Enterofuril 200 mq 90 ml suspenziya

Dərman formasıSuspenziya
Farmakoloji təsirDiareya əleyhinə preparatlar. Mikrob- və iltihab əleyhinə preparatlar. Digər antimikrob vasitələr. Nifuroksazid
İstehsal ölkəsiBosniya və Herseqovina

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ENTEROFURİL 200 mq/5 ml oral suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Nifuroxazide

Tərkibi

Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 200 mq nifuroksazid vardır. Köməkçi maddələr: saxaroza, natrium hidroksid, metilparahidroksibenzoat, etanol 96%, karbomer, susuz limon turşusu, banan ətirləndiricisi, təmizlənmiş su.

Təsviri

Sarı rəngli banan ətirli suspenziyadır.

Farmakoterapevtik qrupu

Diareya əleyhinə preparatlar. Mikrob- və iltihab əleyhinə preparatlar. Digər antimikrob vasitələr. Nifuroksazid. ATC kodu: A07AX03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Nifuroksazid nitrofuran törəməsi olub, mədə-bağırsaq sisteminin infeksiyalarının müalicəsi üçün istifadə edilən geniş spektrli antibakterial maddədir. Bağırsaq infeksiyasını törədən bakteriyaların hüceyrəsində dehidrogenazaların aktivliyini, tənəffüs zəncirini, trikarbon turşusu tsiklini və digər biokimyəvi prosesləri ləngidir. Nifuroksazid mikrob hüceyrəsinin membranını dağıdır, mikroorqanizmlər tərəfindən toksinlərin ifrazını azaldır. Nifuroksazid Campylobacter jejuni, Escherihia coli, Salmonella spp., Shigella spp., Clostridium perfringens, Vibrio cholerae, Vibrio parahaemolytique və Staphylococcus spp. qarşı yüksək aktivdir. Nifuroksazid Citrobacter spp., Enterobacter cloacae və Proteus indologenes qarşı zəif aktivdir. Klebsiella spp., Proteus mirabilis, Providencia spp. və Pseudomonas spp. nifuroksazidə qarşı davamlıdırlar. Nifuroksazid bağırsaq mikroflorasının tarazlığını pozmur. Kəskin bakterial diareyalarda bağırsaq eubiozunu bərpa edir. Bu bakterial enterotrop virus infeksiyalarında superinfeksiyanın əmələ gəlməsinin qarşısını alır. Farmakokinetikası Nifuroksazid daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından sorulmur, bağırsaq boşluğu hüdudlarında yerli təsir göstərir. Nifuroksazid mədə-bağırsaq traktından 20 % dəyişilməmiş halda, qalan hissəsi isə kimyəvi dəyişilmiş halda xaric olur.

İstifadəsinə göstərişlər

Kəskin bakterial diareya (ümumi vəziyyətin pisləşməsi, hərarət, intoksikasiya əlamətləri olmayan vəziyyətlərdə).

Əks göstərişlər

• Nitrofuran törəmələrinə və ya dərmanın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq. • Fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza- izomaltaza çatışmazlığı. • 1 aylığa qədər yenidoğulmuşlar, yarımçıq doğulmuşlar. Alkohol asılılığı, baş beyin və qaraciyər xəstəlikləri varsa preparatın istifadəsi yalnız həkim ilə məsləhətləşdikdən sonra mümkündür.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Diareyanın intensivliyinə və xəstənin vəziyyətinə uyğun olaraq müalicə zamanı venadaxili və ya peroral yolla su-elektrolit balansının tənzimlənməsi məqsədi ilə müalicə aparılmalıdır. 3 yaşadək uşaqların müalicəsi həkim nəzarəti altında olmalıdır. Bakterial diareyalar zamanı ümumi sistem zədələnmə əlamətləri (ümumi vəziyyətin pisləşməsi, hərarət, intoksikasiya və ya infeksiya) olarsa, antibakterial sistem vasitələrin istifadəsi haqqında həkim ilə məsləhət olunmalıdır. Hiperhəssaslıq əlamətləri (təngnəfəslik, qaşınma) baş verdikdə nifuroksazid ilə müalicə dayandırılmalıdır. Nifuroksazidlə müalicə aparıldığı zaman spirtli içkilər qəbul etmək olmaz. ENTEROFURİL® 200 mq/5 ml oral suspenziyanın tərkibində olan metilparahidroksibenzoata qarşı təsadüf hallarda allergik reaksiya ola bilər. ENTEROFURİL® 200 mq/5 ml oral suspenziyanın tərkibində saxaroza olduğundan şəkərli diabetli xəstələrin müalicəsində nəzərə almaq lazımdır. ENTEROFURİL® 200 mq/5 ml oral suspenziyanın 5 ml-də 1000 mq (1 q) saxaroza vardır, bu da 2,5 ml suspenziyada 0,04165 “çörək vahidi” (ÇV), 5 ml suspenziyada 0,0833 “çörək vahidi” (ÇV) saxarozaya müvafiqdir. Suspenziyanı 2,5 ml gündə 2 dəfə qəbul etdikdə saxarozanın sutkalıq dozası 0,0833 ÇV və 2,5 ml gündə 3 dəfə qəbul etdikdə isə 0,125 ÇV təşkil edir. Saxarozanın sutkalıq dozası 5,0 ml gündə 3 dəfə qəbul etdikdə 0,250 ÇV təşkil edir. Saxarozanın sutkalıq dozası 5,0 ml gündə 4 dəfə qəbul etdikdə 0,333 ÇV təşkil edir. Nadir irsi fruktoza dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltaza çatışmazlığı olan xəstələr bu dərmanı istifadə etməməlidirlər. Dərman vasitəsinin tərkibində 1% etanol vardır. Suspenziyanın minimal birdəfəlik dozasında (100 mq nifuroksazid və ya 2,5 ml suspenziya) 0,02 q etanol, maksimal sutkalıq dozasında (800 mq nifuroksazid və ya 5,0 ml suspenziya gündə 4 dəfə) 0,16 q etanol vardır. Dərmanın bir dozasında 1 mmol-dan (23 mq) az natrium vardır, yəni demək olar ki, natrium yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

