edən xəstələrin 45,2% -də İGTK tutmaların həftəlik başvermə tezliyində ən az 50% azalma olmuşdur. Davam edən uzunmüddətli müalicə zamanı xəstələrin 47,4%-ində ən az 6 ay, 31,5%-də isə ən az 1 il tonik-klonik tutma müşahidə edilmədi. Farmakokinetikası Ümumi xüsusiyyətləri Levetirasetam yüksək həllolma qabiliyyəti və keçiriciliyi ilə xarakterizə olunur, farmakokinetikası xətti xarakter daşıyır, zamandan asılı deyil və fərdi və ya fərdlərarası dəyişkənliyi aşağıdır. Təkrar istifadəsı zamanı klirensi dəyişmir. Preparatın farmakokinetikasına cinsin, irqin və ya sirkad ritmin heç bir təsiri qeyd olunmamışdır. Sağlam könüllülərdə və epilepsiyadan əziyyət çəkən pasiyentlərdə farmakokinetik profil oxşardır. Tam və xətti sorulma sayəsində levetirasetamın mq/kq bədən kütləsi ilə ifadə olunan peroral dozasına əsaslanaraq, preparatın qan plazmasında səviyyələrini qabaqcadan nəzərə almaq olar. Bu səbəbdən, levetirasetamın plazma səviyyələrinin izlənməsi tələb olunmur. Böyüklərdə və uşaqlarda preparatın ağız suyunda və qan plazmasında konsentrasiyaları arasında əhəmiyyət kəsb edən əlaqə qeyd olunmuşdur (peroral məhlulun istifadəsindən 4 saat sonra və tabletlərin ağız suyunda/qan plazmasında konsentrasiya nisbəti 1-dən 1,7-ə qədər dəyişmişdir). Sorulması Peroral qəbuldan sonra levetirasetam həzm traktından sürətlə absorbsiya olunur və levetirasetamın biomənimsənilməsi təxminən 100% təşkil edir. Qan plazmasında maksimal konsentrasiya (C )max istifadədən 1,3 saatdan sonra əldə olunur. İki gün, gündə iki dəfə istifadədən sonra tarazlıq vəziyyəti əldə edilmişdir. 1000 mq-lıq birdəfəlik dozanın və gündə iki dəfə qəbul edilən ümumi 1000 mq dozanın istifadəsindən sonra aşkar edilən ən yüksək konsentrasiyalar (C ) müvafiq olaraq, 31 vəmax 43 mikroqram/ml təşkil etdi. Absorbsiya dozadan aslı deyildir və qidanın absorbsiyaya təsiri yoxdur. Paylanması Preparatın insan toxumalarında paylanması barədə heç bir məlumat yoxdur. Levetirasetamın və onun əsas metabolitinin qan plazmasının zülalları ilə birləşmə dərəcəsi 10%-dən aşağıdır. Levetirasetamın paylanma həcmi təxminən 0,5-0,7 l/kq təşkil edir ki, bu da təxminən, orqanizmdə ümumi suyun həcminə bərabərdir. Biotransformasiyası İnsan orqanizmində levetirasetam əhəmiyyətli dərəcədə metabolizmə məruz qalmır. Preparatın əsas metabolizm yolu (dozanın 24 %-i) –asetamid qrupun fermentativ hidrolizidir. Əsas metabolit olan ucb L057-nin əmələ gəlməsi, qaraciyər sitoxromu P -nin iştirakı olmadan baş verir. Asetamid450 qrupunun hidrolizi qan hüceyrələri daxil olmaqla, orqanizmin əksər hüceyrələrində müşahidə olunur. Ucb L057 metaboliti farmakoloji cəhətdən qeyri-aktivdir. Həmçinin, preparatın 2 kiçik metaboliti müəyyən edilmişdir. Onlardan biri, pirrolidon halqasının hidroksilləşməsi nəticəsində (dozanın 1,6%-i), ikincisi isə pirrolidon halqasının qırılması nəticəsində (dozanın 0,9%-i) əmələ gəlir. Digər müəyyən olunmayan birləşmələr dozanın yalnız 0,6%-ni təşkil edir. İn vivo şəraitdə levetirasetamın və ya onun əsas metabolitinin enantiomerlərinin qarşılıqlı çevrilməsi müşahidə olunmamışdır. İn vitro şəraitdə levetirasetam və onun əsas metaboliti insanın qaraciyər sitoxrom P -nin əsas450 izoformalarının (CYP3A4, 2A6, 2C9, 2C19, 2D6, 2E1 və 1A2) qlükuroniltransferaza (UGT1A1 və UGT1A6) və epoksidhidroksilaza aktivliyini tormozlamadı. levetirasetam həmçinin, valproy turşusunun in vitro qlükuronlaşmasını tormozlamır. İnsan hepatositləri kulturasında levetirasetam CYP1A2, SULT1E1 və ya UGT1A1 aktivliyinə zəif və ya heç təsir göstərməmişdir. Levetirasetam CYP2B6 və CYP3A4 izofermentlərinin zəif induksiyasına səbəb olmuşdur. İn vitro məlumatlar və peroral kontraseptivlərlə, diqoksinlə və varfarinlə əlaqəli və in vivo qarşılıqlı təsir məlumatları onu göstərir ki, in vivo şəraitdə fermentlərin əhəmiyyət kəsb edən induksiyası gözlənilmir. Bu səbəbdən, Epineks dərman vasitəsinin digər preparatlarla və ya əksinə qarşılıqlı təsir ehtimalı azdır. Eliminasiyası Yetkin insanın qan plazmasından preparatın yarımxaricolma dövrü (T ) 7 ± 1 saat təşkil edir və bu1/2 göstərici dozadan, yeridilmə qaydasından və ya preparatın təkrar istifadəsindən asılı deyildir. Ortalama bədən klirensi 0,96 ml/dəqiqə/kq təşkil edir. İstifadə edilən dozanın təxminən 95%-i sidiklə xaric olunur (dozanın təxminən 93%-i 48 saat müddətində xaric olunur). Dozanın yalnız 0,3%-i nəcislə xaric olunur. Levetirasetamın və onun əsas metabolitinin sidiklə kumulyativ xaricolması ilk 48 