ENUREZIN 2 MG N20 TAB

Dərman formasıTablet
Farmakoloji təsirSidik yollarının spazmında istifadə olunan spazmolitik dərman vasitəsi

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,84 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ENUREZIN tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Tolterodine tartrate

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 2 mq tolterodin tartrat vardır. Köməkçi maddələr: ikiəsaslı kalsium fosfat dihidrat, povidon K25, mikrokristallik sellüloza (avisel PH 101), natrium nişasta qlikolyat (eksplotab), kolloidal silisium dioksid (aerozol), maqnezium stearat.

Təsviri

Enurezin ağ, yastı, uzun, hər iki tərəfində sındırma xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Sidik yollarının spazmında istifadə olunan spazmolitik dərman vasitəsi. ATC kodu: G04BD07.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tolterodin xüsusi muskarinəhəssas reseptorların rəqabət zəminində selektiv antaqonisti olub, in vivo ağız suyu vəzilərindən daha çox sidik kisəsinə təsir göstərir. Tolterodinin metabolitlərindən biri (5- hidroksimetil törəməsi) tolterodinin malik olduğu farmakoloji profilə oxşar profilə malikdir. Geniş metabolitlərin içərisində bu metabolit müalicəvi effektə əhəmiyyətli təsir göstərir. Farmakokinetikası Bu formul üçün spesifik olan xarakterik xüsusiyyətlər Tolterodin sürətlə absorbsiya olunur. Tolterodin və 5-hidroksimetil metabolitin hər ikisinin maksimal zərdab konsentrasiyası doza qəbulundan 1-3 saat sonra yaranır. Tablet şəklində qəbul edilmiş tolterodinin yarımparçalanma dövrü böyük metabolitlər üçün 2-3 saat, kiçik metabolitlər (CYP2D6-dan məhrum olan) üçün təqribən 10 saatdır. Tarazlıq konsentrasiyası tabletlərin qəbulundan sonra 2 gün müddətində yaranır. Qida sərbəst tolderodinin və aktiv 5-hidroksimetil metabolitinin təsirini geniş metabolizm zamanı dəyişdirmir, baxmayaraq ki, qida ilə birlikdə qəbul edildikdə tolterodinin səviyyəsi yüksəlir. Qeyri-kafi metabolizm zamanı oxşar klinik asılılıq gözlənilmir. Absorbsiyası Oral qəbuldan sonra tolterodin qaraciyərdə ilk keçid zamanı CYP2D6 ilə katalizə məruz qalaraq metabolizə olunur, nəticədə farmakoloji cəhətdən bərabər potensiala malik metabolit 5-hidroksimetil törəməsi alınır. Tolterodinin mütləq biomənimsənilməsi ekstensiv metabolizm zamanı 17%, qeyri-kafi metabolizm zamanı (CYP2D6-nın iştirakı olmadan) 65%-dir. Paylanması Tolterodin və 5-hidroksimetil metabolit əvvəlcə orozomukoidlə birləşir. Birləşməmiş fraksiyalar müvafiq olaraq 3,7% və 36% təşkil edir. Tolterodinin paylanma həcmi 113 l-dir. Xaric olması Tolterodin oral dozadan sonra qaraciyərdə ekstensiv metabolizmə uğrayır. Əsas metabolik yol polimorf CYP2D6 fermenti vasitəsilə aralıq maddənin yaranmasıdır ki, bu da 5-hidroksimetil metabolitin əmələ gəlməsinə səbəb olur. Sonrakı metabolizm 5-karboksil turşusunun və N-dealkilləşmiş 