Enzaflu 75 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün virusəleyhinə preparatlar, neyraminidazanın inhibitorları
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,16 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ENZAFLYU 75 mq bərk jelatin kapsullar

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 98,5 mq oseltamivir fosfat (75 mq oseltamivirə ekvivalent) vardır. Köməkçi maddələr:prejelatinləşdirilmiş nişasta (1500), povidon K 30, talk, kroskarmelloza natrium, natrium stearil fumarat. Kapsulun örtüyü: qara dəmir oksidi, sarı dəmir oksidi, titan dioksid, jelatin (iribuynuzlu heyvan jelatini).

Təsviri

İçərisində ağ və ya ağımtıl toz qarışığı olan açıq-boz gövdəli, açıq-sarı qapaqlı bərk kapsuldır.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün virusəleyhinə preparatlar, neyraminidazanın inhibitorları. ATC kodu: J05AH02.

Farmakoloji xüsusiyyətləri

Təsir mexanizmi Oseltamivir fosfat, aktiv metabolitin (oseltamivir karboksilat) prodərmanıdır. Aktiv metabolit virionun səthində qlikoprotein olan qrip virusunun neyraminidaza fermentlərinin seçici inhibitordur. Virus neyraminidaza fermentinin aktivliyi həm yoluxmamış (infeksiyalaşmamış) hüceyrələrə virusun girişi üçün, həm də infeksiyalaşmış hüceyrələrdən yeni yaranmış virus hissəciklərinin azad olması və infeksion virusun orqanizmdə daha da yayılması üçün vacibdir. Oseltamivir karboksilat in vitro A və B qrip viruslarının neyraminidaza fermentlərini inhibə edir. Oseltamivir fosfat in vitro qrip virusu infeksiyasını və replikasiyanı inhibə edir. Peroral istifadə olunan oseltamivir, antivirus təsiri ilə qrip infeksiyasının heyvan modellərində, in vivo A və B qrip viruslarının çoxalmasını və patogenliyini inhibə edir və bu təsir insanlarda gündə iki dəfə 75 mq doza ilə əldə edilən təsirə bənzəyir. Oseltamivirin antivirus effektivliyi A və B qripi zamanı sağlam könüllülərin iştirakı ilə aparılan eksperimental problem tədqiqatları ilə dəstəklənmişdir. Oseltamivirin neyroaminidaza fermentinin IC50 dəyərləri, klinik cəhətdən təcrid olunmuş A qripi üçün 0,1 nM ilə 1,3 nM, B qripi üçün isə 2,6 nM-dir. Nəşr olunan tədqiqatlarda B qripi üçün daha yüksək IC50 dəyərləri (median 8,5 nM) müşahidə edilmişdir. Klinik tədqiqatlar Qrip infeksiyasının müalicəsi Göstəriş üstünlük təşkil edən A qrip infeksiyası olmaqla, təbii olaraq baş verən qripin klinik tədqiqatlarına əsaslanır. Oseltamivir yalnız qrip virusunun yaratdığı xəstəliklərə qarşı effektivdir. Buna görə statistik analiz yalnız qripə yoluxmuş subyektlər üçün verilir. Həm qrip-müsbət, həm də qrip-mənfi subyektləri əhatə edən qarışıq terapiyanın tədqiq olunan populyasiyasında (İTT), birincili effektivlik qrip-mənfi subyektlərin sayına mütənasib olaraq azalmışdır. Müalicə olunan ümumi əhalidə qrip infeksiyası tədqiqata daxil edilən pasiyentlərin 67% -də təsdiqlənmişdir (46% -74% arasında). Yaşlı pasiyentlərin 64% -i qrip-müsbətdir və xroniki ürək və / və ya tənəffüs yolları xəstəliyi olanların 62%-i qrip-müsbətdir. Bütün III faza müalicə tədqiqatlarında pasiyentlər yalnız qripin yerli cəmiyyətdə yayıldığı dövrdə tədqiqata daxil edilmişdir. Böyüklər və 13 yaşlı və daha böyük yeniyetmələr Simptomların 36 saat içində başladığını bildirənlər arasından hərarətləri ≥37,8 ° C olan və ən azı bir tənəffüs simptomu (öskürək, burun simptomları və ya boğaz ağrısı) və ən azı bir sistem simptomu (mialgiya, tremor / tərləmə, tükənmə, yorğunluq və ya baş ağrısı) olanlar arasından seçilmişdir. Bütün qrip-müsbət böyüklər və yeniyetmələrin birləşmiş analizində (N = 2413), beş gün ərzində gündə iki dəfə istifadə olunan 75 mq oseltamivir qrip xəstəliyinin orta müddətini 1 gün azaldaraq 4.2 günə endirmişdir (95% Eİ (etibarlılıq intervalı) 4 – 4,4 gün; p ≤ 0.0001); Plasebo qrupunda bu rəqəm 5,2 gündür (95% Eİ) 4,9 – 5,5 gün). Antibiotiklərlə müalicə olunan aşağı tənəffüs yollarının ağırlaşmaları (xüsusilə bronxit) inkişaf edən subyektlərin plasebo qrupundakı12,7 % (135/1063) ilə müqayisədə oseltamivir ilə müalicə olunan əhali arasında 8,6 %-ə (116/1350) qədər azalmışdır (p = 0,0012). Yüksək risk altında olan pasiyentlərdə qripin müalicəsi Beş gün ərzində gündə iki dəfə 75 mq oseltamivir qəbul edən yaşlı pasiyentlərdə (≥ 65 yaş) və xronik ürək və / və ya tənəffüs yollarının yoluxucu xəstəliyi olan pasiyentlərdə qrip xəstəliyinin orta davametmə müddəti əhəmiyyətli dərəcədə azalmamışdır. Qızdırmanın ümumi davametmə müddəti oseltamivir qrupunda bir gün azalmışdır. Qrip-müsbət yaşlılarda aşağı tənəffüs yollarının fəsadlarının (xüsusən bronxit) rast gəlmə tezliyi antibiotiklərlə müalicə olunan plasebo qrupundakı 19% (52/268) ilə müqayisədə oseltamivir ilə müalicə olunan əhali arasında 12%-ə (29/250) qədər azalmışdır (p = 0,0156). Xroniki ürək və / və ya tənəffüs yollarının xəstəlikləri olan qrip-müsbət pasiyentlərdə, antibiotiklərlə müalicə edilən aşağı tənəffüs yollarının ağırlaşmalarının (xüsusən bronxit) kombinəolunmuş tezliyi plasebo qrupunda 17% (22/133), oseltamivir ilə müalicə edilən əhalidə 14% (16/ 118) olmuşdur (p = 0,5976). Hamiləlik zamanı qripin müalicəsi Hamilə qadınlarda oseltamivirin istifadəsinə dair nəzarətli bir klinik tədqiqat aparılmamışdır; lakin, marketinqdən sonrakı və retrospektiv müşahidəedici tədqiqatlardan alınan nəticələr göstərir ki, mövcud doza rejimi bu pasiyent qrupu üçün xəstələnmə / ölüm baxımından uyğundur. Farmakokinetik tədqiqatlar aktiv metabolitin təsirinin aşağı olduğunu göstərsə də, hamilə qadın- larda qripin müalicəsi və ya profilaktikası üçün dozanın tənzimlənməsi məsləhət görülmür. Uşaqlarda qripin müalicəsi Qızdırması (≥37,8 ° C) və öskürəyi və ya soyuqdəyməsi olan 1 – 12 yaşlı (orta yaş 5,3) digər sağlam uşaqlar (65 % qrip-müsbət) üzərində aparılan bir tədqiqatda qrip-müsbət pasiyentlərin 67%-si A qripinə və 33%-i B qripinə yoluxmuşdur. Oseltamivir ləmüalicə simptomların meydana çıxmasından sonra 48 saat ərzində başlanmış və xəstəlikdən sağalma müddətini (normal sağ-lamlığa və aktivliyə qayıtmaq, qızdırma, öskürək və soyuqdəymənin azalması) plaseboya nisbətən təqribən 1,5 gün azaltmışdır (95% Eİ 0,6 – 2,2 gün; p <0,0001). Oseltamivir, kəskin orta qulaq iltihabının tezliyini plasebo qrupundakı 26,5%-dən (53/200), oseltamivir ilə müalicə olunan uşaqlarda 16%-ə (29/183) endirmişdir (p = 0,013). İkinci tədqiqat 53,6% -i qrip-müsbət olan 6 – 12 yaşlı 334 astmalı uşaqda tamamlanmışdır. Oseltamivir ilə müalicə olunan qrupda xəstəliyin orta davametmə müddəti əhəmiyyətli dərəcədə azalmamışdır. 6-cı gündən etibarən (müalicənin son günü) SNH 1 (1-ci saniyədəki sürətləndirilmiş nəfəsvermənin həcmi) plasebo qrupundakı 4,7%-dən oseltamivir ilə müalicə olunan qrupda 10,8% -ə yüksəlmişdir (p = 0,0148). 1 yaşdan kiçik körpələr üçün göstəriş daha böyük uşaqlar üçün effektivlik məlumatlarının ekstra- polyasiyasına, tövsiyə olunan posologiyada farmakokinetik modelləşdirmə məlumatlarına əsaslanır (bax: “Farmakokinetikası”). B qrip infeksiyasının müalicəsi Ümumilikdə, B qripi-müsbət əhalinin 15% -i B qripinə yoluxmuşdur, bu zaman tədqiqatlarda göstəricilər 1%-dən 33%-ə qədər dəyişir. B qripinə yoluxmuş subyektlərdə xəstəliyin orta da- vametmə müddəti müalicə qrupları arasında əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Bütün təd- qiqatlardan analiz üçün 504 qrip B infeksiyası hadisəsi barədə məlumatlar toplanmışdır. Plasebo ilə müqayisədə oseltamivir bütün simptomların yüngülləşmə müddətini 0,7 gün (95% Eİ 0,1 – 1,6 gün; p = 0,022), öskürək, qızdırma (≥ 37,8 ° C) və soyuqdəymə müddətini bir gün (95% Eİ 0,4 – 1,7 gün; p <0,001) azaltmışdır. İmmun çatışmazlığı olan böyüklərdə qripin müalicəsi İmmun çatışmazlığı olan qripə yoluxmuş böyük pasiyentlərdə oseltamivirin təhlükəsizliyini qiy- mətləndirmək və rezistent qrip virusunun inkişafına təsirlərini xarakterizə etmək (birincili analiz) üçün bir randomizəolunmuş ikiqat-kor tədqiqat oseltamivirin effektivliyi üçün (ikincili analiz, gücləndirilməmiş) qiymətləndirilə bilən 151 pasiyenti əhatə etmişdir. Tədqiqata bərk orqan transplantasiyası edilmiş pasiyentlər [SOT], hematopoetik kök hüceyrə transplantasiyası edilmiş [HSCT] pasiyentlər, CD4 + hüceyrə sayı <500 hüceyrə / mm olan İİV-müsbət pasiyentlər, sistem immunosupressiv müalicə alan pasiyentlər və hematoloji bədxassəli şişləri olan pasiyentlər daxil edilmişdir. Bu pasiyentlər simptomların başlanmasından sonra 96 saat içərisində 10 gün müddətində standart dozada (73 pasiyent) və ya ikiqat dozada (78 pasiyent) oseltamivir ilə müalicə almaq üçün randomizə edilmişdir. Simptomların aradan qalxmasının orta müddəti (TTRS) standart doza qrupu (103 saat [90% Eİ 75,4- 110]) və ikiqat doza qrupu (104 saat [90% Eİ 65,8-131]) arasında oxşardır. İkincili infeksiyanın müşahidə edildiyi pasiyentlərin nisbəti standart doza qrupu və ikiqat doza qrupunda oxşardır (5,1%-ə qarşı 8,2%). Qripin profilaktikası Təbii olaraq ortaya çıxan qrip xəstəliyinin profilaktikasında oseltamivirin effektivliyi təmas sonrası profilaktika tədqiqatında və iki mövsümi profilaktika tədqiqatında göstərilmişdir. Bütün bu tədqiqatlar üçün əsas effektivlik parametri laboratoriya tərəfindən təsdiqlənmiş qrip xəstəliyidir. Qrip epidemiyasının virulentliyi gözlənilməzdir və bölgələrə və fəsillərə görə dəyişir. Bu səbəbdən də, qrip xəstəliyinin profilaktikası üçün müalicə edilməli olan insanların sayı da dəyişir. Təmasdan sonra profilaktika İndeks qrip hadisəsi ilə təmasda olan insanlar (12,6 % -i qripə qarşı peyvənd edilmişdir) üzərində aparılan bir tədqiqatda, indeks qrip hadisələrində simptomlar başla-dıqdan sonra 2 gün ərzində gündə bir dəfə 75 mq oseltamivirin qəbuluna başlanmış və 7 gün davam etmişdir. 