Enterol 250 mq N10 kapsul

Təsiredici maddə: SACCHAROMYCES BOULARDII
Təsiredici maddəSACCHAROMYCES BOULARDII
Dərman formasıKapsul
Farmakoloji təsirDiareyaəleyhinə mikroorqanizmlər
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsindən istifadə etməzdən öncə, içlik vərəqəsini diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. İçlik vərəqədə yazılan, həkiminizin və ya əczaçının tövsiyəsinə mütləq əməl edin. – İçlik vərəqəni saxlayın, onu təkrar oxumağınıza ehtiyac yarana bilər. – Əlavə məlumat və məsləhətə ehtiyac olduqda əczaçı ilə məsləhətləşin. – Əgər Sizdə əlavə təsirlərdən hər hansı biri (hətta içlik vərəqəsində qeyd olunmayan) müşahidə olunarsa, dərhal həkiminizə və ya əczaçıya müraciət edin – 2 gün istifadədən sonra əgər səhhətinizdə yaxşılaşma qeydə alınmazsa və yaxud pisləşmə müşahidə olunarsa, mütləq həkiminizə müraciət edin. ENTEROL 250 kapsullar ENTEROL 250

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq Saccharomyces boulardii CNCM I-745 (liofilozəolunmuş hüceyrələr) vardır. Köməkçi maddələr:laktoza monohidrat, maqnezium stearat. Kapsulun örtüyü: jelatin, titan dioksid (E171).

Təsviri

Möhtəviyyatı açıq-qəhvəyi rəngli, maya göbələyi qoxusuna malik tozdan ibarət qeyri-şəffaf, ağ jelatin kapsullardır.

Farmakoterapevtik qrupu

Diareyaəleyhinə mikroorqanizmlər. ATC kodu: A07FA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Enterol 250 kapsulunun təsiredici maddəsi – Saccharomyces boulardii CNCM I-745 maya göbəliyidir. Saccharomyces boulardiiCNCM I-745 probiotik olub, orqanizm üçün faydalı mikroorqanizmlərdir. Bağırsaq florası – milyardlarla mikroorqanizmlərdən ibarətdir. Onların normal balansı mədə- bağırsaq traktınında vacib funksiyaları tənzimləyir: həzmdə iştirak edir, infeksiyaya qarşı mübarizə aparır, immuniteti stimullaşdırır və möhkəmləndirir. Lakin bu mikroorqanizmlərin balansı kövrək olub, çoxsaylı amillərin təsirindən asanlıqla pozula bilər: virus və ya bakteriya mənşəli bağırsaq infeksiyaları, bəzi dərmanlar və antibiotiklərin qəbulu, qidalanma rejiminin dəyişməsi və s. səbəbindən həzm sistemində ciddi problemlər, həzm pozğunluqları və ishal yaranır. Farmakokinetikası Enterol 250 kapsulu bağırsaq florası üçün “əvəzedici flora” dərmanı olub, bağırsaq florasının pozulmuş tranzitor balansını kompensasiya etməyə imkan verir.

İstifadəsinə göstərişlər

Uşaqlarda və böyüklərdə kəskin infeksion diareya. Antibiotiklərdən asılı diareyanın müalicəsi və profilaktikası. Clostridium difficile-nin törətdiyi xəstəliklərin residivləşməsinin qarşısını almaq məqsədi ilə vankomisin/metronidazol müalicəsinə əlavə olaraq. Bağırsağın disbakteriozu. Qıcıqlanmış bağırsaq sindromu Uzunmüddətli enteral qidalanma (zondla) nəticəsində yaranan diareya.

Əks göstərişlər

– Saccharomyces boulardii CNCM I-745 maya göbələyinə və ya preparatın hər hansı inqredientinə qarşı allergiya (bax: “Tərkibi”). – Əgər Sizdə mərkəzi venoz kateter varsa (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”). – İmmun sistemi zəifləmiş və ya xəstəxanaya yerləşdirilən xəstələr (ciddi xəstəliklər və ya immunitet sistemini dəyişmiş/zəifləmiş). – Enterol 250 kapsulunun tərkibində laktoza vardır. Bu dərman anadangəlmə qalaktozemiya, qlükoza və qalaktoza malabsorbsiya sindromu, laktaza çatışmazlığından əziyyət çəkən xəstələrə əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