5-karboksil turşusunun formalaşmasına səbəb olur, bu metabolitlər müvafiq olaraq sidikdə 51% və 29% miqdarda yenidən bərpa olunurlar. Əhalinin yarımqrupu (7%-ə qədəri) CYP2D6 aktivliyindən məhrumdur. Bu fərdlər üçün (qeyri kafi metabolizm) metabolizmin müəyyən edilmiş yolu CYP3A4 vasitəsilə N- dealkilləşmiş tolterodinə qədər dealkilləşmədən ibarətdir, hansı ki, klinik effektə təsir göstərmir. Əhalinin qalan hissəsində ekstensiv metabolizm baş verir. Ekstensiv metabolizm baş verənlərdə tolterodinin sistem klirensi təqribən 30 l/saat təşkil edir. Qeyri-kafi metabolizm baş verən əhali qrupunda klirensin azalması tolterodinin zərdab konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə (təqribən 7 dəfə) səbəb olur və 5-hidroksimetil metabolitin cüzi konsentrasiyaları müşahidə edilir. 5-hidroksimetil metabolit farmakoloji cəhətdən aktivdir və tolterodinlə bərabər potensiala malikdir. Tolterodin və 5- hidroksimetil metabolitin proteinlə birləşmələri arasında fərq olduğuna görə birləşməmiş tolterodinin AUC-u qeyri-kafi metabolizm baş verən pasiyentlərdə eyni doza rejimində CYP2D6 aktivliyi olan pasiyentlərdə birləşməmiş tolterodinin və 5-hidroksimetil metabolitin kombinəolunmuş AUC-na oxşardır. Zərərsizliyi, tolerantlıq və klinik cavab reaksiyası oxşar olaraq fenotipdən asılı deyildir. [ C]-tolterodinin qəbulundan sonra radioaktivliyin ifrazı sidikdə təqribən 77% və nəcisdə 17%-dir. Dozanın 1%-dən az hissəsi dəyişilməmiş dərman şəklində və 4%-ə qədəri 5-hidroksimetil metabolit şəklində bərpa olunur. Karboksilləşmiş metabolitin və müvafiq dealkilləşmiş metabolitin sidikdə bərpa olunan miqdarı müvafiq olaraq təqribən 51% və 29%-dir. Müalicəvi doza hüdudunda farmakokinetikası xətti xarakter daşıyır. Xüsusi pasiyent qrupları Qaraciyərin funksional pozğunluğu: qaraciyərin sirrozu olan pasiyentlərdə birləşməmiş tolterodinin və 5-hidroksimetil metabolitin AUC-nun 2 dəfəyə yaxın yüksək olduğu müəyyən edilmişdir. Böyrəklərin funksional zəifliyi: ağır böyrək çatışmazlığı olan (kələf filtrasiyasının sürəti 30 ml/dəq) pasiyentlərdə birləşməmiş tolterodinin və onun 5-hidroksimetil metabolitinin orta AUC-u iki dəfə yüksək olmuşdur. Digər metabolitlərin plazma səviyyələri bu pasiyentlərdə nəzərəçarpan dərəcədə (12 dəfəyə yaxın) yüksək olmuşdur. Bu metabolitlərin AUC-nun yüksəlməsinin klinik mənası məlum deyildir. Zəif və orta dərəcəli böyrək çatışmazlığı olan olanlar barədə heç bir məlumat yoxdur. Pediatrik pasiyentlər Aktiv hissənin mq-la dozasının ekspozisiyası böyüklərdə və yeniyetmələrdə oxşardır. Aktiv hissənin mq-la dozasının orta AUC-u 5-10 yaşlı uşaqlarda böyüklərə nisbətən təqribən 2 dəfə yüksəkdir.

İstifadəsinə göstərişlər

Aşağıdakı simptomları olan pasiyentlərdə sidik kisəsinin hiperaktivliyinin simptomatik müalicəsi: − Tez-tez sidiyəgetmə. − Usandırıcı sidiyəgetmə (sidiyəgetməyə çağırış). − Sidiyi saxlaya bilməmək.