saat ərzində dozanın müvafiq olaraq, 66%-ni və 24%-ni təşkil edir. Levetirasetamın və ucb L057 metabolitinin böyrək klirensi müvafiq olaraq, 0,6 və 4,2 ml/dəqiqə/kq təşkil edir. Bu da, levetirasetamın qlomerulyar filtrasiya və sonra borucuqlarda reabsorbsiya yolu ilə xaric olunmasını və onun əsas metabolitinin həmçinin, qlomerulyar filtrasiyaya əlavə olaraq, aktiv borucuq sekresiyası ilə xaric olunmasını təsdiq edir. Levetirasetamın xaricolması kreatinin klirensi ilə əlaqəlidir. Xüsusi populyasiyalar Böyrəklərin/ qaraciyərin funksiyalarının pozulması Levetirasetamın və onun əsas metabolitinin zahiri ümumi klirensi, kreatinin klirensi ilə əlaqəlidir. Bu səbəbdən, böyrək funksiyalarının orta və ağır dərəcəli pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə Epineks preparatının dəstəkləyici dozasını kreatinin klirensinə müvafiq korreksiya etmək tövsiyə olunur (“İstifadə qaydası və dozası- Böyrək/qaraciyər çatışmazlığı” bölməsinə bax). Böyrək xəstəliyinin terminal mərhələsində anuriya müşahidə olunan pasiyentlərdə preparatın yarımxaricolma dövrü dializ seansları arasında və dializ aparıldıqda, müvafiq olaraq, təxminən 25 və 3,1 saat təşkil edir. 4 saat ərzində aparılan dializ zamanı orqanizmdən levetirasetamın 51%-ə qədəri xaric olunur. Qaraciyər funksiyalarının yüngül və orta dərəcəli pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə levetirasetamın klirensi dəyişməmişdir. Qaraciyərin ağır funksional pozğunluğundan əziyyət çəkən pasiyentlərdə yanaşı böyrək çatışmazlığı ilə əlaqəli olaraq, levetirasetamın klirensi 50%-dən çox aşağı düşmüşdür (“İstifadə qaydası və dozası- Böyrək/qaraciyər çatışmazlığı” bölməsinə bax). Pediatrik populyasiya Uşaqlar (4-12 yaş) Epilepsiya xəstəsi olan 6-12 yaş arası uşaqlarda preparatın 20 mq/kq birdəfəlik dozasının istifadəsindən sonra levetirasetamın plazmadan yarımxaricolma dövrü 6 saatdır. Preparatın bədən çəkisi ilə tənzimlənən klirensi epilepsiyalı yeniyetmələrə nisbətən təxminən 30% daha yüksəkdir. Epilepsiya xəstəsi olan 4-12 yaş arası uşaqlarda preparatın 20-60 gün/mq/kq dozasının təkrar istifadəsindən sonra levetirasetam mədə-bağırsaq traktından sürətlə əmilir. Plazmadakı maksimum konsentrasiyası dozadan 0,5-1,0 saat sonra müşahidə olunur. Əyri altındakı sahə və maksimum plazma konsentrasiyasında doza nisbətli və xətti artımlar müşahidə edilmişdir. Yarımxaricolma dövrü təxminən 5 saatdır. Bədən klirensi 1,1 ml/dəq/kq -dır. Yaşlı populyasiya Böyrək funksiyasının azalması səbəbindən yaşlılarda yarımparçalanma dövrü təxminən 40%-ə qədər (10-11 saat) artır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Klinikayaqədərki təhlükəsizlik məlumatları Preklinik məlumatlar, təhlükəsizlik farmakologiyası, genotoksiklik və kanserogenliklə bağlı ənənəvi araşdırmalarda insanlar üçün xüsusi bir təhlükə müşahidə edilməmişdir. Klinik tədqiqatlarda rast gəlinməyən, lakin siçovullarda və daha az dərəcədə siçanlarda görülən əlavə təsirlər klinik cəhətdən keçərlilik ehtimalı olan və insanlardakına yaxın səviyyədə preparatın təsirinə məruz qalma nəticəsində meydana gələn qaraciyər dəyişiklikləri, çəki artımı, sentrilobulyar hipertrofiya, yağ infiltrasiyası və plazmadakı qaraciyər fermentlərinin artması kimi təsirlərdir. Siçovullar üzərində aparılan araşdırmalarda preparatın 1800 mq/kq/gün dozada (mq/m əsasında insanlarda tövsiyə olunan maksimum dozadan 6 dəfə çox) valideynlərdə və F1 balasında istifadəsi zamanı onun kişi və ya qadın fertilliyinə və ya onların reproduktiv fəaliyyətinə heç bir mənfi təsir müşahidə edilməmişdir. Siçovullarda 400, 1200 və 3600 mq/kq/gün dozalarında iki embrio-fetal inkişaf (EFİ) tədqiqatı aparılmışdır. 3600 mq/kq/gündə 2 EFİ tədqiqatından yalnız birində fetal çəkidə bir qədər azalma və bununla əlaqədar skelet dəyişkənliyində/kiçik anomaliyalarda artım müşahidə edildi. Embrion ölümünə heç bir təsiri yoxdur və malformasiyaların başvermə tezliyində artım müşahidə edilmədi. NOAEL (Heç bir əlavə təsirin rast gəlinmədiyi səviyyə) hamilə dişi siçanlar üçün 3600 mq/kq/gün (mq/m əsasında insanlarda tövsiyə olunan maksimum dozanın 12 qatı) və fetuslar üçün 1200 mq/kq/gündür. Siçovullarda 200, 600, 800, 1200 və 1800 mq/kq/gün-lük dozaları əhatə edən dörd embrio-fetal inkişaf tədqiqatı aparılmışdır. Gündəlik 1800 mq/kq doza maternal toksikliyə və fetal çəkidə azalmaya səbəb oldu. Bu, kardiovaskulyar/skelet anomaliyaları olan döllərin rastgəlinmə tezliyinin artması ilə əlaqələndirilir. NOAEL dişilər