ENTEROFURİL® 200 mq/5 ml oral suspenziya disulfiramabənzər reaksiyaya səbəb olan və ya MSS-ə tormozlayıcı təsir göstərən dərmanlarla birlikdə istifadə etmək tövsiyə olunmur. Əgər siz hazırda başqa bir dərman vasitəsi qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərman vasitəsi uşaqlar üçün nəzərdə tutulub. Lakin, müstəsna hallarda reproduktiv yaşda olan qadınlar tərəfindən qəbul edilərsə, bunları nəzərə almaq lazımdır: Heyvanlar üzərində tədqiqatlar zamanı teratogen effekt müşahidə olunmamışdır. Klinik tədqiqatlar nifuroksazidin hamilələrdə istifadəsi zamanı inkişaf qüsurları və ya fetotoksik effekt verməsi barədə göstəricilər təqdim etməyiblər. Ona görə də ehtiyat tədbiri olaraq nifuroksazidin hamilələrdə istifadəsindən çəkinmək lazımdır. Laktasiya dövründə qısamüddətli istifadəsi mümkündür. Həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu dərman vasitəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

İstifadə qaydası və dozası

ENTEROFURİL® 200 mq/5 ml oral suspenziya oral istifadə üçün nəzərdə tutulmuşdur. Dozalanma üçün 2,5 ml bölgüsü işarə olunmuş 5,0 ml-lik ölçü qaşığından istifadə olunur. İstifadədən əvvəl suspenziya çalxalanmalıdır. 1-6 aylıq körpələr: gündə 2-3 dəfə 8-12 saatlıq fasilə ilə 100 mq nifuroksazid (2,5 ml suspenziya). Ümumi sutkalıq doza 200-300 mq nifuroksazid təşkil edir. 6 aylıq-3 yaş arası uşaqlar: gündə 3 dəfə 8 saatlıq fasilə ilə 100 mq nifuroksazid (2,5 ml suspenziya). Ümumi sutkalıq doza 300 mq nifuroksazid təşkil edir. 3-6 yaşlı uşaqlar: gündə 3 dəfə 8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5,0 ml suspenziya). Ümumi sutkalıq doza 600 mq nifuroksazid təşkil edir. 6-18 yaşlı uşaqlar: gündə 3-4 dəfə 6-8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5,0 ml suspenziya). Ümumi sutkalıq doza 600-800 mq nifuroksazid təşkil edir. Böyüklər: gündə 4 dəfə 6 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5,0 ml suspenziya). Ümumi sutkalıq doza 800 mq nifuroksazid təşkil edir. Müalicə müddəti 5-7 gündür, 7 gündən artıq davam etməməlidir. Əgər müalicənin ilk 3 günü ərzində yaxşılaşma müşahidə olunmazsa, həkiminiz ilə məsləhətləşin. Dərman vasitəsini təlimata uyğun qəbul edin. Ehtiyac olarsa, dərman vasitəsini qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin.

Əlavə təsirləri

Təsadüfi hallarda dəri səpgisi, övrə, Kvinke ödemi, anafilaktik şok kimi allergik reaksiyalar baş verə bilər. Hər hansı əlavə təsir müşahidə etdikdə, dərhal həkiminizlə əlaqə saxlayın.

Doza həddinin aşılması

Bu dərman vasitəsi ilə zəhərlənmə hallarına rast gəlinməmişdir. Rast gəlinərsə, simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

90 ml suspenziya, kəhraba rəngli şüşə flakonda, müdaxilə olunmadığını bildirən və uşaqların açmasının qarşısını alan plastik qapaq ilə təchiz olunmuşdur. 1 flakon ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon açıldıqdan sonra saxlanma müddəti 14 gündən çox olmamalıdır.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Bosnalijek, Pharmaceutical and Chemical Industry JSC, Bosnia and Herzegovina. Jukiceva 53, Sarajevo 71000, Bosnia and Herzegovina.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Enterofuril 200 mq 90 ml suspenziya” üçün ilk rəyi siz yazın.