ENICIL 0.005% 2.5 ML DAMLA
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Qlaukoma əleyhinə preparatlar və miotiklər, prostaqlandin analoqları |
| İstehsal ölkəsi | Portuqaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,24 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. • İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; • əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. • əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. ENİSİL 0,05 mq/ml göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Latanoprost
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,05 mq latanoprost vardır. Köməkçi maddələr: natrium xlorid, benzalkonium xlorid (konservant), natrium dihidrofosfat monohidrat, susuz dinatrium fosfat, natrium hidroksid və ya xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Steril, şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Qlaukoma əleyhinə preparatlar və miotiklər, prostaqlandin analoqları. ATC kodu: S01EE01.
Farmakoloji xüsusiyyətləri
Enisil, prostaqlandinlərin analoqları qrupundan olan dərman vasitəsidir. Preparat, gözdən təbii mayenin qan dövranına axınını artırır.
İstifadəsinə göstərişlər
Enisil açıqbucaqlı qlaukoma və göz hipertenziyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qeyd edilən hər iki xəstəlik zamanı gözdaxili təzyiq yüksəlir ki, bu da gözlərə mənfi təsir göstərir. Preparat eləcə də bütün yaş qruplarında və körpələrdə yüksəlmiş gözdaxili təzyiqin və qlaukomanın müalicəsində istifadə edilir.
Əks göstərişlər
− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; − hamiləlik və laktasiya dövrü, hamiləliyin planlaşdırılması. Böyüklərdə və uşaqlarda aşağıdakı hallar baş verdikdə preparatdan istifadə etmək olmaz: − göz əməliyyatı keçirdikdə (kataraktanın əməliyyatı daxil olmaqla); − gözlərdə hər hansı problem olduqda (gözlərdə ağrı, qıcıqlanma və ya iltihab, görmənin dumanlanması kimi hallar); − gözlərdə quruluq; − ağır asta və ya nəzarət edilməyən astma; − kontakt linzalardan istifadə edildikdə; − əvvəl və hazırda sadə herpes virusunun (HSV) gözdə törətdiyi infeksiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparat, yalnız böyüklərə (yaşlı pasiyentlər daxil olmaqla) və 18 yaşa qədər uşaqlarda istifadə edilə bilər. Yarımçıq doğulmuş uşaqlarda preparatın istifadəsi tədqiq edilməmişdir. Enisil preparatının tərkibində konservant olan benzalkonium xlorid vardır. Bu konservant gözlərdə qıcıqlanmaya və ya göz səthinin zədələnməsinə səbəb ola bilər. Benzalkonium xlorid kontakt linzalar tərəfindən absorbsiya olunmasına və onların rənginin dəyişməsinə səbəb ola bilər. Bu səbəbə görə preparatla kontakt linzaların təmasda olmasında çəkinmək lazımdır. Pasiyent kontakt linzalardan istifadə etdiyi halda, preparatın istifadəsindən əvvəl onları çıxarmalı və instilyasiyadan 15 dəqiqə sonra yenidən istifafə etməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Enisil digər dərman vasitələrilə eyni vaxtda istifadə edilə bilər. Pasiyent preparatı istifadə etməzdən əvvəl hazırda və ya yaxın zamanlarda qəbul etdiyi və ya qəbul edəcəyi (reseptsiz buraxılan preparatlar da daxil olmaqla) dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Enisil preparatının istifadəsi zamanı qısa müddət ərzində görmənin dumanlanması baş verə bilər. Bu əlamət aradan qalxmayınca, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.
İstifadə qaydası və dozası
Preparatı həkim təyinatı ilə istifadə etmək lazımdır. Preparatın istifadəsi ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla) və uşaqlar üçün adi doza zədələnmiş gözə gündə 1 dəfə 1 damcı təşkil edir. İnstillyasiyanı axşam vaxtı həyata keçirmək məsləhət görülür. Preparatı gün ərzində 1 dəfədən artıq istifadə etmək olmaz, belə ki, bu, müalicənin effektivliyinin azalmasına səbəb ola bilər. Preparatla müalicəni həkimin qərarı olmadan dayandırmaq olmaz. İstifadə qaydası 1. Əlləri yumaq və rahat oturmaq lazımdır. 2. Flakonun qapağı açılır (qapaq saxlanmalıdır). 3. Zədələnmiş gözün alt göz qapağı barmağın köməyilə ehtiyatla aşağı dartılır. 4. Flakonun ucu toxundurmamaq şərtilə gözə yaxınlaşdırırlır. 5. Flakonu astaca elə sıxmaq lazmdır ki, gözə 1 damcı düşsün. Daha sonra alt göz qapağını buraxmaq lazımdır. 6. Barmaqla zədələnmiş gözün küncünə basmaq və gözü yummaq şərtilə 1 dəqiqə saxlamaq lazımdır. 7. Həkim təyinatı olduqda bu addımları digər gözdə də etmək lazımdır. 