üçün <200 mq/kq/gün və fetuslar üçün 200 mq/kq/gündür (mq/m əsasında insanlarda tövsiyə olunan maksimum dozaya bərabər). Siçovullarda levetirasetamın 70, 350 və 1800 mq/kq/gün dozalarının istifadəsi ilə doğuşdan əvvəl və doğuşdan sonra inkişaf tədqiqatları aparılmışdır. NOAEL, F0 dişiləri üçün və F1 balasının süddən kəsilənə qədər sağ qalması, böyüməsi və inkişafı üçün ≥ 1800 mq/kq/gündür (mq/m əsasında insanlarda tövsiyə olunan maksimum dozadan 6 dəfə çox). Siçovullarda və itlərdə yeni doğulmuş və yetkinlik yaşına çatmayan heyvanlar üzərində aparılan araşdırmalarda, 1800 mq/kq/günə qədər olan dozalarda heyvanların standart inkişaf və ya yetkinləşmə nöqtələrində heç bir əlavə təsir müşahidə edilməmişdir (mq/m əsasında insan üçün tövsiyə olunan maksimum dozadan 6-17 dəfə çox)

İstifadəsinə göstərişlər

– 4 yaşdan yuxarı uşaqlarda və yetkinlərdə ikincili generalizə olunmuş və ya generalizə olmayan parsial başlanğıclı tutmalarda əlavə müalicə kimi; – yuvenil mioklonik epilepsiyalı 12 yaşdan yuxarı yeniyetmə və böyüklərdə mioklonik tutmalarda əlavə müalicə kimi; – idiopatik generalizə olunmuş epilepsiyası olan 12 yaşdan yuxarı uşaq və böyüklərdə birincili generalizə olunmuş tonik-klonik tutmalarda əlavə müalicə kimi; – 16 yaşdan yuxarı xəstələrdə ikincili generalizə olunmuş və ya generalizə olmayan parsial başlanğıclı tutmaların müalicəsində monoterapiya şəklində istifadə olunur. –

Əks göstərişlər

Levetirasetama və ya digər pirrolidon törəmələrinə və ya preparatın tərkibində olan hər hansı komponentlərə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Müalicənin dayandırılması Mövcud klinik təcrübəyə uyğun olaraq, Epineks ilə müalicəni dozanın tədricən azaltmaqla kəsmək tövsiyə olunur. (Məsələn: yeniyetmələr və 50 kq-dan artıq çəkisi olan böyüklər dozanı hər 2-4 həftədən bir gündə 2 x 500 mq/gün, çəkisi 50 kq-dan az olan uşaqlar və böyüklər hər 2 həftədən bir dozanı 2 x 10 mq/kq/gün-ü keçməmək şərti ilə azaltmaqla). Böyrəklərin kəskin zədələnməsi Kəskin böyrək zədələnməsi nadir hallarda levetirasetamın istifadəsi ilə əlaqələndirilir və başlanğıc müddəti bir neçə gündən bir neçə aya qədər dəyişir. Böyrək çatışmazlığı Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə levetirasetamın dozasının korreksiyası tələb oluna bilər. Buna görə də, qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu müşahidə olunan pasiyentlərdə preparatın dozasını müəyyən etməzdən əvvəl, böyrək funksiyalarının qiymətləndirilməsini aparmaq tövsiyə olunur (“İstifadə qaydası və dozası – Böyrək/Qaraciyər çatışmazlığı” bölməsinə bax). Qanın ümümi analizi Qan hüceyrələrinin sayının azalması halları (neytropeniya, aqranulositoz, leykopeniya, trombositopeniya və pansitopeniya) levetirasetamın qəbulu ilə əlaqələndirilmişdir. Əhəmiyyət kəsb edən zəiflik, qızdırma, residivləşən infeksiyalar və ya qanın laxtalanmasının (koaqulyasiya) pozulması müşahidə olunan pasiyentlərdə qanın tam analizini aparmaq tövsiyə olunur (“Əlavə təsirləri” bölməsinə bax). Suisid Epilepsiyaəleyhinə preparatlarla (o cümlədən, levetirasetam) müalicə qəbul edən pasiyentlərdə suisid halları, suisid cəhdləri, suisidal düşüncələr və davranışlar qeyd olunmuşdur. Randomizə, plasebo nəzarətli sınaqların meta-analizi epilepsiyaəleyhinə preparatların suisidal düşüncələrin və davranışın başvermə riskini bir qədər yüksəltdiyini göstərir. Həmin riskin mexanizmi öyrənilməyib. Buna görə də, xəstələr depressiya əlamətlər, suisidal düşüncələr və davranış baxımından diqqətlə izlənilməli və müvafiq müalicə düşünülməlidir. Depressiya əlamətləri, suisidal düşüncələr və davranış inkişaf edərsə, xəstənin və ya xəstə yaxınının tibbi dəstək alması tövsiyə olunur. Uşaqlar Epineks tableti 4 yaşından kiçik uşaqlarda istifadə edilməməlidir. Uşaqlarda mövcud olan məlumatlar onların inkişafına və cinsi yetişkənliyinə hər hansı təsirin olduğunu göstərmədi. Və preparatın uşaqların öyrənmə qabiliyyətinə, intellektinə, inkişafına, endokrin funksiyalarına, cinsi yetişkənliyinə və reproduktiv funksiyasına uzunmüddətli təsiri barədə hələ də heç bir məlumat yoxdur. 