Əks göstərişlər

Aşağıdakı əlamətlər olan pasiyentlərdə Tolterodinun istifadəsi əks göstərişdir: − Sidiyin ləngiməsi. − Nəzarət oluna bilinməyən bağlıbucaqlı qlaukoma. − Miasteniya qravis (Myasthenia gravis). − Tolterodinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı məlum yüksək həssaslıq. − Ağır xoralı kolit. − Toksiki meqakolon.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pasiyentlərdə aşağıdakı hallar olarsa, Tolterodin ehtiyatla istifadə olunmalıdır: − Sidik kisəsi axacağının güclü obstruksiyası zamanı sidiyəgetmənin ləngiməsi riski. − Mədə-bağırsaq traktının obstruktiv pozğunluqları, o cümlədən pilorik stenoz. − Böyrək çatışmazlığı. − Qaraciyər xəstəliyi. − Avtonom neyropatiya. − Hiatus hernia (qida borusu diafraqmasının yırtığı). − Mədə-bağırsaq traktının hərəki fəaliyyətinin zəifləməsi riski. Təsiredici maddəsi dərhal azad olan tolterodin çoxsaylı oral 4 mq (müalicəvi) və 8 mq (müalicəvi dozadan yüksək) ümumi gündəlik dozaları QTc intervalının uzanmasına səbəb olmuşdur. Bu göstəricilər arasında klinik əlaqə aydın deyildir və hər bir pasiyentdə fərdi olaraq risk faktorlarından və pasiyentin həssaslığından asılıdır. Aşağıdakılar daxil olmaqla QT intervalının uzanmasının risk faktorları olan pasiyentlərdə Tolterodin ehtiyatla istifadə olunmalıdır: − QT intervalının anadangəlmə və ya sənədlə təsdiq edilmiş qazanılmış uzanması. − Hipokaliemiya, hipomaqneziemiya və hipokalsiemiya kimi elektrolit pozğunluğu. − Bradikardiya. − Əvvəllər ürək xəstəliklərinin olması (o cümlədən kardiomiopatiya, miokardın işemiyası, aritmiya, durğunluq ürək çatışmazlığı). − IA sinfi (məs., xinidin, prokainamid) və III sinif (məs., amiodaron, sotalol) antiaritmik dərman vasitələri daxil olmaqla, QT intervalını yüksəldən dərmanlarla eyni zamanda istifadə. Bu, xüsusilə CYP3A4-ün güclü inhibitorlarından istifadə zamanı nəzərə alınmalıdır. CYP3A4-ün güclü inhibitorları ilə birlikdə müalicədən qaçmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

CYP3A4-ün güclü inhibitorları kimi makrolid antibiotiklər (o cümlədən eritromisin və klaritromisin), antifunqal maddələr (o cümlədən ketokonazol və itrakonazol) və antiproteazalar ilə birgə sistem müalicə tövsiyə edilmir, belə ki, CYP2D6-nin aktivliyi qeyri-kafi olan pasiyentlərdə tolterodinin zərdab konsentrasiyasının yüksəlməsi nəticəsində doza həddinin aşılması riski mövcud olur. Antimuskarin xassələrə malik olan digər dərmanlarla birlikdə müalicə terapevtik təsirin və əlavə təsirlərin daha aydın ifadə olunmasına səbəb ola bilər. Əksinə, muskarinəhəssas xolinergik reseptorların aqonistləri ilə eyni zamanda istifadə zamanı tolterodinin müalicəvi təsiri azala bilər. Metoklopramidə və sizapridə oxşar prokinetik təsiri tolterodin zəiflədə bilər. Fluoksetin (CYP2D6-nın güclü inhibitoru) ilə birgə müalicə klinik əhəmiyyətli qarşılıqlı təsirə səbəb olmayacaq, belə ki, tolterodin və onun CYP2D6-dan asılı metaboliti 5-hidroksimetil tolterodin eyni potensiala malikdir. Dərman qarşılıqlı təsirinə dair tədqiqatlar zamanı varfarinlə və ya kombinəolunmuş oral kontraseptivlərlə (etinil estradiol/levonorqestrel) heç bir qarşılıqlı təsir aşkar edilməmişdir. Klinik tədqiqatlarda müəyyən olunmuşdur ki, tolterodin CYP2D6, 2C19, 2C9, 3A4 və ya 1A2-nin metabolik inhibitoru deyildir. Ona görə də tolterodinlə kombinasiya zamanı bu izofermentlər tərəfindən metabolizə olunan dərmanların plazma səviyyələrinin yüksəlməsi gözlənilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Tolterodinin hamilə qadınlarda istifadəsinə dair adekvat məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın reproduktiv toksikliyə malik olduğu müəyyən edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil. Ona görə də Enurezinin hamiləlik dövründə istifadəsi məsləhət görülmür. Laktasiya Tolterodinin ana südünə keçməsinə dair heç bir məlumat yoxdur. Tolterodin laktasiya dövründə istifadə olunmamalıdır. Pediatriyada istifadəsi Uşaqlarda Enurezinin effektivliyi müəyyən edilməmişdir. Ona görə də Enurezinin uşaqlarda istifadə edilməsi tövsiyə olunmur