• Göbələyin əllər vasitəsilə daşınaraq kateterə düşməsi və kolonizasiya vermə ehtimalını nəzərə alaraq mərkəzi venoz kateteri olan xəstələrin yanında kapsulu açmaq məsləhət deyil. Çox nadir hallarda mərkəzi venoz kateteri olan və Saccharomyces boulardii CNCM I-745 qəbul etməyən şəxslərdə fungemiyanın (qanda maya göbələkləri) olması haqqında məlumatlar mövcuddur. Belə şəxslərdə hipertermiya müşahidə olunur və qanın analizində Saccharomyces aşkarlanır. Bütün hallarda aparılan antifunqal terapiya qənaətbəxş nəticə vermişdir, lazım gəldikdə kateter çıxarılmışdır. • Bu müalicəni tamamlamaq üçün xüsusi qida pəhrizinə riayət etmək lazımdır: – Rehidratasiya tədbirləri həyata keçirilməli, diareya zamanı itirilən mayeni bərpa etmək üçün bol maye ilə rehidratasiya: duzlu və kəmşirin içəcəklər qəbul etmək (gün ərzində böyüklərin qəbul edəcəyi mayenin orta miqdarı 2 litrdir). – Rasiondan müəyyən qidalar çixarılmalıdır, xüsusilə, meyvə, göyərti, ədviyyatlar, dondurulmuş qida və içkilər. • Aşağıdakı hallar baş verdikdə mütləq həkiminizlə məsləhətləşin: – Dərmanı istifadə edəndən 2 gün sonra səhhətinizdə heç bir yaxşılaşma yoxdursa – Hərarət və qusma varsa – Nəcisdə qan və ya selik müşahidə olunursa – Güclü susuzluq hissi və dilin quruması: bu ishal nəticəsində çoxlu maye itirildiyini və orqanizmdə susuzlaşmanın başlandığını göstərir. Həkiminiz rehidratasiyanın oral və ya venadaxili yolla aparılmasına qərar verməlidir. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri. Hər hansı dərmanı qəbul edirsinizsə və ya yaxın keçmişdə qəbul etmisinizsə, yaxud qəbul edəcəksinizsə, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Oral antifunqal (göbələkəleyhinə) preparatlarla eyni zamanda istifadə etmək olmaz. MAO-inhibitorları ilə birgə istifadə zamanı arterial hipertenziyaya səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə dərmanın istifadəsinə dair kifayət qədər məlumat olmadığından, istifadəsi məsləhət deyil. İstifadə qaydalarına düzgün riayət olunarsa, laktasiya dövründə bu dərman fayda / risk nisbətinin ağırlığı nəzərə alınaraq istifadə olunmalıdır. Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, yaxud hamilə olduğunuzdan şübhələnirsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, dərmanı qəbul etməzdən əvvəl bu haqda həkiminizə və ya əczaçınıza məlumat verin. ENTEROL 250 kapsulları tərkibində laktoza saxlayır. Bu dərman anadangəlmə qalaktozemiya, qlükoza və qalaktoza malabsorbsiya sindromu və ya laktaza çatışmazlığından əziyyət çəkən xəstələrdə əks göstərişdir. Əgər həkiminiz bəzi şəkərlərə qarşı dözümsüzlüyünüz olduğunu bildiribsə, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Oral yolla qəbul olunur. Böyüklər və 6 yaşdan yuxarı uşaqlar: gündə 1-2 dəfə 1-2 kapsul. 6 yaşından kiçik uşaqlara ENTEROL 250 məhlul hazırlamaq üçün tozdan istifadə olunması məsləhət görülür. Tövsiyə olunan müalicə müddəti: Kəskin diareyanın müalicəsi: 3-5 gün. Disbakterioz, xroniki diareya sindromu, qıcıqlanmış bağırsaq sindromunun müalicəsi: 10-14 gün. Antibiotikdən asılı diareyanın və psevdomembranoz kolitin profilaktikası və müalicəsi: ENTEROL 250 kapsulu antibiotiklərlə müalicənin ilk günündən 2 kapsuldan gündə 2 dəfə olmaqla, bütün antibiotikoterapiya kursu müddətində qəbul olunur. Dərmanı həmişə bu içlik vərəqədə yazılan və ya əczaçının Sizə bildirdiyi qaydada qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla dəqiqləşdirin. Kapsulu 1 stəkan su ilə qəbul etmək tövsiyə olunur. Çox isti və ya çox soyuq qida və ya içki ilə qəbul etmək olmaz. Əgər dərmanın qəbulu yaddan çixarsa, növbəti dəfə ikiqat doza qəbul etməyin. 6 yaşdan kiçik uşaqlarda kapsulun udulması problem törədərsə, preparatın digər buraxılış formasından istifadə edin. ENTEROL 250 kapsullarının qida və içkilərlə birgə istifadəsi  Bu dərman canlı mikroorqanizmlərdən ibarət olduğuna görə, dərmanı çox isti (50 C-dən yuxarı), çox soyuq (dondurulmuş) və ya tərkibində alkoqol olan içki və qidalarla qarışdırmaq olmaz. Bu canlı maya göbələklərini öldürə bilər.

Əlavə təsirləri

Bütün dərmanlar kimi bu dərman da bəzi insanlarda əlavə təsir törədə bilər. Nadir hallarda (hər 1000 nəfərdən 1-də) meteorizm müşahidə oluna bilər. Çox nadir hallarda (hər 10000 nəfərdən 1-də): Göbələyin qana nüfuz etməsi (fungemiya); qaşınma, səpgi və angioödem şəklində allergik reaksiyalar, anafilaktik reaksiya və şok qeydə alınmışdır. Bilinməyən tezlikdə: ağır xəstələrdə və ya immuniteti zəif olan xəstələrdə ciddi qan infeksiyası (sepsis) və qəbizlik halları müşahidə olunmuşdur. Hər hansı əlavə təsir müşahidə olunduqda həkiminizə və ya əczaçıya müraciət edin. Bu, içlik vərəqədə qeyd olunmayan hər hansı əlavə təsirlərə də aiddir.

Doza həddinin aşılması

Doza həddinin aşılmasıhallarında heç bir tədbir görməyə ehtiyac yoxdur.

Buraxılış forması

10 kapsul, ağzı polietilen qapaqla örtülü şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

 25 C-dən aşağı temperaturda, günəş şüasından qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biocodex, France. 1, avenue Blaise Pascal-F 60000 Beauvais, France.

Qeydiyyat vəsiqəsinin sahibi

Biocodex Benelux S.A., Belgium. Square Marie Curie 20-1070 Brussels, Belgium.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Enterol 250 mq N10 kapsul” üçün ilk rəyi siz yazın.