1 yaşdan kiçik körpələrdə levetirasetamın effektivliyi və təhlükəsizliyi hərtərəfli qiymətləndirilməmişdir. Klinik tədqiqatlara 1 yaşınadək 35 körpə daxil edilmişdir, onlardan yalnız 13-ü 6 aydan kiçik körpələrdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Epilepsiyaəleyhinə preparatlar Preparatın qeydiyyatından əvvəl böyüklər üzərində aparılmış tədqiqatlardan əldə olunan məlumatlar göstərir ki, Epineks mövcud epilepsiyaəleyhinə preparatların (fenitoin, karbamazepin, valproy turşusu, fenobarbital, lamotrigin, qabapentin və primidon) zərdabdakı konsentrasiyalarına təsir göstərmir və həmin epilepsiyaəleyhinə preparatlar da Epineks dərman vasitəsinin farmakokinetikasına təsir göstərmir. Böyüklərdə olduğu kimi, gündə 60 mq/kq-a qədər dozalarla müalicə alan pediatrik pasiyentlərdə klinik əhəmiyyətli qarşılıqlı təsir barədə heç bir məlumat yoxdur. Epilepsiyadan əziyyət çəkən uşaqlarda və yeniyetmələrdə (4-17 yaş) farmakokinetik qarşılıqlı təsirin retrospektiv qiymətləndirməsi peroral qəbul edilən levetirasetamla yanaşı istifadə edilən karbamazepin və valproatın tarazlıq vəziyyətində qan zərdabındakı konsentrasiyalara təsir etmədiyini təsdiq etmişdir. Amma, məlumatlar fermentləri induksiya edən epilepsiyaəleyhinə preparatlar qəbul edən uşaqlarda levetirasetam klirensinin 20% daha da yüksəldiyini göstərir. Dozanın korreksiyası tələb olunmur. Probenesid Probenesid (gündə 4 dəfə 500 mq) borucuq sekresiyasını blokadaya alan preparat kimi, levetirasetamın özünün deyil, onun əsas metabolitinin böyrək klirensini tormozlayır. Və həmin metabolitin konsentrasiyaları aşağı olaraq qalır. Metotreksat Levetirasetam və metotreksatı yanaşı istifadə etdikdə sonuncunun klirensinin azalması barədə məlumatlar daxil olmuşdur ki, bu da qan plazmasında metotreksat səviyyəsinin uzunmüddətli yüksəlməsinə və toksiki səviyyəyə çatmasına gətirib çıxarır. Bu iki preparatı eyni zamanda istifadə edən pasiyentlərdə qanda levetirasetam və metotreksatın konsentrasiyalarına diqqətlə nəzarət etmək lazımdır. Peroral kontraseptivlər və digər preparatlarla farmakokinetik qarşılıqlı təsirlər Levetirasetamın gündəlik 1000 mq-lıq dozası oral kontraseptivlərin (etinilestradiol və levonorgestrel) farmakokinetikasına təsir göstərməmişdir və endokrin parametrlərini (lüteinizəedici hormon və progesteron) dəyişməmişdir. Levetirasetamın 2000 mq/gün dozası diqoksin və varfarinin farmakokinetikasına təsir etməmişdir və protrombin müddəti dəyişməmişdir. Diqoksinin, oral kontraseptivlərin və varfarinin birlikdə istifadəsi levetirasetamın farmakokinetikasına təsir göstərməmişdir. Laksativlər Peroral qəbul edilən levetirasetamla osmotik işlədici preparat olan makroqolu birlikdə istifadə etdikdə, levetirasetamın təsirinin aşağı düşməsi barədə ayrı-ayrı məlumatlar mövcuddur. Buna görə də, levetirasetamın istifadəsindən 1 saat əvvəl və ya 1 saat sonra makroqolu perora yolla (ağızdan) qəbul etmək olmaz. Qida və alkoqol Qida qəbulu levetirasetamın orqanizmdə sorulma dərəcəsində dəyişikliklərə səbəb olmamışdır, preparatın sorulma sürəti bir qədər aşağı düşmüşdür. Levetirasetamın və alkoqolun qarşılıqlı təsiri barədə heç bir məlumat yoxdur. Xüsusi populyasiyalar Pediatrik populyasiya Yetkinlərdəki kimi gündə 60 mq/kq-a qədər dozalarla müalicə qəbul edən pediatrik xəstələrdə klinik cəhətdən əhəmiyyətli dərman qarşılıqlı təsirinə dair heç bir dəlil yoxdur. Pediatrik və yeniyetmə (4-17 yaş) epilepsiyalı xəstələrdə farmakokinetik qarşılıqlı əlaqənin retrospektiv qiymətləndirməsi peroral levetirasetamla əlavə müalicənin tarazlıq vəziyyətində yanaşı qəbul edilən karbamazepin və valproy turşusunun konsentrasiyalarına təsir etmədiyini təsdiqlədi. Bununla birlikdə məlumatlar fermentləri induksiya edən antiepileptiklərin uşaqlarda levetirasetamın klirensini 20% artırdığını göstərdi. Dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Uyuşmazlığı Məlum olan hər hansı uyuşmazlığı yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə Hamiləlik kateqoriyası: C Uşaq doğmaq potensialı olan qadınlar/ Doğuşa nəzarət (kontrasepsiya) Klinik olaraq zərurət olmadıqda kontrasepsiya istifadə etməyən və uşaq doğmaq potensialı olan qadınlarda Epineks preparatının istifadəsi tövsiyə edilmir. Hamiləlik dövrü Çoxsaylı prospektiv hamiləlik qeydiyyatı araşdırmalarından əldə edilən postmarketinq məlumatlar hamiləliyin ilk trimestrində monoterapiya şəklində levetirasetam qəbul edən 1000-dən çox qadının nəticələrini ortaya çıxardı. Ümumiyyətlə, bu məlumatlar anadangəlmə qüsurların əhəmiyyətli dərəcədə artdığını göstərməsə də teratogen risk tamamilə istisna edilə bilməz. Çoxlu antiepileptik preparatlarla müalicə, monoterapiya ilə müqayisədə anadangəlmə malformasiya riski ilə daha çox əlaqələndirilir və buna görə də monoterapiya şəklində müalicə nəzərdən keçirilməlidir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərmişdir (“Klinikaya qədər təhlükəsizlik məlumatları” bölməsinə bax). Epineks, hamiləlik dövründə və doğuş qabiliyyət olan qadınlarda klinik zərurət olmadığı təqdirdə istifadə edilməməlidir. Hamiləlik dövründə fizioloji dəyişikliklər levetirasetamın konsentrasiyasına təsir göstərə bilər. Hamiləlik dövründə levetirasetamın konsentrasiyalarının azalması barədə məlumatlar vardır. Bu azalmaların daha çox üçüncü trimestrdə olduğu bildirilir (hamiləlikdən əvvəl ilkin konsentrasiyanın 60%-ə qədəri). Epineks ilə müalicə olunan hamilə qadınların klinik analizlərinin verilməsi təmin edilməlidir. Antiepileptik müalicə dayandırıldıqdan sonra xəstəlik şiddətlənə bilər və vəziyyət bu ana və döl üçün zərərli ola bilər. Laktasiya dövrü Levetirasetam ana südünə nüfuz edir. Bu səbəbdən Epineks ilə müalicə müddətində körpənin ana südü ilə qidalandırılması tövsiyə olunmur. Lakin, ana südü ilə qidalanmanın kəsilib kəsilməyəcəyi və ya Epineks ilə müalicənin dayandırılıb dayandırılmaması barədə qərar verilərkən ana südü ilə qidalanmanın uşaq üçün faydası və Epineks ilə müalicənin süd verən ana üçün faydası nəzərə alınmalıdır. Reproduktivlik/ Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlar preparatın fertilliyə təsir etmədiyini göstərmişdir (“Klinikaya qədər təhlükəsizlik məlumatları”). Klinik məlumatlar mövcud deyil, insanlarda potensial riski bilinmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Levetirasetam nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az və ya orta dərəcədə təsir göstərir. Ehtimal olunan fərdi həssaslığı nəzərə alaraq, bəzi pasiyentlərdə xüsusilə müalicənin əvvəlində və ya dozanı artırarkən yuxululuq və mərkəzi sinir sistemi ilə əlaqəli digər əlamətlər müşahidə oluna bilər. Bu səbəbdən, nəqliyyat vasitələrini və ya digər təhlükəli mexanizmləri idarə edərkən belə pasiyentlərin ehtiyatlı olması tövsiyə olunur. Göstərilən fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinin pozğunluğu müəyyən edilməyənə qədər pasiyentlərə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri tövsiyə olunur.

İstifadə qaydası və dozası

Sutkalıq dozanı 2 bərabər dozaya bölərək qəbul etmək lazımdır. Monoterapiya Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr Tövsiyə olunan başlanğıc doza sutkada 2 dəfə 250 mq-dır. 2 həftədən sonra, sutkada 2 dəfə 500 mq- a qədər (ilk müalicə dozası kimi) artırılmalıdır. Gələcəkdə, klinik mənzərədən asılı olaraq, levetirasetamın dozasını, hər 2 həftədən bir sutkada 2 dəfə 250 mq-a artırmaq olar. Maksimal sutkalıq doza sutkada 2 dəfə 1500 mq təşkil edir. Əlavə müalicə Böyüklərdə (≥ 18 yaş) və bədən kütləsi 50 kq-dan artıq olan yeniyetmələrdə (12-17 yaş) Başlanğıc müalicəvi doza sutkada 2 dəfə 500 mq-dır. Göstərilən dozaya müalicənin birinci gündən etibarən başlamaq olar. Klinik mənzərədən və preparata qarşı tolerantlıqdan asılı olaraq, dozanın sutkada 2 dəfə 1500 mq-a qədər artırılması mümkündür. Hər 2-4 həftədən bir dozanı sutkada 2 dəfə 500 mq olmaqla artırmaq və ya azaltmaq olar. 4-11 yaş arası uşaqlar və çəkisi 50 kq-dan az olan yeniyetmələrdə (12-17 yaş) Uşaqlarda və 4 yaşınadək körpələrdə preparatın peroral məhlul formasının istifadəsi məsləhət görülür. İlkin terapevtik doza gündə iki dəfə 10 mq/kq təşkil edir. Klinik reaksiya və tolerantlıqdan asılı olaraq doza gündə iki dəfə 30 mq/kq -a qədər artırıla bilər. Gündə iki dəfə 10 mq/kq -dan çox olmamaq şərti ilə, hər 2 həftədən bir doza artırıla və ya azaldıla bilər. Ən aşağı təsirli doza istifadə edilməlidir. 50 kq və yuxarı uşaqlar üçün dozalanma böyüklərdəki kimidir. Həkim bədən çəkisinə və dozaya uyğun olaraq ən uyğun dərman formasını və dozasını təyin etməlidir. Uşaqlar və yeniyetmələrdə tövsiyə olunan dozalar Bədən çəkisi Başlanğıc doza Maksimum doza Gündə iki dəfə 10 mq/kq Gündə iki dəfə 30 mq/kq (1) 15 kq Gündə iki dəfə 150 mq Gündə iki dəfə 450 mq (1) 20 kq Gündə iki dəfə 200 mq Gündə iki dəfə 600 mq 25 kq Gündə iki dəfə 250 mq Gündə iki dəfə 750 mq (2) 50 kq ve yuxarı Gündə iki dəfə 500 mq Gündə iki dəfə 1500 mq (1) Çəkisi 25 kq və aşağı olan uşaqlarda Epineks 100 mq/ml peroral məhlul ilə müalicəyə başlamaq məsləhət görülür. (2) Ağırlığı 50 kq və daha çox olan uşaqlar və yeniyetmələrdə doza böyüklərdəki kimidir. İstifadə qaydası Tabletlər peroral (ağızdan) və kifayət qədər miqdarda su ilə qəbul edilməlidir. Yeməklə və ya yeməksiz qəbul edilə bilər. Xüsusi pasiyent qrupları Böyrək çatışmazlığı Gündəlik dozanı böyrəklərin