8. Qapaqla flakonu bağlamaq lazımdır. Enisil ilə eyni vaxtda digər göz damcıları istifadə edildikdə, hər instillyasiyadan sonra ən azı 5 dəqiqə gözləmək lazımdır. Enisil preparatının qəbulu unudulduqda Preparatı öz vaxtında adi qaydada istifadə etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Preparatın istifadəsi üzrə hər hansı sual meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Enisil preparatının istifadəsini dayandırdıqda Pasiyent preparatın istifadəsini dayandırmaq istədikdə, həkimlə məsləhətləşməlidir. Preparatın istifadəsilə bağlı hər hansı sual meydana çıxdıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün digər dərman vasitələrində olduğu kimi preparatın qəbulu zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün pasiyentlərdə təzahür etmir. Çox tez-tez (10 pasiyentdən 1-də): gözün qüzehli qişasında qəhvəyi piqmentin miqdarının dəyişməsi hesabına gözlərin rənginin dəyişməsi. Gözlərdə qarışıq rənglər (göy-qəhvəyi, boz- qəhvəyi, sarı-qəhvəyi və ya yaşıl-qəhvəyi) olduqda, pasiyent gözün rənginin dəyişməsinə, gözləri bir rəngdə (göy, boz, yaşıl və ya qonur) olan şəxslərə nisbətən daha tez məruz qalır. Gözlərin rəngində istənilən dəyişiklik 1 il davam edə bilər, adətən bu, müalicədən sonra 8 ay ərzində müşahidə edilir. Gözlərin rənginin dəyişməsi geridönməyən ola və preparat, yalnız bir gözdə istifadə edildikdə, daha aydın nəzərə çarpa bilər. Preparatı istifadəsi dayandırıldıqdan sonra gözlərin rənginin dəyişməsi prosesi dayanır. Gözlərin qızarması, müxtəlif qıcıqlanmalar (yanma hissiyyatı, qaşınma, gözdə yad cisim hissiyyatı), preparat istifadə edilən gözün kirpiklərində tədricən dəyişiklik və göz ətrafında xırda tüklərin yaranması. Bu dəyişiklikər, əsasən, yapon mənşəli şəxslərdə baş verir və dəyişikliklər özündə kirpiklərin uzunluğunu, qalınlığını və sıxlığını birləşdirir. Tez-tez (10 pasiyentdən 1-də): göz səthinin zədələnməsi, göz qapaqlarının iltihabı (blefarit), gözlərdə ağrı və işığa həssaslıq (işıqdan qorxma). Bəzən (100 pasiyentdən 1-də): göz qapaqlarının qıcıqlanması, gözlərdə quruluq, iltihab və ya qıcıqlanma (keratit), görmənin dumanlanması, konyunktivit, dəri səpgisi. Nadir hallarda (1000 pasiyentdən 1-də): qüzehli qişanın iltihabı, irit/uveit, torlu qişanın ödemi (makulyar ödem), şişmə və ya zədələnmə simptomları/göz səthinin zədələnmsi, göz ətrafının ödemi (periorbital ödem), kirpiklərin istiqamətinin dəyişməsi və ya kirpiklərin əlavə sırası, göz qapaqlarında reaksiyalar, göz qapaqlarının tündləşməsi, astma, astmanın kəskinləşməsi, təngnəfəslik. Çox nadir hallarda (10000 pasiyentdən 1-də): ürək xəstəlikləri olan pasiyentlərdə stenokardiya, sinədə ağrı, qüzehli qişanın kistası, baş ağrısı, başgicəllənmə, ürək döyünmə hissiyyatı, əzələ ağrısı, oynaqlarda ağrı, gözdə sadə herpes virusunun (HSV) törətdiyi viruslu infeksiyanın inkişafı. Uşaqlarda ən çox yayılmış əlavə təsir qaşınma və qızdırmadır. Əlavə təsirlər haqqında məlumatın verilməsi Pasiyentdə, içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir yarandıqda, həkimə və ya əczaçıya müraciət etməlidir. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.
Doza həddinin aşılması
Preparatdan məsləhət görülən dozadan artıq istifadə edildikdə, bu, gözlərdə əhəmiyyətsiz dərəcədə qıcıqlanmaya və qızartıya səbəb ola bilər. Bu hal ötüb keçəndir, lakin pasiyent narahatlıq hiss etdikdə həkimə müraciət etməlidir. Preparat daxilə qəbul edildikdə dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
2,5 ml məhlul damcısalanı olan flakonda. 1, 3 və ya 6 flakon içlik vərəqə ilə birlikə karton qutuya qablaşdırılır. Satışda bütün buraxılış formaları olmaya bilər.
Saxlanma şəraiti
Açılmamış flakonu 2-8ºС temperaturda soyuducuda saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullantılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarını atmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.
Yararlılıq müddəti
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratorio Edol- Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A. 2795-225 Lidina-a-Velha, Portuqaliya. Rafarm S.A. Thesi Pousi-Xatzi Agiou LOUKA-Attiki, TK19002, Yunanıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
Rich Pharma LP. Summit House, 4-5 Mitchel street, Edinburgh, EH67BD, Birləşmiş Krallıq.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.