377 indeks hadisəsindən 163-də qrip təsdiqlənib. Oseltamivir təsdiqlənmiş qrip halları ilə təmasda olan şəxslərdə qripin klinik təzahürünün tezliyini əhəmiyyətli dərəcədə azaltmışdır; Oseltamivir qrupundakı 2/205 (1%) ilə müqayisədə plasebo qrupunda 24/200 (12%) olmuşdur (92 % azalma 15/25 [95% Eİ 6 – 16; p ≤ 0,0001]). Həqiqi qrip hadisələri ilə təmasda olanlarda müalicə edilməli olan insanların sayı, indeks vəziyyətindəki infeksiya vəziyyətindən asılı olmayaraq bütün əhalidə (ITT) 10 (95% Eİ 9 – 12) və 16 (95% Eİ 15 – 19) olmuşdur. Təbii olaraq meydana çıxan qripin profilaktikasında Oseltamivirin effektivliyi, böyüklərdə, yeni- yetmələrdə və 1-12 yaş arası uşaqları əhatə edən təmas sonrası profilaktik tədqiqatda həm indeks hadisəsi, həm də ailə ilə təmas quran şəxs olaraq göstərilir. Bu tədqiqatda əsas effektivlik parametri ev şəraitində qriplə laborator müayinə vasitəsilə təsdiqlənmiş klinik yoluxmadır. Oseltamivirlə profilaktika 10 gün davam etmişdir. Ümumi populyasiyada, ev şəraitində laborator müayinə ilə təsdiqlənmiş klinik qrip halları azalmışdır: profilaktik müalicə almayanlarda 20% (27/136) profilaktik müalicə alanlarda 7% (10/135) (% 62,7 azalma [95% Eİ 26,0 – 81,2; p = 0,0042]). Ev şəraitində qripə yoluxmanın indeks hallarında qriplə xəstələnmə profilaktik müalicə almayanlarda 26% (23/89) olduğu halda, profilaktik müalicə alanlarda 11% -ə (9/84) düşmüşdür (58,5% azalma [95% Eİ 15,6 – 79,6; p = 0,0114]). 1 yaşdan 12 yaşadək uşaqların alt qrup analizinə görə, uşaqlarda laborator müayinə vasitəsilə təsdiqlənmiş klinik qrip halları azalmışdır: profilaktik müali-cə almayanlarda 19% (21/111) olduğu halda, profilaktik müalicə alanlarda 7 % (7/104) olmuş-dur (64,4% azalma [95% Eİ 15,8 – 85; p = 0,0188]). Başlanğıcda virus yaymayan uşaqlarda laborator müayinə ilə təsdiqlənmiş klinik qrip halları azalmışdır: profilaktik müalicə almayanlarda 21% (15/70) olduğu halda, profilaktik müalicə alanlarda 4% (2/47) olmuşdur (80,1% azalma [95% Eİ 22,0 – 94,9; p = 0,0206]). Ümumi uşaq əhalisi üçün müalicə ediləcək şəxs sayı (NNT) bütün əhalidə (ITT) və yoluxmuş indeks halları ilə təmasda olan uşaqlarda (ITTII) müvafiq olaraq 9 (95% Eİ 7 – 24) və 8-dir (95% Eİ 6, yuxarı sərhəd məlum deyil). Cəmiyyətdə qrip epidemiyası zamanı profilaktika Qrip epidemiyası zamanı peyvənd olunmamış digər sağlam böyüklərdə aparılan iki tədqiqatın birləşdirilmiş analizində, 6 həftə ərzində gündə bir dəfə verilən 75 mq oseltamivir qripjn klinik təzahürünün tezliyini xeyli azaltmışdır: plasebo qrupunda 25/519 (4,8%) və oseltamivir qrupunda 6/520 (1,2%) olmuşdur (76 azalma% [95% Eİ 1,6 5,7; p = 0,0006]). Bu tədqiqatda müalicə tələb olunan insanların sayı 28 (95% Eİ 24-50) olmuşdur. Qocalar evində olan yaşlılarla aparılan bir tədqiqatda iştirakçıların 80%-i tədqiqat dövründə peyvənd edilmiş və onlara 6 həftə ərzində gündə bir dəfə 75 mq oseltamivir verilmişdir: qripin kliniki təzahür hallarının tezliyi əhəmiyyətli dərəcədə azalmışdır. O, oseltamivir qrupundak 1/276 (0,4%) ilə müqayisədə plasebo qrupunda 12/272 (4,4%)təşkil etmişdir (92% azalma). [95% Eİ 1,5 – 6,6; p = 0,0015]). Bu tədqiqatda müalicə tələb edən pasiyentlərin sayı 25-dir (95 % Eİ 23 – 62). İmmun çatışmazlığı olan pasiyentlərdə qripin profilaktikası 1-12 yaşlı 18 uşaq daxil olmaqla, immun çatışmazlığı olan 475 halda (bərk orqan transplantasiyası ilə 388 hadisə [195 plasebo; 193 oseltamivir], hemapoietik kök hüceyrə transplantasiyası ilə 87 hadisə [43 plasebo; 44 oseltamivir], immun sistemi tormozlayan başqa hallar yoxdur) qripin mövsümi profilaktikası üçün ikiqat-kor, plasebo-nəzarətli randomizə edilmiş bir tədqiqat aparılmışdır. Bu tədqiqatın ilkin son nöqtəsi, virus kulturasında və / və ya HAI (hemaqqlütinasiyanın inhibə olunması) anticisimlərində dörd qat yüksəlmə ilə qripin laborator müayinə vasitəsilə təsdiqlənmiş klinik hallarının başvermə tezliyi idi. Laborator müayinə vasitəsilə təsdiqlənmiş klinik qripin tezliyi plasebo qrupunda 2,9% (7/238) və oseltamivir qrupunda 2,1% (5/237) olmuşdur (95% Eİ -2,3% – 4,1%; p = 0,772). Fəsad riskinin azalmasını qiymətləndirmək üçün xüsusi tədqiqatlar aparılmamışdır. Oseltamivirə rezistentlik Klinik tədqiqatlar: Roş (Roche) tərəfindən aparılan klinik tədqiqatlarda qrip virusunun oseltamivirə qarşı həssaslığının azalması riski və ya rezistentliyin inkişaf riski araşdırılmışdır. Müalicə zamanı oseltamivirə davamlı virus inkişaf edən pasiyentlər adətən uşaqlarda böyüklərdən daha çox olur; böyüklərdə 1%-dən az və 1 yaşa qədər körpələrdə isə18%-ə qədər. Oseltamivirə həssas virus daşıyan pasiyentlərə qarşı oseltamivirə davamlı virus daşıyan pediatrik pasiyentlərdə virus daha uzun müddət aşkar edilmişdir. Digər tərəfdən, oseltamivirlə müalicə zamanı meydana çıxan əlavə təsirlər orqanizmin müalicəyə cavab reaksiyasına təsir etməmiş və qrip simptomlarının uzanmasına səbəb olmamışdır. Oseltamivir ilə müalicə olunan və digər xəstəlikləri olmadan böyük pasiyentlərdə aparılan təd- qiqatların məlumatları ilə müqayisədə, 10 gün ərzində oseltamivirin standart dozası və ya ikiqat dozası ilə müalicə olunan immun çatışmazlığı olan böyük pasiyentlərdə adətən oseltamivirə re- zistentliyin yaranma tezliyinin daha yüksək olduğu müşahidə edilmişdir [standart doza qrupunda 10 / 67) və ikiqat doza qrupunda 2,8 % ((2/71)]. Rezistentlik inkişaf edən pasiyentlərin əksəriyyəti transplantasiya olunmuş pasiyentlərdir (standart doza qrupunda 8/10 və ikiqat doza qrupunda 2/2 xəstə). Oseltamivirə qarşı rezistent viruslu pasiyentərin əksəriyyəti A tipli qripə yoluxmuş və virusa uzun müddət ərzində yoluxmuşdur. Klinik tədqiqatlarda oseltamivirə qarşı rezistentliyin yaranma tezliyi Pasiyent qrupu Rezistent mutasiyaları olan pasiyentlər (%) Fenotipləşdirmə* Geno- ve Fenotipləşdirmə * Böyüklər və yeniyetmələr 21/2377 (0,88%) 27/2391 (1,12%) Uşaqlar (1-12 yaş) 66/1698 (3,89%) 72/1698 (4,24%) Körpələr (< 1 yaş) 13/71 (18,31%) 13/71 (18,31%) * Tam genotipləşdirmə bütün tədqiqatlarda aparılmamışdır. Qripin profilaktikası Xəstəliyə maruz qaldıqdan sonra (7 gün), ev şəraitində məruz qaldıqdan sonra (10 gün) və mövsümi olaraq (42 gün) qripin profilaktikası üçün immun çatışmazlığı olmayan pasiyentlərdə bu günə qədər aparılan klinik tədqiqatlarda ENZAFLU-nun istifadəsi ilə bağlı dərman rezistentliyinə dair bir dəlil yoxdur. İmmuni çatışmazlığı olan pasiyentlərdə 12 həftəlik profilaktik tədqiqatda rezistentlik müşahidə edilməmişdir. Klinik və müşahidə məlumatları: oseltamivir istifadə etməyən pasiyentlərdən alınan A və B qrip viruslarında in vitro oseltamivirə həssaslığın azalması ilə əlaqəli təbii mutasiyalar aşkar edilmişdir. Oseltamivir ilə müalicə zamanı seçilən davamlı ştammlar həm immun sistemi normal olan, həm də immun çatışmazlığı olan şəxslərdən alınmışdır. İmmun çatışmazlığı olan pasiyentlər və kiçik uşaqlar müalicə zamanı oseltamivirə davamlı virusun inkişafı ilə bağlı daha yüksək risk altındadırlar. Oseltamivir ilə müalicə edilən xəstələrdən təcrid edilmiş oseltamivirə rezistent qrip virusu osel- tamivirə rezistent laborator ştammlar, N1 və N2 neyraminidazalarda mutasiyalar ehtiva edir. Rezistentlik mutasiyaları adətən viral alt tipə xasdır. 2007-ci ildən etibarən, mövsümi H1N1 ştammlarında rezistentliklə bağlı H275Y mutasiyası yayılmışdır. Oseltamivirə həssaslığın azalma sürəti və bu virusların yayılması mövsümi və coğrafi baxımdan dəyişir. 2008-ci ildə H275Y, Avropada mövcud olan H1N1 qrip izolyatlarının9 9% -dən çoxunda aşkar edilmişdir. 