funksional vəziyyətinə müvafiq fərdi qaydada korreksiya etmək lazımdır. Böyüklərdə dozanın korreksiyası üçün aşağıda göstərilən cədvəldən istifadə etmək lazımdır. Cədvəl əsasında dozanın korreksiyası üçün pasiyentin kreatinin klirensini (KK) ml/dəq vahidləri ilə müəyyən etmək lazımdır. Böyüklər və bədən kütləsi 50 kq-dan artıq olan yeniyetmələrdə KK ml/dəq göstəricisini zərdab kreatininin (ml/dəq) konsentrasiyasına əsaslanaraq aşağıdakı formul ilə hesablamaq olar: [140 – yaş (il)] х bədən çəkisi (kq) KK (ml/dəq) = ___________________________________ [x 0.85 (qadınlarda)] 72 х KK (mq/dl).zərdab. Daha sonra KK-ni bədən səthinin sahəsinə (BSS) müvafiq olaraq aşağıda göstərildiyi kimi korreksiya etmək lazımdır: KK (ml/dəqiqə) KK (ml/dəq/1,73 m ) = _________________________ (х 1,73) BSS Könüllü (m ) Böyrək çatışmazlığından əziyyət çəkən böyüklərdə və bədən kütləsi 50 kq-dan artıq olan yeniyetmələrdə dozalanma rejimi Qrup Kreatinin klirensi Dozalanma rejimi (ml/dəq/1,73 m ) Sutkada 2 dəfə Normal > 80 500 mq-1500 mq Sutkada 2 dəfə Yüngül 50 – 79 500 mq-1000 mq Sutkada 2 dəfə Orta 30 – 49 250 mq-750 mq Sutkada 2 dəfə Ağır < 30 250 mq-500 mq Son vaxtlar böyrək çatışmazlığı olan və dializ proseduraları qəbul edən – Sutkada 1 dəfə (1) (2) pasiyentlər 500 mq-1000 mq (1) Müalicənin birinci günü 750 mq yükləmə dozası tövsiyə olunur. (2) Dializdən sonra 250-500 mq-lıq əlavə doza tövsiyə olunur. Levetirasetamın klirensi böyrək funksiyaları ilə əlaqəli olduğu üçün, böyrək çatışmazlığından əziyyət çəkən uşaqlarda levetirasetamın dozası böyrək funksiyalarına müvafiq korreksiya edilməlidir. Bu tövsiyə, böyrək funksiyalarının pozulması müşahidə olunan pasiyentlərin iştirakı ilə aparılan tədqiqatın nəticələrinə əsaslanır. Yeniyetmələr və uşaqlarda, KK ml/dəq/1,73 m dəyərini zərdab kreatininin konsentrasiyasına (mq/dl) əsaslanaraq, aşağıdakı formul ilə (Şvarts formulu) hesablamaq olar: Boyun hündürlüyü (sm) х ks KK (ml/dəq/1,73 m ) = ——————————————- Qan zərdabında kreatinin (mq/dl). 13 yaşa qədər uşaqlarda və yeniyetmə qızlarda ks=0,55; yeniyetmə oğlanlarda ks=0,7. Böyrəklərin funksional pozğunluğundan əziyyət çəkən uşaqlar və bədən kütləsi 50 kq-dan aşağı olan yeniyetmələrdə dozanın korreksiyası üzrə tövsiyələr. (1) Dozalanma rejimi Kreatinin klirensi 4 yaşdan yuxarı uşaqlar və bədən kütləsi Qrup (ml/dəq/1,73 m ) 50 kq-dan aşağı olan yeniyetmələr > 80 Sutkada 2 dəfə 10-30 mq/kq Normal (0,10-0,30ml/kq) 50 – 79 Sutkada 2 dəfə 10-20 mq/kq Yüngül (0,10-0,20ml/kq) 30 – 49 Sutkada 2 dəfə 5-15 mq/kq Orta (0,05-0,15ml/kq) < 30 Sutkada 2 dəfə 5-10 mq/kq Ağır (0,05-0,10ml/kq) Son vaxtlar böyrək – (2), (3) çatışmazlığı olan və dializ Sutkada 1 dəfə 10-20 mq/kq proseduraları qəbul edən (0,10-0,20 ml/kq) pasiyentlər (1) 250 mq-dan kiçik, 250 mq-ın bir neçə qatı olmayan dozalanma rejimində, bir neçə tabletin qəbul edilməsi ilə tövsiyə olunan dozalanmanı əldə etmək mümkün olmadığı halda preparatın peroral məhlulundan istifadə etmək lazımdır. (2) Müalicənin birinci günü levetirasetamın 15 mq/kq-lıq (0,15ml/kq ) yükləmə dozasının istifadəsi tövsiyə olunur. (3) Dializdən sonra 5-10 mq/kq-lıq (0,05-0,10 ml/kq) əlavə dozanın istifadəsi tövsiyə olunur. Qaraciyər funksiyalarının yüngül və orta dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə dozanın korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə kreatinin klirensi böyrək çatışmazlığının ağırlıq dərəcəsini tam şəkildə əks etdirməyə bilər. Bu səbəbdən, kreatinin klirensi < 60 ml/dəqiqə/1,73 m olan pasiyentlərdə, preparatın dəstəkləyici sutkalıq dozasını 50 % aşağı salmaq tövsiyə olunur. Uşaqlar Epineks 4 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. 4 yaşdan kiçik uşaqlarda Epineks preparatının peroral məhlulu istifadə olunmalıdır. Bundan əlavə, tabletlərin mövcud dozalanmaları çəkisi 25 kq-a qədər olan uşaqların başlanğıc müalicəsi üçün, tabletləri daxilə qəbul edə bilməyən pasiyentlər üçün və ya 250 mq-a qədər dozaların istifadəsi üçün münasib deyil. Yuxarıda qeyd olunan bütün hallarda müalicəni Epineks preparatının peroral məhlulunun istifadəsindən başlamaq lazımdır. 16 yaşından kiçik uşaqlarda və yeniyetmələrdə monoterapiya şəklində müalicədə istifadə edilməməlidir. Yaşlı pasiyentlər Böyrəklərin funksional pozğunluğu müşahidə olunan yaşlı pasiyentlərdə (65 yaş və yuxarı yuxarı) preparatın dozasının korreksiyası tövsiyə olunur (“İstifadə qaydası və dozası” bölməsində “Böyrək/ Qaraciyər çatışmazlığı” hissəsinə bax).