İstifadə qaydası və dozası

Böyüklər (yaşlılar daxil olmaqla): Qaraciyərin funksional çatışmazlığı və ya böyrəklərin ciddi funksional çatışmazlığı olan pasiyentlər istisna olmaqla (kələf filtrasiya sürəti <30 ml/dəq) tövsiyə olunan doza gündə 2 dəfə 2 mq-dır, qaraciyərin və ya böyrəklərin funksional çatışmazlığı olan pasiyentlər üçün isə tövsiyə olunan doza gündə 2 dəfə 1 mq-dır. Əlavə təsirlər narahatlıq törədərsə, doza gündə 2 dəfə 2 mq-dan 1 mq-a qədər azaldıla bilər. Müalicənin effektivliyi 2-3 aydan sonra yenidən qiymətləndirilməlidir.

Əlavə təsirləri

Farmakoloji təsirlərinə görə tolterodin zəif və orta dərəcəli antimuskarin effektlər (ağızın quruması, dispepsiya və gözlərin quruması kimi) törədə bilər. Aşağıdakı cədvəl Tolterodin tartratla aparılan klinik sınaqlarda və postmarketinq təcrübələrdə alınmış məlumatları əks etdirir. Alınmış məlumatlara görə ən ümumi arzuolunmaz reaksiyalara ağızın quruması aid olmuşdur. Bu, Tolterodin tartrat tabletləri ilə müalicə olunan pasiyentlərin 35%-də və plasebo ilə müalicə olunan pasiyentlərin 10%-də baş vermişdir. Həmçinin, çox ümumi arzuolunmaz təsir kimi, başağrısı barədə məlumat verilmişdir. Bu, Tolterodin tartrat tabletləri ilə müalicə olunan pasiyentlərin 10,1%-də və plasebo ilə müalicə olunan pasiyentlərin 7,4%-də müşahidə edilmişdir. Məlum deyil Qeyri-adi (mövcud məlumatlara Çox ümumi Ümumi ( 1/1000 və görə tezliyini ( 1/10) ( 1/100 və <1/10) <1/100) müəyyən etmək mümkün deyil) Infeksiyalar və invaziyalar Bronxit Immun sistemdə Başqa cür təyin Anafilaktoid pozğunluqlar olunmayan reaksiyalar yüksək həssaslıq Psixi pozğunluqlar Əsəbilik Çaşqınlıq , hallüsinasiyalar, dezorientasiya Sinir sistemində Baş ağrıları Başgicəllənmə, Yaddaş pozğunluqlar yuxuyameyillik, pozğunluğu parestesiya Görmə pozğunluqları Gözlərin quruması, qeyri-normal akkomodasiya daxil olmaqla qeyri-normal görmə Eşitmə və labirint Başgicəllənmə pozğunluqları Ürəkdə pozğunluqlar Ürəkdöyünmə Taxikardiya, ürək çatışmazlığı, aritmiya Damar pozğunluqları Üzə qandolma Mədə-bağırsaq Ağızın Dispepsiya, qəbizlik, Qastro-ezofaqeal pozğunluqları quruması abdominal ağrı, reflüks meteorizm, qusma, diareya Dəridə və dərialtı toxumada Dərinin quruması Angioödem baş verən pozğunluqlar Böyrək və sidiklə bağlı Dizuriya, pozğunluqlar Sidiyin ləngiməsi Ümumi pozğunluqlar Yorğunluq, döş qəfəsində ağrı, periferik ödem Tədqiqatlar Bədən kütləsinin azalması, artması