2009-cu ilin H1N1 qripi (“donuz qripi”), terapevtik və profilaktik rejimlərdə nadir hallarda bildirilən rezistentlik halları istisna olmaqla, oseltamivirə qarşı demək olar ki, eyni dərəcədə həssasdır. Farmakokinetikası Absorbsiyası Oseltamivir, oseltamivir fosfatın (prodərman) peroral istifadəsindən sonra mədə-bağırsaq traktından sürətlə absorbsiya olunmaqla və əsasən qaraciyər esterazaların təsiri altında aktiv metabolitinə (oseltamivir karboksilat) çevrilməklə xaric olur. Peroral dozanın ən azı 75% -i aktiv metabolit olaraq sistem qan dövranına daxil olur. Prodərmanın təsiri aktiv metabolitin təsirinin 5%-dən azdır. Prodərman və aktiv metabolitin plazma konsentrasiyaları doza ilə mütənasibdir və dərmanın qida ilə qəbul edilməsindən asılı deyildir. Paylanması Oseltamivir karboksilatın insanlarda tarazlıq vəziyyətində paylanma həcmi təxminən 23 litrə bərabərdir, bu həcm hüceyrədənkənar bədən mayesinə bərabərdir. Neyraminidazanın aktivliyi hüceyrədən kənar olduğundan, oseltamivir karboksilat qrip virusunun yayıldığı bütün regionlara yayılır. Oseltamivir karboksilatın insan plazma zülalına birləşməsi əhəmiyyətsiz dərəcədədir (təxminən 3%). Biotransformasiyası Oseltamivir, əsasən qaraciyərdə yerləşən esterazalar sayəsində böyük ölçüdə oseltamivir karboksilata çevrilir. In vitro tədqiqatlar oseltamivir və onun aktiv metabolitinin əsas sitoxrom P450 izoformalarının substratı və ya inhibitoru olmadığını göstərmişdir. In vivo olaraq, heç bir qarışıqda 2- ci faz konyuqatları olmur. Xaric olması Absorbsiya olunmuş oseltamivir əsasən (> 90%) oseltamivir karboksilata çevrilməklə xaric olunur. Aktiv metabolit, sonradan metabolizmə uğramadan sidiklə xaric olur. Oseltamivir karboksilatın ən yüksək plazma konsentrasiyaları əksər hallarda 6 – 10 saatlıq yarımxaricolma dövrü ilə azalır. Aktiv metabolit tamamilə böyrəklər vasitəsilə xaric olur. Böyrək klirensi (18,8 L / saat) yumaqcıq filtrasiya dərəcəsini (7,5 L/saat) aşır, bu da yumaqcıq filtrasiyası ilə yanaşı kanalcıq sekresiyasının da olduğunu göstərir. Nişanlanmış peroral dozanın 20%-dən az hissəsi nəcislə xaric olur. Xəttilik / qeyri-xəttilik Aktiv metabolitin plazma konsentrasiyaları doza ilə mütənasibdir və dərmanın qida ilə birlikdə istifadə olunmasından asılı deyildir (bax: “İstifadə qaydası və dozası”). Xüsusi pasiyent qrupları üçün əlavə məlumat Böyrək çatışmazlığı Müxtəlif dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərə 5 gün ərzində gündə iki dəfə 100 mq oseltamivirin qəbulu, aktiv metabolitin konsentrasiyası ilə böyrək funksiyasının pozulması arasında tərs mütənasibliyin olduğunu göstərmişdir (bax: “İstifadə qaydası və dozası”). Qaraciyər çatışmazlığı In vitro tədqiqatlarda, qaraciyər çatışmazlığı olan pasiyentlərdə nə oseltamivirin təsirində əhə- miyyətli bir artım, nə də aktiv metabolitin təsirində əhəmiyyətli bir azalmanın gözlənilmədiyi qənaətinə gəlinmişdir (bax: “İstifadə qaydası və dozası”). Yaşlı əhali Yaşlı pasiyentlərlə (65-78 yaş) müqayisə edilə bilən dozalarda oseltamivir verilən gənc böyüklər müqayisə edildikdə, yaşlı pasiyentlərdə tarazlıq vəziyyətində aktiv metabolitin konsentrasiyasının 25- 35 % daha yüksək olduğu müşahidə edilmişdir. Yaşlı pasiyentlərdə dərmanın yarımxaric-olma dövrünün təxminən gənc böyüklərlə eyni olduğu müəyyən edilmişdir. Dərmanın təsirinə məruz qalma və tolerantlıq baxımından yaşlı xəstələrdə orta və ya ağır böyrək çatışmazlığı (kreatinin klirensi 60 ml/dəq-dən aşağı deyilsə) olmadıqca, dozanın tənzimlənməsi tələb olunmur (bax: “İstifadə qaydası və dozası”). Uşaqlar 1 yaşlı və 1yaşdan yuxarı körpələr və uşaqlar Oseltamivirin farmakokinetikası 1-16 yaşlı uşaqlarda birdəfəlik doza ilə aparılan farmakokinetik tədqiqatlarda qiymətləndirilmişdir. Çox dozalı farmakokinetika, az sayda uşağı əhatə edən bir klinik effektivlik tədqiqatında öyrənilmişdir. İstifadə olunan doza üçün (mq/kq), kiçik uşaqlarda prodərmanın və aktiv metabolitin böyüklər-dən daha az təsirə məruz qalacaq şəkildə daha sürətlə xaric olması qeyd edilmişdir. 2 mq / kq dozada verilən uşaqlar ilə 75 mq (təqribən 1 mq/kq) tək kapsül alan böyüklər müqayisə edildikdə oseltamivir karboksilatın konsentrasiyalarının böyüklər ilə müqayisə olunan olduğu müşahidə edilmişdir. Oseltamivirin 12 yaş və ya daha yaşlı uşaqlarda və yeniyetmələrdə farmakokinetikası böyüklərdə müşahidə olunanlara bənzəyir. Pandemiya zamanı yeni doğulmuş və 1 yaşdan kiçik körpələrdə qripin profilaktikası Modelləşdirmə zamanı , 1 yaşdan kiçik yeni doğulmuş körpələrdə gündə bir dəfə 3 mq / kq dozada verilən təsirə məruz qalma, gündə bir dəfə 75 mq və ya daha yüksək dozada olan bö-yüklərdə təsirə məruz qalma ilə eyni həddə və ya daha yüksək olduğu müşahidə edilmişdir. Maruz qalma 1 yaşdan kiçik körpələrdə müalicə üçün limitləri keçmir (gündə iki dəfə 3mq / kq) və müqayisə edilə bilən bir təhlükəsizlik profilini göstərməsi gözlənilir (bax: “Əlavə təsirləri”) .1 yaşdan kiçik körpələrdə profilaktik klinik tədqiqatlar aparılmamışdır. Yenidoğulmuşlar və 1 yaşdan kiçik körpələr Oseltamivirin farmakokinetikası, farmakodinamikası və təhlükəsizliyi 1 yaşdan kiçik körpələrdə (n = 135) nəzarətsiz 2 açıq tədqiqatda qiymətləndirilmişdir. Bədən kütləsinə görə düzəldilən aktiv metabolitin klirens sürəti 1 yaşa qədər azalır. Ən kiçik yenidoğulmuş körpələrdə metabolitlərin təsirinə məruz qalma daha çox fərqlənmişdir. Mövcud məlumatlar 0-12 aylıq yenidoğulmuş körpələr üçün 3 mq / kq dozanın təsiri uşaqlarda və böyüklərdə müşahidə edilən klinik cəhətdən effektiv təsirlərə bənzədiyini göstərir (bax: “İstifadəsinə göstərişlər” və “İstifadə qaydası və dozası”). Qeyd edilən əlavə təsirlər daha böyük uşaqlardan alınan təhlükəsizlik profili ilə uyğundur. 1 yaşdan kiçik körpələrdə təmasdan sonra qripin profilaktikası ilə bağlı məlumat yoxdur. Qrip epidemiyası zamanı 12 yaşdan kiçik uşaqlarda profilaktika ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Hamilə qadınlar Birgə populyasion farmakokinetik tədqiqatlar göstərir ki, oseltamivirin mövcud doza rejimində aktiv metabolitin təsiri hamilə qadınlarda hamilə olmayan qadınlara nisbətən daha azdır (bütün trimestrlərdə orta hesabla 30%). Lakin, gözlənilən aşağı ekspozisiya (məruz qalma) konsentra- siyadan yüksəkdə (IC95) və qrip virusu üçün terapevtik səviyyədə qalır. Bundan əlavə, müşahi- dəedici tədqiqatlarda mövcud doza rejiminin bu xəstə populyasiyasında faydalı olduğuna dair dəlillər mövcuddur. Bu səbəbdən hamilə qadınlarda qripin müalicəsi və ya profilaktikası üçün dozanın tənzimlənməsi tövsiyə edilmir (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). İmmun çatışmazlığı olan pasiyentlər Əhalinin farmakokinetik analizi göstərir ki, oseltamivir ilə immun çatışmazlığı olan böyük pasi- yentlərin müalicəsi (“İstifadə qaydası və dozası” bölməsində təsvir olunduğu kimi) oxşar kreatinin klirensi olan immun çatışmazlığına görə pasiyentlərə nisbətən aktiv metabolitin təsirinin artması ilə (% 50-ə qədər) nəticələnir. Aktiv metabolitin geniş təhlükəsizlik diapazonu səbəbindən immun çatışmazlığı olan böyüklərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Bununla birlikdə böyrək çatışmazlığı ilə müşayiət olunan immun çatışmazlığı olan böyük pasiyentlər üçün dozalar “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi kimi tənzimlənməlidir. Klinikayaqədərki təhlükəsizlik məlumatları Geniş istifadə olunan təhlükəsizlik farmakologiyasına, təkrar dozaların toksikliyinə və genotoksiklik tədqiqatlarına əsaslanan klinikayaqədərki məlumatlar insanlar üçün heç bir təhlükənin olmadığını göstərir. Adi gəmiricilər üzərində aparılan kanserogenliyə dair tədqiqatların nəticələrinə əsasən, istifadə olunan gəmirici növləri üçün aşkar olan bəzi şişlərin tezliyində dozadan asılı artım meyli mövcuddur. Bu nəticələr, insan üçün gözlənilən təsirə münasibətdə təsir həddini nəzərə almaqla, istifafə olunan müalicəvi göstərişlərdə oseltamivirin fayda-risk nisbətini dəyişdirmir. Siçovullarda və dovşanlarda müvafiq olaraq maksimum 1500 mq / kq/gün və 500 mq / kq / gün dozalarda teratoloji tədqiqatlar aparılmışdır. Dölün inkişafına hər hansı təsir müşahidə edilməmişdir. Siçovullar üzərində maksimum 1500 mq / kq / gün dozada fertillik tədqiqatında hər iki cins üçün heç bir əlavə təsir aşkar edilməyib. Siçovullar üzərində aparılan prenatal və postnatal tədqiqatlarda 1500 mq / kq / gün dozada doğuşlarda gecikmə qeyd edilmişdir: İnsana təsir göstərən və siçovullarda ən yüksək təsirsiz doza (500 mq / kq / gün) arasındakı təh- lükəsizlik həddi, oseltamivir üçün müvafiq olaraq 480 qat və aktiv metabolit üçün 44 qatdır. Siçovullarda və dovşanlarda dölə təsir, ana siçovullara təsirin təxminən15-20% -ini təşkil edir. Balalarını əmizdirən siçovullarda oseltamivir və aktiv metabolit ana südünə keçmişdir. Oselta- mivirin və ya onun aktiv metabolitinin ana südü ilə xaric olub-olmaması barədə məhdud məlumatlar var. Heyvanlara aid məlumatların ekstrapolyasiyası müvafiq birləşmələr üçün 0,01 mq / gün və 0,3 mq / gün qiymətləndirmələrini göstərir. Dərinin oseltamivirə qarşı həssaslığının artması potensialı, dəniz donuzlarında aparılan “maksi- mallaşdırma” tədqiqatı zamanı müəyyən edilmişdir. İndüksiya edilmiş heyvanlarda satışdan sonra formullaşdırılmamış aktiv maddə ilə müalicə olunan heyvanların təxminən50% -də eritema müşahidə edilmişdir. Dovşanların gözlərində geriyə dönən qıcıqlanma aşkar edilmişdir. Oseltamivir fosfat duzunun test edilmiş ən yüksək dozaya (1310 mq / kq) qədər çox yüksək peroral dozaları yetkin siçovullarda heç bir əlavə təsir törətmədiyi halda, bu dozalar 7 günlük körpə siçovul balalarında zəhərlənmə ilə nəticələnmişdir. Bu reaksiyalar 657 mq / kq və daha yüksək dozalarda müşahidə edilmişdir. Uzunmüddətli müalicədən sonra da daxil olmaqla, 500 mq / kq dozada (7-ci və 21-ci günlər arasında doğuşdan sonra verilən 500 mq / kq / gün) heç bir əlavə təsir müşahidə edilməmişdir.