Əlavə təsirləri

Təhlükəsizlik profilinin qısa təsviri Ən tez-tez bildirilən əlavə təsirlərə nazofaringit, yuxuya meyillilik, başağrısı, halsızlıq və başgicəllənmə daxildir. Aşağıda verilmiş əlavə təsirlərin profili bütün istifadə göstərişlərinin araşdırıldığı və levetirasetam ilə müalicə alan 3416 pasiyentin iştirakı ilə aparılan birləşdirilmiş plasebo-nəzarətli klinik tədqiqatlardan əldə olunan məlumatların analizinə əsaslanır. Bu məlumatlar müvafiq açıq etiketli uzatma araşdırmalarında, eləcə də postmarketinq dövründə levetirasetamın istifadəsi ilə dəstəklənir. Epineks preparatının təhlükəsizlik profili yaş qruplarında (böyüklər və uşaqlar) və təsdiqlənmiş epilepsiya göstərişlərində eynidir. Klinik tədqiqatlarda (böyüklər, yeniyetmələr, uşaqlar və körpələr >1 ay) və postmarketinq dövrü ərzində müşahidə olunan əlavə təsirlər orqan və sistemlərə və müəyyən edilmiş tezlik əsasında, aşağıdakı kimi təsnif edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 < 1/10); bəzən (≥ 1/1000 < 1/100); nadir hallarda (≥ 1/10000 < 1/1000), çox nadir hallarda (< 1/10000) və məlum deyil (əldə edilmiş məlumatlar əsasında tezliyini qiymətləndirmək mümkün deyil). İnfeksiyalar və invaziyalar Çox tez-tez: nazofaringit Nadir hallarda: infeksiyalar. Qan sistemində baş verən pozğunluqlar Bəzən: trombositopeniya, leykopeniya Nadir hallarda: neytropeniya, pansitopeniya, aqranulositoz. İmmun sistemdə baş verən pozğunluqlar Nadir hallarda: eozinofiliya və sistem simptomlarla müşayiət olunan dərman vasitəsinə qarşı reaksiya (DRESS), hiperhəssaslıq (angioödem və anafilaksiya daxil olmaqla). Maddələr mübadiləsində baş verən pozğunluqlar Tez-tez: anoreksiya Bəzən: bədən çəkisinin artması, azalması Nadir hallarda: hiponatremiya. Psixikada baş verən pozğunluqlar Tez-tez: depressiya, düşmənçilik/aqressivlik, həyəcanlılıq, yuxusuzluq, əsəbilik/ qıcıqlanma Bəzən: intihara cəhd, suisidal düşüncələr, psixotik pozğunluqlar, davranış pozğunluqları, hallusinasiyalar, qəzəb, çüurun dumanlanması, panik atak, emosional labillik, əhval-ruhiyyənin dəyişməsi, oyanıqlıq Nadir hallarda: intihar, şəxsiyyət pozğunluğu, anormal düşüncələr. Mərkəzi sinir sistemində baş verən pozğunluqlar Çox tez-tez: yuxuya meyililik, baş ağrısı Tez-tez: qıcolmalar, müvazinətin pozulması, başgicəllənmə, tremor, letargiya Bəzən: amneziya, yaddaş pozğunluğu, koordinasiyanın pozulması/ataksiya, paresteziya, diqqət dağınıqlığı Nadir hallarda: xoreoatetoz, hiperkineziya, diskineziya. Görmə orqanında baş verən pozğunluqlar Bəzən: diplopiya, bulanıq görmə. Eşitmə orqanında və daxili qulaqda baş verən pozğunluqlar Tez-tez: vertiqo. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarda baş verən pozğunluqlar Tez-tez: öskürək. Həzm sistemində baş verən pozğunluqlar Tez-tez: abdominal ağrı, diareya, dispepsiya, ürəkbulanma, qusma Nadir hallarda: pankreatit. Hepatobilliar pozğunluqlar Bəzən: qaraciyərin funksional qabiliyyətini göstərən testlərdə anormal nəticələr Nadir hallarda: qaraciyər çatışmazlığı, hepatit. Böyrəklərdə və sidik-ifrazat sistemində baş verən pozğunluqlar Nadir hallarda: böyrəklərin kəskin zədələnməsi. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Tez-tez: səpgilər Bəzən: alopesiya, ekzema, qaşınma Nadir hallarda: toksiki epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema. Skelet əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar Bəzən: əzələ zəifliyi, əzələdə ağrı (mialgiya) Nadir hallarda: rabdomioliz və qanda kreatinfosfokinazanın səviyyəsinin yüksəlməsi* Ümumi pozğunluqlar Tez-tez: asteniya/halsızlıq. Yaralar, intoksikasiyalar və ağırlaşmalar Bəzən: zədələnmələr. * Yapon əsilli olmayan pasiyentlərlə müqayisədə, yapon əsilli pasiyentlərdə yayılma dərəcəsi daha yüksəkdir. Seçilmiş əlavə təsirlərin təsviri Epineks dərman vasitəsini topiramatla eyni zamanda istifadə etdikdə anoreksiya riski yüksəlir. Müxtəlif alopesiya hallarında Epineks dərman vasitəsinin istifadəsi dayandırıldıqdan sonra yaxşılaşma qeyd olunmuşdur. Bəzi pansitopeniya