Tolterodin müalicəsindən sonra demensiyanın müalicəsi üçün antixolinesteraz maddələr alan pasiyentlərdə demensiya simptomlarının pisləşməsi (o cümlədən, çaşqınlıq, dezorientasiya, hallüsinasiya) barədə məlumat verilmişdir. Pediatrik pasiyentlər: 12 həftədən artıq müddət ərzində aparılan Iki III faza randomizəolunmuş, plasebo-nəzarətolunan, ikiqat- kor tədqiqatlarda 710 pediatrik pasiyent iştirak etmişdir, pasiyentlərin qruplarına sidik yollarının infeksiyaları, diareya və qeyri-normal davranışı olan pasiyentlər daxil edilmişdir, diareya və qeyri- normal davranış plasebo ilə müqayisədə tolterodinlə müalicə olunan pasiyentlərdə daha yüksək olmuşdur. (sidik yollarının infeksiyası: tolterodin 6,8 %, plasebo 3,6 %; diareya: tolterodin 3,3 %, plasebo 0,9 %; qeyri-normal davranış: tolterodin 1,6 %, plasebo 0,4 %).

Doza həddinin aşılması

Tolterodinin könüllü insanlara verilmiş ən yüksək dozası 12,8 mq birdəfəlik doza olmuşdur. Ən ağır arzuolunmaz hallar akkomodasiyanın pozulması və sidiyəgetmənin çətinləşməsi zamanı müşahidə edilmişdir. Tolterodinin doza həddinin aşılması zamanı mədə yuyulmalı və daxilə aktivləşdirilmiş kömür təyin edilməlidir. Simptomlar aşağıdakılardır: − Güclü mərkəzi antixolinergik effektlər (o cümlədən hallüsinasiyalar, güclü qıcıqlanma): fizostiqminlə müalicə olunur. − Qıcolmalar və ya aşkar oyanıqlıq: benzodiazepinlərlə müalicə olunur. − Tənəffüs çatışmazlığı: süni tənəffüs verməklə müalicə olunur. − Taxikardiya: beta-blokatorlarla müalicə olunur. − Sidiyin ləngiməsi: kateterizasiya ilə müalicə olunur. − Midriaz: pilokarpin göz damcısı ilə müalicə olunur və/və ya pasiyent qaranlıq otağa yerləşdirilir. QT intervalının uzanması tolterodinin dərhal azad olan dərman formasının 8 mq ümumi gündəlik dozasını 4 gündən artıq istifadə etdikdə müşahidə edilmişdir. Tolterodinin doza həddinin aşılması zamanı QT intervalının uzanması zamanı görülməli olan standart dəstəkləyici tədbirləri mənimsəmək lazımdır.

Buraxılış forması

10 tablet, PVX/Al blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə ikiqat karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. Istehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “PHARCO PHARMACEUTİCALS”. Aleksandriya-Qahirə Desert Road KM 31,Aleksandriya, Misir. Tel.: (+203) 4480130 / 140 / 440. Faks: (+203) 4486560 / 4480730.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ENUREZIN 2 MG N20 TAB” üçün ilk rəyi siz yazın.