İstifadəsinə göstərişlər

ENZAFLU, 2 həftəlikdən yuxarı körpələrdə, uşaqlarda və böyüklərdə qripin müalicəsi üçün təyin edilmişdir (bax: Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri” və “Klinikayaqədərki təhlükəsizlik məlumatları”. Əgər müalicəyə simptomların meydana çıxmasından sonra ilk iki gün ərzində başlanmışdırsa, 2 həftəlikdən yuxarı yeni doğulmuş körpələr üçün göstərişdir. ENZAFLU, 1 yaşdan yuxarı uşaqlarda qripin profilaktikası üçün göstərişdir (bax: “Farmakokinetikası”).

Əks göstərişlər

Oseltamivir fosfata və ya dərmanın tərkibində olan hər hansı maddəyə (bax: “Tərkibi”) qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

ENZAFLU-nun A və B qrip viruslarından başqa digər törədicilərin səbəb olduğu xəstəliklərdə təsirli olduğuna dair bir sübut yoxdur. ENZAFLU qripə qarşı peyvənd əvəzinə istifadə edilmir. ENZAFLU-nun istifadəsi, fərdlərin illik qrip peyvəndinin qiymətləndirilməsinə təsir göstərmir. Qripdən qorunma yalnız ENZAFLU-nun verildiyi müddət ərzində davam edir. Etibarlı epidemioloji məlumatlar qrip virusunun əhali arasında yayıldığını göstərdikdə, ENZAFLU qripin müalicəsi və profilaktikası üçün istifadə edilməlidir. Virusun dövr edən ştammlarının oseltamivirə qarşı olduqca dəyişkən həssaslığa malik olduğu göstərilmişdir (bax: “Farmakodinamikası”). Buna görə də, ENZAFLU-nun istifadəsinə qərar verərkən həkimlər, dövr edən virusların oseltamivirə həssaslığı barədə ən son məlumatları nəzərə almalıdırlar. Neyropsixiatrik hadisələr ENZAFLU ilə qripə qarşı müalicəsi alan pasiyentlərdə, xüsusilə uşaqlar və yeniyetmələrdə qıcolma və delirium kimi neyropsixiatrik hadisələr barədə məlumat verilmişdir. ENZAFLU istifadə etməyən qrip xəstələrində də neyropsixiatrik hadisələr barədə məlumat verilmişdir. Pasiyentlər anormal davranış əlamətlərinə görə diqqətlə izlənməli və hər bir pasiyent üçün mü- alicənin davam etdirilməsinin faydası və riski qiymətləndirilməlidir (bax: “Əlavə təsirləri”). Yanaşı ciddi vəziyyətlər Xəstəxanaya yerləşdirilməsi tələb olunan, kifayət qədər ağır və ya qeyri-stabil tibbi vəziyyəti olan xəstələrdə oseltamivirin təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur. İmmün çatışmazlığı olan pasiyentlər İmmun çatışmazlığı olan pasiyentlərdə Oseltamivirlə müalicənin və ya profilaktikanın təhlükəsizliyi və effektivliyi qəti şəkildə sübut edilməyib. Lakin, immun çatışmazlığı olan böyük pasiyentlərdə qripin müalicə müddəti 10 gün olmalıdır, çünki bu xəstə qrupunda oseltamivir daha qısa müddətdə müalicə kursuna dair tədqiqat aparılmamışdır (bax: “Farmakodinamikası”). Ciddi dəri / yüksək həssaslıq reaksiyaları Oseltamivir ilə marketinqdən sonrakı təcrübədə anafilaksiya və toksik epidermal nekroliz, Stivens- Conson sindromu və multiformalı eritema kimi ciddi dəri reaksiyaları barədə məlumat verilmişdir. Allergik reaksiya meydana çıxarsa və ya buna şübhə yaranarsa, ENZAFLU-nun istifadəsini dayandırmaq və müvafiq müalicəyə başlamaq lazımdır. ENZAFLU-ya qarşı yüksək həssaslığı olan pasiyentlərdə ENZAFLU-nun istifadəsi əks göstərişdir. Bakterial infeksiya riski Oseltamivirin qrip viruslarından başqa patogenlərin yaratdığı hər hansı bir xəstəlikdə təsirli oldu- ğuna dair heç bir dəlil yoxdur. Ciddi bakterial infeksiyalar qripəbənzər simptomlarla başlaya bilər və ya qrip zamanı bir arada mövcud ola və ya fəsadlaşma kimi baş verə bilər. Oseltamivirin bu cür fəsadların qarşısını aldığı sübut olunmayıb. İkincili bakterial infeksiya potensialını nəzərə almaq və onlara uyğun müalicə etmək lazımdır. Ürək çatışmazlığı / tənəffüs yollarının xəstəliyi Xroniki ürək çatışmazlığı və / və ya tənəffüs yollarının xəstəliyi olan pasiyentlərin müalicəsində oseltamivirin effektivliyi müəyyən edilməmişdir. Bu pasiyent qrupu apasında müalicə və plasebo qruplarında fəsadlar (ağırlaşmalar) arasında heç bir fərq müşahidə edilməmişdir (bax: “Farmakodinamikası”). Uşaqlar Hazırda erkən doğulmuş körpələr (menstruasiya sonrası yaş <36 həftə) üçün dozalanmaya dair tövsiyə vermək üçün heç bir məlumat yoxdur. Ağır böyrək çatışmazlığı Ağır böyrək çatışmazlığı olan yeniyetmələrdə (13-17 yaş) və böyüklərdə qripin müalicəsi və profilaktikası zamanı dozanın tənzimlənməsi tövsiyə olunur. Böyrək çatışmazlığı olan körpələrdə və uşaqlarda (1 yaş və ya daha yuxarı) klinik məlumatlar dozalanmaya dair hər hansı bir tövsiyə vermək üçün kifayət deyil (bax. “İstifadə qaydası və dozası” və “Farmakokinetikası”).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Oseltamivirin plazma zülalları ilə aşağı dərəcədə birləşməsi və sitoxrom P450 və qlükuronidaza sistemlərindən asılı olmayan metabolizm kimi farmakokinetik xüsusiyyətlər, bu mexanizmlərlə dərman qarşılıqlı təsiri baxımından hər hansı bir problem yaratmır (bax: “Farmakokinetikası”). Böyrəklər vasitəsilə eliminasiya (xaric olma) Böyrək kanalcıq sekresiyası üçün rəqabət daxil olmaqla, klinik cəhətdən əhəmiyyətli dərman qarşılıqlı təsirləri, bu dərmanların təhlükəsizlik diapazonu, aktiv metabolitin xaric olmasının xüsusiyyətləri (yumaqcıq filtrasiyası və anion kanalcıq sekresiyası) və bu yolların ekskresion qabiliyyətlərinə görə az ahtimal olunur. Lakin, dar müalicəvi genişliyə malik dərmanlar (məsələn, xlorpropamid, metotreksat, Fenilbutazon) istifadə edən pasiyentlərə oseltamivir təyin edərkən ehtiyatlı olmaq lazımdır. Qrip virusuna qarşı peyvənd (canlı / zəiflədilmiş) Virusəleyhinə agentlər (A və B qripi), qrip virusu peyvəndinin (canlı / zəiflədilmiş) müalicəvi təsirini azalda bilər. Canlı qrip virusu peyvəndinin istifadəsindən 48 saat əvvəldən başlayıb 2 həftə sonraya qədər keçən müddət ərzində qrip əleyhinə antivirus preparatların istifadəsindən çəkinin. Probenesid Probenesidlə eyni vaxtda istifadə edilərkən normal böyrək funksiyası olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Böyrəkdə anion kanalcıq sekresiyasının güclü inhibitoru olan probenesid ilə birlikdə istifadə edildikdə, aktiv metabolitin konsentrasiyası təxminən 2 qat artır. Amoksisillin Oseltamivirin orqanizmdən eyni yolla xaric olan amoksisillinlə kinetik qarşılıqlı təsiri yoxdur. Bu, oseltamivir ilə qarşılıqlı təsirin zəif olduğunu göstərir. Əlavə məlumat Parasetamol, asetilsalisil turşusu, simetidin, antasidlər (maqnezium və alüminium hidroksidlər və kalsium karbonat), varfarin və ya rimantadin ilə istifadə edildikdə oseltamivirlə və ya onun əsas metaboliti ilə farmakokinetik qarşılıqlı təsir müşahidə olunmur. Əhalinin xüsusi qrupları haqqında əlavə məlumat Əhalinin xüsusi qruplarında qarşılıqlı təsirə dair tədqiqatlar aparılmamışdır. Uşaqlar Uşaqlar üzərində qarşılıqlı təsirə dair heç bir tədqiqat aparılmamışdır. Uyuşmazlığı Aid deyildir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: C Doğuş potensialı olan qadınlar/doğuşa nəzarət (kontrasepsiya) Doğuş potensialı olan qadınlarda və kontrasepsiya metodlarından istifadə edən qadınlarda dərmanın istifadəsi üçün heç bir təklif yoxdur. Hamiləlik Qrip, anadangəlmə ürək qüsurları da daxil olmaqla anadangəlmə inkişaf qüsurları riski daşıyan hamiləlik və döl nəticələri ilə əlaqələndirilir. Marketinqdən sonrakı hesabatlardan və müşahidədən Oseltamivirin təsirinə məruz qalan hamilə qadınlar üzərində aparılan tədqiqatlardan alınan böyük miqdarda məlumatlar (ilk üç aylıq dövrdə preparatın təsirinə 1000-dən çox məruz qalma) göstərir ki, oseltamivirlə bağlı nə inkişaf qüsurları, nə də dölə və yenidoğulmuşa toksik təsir baş vermir. Lakin, bir müşahidəedici tədqiqatda, ümumi inkişaf qüsurları riski artmasa da, doğuşdan sonra 12 ay ərzində diaqnoz qoyulan əsas anadangəlmə ürək qüsurlarının nəticələri inandırıcı olmamışdır. Bu tədqiqatda, oseltamivirin təsirinə məruz qaldıqdan sonra ilk üç aylıq dövrdə başlıca anadangəlmə ürək qüsurlarının tezliyi 1,76 % (397 hamiləlikdən 7 körpə), ümumi populyasiyada oseltamivirin təsirinə məruz qalmayan hamiləliklərdə 1,01% (təxmin edilən risk nisbəti 1,75,% 95 Eİ 0, 51-5,98) təşkil etmişdir. Tədqiqat məhdud olduğu üçün bu faktın klinik əhəmiyyəti aydın deyil. Bundan başqa, bu tədqiqat, təsirə məruz qalan qadınlar və məruz qalmayan qadınlar, xüsusən qrip olub- olmamalarının tamamilə müqayisə olunmasından asılı olmayaraq fərdi əsas inkişaf qüsurlarının növlərini və oseltamiviri etibarlı bir şəkildə qiymətləndirmək üçün çox kiçik idi. Heyvan tədqiqatlarında preparat reproduktiv toksikliyə səbəb olmamışdır (bax: “Klinikayaqədərki təhlükəsizlik məlumatları” ). ENZAFLU, zərurət olmadıqda hamiləlik dövründə istifadə edilməməlidir. Hamiləlik dövründə tələb olunarsa, mövcud təhlükəsizlik və fayda barədə məlumatlar (hamilə qadınlarda fayda barədə məlumatlar üçün “Farmakodinamikası” bölməsinə baxın) və qrip virusunun dövr edən ştammlarının patogenliyi qiymətləndirildikdən sonra istifadə edilə bilər. Laktasiya dövrü Siçovullarda laktasiya dövründə aparılan tədqiqatlar oseltamivirin və onun aktiv metabolitinin südlə xaric olduğunu göstərir. Lakin, oseltamivirin ana südü ilə xaric olmasına dair çox məhdud məlumatlar vardır. Məhdud məlumatlar oseltamivir və onun aktiv metabolitinin ana südündə aşkarlandığını göstərir, lakin aşkar edilmiş səviyyələr çox aşağıdır və bu səbəbdən körpəyə müalicəvi dozadan aşağı miqdarın keçməsi gözlənilir. Qrip virusunun dövr edən ştammının patogenliyini və süd verən ananın əsas vəziyyətini nəzərə alaraq, süd verən analar üçün aşkar potensial fayda olduğu hallarda oseltamivirin istifadəsi nəzərdən keçirilə bilər. Reproduktiv qabiliyyət/fertillik Klinikayaqədərki məlumatlar göstərir ki, ENZAFLU kişi və ya qadın fertilliyinə təsir göstərmir (bax: “Klinikayaqədərki təhlükəsizlik məlumatları”).

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ENZAFLU nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Müalicə üçün standart doza Müalicəyə qrip simptomlarının birinci və ya ikinci günü başlanmalıdır. Böyüklər və yeniyetmələr (13-17 yaş): böyüklər və bədən kütləsi 40 kq-dan yuxarı olan ≥ 13 yaşlı yeniyetmələr üçün tövsiyə olunan doza 5 gün ərzində gündə iki dəfə 75 mq kapsul təşkil edir. Kapsulları uda bilməyən böyüklər və 13-17 yaşlı yeniyetmələr gündə 2 dəfə 75 mq ENZAFLU kapsulunu suspenziya şəklində qəbul edə bilərlər (bax: “İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər”). Uşaqlar: körpələr və 1 yaş və ya daha böyük uşaqlar üçün müalicəvi məqsədlər üçün ENZAFLU – nun tövsiyə olunan peroral dozaları: Bədən kütləsi 5 gün boyunca tövsiyə edilən müalicəvi doza 10-15 kq gündə iki dəfə 30 mq* >15-23 kq gündə iki dəfə 45 mq* >23-40 mq gündə iki dəfə 60 mq* >40 kq gündə iki dəfə 75 mq * 30-45-60 mq doza üçün kapsullar suspenziya halına gətirilərək hazırlanır (bax: “İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər”). ENZAFLU suspenziyasının tövsiyə olunan dozalarına alternativ olaraq, bədən kütləsi > 40 kq olan, kapsul udmaqda çətinlik çəkməyən uşaqlar gündə iki dəfə 75 mq kapsullarla müalicə edilə bilər. Müalicəyə qrip simptomlarının meydana çıxdığı birinci və ya ikinci gündən başlamaq lazımdır. 1 yaşdan kiçik körpələr üçün ENZAFLU-nun tövsiyə olunan müalicəvi peroral dozaları: 0-12 aylıq körpələr üçün tövsiyə olunan müalicəvi doza gündə iki dəfə 3 mq / kq-dır. Dozalanmaya dair bu tövsiyə farmakokinetik və təhlükəsizlik məlumatlarına əsaslanır. Bu məlumatlara əsasən, tövsiyə olunan dozada müalicə alan 0-12 aylıq körpələrin əksəriyyətində daha böyük uşaqlarda və böyüklərdə görülənlərlə müqayisə oluna bilən klinik cəhətdən təsirli və təhlükəsiz prodərman və aktiv metabolitin plazma dərmanı konsentrasiyalarına nail olunmuşdur. Aşağıda 0-12 aylıq körpələrin müalicəsi üçün bədən kütləsinə əsaslanan doza rejimləri tövsiyə olunur. Bədən kütləsi 5 gün üçün tövsiyə olunan doza ** 3 kq Gündə 2 dəfə 9 mq 4 kq Gündə 2 dəfə 12 mq 5 kq Gündə 2 dəfə 15 mq 6 kq Gündə 2 dəfə 18 mq 7 kq Gündə 2 dəfə 21 mq 8 kq Gündə 2 dəfə 24 mq 9 kq Gündə 2 dəfə 27 mq 10 kq Gündə 2 dəfə 30 mq * Bu cədvəl 0-12 aylıq körpələr üçün mümkün olan bütün bədən kütlələrini daxil etmək üçün hazırlanmamışdır. 1 yaşdan aşağı uşaqlarda dozanı təyin etmək üçün 3 mq / kq istifadə edilməlidir. ** Bütün dozaların alınması üçün kapsulun suspenziya halına gətirilməsi lazımdır (bax: “İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər”). Müalicəyə qrip simptomlarının meydana çıxdığı ilk 2 gün ərzində dərhal başlamaq lazımdır. Dozalanmaya dair tövsiyələr erkən doğulmuş körpələr üçün (məsələn, menstruasiya sonrası yaşı 36 həftədən az olan) deyil. Tam inkişaf etməmiş fizioloji funksiyalardan asılı olaraq fərqli dozalara ehtiyacı ola biləcək bu xəstələr üçün kifayət qədər məlumat yoxdur. Əczaçı tərəfindən hazırlanacaq dozalar “İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər” bölməsində təsvir edilmişdir. Profilaktika üçün standart doza Böyüklərlər və yeniyetmələr (13-17 yaş) Yoluxmuş insanlarla yaxın təmasdan sonra qripin profilaktikası üçün ENZAFLU-nun tövsiyə olunan peroral dozası 10 gün ərzində gündə bir dəfə 75 mq kapsul təşkil edir. Yoluxmuş insanlarla sıx təmasdan sonra iki gün ərzində müalicəyə başlamaq lazımdır. Cəmiyyətdə qrip epidemiyası zamanı profilaktika üçün tövsiyə olunan doza gündə 75 mq-dır. Altı həftə ərzində ENZAFLU-nun təhlükəsizliyi və effektivliyi sübut edilmişdir. Müdafiə dərmanın qəbulu davam edildiyi müddətdə davam edir. 0-12 yaşlı uşaqlar ENZAFLU-nun tövsiyə olunan suspenzion dozalarına alternativ olaraq kapsulları udmaqda çətinlik çəkməyən, bədən kütləsi > 40 kq olan uşaqlar, təsirə məruz qaldıqdan sonra profilaktik olaraq, 10 gün ərzində gündə bir dəfə 75 mq kapsul qəbul edə bilərlər. 1 yaşlı və daha böyük körpələr və uşaqlar üçün təmasdan sonra ENZAFLU-nun tövsiyə olunan profilaktik peroral dozaları Bədən kütləsi 10 gün ərzində təmasdan sonra tövsiyə olunan profilaktik doza 10-15 kq Gündə bir dəfə 30 mq * > 15-23 kq Gündə bir dəfə 45 mq * > 23-40 mq Gündə bir dəfə 60 mq * > 40 kq Gündə bir dəfə 75 mq * Bütün dozaların alınması üçün kapsulun suspenziya halına gətirilməsi lazımdır (bax: “İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər”). Cəmiyyətdə qrip epidemiyası zamanı qorunma 12 aylıqdan kiçik körpələrdə qrip epidemiyası zamanı preparatın profilaktik məqsədlə istifadəsi ilə bağlı heç bir təcrübə yoxdur. İstifadə zamanı preparatın hazırlanması haqqında (eks tempore hazırlanma) məlumat almaq üçün “İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər” bölməsinə baxın. İstifadə qaydası Müəyyən miqdarda su ilə udularaq daxilə qəbul edilir. ENZAFLU tək və ya qida ilə birlikdə qəbul edilə bilər (bax. Bölmə 5.2). ENZAFLU-nun yeməklə birlikdə qəbul edilməsi bəzi pasiyentlərdə tolerantlığı artıra bilər. Kapsulları daxilə qəbul edə bilməyən pasiyentlərd müvafiq dozalarda ENZAFLU suspenziyası təyin edilə bilər (“İnsan üçün dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər”). Xüsusi pasiyent qrupları haqqında əlavə məlumat Böyrək çatışmazlığı Qripi müalicə etmək üçün istifadə edildikdə: orta və ya ağır böyrək çatışmazlığı zamanı, böyüklər və yeniyetmələr (13-17 yaş) üçün dozanın tənzimlənməsi tövsiyə olunur. Tövsiyə olunan dozalar aşağıdakı cədvəldə göstərilmişdir. Kreatinin klirensi Müalicə üçün tövsiyə olunan doza > 60 (ml/ dəq) Gündə 2 dəfə 75 mq > 30 – 60 (ml/ dəq) Gündə 2 dəfə 30 mq (suspenziya və ya kapsul) > 10 – 30 (ml/ dəq) Gündə 1 dəfə 30 mq (suspenziya və ya kapsul) ≤10 (ml/ dəq) Tövsiyə olunmur (məlumat yoxdur) Hemodializ xəstələri Hər hemodializ seansından sonra 30 mq Peritoneal dializ xəstələri* 30 mq birdəfəlik doza (suspenziya və ya kapsul) * Davamlı ambulator peritoneal dializ (DAPD) xəstələri üzərində aparılan tədqiqatların nəticələrinə görə avtomatik peritoneal dializ rejimi (OPR) istifadə edildikdə, oseltamivir karboksilatın klirensinin daha yüksək olması gözlənilir. Nefroloq tərəfindən lazımlı hesab edildiyi təqdirdə müalicə rejimi OPR-dən DAPD-yə dəyişdirilə bilər. Qripin profilaktikası üçün istifadə edildikdə: orta və ya ağır böyrək çatışmazlığı zamanı, böyüklər və yeniyetmələr (13-17 yaş) üçün dozanın tənzimlənməsi tövsiyə olunur. Tövsiyə olunan dozlar aşağıdakı cədvəldə göstərilmişdir. Kreatinin klirensi Profilaktika üçün tövsiyə olunan doza > 60 (ml/ dəq) Gündə 1 dəfə 75 mq > 30 – 60 (ml/ dəq) Gündə 1 dəfə 30 mq (suspenziya və ya kapsul) > 10 – 30 (ml/ dəq) Hər sonrakı gündə 30 mq (suspenziya və ya kapsul) ≤10 (ml/ dəq) Tövsiyə olunmur (məlumat yoxdur) Hemodializ xəstələri Hər 2-ci hemodializ seansından sonra 30 mq Peritoneal dializ xəstələri* Həftədə 1 dəfə 30 mq (suspenziya və ya kapsul) * Davamlı ambulator peritoneal dializ (DAPD) xəstələri üzərində aparılan tədqiqatların nəticələrinə görə avtomatik peritoneal dializ rejimi (OPR) istifadə edildikdə, oseltamivir karboksilatın klirensinin daha yüksək olması gözlənilir. Nefroloq tərəfindən lazımlı hesab edildiyi təqdirdə müalicə rejimi OPR-dən DAPD-yə dəyişdirilə bilər. Böyrək çatışmazlığı olan körpələrdə və uşaqlarda (12 yaşlı və daha kiçik) hər hansı bir doza tövsiyə etmək üçün klinik məlumatlar kifayət deyil. Qaraciyər çatışmazlığı Qaraciyər disfunksiyası olan pasiyentlərdə qripin müalicəsi və ya profilaktikası üçün dozanın tənzimlənməsi tələb olunmur (bax: “Farmakokinetikası”). Qaraciyər çatışmazlığı olan pediatrik pasiyentlər üzərində tədqiqat aparılmamışdır. Uşaqlar 1 yaşdan kiçik uşaqlarda ENZAFLU-nun təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir (bax: “Farmakokinetikası”). ENZAFLU, həkimin tövsiyəsi ilə və ya həkim nəzarəti altında epidemiya zamanı yalnız müvəqqəti istifadə edilməsi şərtilə, 1 yaşınadək uşaqlarda qripin müalicəsində istifadə edilə bilər. Digər hallarda, 1 yaşdan kiçik uşaqlarda ENZAFLU istifadə edilməməlidir (bax: “Farmakokinetikası”). Yaşlılar Qripin müalicəsi və ya profilaktikası üçün, orta və ya ağır böyrək çatışmazlığına dair bir dəlil olmadığı halda, yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur (bax: “Farmakokine- tikası”). İmmun çatışmazlığı olan pasiyentlər Müalicə: böyüklər üçün tövsiyə olunan peroral doza 10 gün ərzində gündə iki dəfə 75 mq osel- tamivirdir (bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”, “Əlavə təsirləri” və “Farmakodina- mikası”). Qrip simptomları başladıqdan sonra ilk iki gün ərzində müalicə mümkün qədər erkən başlamalıdır. Mövsümi profilaktika: 12 həftəyə qədər uzunmüddətli mövsümi profilaktika immun çatışmazlığı olan pasiyentlərdə qiymətləndirilmişdir (bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”, “Əlavə təsirləri” və “Farmakodinamikası”). İstifadə anında (ex tempore) hazırlanan tərkib Kapsulu uda bilməyən böyüklər və uşaqlar üçün və ya az dozada tələb olunduqda, əczacı və ya xəstənin özü ev şəraitində ENZAFLU kapsulundan ENZAFLU suspenziyası (6 mq / ml) hazırlaya bilər. Ev şəraitində hazırlanan preparat əvəzinə aptekdə hazırlanan preparata üstünlük verilməlidir. Ev şəraitində hazırlama ilə bağlı ətraflı məlumat bu bölmədə “ENZAFLU suspenziyasının evdə hazırlanması” başlığı altında verilmişdir. Aptekdə hazırlanmış suspenziyanın xəstəyə verilməsi və evdə hazırlanması üçün uyğun həcm və dərəcəli şprisdən istifadə edilməlidir. Hər iki halda, şprisdə həcmi göstərən işarənin olması məqsədəuyğundur. Suspenziyanın aptekdə hazırlanması Aptekdə kapsullardan hazırlanan 6mq / ml suspenziya ▪ Kapsulları uda bilməyən böyüklər, yeniyetmələr, körpələr, 1 yaşlı və ya 1 yaşdan kiçik uşaqlar. Bu prosedur bir xəstəyə 5 gün müalicə və ya 10 gün profilaktika üçün kifayət edəcək dozanı təmin etmək üçün 6 mq / ml konsentrasiyada bir suspenziya hazırlanmasını təsvir edir. Əczaçı ENZAFLU 75 mq-lıq kapsuldan, konservant kimi tərkibində 0,05 k / h %-i natrium benzoat olan sudan istifadə edərək 6 mq / ml konsentrasiyada suspenziya hazırlaya bilər. Əvvəlcə xəstənin 5 günlük müalicəsi və ya 10 günlük profilaktikası üçün hazırlanaraq pasiyentə veriləcək ümumi həcm hesablanır. Tələb olunan ümumi həcm aşağıdakı cədvəldəki tövsiyələrə əməl edərək pasiyentin bədən kütləsinə görə hesablanmalıdır. 10 dozaya qədər düzgün həcmi çəkmək üçün (5 gün müalicə üçün gündəlik qəbul edilən 2 doza) ölçü itkisini göstərən sütuna baxılmalıdır. Pasiyentin bədən kütləsinə görə əczaçı tərəfindən hazırlanacaq suspenziyanın (6 mq / ml) həcmi Bədən kütləsi (kq) Ölçü itkisi nəzərə alınma- Ölçü itkisi nəzərə alınaraq, dan, pasiyentin bədən küt- pasiyentin bədən kütləsinə ləsinə görə hazırlanacaq görə hazırlanacaq ümumi ümumi həcm (ml) həcm (ml) 10-15 kq 50 ml 60 ml və ya 75 ml > 15 – 23 kq 75 ml 90 ml və ya 100 ml > 23 – 40 kq 100 ml 125 ml > 40 kq 125 ml 137,5 ml (və ya 150 ml) İkincisi, aptekdə hazırlanacaq 6 mq / mL suspenziyanın yuxarıdakı cədvələ əsasən hesablanmış ümumi həcmini almaq üçün əczaçı tərəfindən kapsulların sayı və daşıyıcı məhlulun miqdarı (tər- kibində konservant kimi 0,05 k/h %-i natrium benzoat olan su) müəyyən edilməlidir. Aptekdə hazırlanacaq suspenziyanın (6 mq / ml) ümumi həcminin alınması üçün tələb olunan kapsul sayı və daşıyıcı məhlulu miqdarı Hazırlanacaq suspenziyanın Lazım olan ENZAFLU kap- Daşıyıcı məhlulun lazım ümumi həcmi sullarının (mq oseltamivir) olan həcmi sayı 77 mq 75 ml 6 kapsul (450 mq) 74 ml 100 ml 8 kapsul (600 mq) 98,5 ml 125 ml 10 kapsul (750 mq) 123,5 ml 137,5 ml 11 kapsul (825 mq) 136 ml Üçüncüsü, ENZAFLU kapsullarından istifadə edərək suspenziya (6 mq / ml) hazırlamaq üçün aşağıdakı prosedura əməl edilməlidir: 1. Müəyyən olunmuş miqdarda daşıyıcı məhlulu (tərkibində konservant kimi 0,05% natrium benzoat olan su)ölçülü stəkana əlavə edilir. 2. Müəyyən olunmuş miqdarda ENZAFLU kapsulu açılır və kapsulların möhtəviyyatı ölçülü stəkanda tərkibində konservant olan sulu məhlulun üzərinə tökülür. 3. Uyğun bir qarışdırıcı aparatın köməyi ilə 2 dəqiqə qarışdırılır (Qeyd: aktiv maddə, oseltamivir fosfat, suda tamamilə həll olur. Suspenziyanın alınmasına səbəb ENZAFLU kapsulundakı bəzi həll olmayan köməkçi maddələrdir.) Suspenziya kəhrəba rəngli şüşə və ya polietilen tereftalat (PET) flakona köçürülür. Bu zaman suspenziyanın kənara tökülməsinin qarşısını almaq üçün qıfdan istifadə edilə bilər. 4. Flakon uşaqların aça bilməməsi üçün kilidli qapaqla bağlanır. 5. Flakona üzərində “İstifadədən əvvəl yavaşca çalxalayın” yazılmış etiket yapışdırılır (Qeyd: havanın tutulmaması üçün hazırlanmış suspenziya istifadədən əvvəl çalxalanmalıdır). 6. Valideynə və ya xəstəyə qulluq edənə, bütün dərman xəstəyə verildikdən sonra qalan məhlulun atılmalı olduğu barədə xəbərdar edilməlidir. Bu xəbərdarlıq aptek tərəfindən flakona yapışdırılacaq etiketdə izah edilməlidir. 7. Aşağıda təsvir olunan saxlama şəraitlərinə uyğun olaraq təyin olunan son istifadə (yararlılıq müddəti) tarixi aptek tərəfindən flakonun üzərinə yapışdırılacaq etiketdə açıqlanmalıdır (bax: “Yararlılıq müddəti”). Aptek tərəfindən flakonun üzərinə xəstənin adı, dərmanın adı və digər zəruri məlumatlar olan etiket yapışdırılmalıdır. Müvafiq dozalanma təlimatları üçün aşağıdakı cədvələ baxın. ENZAFLU kapsullarından istifadə edərək aptekdə hazırlanan 6 mq / ml suspenziyanın körpələr, bir yaşında və bir yaşından yuxarı uşaqlar üçün dozalanma cədvəli Bədən kütləsi Doza (mq) Dozaya görə Müalicəvi doza Profilaktik (kq) həcm (5 günlük) doza (10 gün- 6 mq/ml lük) 10-15 kq 30 mq 5 ml Gündə 2 dəfə 5 Gündə 1 dəfə 5 ml ml > 15 – 23 kq 45 mq 7,5 ml Gündə 2 dəfə 7,5 Gündə 1 dəfə 7,5 ml ml > 23 – 40 kq 60 mq 10 ml Gündə 2 dəfə 10 Gündə 1 dəfə 10 ml ml > 40 kq 75 mq 12,5 ml Gündə 2 dəfə Gündə 1 dəfə 12,5 ml 12,5 ml Aptekdə hazırlanan suspenziya pasiyentə kiçik miqdarların ölçülməsi üçün dərəcələnmiş peroral şprisinin köməyi ilə verilir. Mümkünsə, hər bir xəstə üçün müvafiq doza uyğun gələn dərəcələr qeyd edilməlidir. Müvafiq dozada suspenziya, dərman vasitəsinin acı dadından qaçmaq üçün qulluqçu tərəfindən bərabər miqdarda şərbətlə və şərbət kimi şirniyyatlı qida ilə qarışdırılaraq xəstəyə verilməlidir. ▪ 1 yaşından kiçik körpələr Bu prosedur bir xəstəyə 5 gün müalicə və ya 10 gün profilaktika üçün kifayət edəcək dozanı təmin etmək üçün 6 mq / ml konsentrasiyada bir suspenziya hazırlanmasını təsvir edir. Əvvəlcə xəstənin 5 günlük müalicəsi və ya 10 günlük profilaktikası üçün hazırlanaraq pasiyentə veriləcək ümumi həcm hesablanır. Tələb olunan ümumi həcm aşağıdakı cədvəldəki tövsiyələrə əməl edərək pasiyentin bədən kütləsinə görə hesablanmalıdır. 10 dozaya qədər düzgün həcmi çəkmək üçün (5 gün müalicə üçün gündəlik qəbul edilən 2 doza) ölçü itkisini göstərən sütuna baxılmalıdır. Xəstənin bədən kütləsinə görə hazırlanacaq suspenziyanın (10 mq/ml) həcmi Bədən kütləsi (kq) Ölçmə itkiləri nəzərə Ölçmə itkiləri nəzərə alına- alınmadan pasiyentin bədən raq pasiyentin bədən kütlə- kütləsinə görə hazırlanacaq sinə görə hazırlanacaq ümumi həcm (ml) ümumi həcm (ml) ≤ 7 kq 40 ml-ə qədər 50 ml > 7 və < 10 kq 50 ml 60 ml və ya 75 ml İkincisi, aptekdə hazırlanacaq 6 mq / mL suspenziyanın yuxarıdakı cədvələ əsasən hesablanmış ümumi həcmini almaq üçün əczaçı tərəfindən kapsulların sayı və daşıyıcı məhlulun miqdarı (tər- kibində konservant kimi 0,05 k/h %-i natrium benzoat olan su) müəyyən edilməlidir. Aptekdə hazırlanacaq suspenziyanın (6 mq/ml) ümumi həcmini almaq üçün lazım olan kapsulların sayı və daşıyıcı məhlulun miqdarı Hazırlanacaq suspenziyanın Lazım olan ENZAFLU kap- Daşıyıcı məhlulun lazım ümumi həcmi sullarının (mq oseltamivir) olan həcmi sayı 75 mq 50 ml 4 kapsul (300 mq) 49,5 ml 75 ml 6 kapsul (450 mq) 74 ml Üçüncüsü, ENZAFLU kapsullarından istifadə edərək suspenziya (6 mq / ml) hazırlamaq üçün aşağıdakı prosedura əməl edilməlidir: 1. Müəyyən olunmuş miqdarda daşıyıcı məhlulu (tərkibində konservant kimi 0,05% natrium benzoat olan su)ölçülü stəkana əlavə edilir. 2. Müəyyən olunmuş miqdarda ENZAFLU kapsulu açılır və kapsulların möhtəviyyatı ölçülü stəkanda tərkibində konservant olan sulu məhlulun üzərinə tökülür. 3. Uyğun bir qarışdırıcı aparatın köməyi ilə 2 dəqiqə qarışdırılır (Qeyd: aktiv maddə, oseltamivir fosfat, suda tamamilə həll olur. Suspenziyanın alınmasına səbəb ENZAFLU kapsulundakı bəzi həll olmayan köməkçi maddələrdir.) Suspenziya kəhrəba rəngli şüşə və ya polietilen tereftalat (PET) flakona köçürülür. Bu zaman suspenziyanın kənara tökülməsinin qarşısını almaq üçün qıfdan istifadə edilə bilər. 4. Flakon uşaqların aça bilməməsi üçün kilidli qapaqla bağlanır. 5. Flakona üzərində “İstifadədən əvvəl yavaşca çalxalayın” yazılmış etiket yapışdırılır (Qeyd: havanın tutulmaması üçün hazırlanmış suspenziya istifadədən əvvəl çalxalanmalıdır). 6. Valideynə və ya xəstəyə qulluq edənə, bütün dərman xəstəyə verildikdən sonra qalan məhlulun atılmalı olduğu barədə xəbərdar edilməlidir. Bu xəbərdarlıq aptek tərəfindən flakona yapışdırılacaq etiketdə izah edilməlidir. 7. Aşağıda təsvir olunan saxlama şəraitlərinə uyğun olaraq təyin olunan son istifadə (yararlılıq müddəti) tarixi aptek tərəfindən flakonun üzərinə yapışdırılacaq etiketdə açıqlanmalıdır (bax: “Yararlılıq müddəti”). Aptek tərəfindən flakonun üzərinə xəstənin adı, dərmanın adı və digər zəruri məlumatlar olan etiket yapışdırılmalıdır. Müvafiq dozalanma təlimatları üçün aşağıdakı cədvələ baxın. 1 yaşından kiçik körpələr üçün ENZAFLU kapsulundan istifadə etməklə aptekdə hazır-lanan suspenziyanın (6 mq / ml) dozalanma qrafiki Bədən kütləsi Doza (mq) Dozaya görə Müalicəvi Profilaktik İstifadə olu- (ən yaxın 0,5 həcm (6 doza (5 doza (10 nacaq şpri- kq-a yuvar- mq/ml) günlük) günlük) sin ölçüsü laqlaşdırılmış) (0,1 dərəcə- li) 3 kq 9 mq 1,5 ml Gündə 2 dəfə Gündə 1 dəfə 2 ml və ya 3 1,5 ml 1,5 ml ml 3,5 kq 10,5 mq 1,8 ml Gündə 2 dəfə Gündə 1 dəfə 2 ml və ya 3 1,8 ml 1,8 ml ml 4 kq 12 mq 2 ml Gündə 2 dəfə Gündə 1 dəfə 3 ml 2 ml 2 ml 4,5 kq 13,5 mq 2,3 ml Gündə 2 dəfə Gündə 1 dəfə 3 ml 2,3 ml 2,3 ml 5 kq 15 mq 2,5 ml Gündə 2 dəfə Gündə 1 dəfə 3 ml 2,5 ml 2,5 ml 5,5 kq 16,5 mq 2,8 ml Gündə 2 dəfə Gündə 1 dəfə 3 ml 2,8 ml 2,8 ml 6 kq 18 mq 3 ml Gündə 2 dəfə Gündə 1 dəfə 3 ml (və ya 5 3 ml 3 ml ml) 6,5 kq 19,5 mq 3,3 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 3,3 ml 3,3 ml 7 kq 21 mq 3,5 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 3,5 ml 3,5 ml 7,5 kq 22,5 mq 3,8 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 3,8 ml 3,8 ml 8 kq 24 mq 4 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 4 ml 4 ml 8,5 kq 25,5 mq 4,3 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 4,3 ml 4,3 ml 9 kq 27 mq 4,5 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 4,5 ml 4,5 ml 9,5 kq 28,5 mq 4,8 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 4,8 ml 4,8 ml 10 kq 30 mq 5 ml Gündə 2 dəfə Gündə 1 dəfə 5 ml 5 ml 5 ml Aptekdə hazırlanan suspenziya pasiyentə kiçik miqdarların ölçülməsi üçün dərəcələnmiş peroral şprisinin köməyi ilə verilir. Mümkünsə, hər bir xəstə üçün müvafiq doza uyğun gələn dərəcələr qeyd edilməlidir. Müvafiq dozada suspenziya, dərman vasitəsinin acı dadından qaçmaq üçün qulluqçu tərəfindən bərabər miqdarda şərbətlə və şərbət kimi şirniyyatlı qida ilə qarışdırılaraq xəstəyə verilməlidir. Suspenziyanın ev şəraitində hazırlanması Əgər suspenziyanın aptekdə hazırlanması mümkün deyilsə, o, evdə də hazırlana bilər. Lazımi dozanı ehtiva edən bir kapsul forması varsa, kapsul açılır və kapsulun möhtəviyyatı ən çoxu bir çay qaşığı şirin qida ilə qarışdırılır. Dərmanın acı dadı şirin qidalarla qarışdırılaraq gizlədilə bilər. Şirin qida ilə hazırlanan bu qarışıq yaxşı qarışdırılmalı və xəstəyə verilməlidir. Qarışıq hazırlandıqdan sonra dərhal udulmalıdır. 75 mq kapsul ilə 30 mq və ya 45 mq dozaya ehtiyac olduqda qarışığın hazırlanması üçün əlavə bir neçə addım atılmalıdır. Ətraflı təlimatlar ENZAFLU kapsulunun istifadəsinə dair təlimatlara daxil edilmişdir.

Əlavə təsirləri

Təhlükəsizlik profilinin xülasəsi Oseltamivirin təhlükəsizlik profili 6049 böyük və ya yeniyetmədən və qripin müalicəsi üçün oseltamivir və ya plasebo qəbul edən 1473 pediatrik xəstədən və 3990 yetkin və ya yeniyetmədən və klinik tədqiqatlarda qripin profilaktikası üçün oseltamivir və ya plasebo alan 253 pediatrik xəstədən alınan məlumatlara əsaslanır. Bundan başqa, immun çatışmazlığı olan 199 böyük xəstəyə qripin müalicəsi üçün oseltamivir, 475 immun çatışmazlığı olan xəstəyə (10 –u oseltamivir, 8-i plasebo istifadə edən 18 xəstə daxil olmaqla) qripin profilaktikası üçün oselta-mivir və ya plasebo verilib. Böyüklərdə və ya yeniyetmələrdə ən çox qeyd edilən əlavə təsirlər müalicə ilə bağlı tədqiqatlarda qusma və ürəkbulanma və profilaktika ilə bağlı tədqiqatlarda ürəkbulanma olmuşdur. Bu əlavə təsirlərin əksəriyyəti, ilk doza istifadə edildikdən sonra müalicənin birinci və ya ikinci günündə qeyd edilmiş və onlar 1-2 gün ərzində spontan olaraq aradan qalxmışdır. Uşaqlarda ən çox qeyd edilən əlavə təsir qusmadır. Əksər pasiyentlərdə bu əlavə təsirlər oseltamivirlə müalicənin dayandırılmasını tələb etməmişdir. Oseltamivirin tibbi təcrübədə tətbiqindən etibarən nadir hallarda aşağıdakı ciddi əlavə təsirlər barədə məlumatlar verilmişdir: anafilaktik və anafilaktoid reaksiyalar, qaraciyər xəstəlikləri (fulminant hepatit, qaraciyər funksiyasının pozulması və sarılıq), angionevrotik ödem, Stivens-Conson sindromu və toksik epidermal nekroliz, mədə-bağırsaq qanaxması və neyropsixiatrik pozğunluqlar (neyropsixiatrik pozğunluqlar üçün bax: “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Əlavə təsirlərin cədvəl siyahısı Dərman əlavə təsirləri başvermə tezliyinə görə aşağıda kimi təsnif edilir: Çox tez-tez (1/10); tez-tez (1/100 – <1/10), bəzən (1/1000 – <1/100); nadir (1 / 10 000 – <1 / 1 000); çox nadir (<1 / 10 000). Əlavə təsirlər, klinik tədqiqatların birləşdirilmiş analizinə əsasən cədvəllərdəki uyğun kateqoriyalara əlavə olunur. Böyüklərdə və yeniyetmələrdə qripin müalicəsi və profilaktikasında Böyüklərdə və yeniyetmələrdə qripin müalicəsi və profilaktikasını araşdıran tədqiqatlarda töv-siyə olunan dozada (qripin müalicəsi üçün beş gün ərzində gündə iki dəfə 75 mq və qripin profilaktikası üçün 6 həftəyə qədər gündə bir dəfə 75 mq) istifadə edildikdən sonra və ya marketinqdən sonrakı təcrübədə ən çox qeyd edilən dərman əlavə təsirləri aşağıda Cədvəl 1-də verilmişdir. Qripin profilaksisi üçün tövsiyə edilmiş dozada (6 həftəyə qədər müddət ərzində gündə bir dəfə 75 mq) oseltamivir qəbul edən insanlarda təsvir edilən təhlükəsizlik profili, daha uzunmüddətli dozalama müddətinə baxmayaraq tədqiqatlarda qripin müalicəsi zamanı müşahidə edilən profilə keyfiyyətcə oxşardır. Cədvəl 1. Böyüklərdə və yeniyetmələrdə və ya marketinqdən sonrakı dövrdə qripin müalicəsi və ya profilaktikası üçün oseltamivirin tədqiqatlarında ən çox qeyd edilən əlavə təsirlər Sistem Orqan Başvermə tezliyinə görə əlavə təsirlər Sinfi Çox tez-tez Tez-tez Bəzən Nadir İnfeksiyalar və Bronxit, sadə invaziyalar herpes, nazofa- ringit, yuxarı tə- nəffüs yollarının infeksiyaları, si- nusit Qan və limfa Trombositopeniya sistemində baş verən pozğun- luqlar İmmun sistem- Yüksək Anafilaktik də baş verən həssaslıq reaksiyalar, pozğunluqlar reaksiyaları anafilaktoid reaksiyalar Psixiatrik poz- Narahatlıq, anor- ğunluqlar mal davranışlar, həyəcan, süurun qarışması, çaşqın- lıq, sayıqlama, hallüsinasiyalar, qorxulu yuxugörmələr, özünə zərər yetirmə Sinir sistemin- Baş ağrısı Yuxusuzluq Şüur səviyyə- də baş verən sində dəyişkən- pozğunluqlar lik, qıcolma Gözdə baş ve- Görmənin rən pozğunluq- pozulması lar Ürəkdə baş ve- Ürək aritmiyası rən pozğunluq- lar Tənəffüs yolla- Öskürək, boğaz rında, döş qəfə- ağrısı, rinoreya sində və ortadi- varda baş ve- rən pozğunluq- lar Mədə-bağırsaq Ürəkbulanma Qusma, Mədə-bağırsaq traktında baş abdominal ağrı traktında qanax- verən pozğun- (mədənin yuxarı ma, hemorragik luqlar nahiyəsində ağrı kolit daxil olmaqla), dispepsiya Hepatobiliar Qaraciyər Fulminant hepatit, pozğunluqlar fermentlərinin qaraciyər səviyyəsinin çatışmazlığı, yüksəlməsi hepatit Dəridə və dəri- Ekzema, derma- Angionevrotik altı toxumada tit, səpgi, övrə ödem, multifor- baş verən poz- malı eritema, ğunluqlar Stivens-Conson sindromu, toksik epidermal nekro- liz Ümumi poz- Ağrı, başgicəl- ğunluqlar və lənmə (vertiqo istifadə yeri ilə daxil olmaqla), bağlı pozğun- yorğunluq, luqlar hipertermiya, əl və ayaqlarda ağrı Uşaqlarda qripin müalicəsi və profilaktikası Qripin müalicəsi üçün oseltamivir ilə aparılan klinik sınaqlara cəmi 1473 uşaq (1-12 yaş arası digər sağlam uşaqlar və 6-12 yaş arası astmatik uşaqlar) qatılmışdır. Bu uşaqlardan 851 nəfəri oseltamivir suspenziyası ilə müalicəsi almışdır. Ev qruplarında təmas sonrası profilaktik tədqiqatda (n = 99), 6 həftəlik başqa bir pediatrik profilaktika tədqiqatında (n = 49) və immun çatışmazlığı olan pasiyentlərdə 12 həftəlik pediatrik mövsümi profilaktika tədqiqatında (n = 10), ümumilikdə 158 uşaq tövsiyə olunan dozaya uyğun olaraq gündə bir dəfə oseltamivir qəbul etmişdir. Cədvəl 2-də pediatrik klinik tədqiqatlarda ən çox qeyd edilən əlavə təsirlərigöstərilmişdir. Cədvəl 2. Uşaqlarda qripin müalicəsi və profilaktikası üçün oseltamivirin araşdırıldığı tədqiqatlarda ən çox meydana çıxan dərman əlavə təsirləri (yaşdan / bədən kütləsindən asılı olaraq doza gündə bir dəfə 30-75 mq). Sistem Orqan Başvermə tezliyinə görə əlavə təsirlər Sinfi Çox tez-tez Tez-tez Bəzən İnfeksiyalar və Orta otit invaziyalar Sinir sistemin- Baş ağrısı də baş verən pozğunluqlar Gözdə baş ve- Konyunktivit (gözün rən pozğunluq- qızarması, gözdən lar ifrazat və gözdə ağrı daxil olmaqla) Qulaqda və Qulaq ağrısı Təbil pərdəsində pozğunluq daxili qulaqda baş verən poz- ğunluqlar Tənəffüs yolla- Öskürək, burun Rinoreya rında, döş qəfə- tutulması sində və ortadi- varda baş ve- rən pozğunluq- lar Mədə-bağırsaq Qusma Abdominal ağrı (mə- traktında baş dənin yuxarı nahiyə- verən pozğun- sində ağrı daxil ol- luqlar maqla), dispepsiya, ürəkbulanma Dəridə və dəri- Dermatit (allergik və atopik altı toxumada dermatit daxil olmaqla) baş verən poz- ğunluqlar Aşağıda seçilmiş ciddi əlavə təsirlərin təsvirləri verilmişdir. Psixiatrik xəstəliklər / Sinir sisteminin pozğunluqları Qrip, hallüsinasiyalar, delirium və anormal davranış da daxil olmaqla, müxtəlif sinir və davranış simptomları ilə bağlı ola və bəzi hallarda ölümcül nəticələrə səbəb ola bilər. Bu hallar ensefalit və ya ensefalopatiya zamanı da baş verə bilər; lakin, bu, ağır xəstəlik olmadan da baş verə bilər. Oseltamivir ilə marketinqdən sonrakı müalicə zamanı qıcolmalar və delirium (şüur səviyyəsinin dəyişməsi, şüurun qarışması, anormal davranış, sayıqlama, hallüsinasiyalar, həyəcan, narahatlıq, qorğulu yuxugörmələr kimi simptomlar da daxil olmaqla) qeyd edilmişdir ki, bunlar da bəzi hallarda təsadüfən yaralanma və ya ölümlə nəticələnmişdir. Bu hadisələr xüsusilə uşaqlarda və yeniyetmə pasiyentlərdə qeyd edilmiş və onlar bir çox hallarda qəflətən başlamış və sürətlə aradan qalxmışdır. Oseltamivirin bu kimi hadisələrdə rolu məlum deyil. Oseltamivir istifadə etməyən qrip xəstələrində də bu cür neyropsixiatrik hadisələr barədə məlumat verilmişdir. Hepatobiliar xəstəliklər Qripəbənzər xəstəliyi olan pasiyentlərdə hepatit və qaraciyər fermentlərinin artması da daxil olmaqla hepatobiliar xəstəliklər. Bu hallara ölümcül fulminant hepatit / qaraciyər çatışmazlığı daxildir. Xüsusi pasiyent qrupları haqqında əlavə məlumatlar Yaşlı əhali və xroniki ürək və / və ya tənəffüs çatışmazlığı olan pasiyentlər Qripin müalicəsi ilə bağlı tədqiqatlara daxil edilən əhali digər sağlam böyüklərdən / yeniyetmələrdən və ‘risk’ qrupu xəstələrindən (yaşlı insanlar və xroniki ürək və ya tənəffüs çatışmazlığı olanlar kimi qriplə əlaqəli ağırlaşmaların inkişaf riski yüksək olan pasiyentlər) ibarət olmuşdur. Ümumiyyətlə, ‘risk altında’ olan pasiyentlərdə təhlükəsizlik profili digər sağlam böyüklər və ya yeniyetmələrin təhlükəsizlik profili ilə eynidir. Uşaq əhali (bir yaşdan kiçik uşaqlar) Bir yaşında qrip infeksiyası olan 135 uşağın oseltamivir ilə müalicəsinin farmakokinetik, farma- kodinamik və təhlükəsizlik profilini araşdıran iki tədqiqatda; təhlükəsizlik profili müxtəlif yaş qrupları arasında oxşar olmuşdur, bu zaman qusma, ishal və səpgi ən çox qeyd edilən əlavə təsir- lərdir. Mayalanmadan sonra hesablanan 36 həftəlikdən kiçik körpələr üçün kifayət qədər məlumat yoxdur. Perspektivli və retrospektiv müşahidəedici tədqiqatlardan (bu yaş qrupunda 2400-dən çox uşağı əhatə edən) epidemioloji məlumatlar bazası tədqiqatlarından və marketinqdən sonrakı hesabatlardan əldə edilən bir yaşdan kiçik uşaqlarda qripin müalicəsi üçün oseltamivirin tətbiqinə dair mövcud təhlükəsizlik məlumatları, bir yaşınadək uşaqlarda təhlükəsizlik profilinin bir yaş və bir yaşdan yuxarı uşaqlarda təsdiqlənmiş təhlükəsizlik profilinə bənzər olduğunu göstərir. İmmun çatışmazlığı olan pasiyentlər Qripin müalicəsi üçün ikiqat kor bir tədqiqatda immun çatışmazlığı olan 199 böyük xəstə (təhlükəsizlik üçün qiymətləndirilə bilir) 10 gün ərzində oseltamivir almaq üçün randomizə edilmişdir: 98 pasiyent standart doza almış (gündə iki dəfə 75 mq) və 101 pasiyent ikiqat doza almışdır (gündə iki dəfə 150 mq). Bu tədqiqatda oseltamivirin müşahidə edilən təhlükəsizlik profili oseltamivirin immun çatışmazlığı olmayan xəstələr (digər sağlam xəstələr və ya “risk altında” olan pasiyentlər [məs., əvvəllər qripin müalicəsi üçün müraciət edən tənəffüs və / və ya ürək xəstəlikləri olanlar]) üzərində aparılan klinik tədqiqatlarda müşahidə olunanlara uyğun gəlir. Əlavə təsirlər bildirən xəstələrin faizi, standart doza qrupunda ikiqat doza qrupuna nisbətən daha azdır (müvafiq olaraq, 49,4% və 59,4%) (bax: “Farmakodinamikası”). 1 yaşdan 12 yaş və daha yuxarı 18 uşaq daxil olmaqla 475 immun çatışmazlığı olan xəstə ilə aparılan 12 həftəlik profilaktika tədqiqatında 238 pasiyentdə müşahidə edilən təhlükəsizlik profili oseltamivirlə profilaktika ilə bağlı əvvəlki klinik sınaqlarda müşahidə olunan təhlükəsizlik profili ilə uyğundur. Əvvəlcədən astması olan uşaqlar Ümumiyyətlə, əvvəllər bronxial astması olan uşaqlarda müşahidə edilən əlavə təsirlərin profili keyfiyyətcə sağlam uşaqlarda müşahidə edilənlərə bənzəyir.

Doza həddinin aşılması

Klinik tədqiqatlarda və post-marketinq dövründə oseltamivir ilə bağlı doza həddinin aşılması barədə məlumatlar verilmişdir. Bu halların əksəriyyətində heç bir əlavə təsir barədə məlumat verilməmişdir. Doza həddinin aşılmasından sonra qeyd edilən əlavə təsirlər oseltamivirin tövsiyə olunan müalicəvi dozalarından istifadə zamanı müşahidə edilən əlavə təsirlərə oxşardır (bax: “Əlavə təsirləri”). Xüsusi antidotu məlum deyil. Uşaqlar Doza həddinin aşılması böyüklərdə və gənclərdə olduğundan daha çox uşaqlarda qeyd edilmişdir. ENZAFLU-nun peroral suspenziyasını hazırlayarkən və ENZAFLU məhsullarını uşaqlara təyin edərkən ehtiyatlı olmaq lazımdır.

Buraxılış forması

10 kapsul, PVX/PE/PVDX-alüminium folqa blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Aptekdə hazırlanan preparatın saxlanma şəraiti üçün “Yararlılıq müddəti” bölməsinə baxın. Dərmanların qalıqlarının atılması və digər xüsusi tədbirlər İstifadə olunmamış məhsullar və ya tullantılar atılmalıdır. İstifadə edilməmiş məhsullar və ya tullantılar ‘Tibbi tullantılara nəzarət qaydası’ və ‘Qablaşdırma və qablaşdırma tullantılarına nəzarət qaydalarına’ uyğun olaraq atılmalıdır.

Yararlılıq müddəti

2 il. Oral suspenziya şəklində hazırlanan preparatın yararlılıq müddəti 25°C-dən aşağı otaq temperaturunda saxlanılan zaman 17 gün 2-8°C temperaturda saxlandıqda 20 gün.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Abdi İbrahim İlaç San. ve Tic. A.Ş. Orhan Gazi Mahallesi, Tunç Cad. No:3, Esenyurt/İstanbul/Türkiyə.

Qeydiyyat vəsiqəsinin sahibi

Abdi İbrahim İlaç San. ve Tic. A.Ş. Reşitpaşa Mah. Eski Büyükdere Cad. No:4 34467 Maslak / Sarıyer / İSTANBUL / TÜRKİYE. +90 212 366 84 00. +90 212 276 20 20.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Enzaflu 75 mq N10 tablet” üçün ilk rəyi siz yazın.