hallarında sümük iliyinin supressiyası qeyd olunmuşdur. Uşaqlar Plasebo-nəzarətli və açıq etiketli uzatma tədqiqatlarında 1 ay-4 yaşlı uşaq pasiyentlər arasında ümumilikdə 190 pasiyent Epineks ilə müalicə almışdır. Həmin pasiyentlərin 60 nəfəri plasebo- nəzarətli tədqiqatlarda Epineks ilə müalicə qəbul etmişdir. Plasebo-nəzarətli və açıq etiketli uzatma tədqiqatlarında 4-16 yaşlı pasiyentlər arasında ümumilikdə 645 pasiyent Epineks ilə müalicə almışdır. Həmin pasiyentlərin 233 nəfəri levetirasetamla müalicəni plasebo-nəzarətli tədqiqatlarda qəbul etmişdir. Bu məlumatlar, qeyd olunan hər iki yaş qrupunda postmarketinq dövründə əldə edilmiş məlumatlarla dəstəklənmişdir. Bundan əlavə, 12 aylıq kiçik 101 qeydiyyat sonra təhlükəsizlik araşdırmasına daxil edilmişdir. Epilepsiyadan əziyyət çəkən 12 aydan kiçik körpələrdə yeni təhlükəsizlik problemlərinə rast gəlinməyib. Ümumiyyətlə, levetirasetamın əlavə təsir profili müxtəlif yaş qruplarında və epilepsiyanın təsdiq olunmuş bütün istifadə göstərişlərində oxşardır. Uşaqların iştirakı ilə aparılan plasebo-nəzarətli klinik tədqiqatlardan preparatın istifadəsinin təhlükəsizliyi ilə bağlı əldə olunmuş nəticələr böyüklərə nisbətən, uşaqlarda daha tez-tez müşahidə olunan davranış pozğunluqları və psixiatrik vəziyyətlər xaricində Epineks preparatının təhlükəsizlik profilinə müvafiq olmuşdur. 4-16 yaşlı uşaqlarda və yeniyetmələrdə qusma (çox tez-tez, 11,2%), oyanıqlıq (tez-tez, 3,4%), əhval- ruhiyyənin dəyişməsi (tez-tez, 2,1%), duyğusal qeyri-stabillik (tez-tez, 1,7%), aqressiya (tez-tez, 8,2%), qeyri-normal davranış (tez-tez, 5,6%) və letargiya (tez-tez, 3,9%) digər yaş qruplarına və ya ümumi təhlükəsizlik profili ilə müqayisədə daha tez-tez müşahidə olunan əlavə təsirlərdir.. İkiqat kor, plasebo nəzarətli pediatrik təhlükəszilik tədqiqatında parsial başlanğıclı tutmalardan əziyyət çəkən 4-16 yaşlı uşaqlarda Epineks preparatının koqnitiv və neyropsixoloji göstəricilərə təsiri qiymətləndirilmişdir. Hər bir populyasiyanın protokolunda Leiter-R diqqət və yaddaş, Yaddaş Ekranı Kompozit hesabının başlanğıcdan etibarən göstərdiyi dəyişiklik nəzərə alınarsa, Epineks dərman vasitəsinin plasebodan fərqlənmədiyi nəticəsi düşünülmüşdür. Davranış və emosional funksiyalarla əlaqəli nəticələr, levetirasetamın ilə müalicə qəbul edən pasiyentlərdə aqressiv davranışın artdığını göstərir ki, bu da təsdiq olunmuş vasitələrdən (CBCL – Axenbaxa əsasən uşaq davranışına nəzarət siyahısı) istifadə etməklə standartlaşdırılmış və sistem şəklində müəyyən edilmişdir. Bununla birlikdə, uzunmüddətli açıq etiketli izləmədə, Epineks ilə müalicə olunan pasiyentlərdə davranış və emosional funksiyaların pisləşməsi müşahidə edilməmiş, xüsusilə aqressiv davranış göstəriciləri ilkin səviyyəyə nisbətən pis olmamışdır.

Doza həddinin aşılması

Simptomları Doza həddinin aşılması zamanı yuxululuq, oyanıqlıq, aqressiya, şüurun dumanlanması, tənəffüsün tormozlanması, koma bildirilmişdir. Müalicəsi Doza həddinin kəskin aşılmasından sonra mədəni yumaq lazımdır və ya qusma törədərək mədə boşaldılmalıdır. Preparatın xüsusi antidotu yoxdur. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparılmalıdır və hemodializ də daxil edilə bilər. Dializ yolu ilə ekstraksiyanın səmərəliliyi levetirasetam üçün 60% və əsas metaboliti üçün 74% -dir.

Buraxılış forması

10 tablet, PVC/Al blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və quru yerdə saxlamaq lazımdır. Dərman qalıqlarının utilizasiyası və digər xüsusi tədbirlər İstifadə edilməmiş məhsullar və ya tullantılar məhv edilməlidir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Abdi İbrahim İlaç San. ve Tic. A.Ş., Turkey. Orhan Gazi Mahallesi, Tunç Cad. No:3 Esenyurt/İstanbul/Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Abdi İbrahim İlaç San. ve Tic. A.Ş. Reşitpaşa Mahallesi, Eski Büyükdere Cad. No.4 34467 Maslak/Sarıyer/İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“EPINEXX 250 MG N50 TB” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar