Emoproks 1 % 5 ml göz damcısı

Təsiredici maddə: EMOXYPINE
Təsiredici maddəEMOXYPINE
Dərman formasıDamcı
Farmakoloji təsirOftalmologiyada istifadə edilən vasitələr. Göz xəstəliklərinin müalicəsi üçün digər preparatlar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,24 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EMOPROKS 1% göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Methylethylpiridinol

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq metiletilpiridinol hidroxlorid vardır. Köməkçi maddələr: dinatrium fosfat dodekahidrat, kalium dihidrofosfat, hipromelloza, natrium benzoat, susuz natrium sulfit, inyeksiya üçün su.

Təsviri

Şəffaf və ya azacıq opalessensiyaedici, rəngsiz və ya qəhvəyi sarımtıl rəngli məhluldur.

Farmakoterapevtik qrupu

Oftalmologiyada istifadə edilən vasitələr. Göz xəstəliklərinin müalicəsi üçün digər preparatlar. ATC kodu: S01XA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Angioprotektordur, kapilyarların keçiriciliyini azaldır və damar divarını bərkidir, antioksidant, antihipoksant və antiaqreqant təsirə malikdir. Sərbəstradikallı prosesləri effektiv inhibə edir, membranstabilləşdirici təsirə malikdir, hüceyrə membranında lipidlərin peroksid oksidləşməsinə mane olur. Oksigen çatışmazlığında toxuma- ların davamlılığını artırır. Qanın laxtalanma sisteminə yaxşı təsir göstərir: trombositlərin aqre- qasiyasını tormozlayır, koaqulyasiyanın ümumi indeksini azaldır, qanın laxtalanma vaxtını uzadır. Fibrinoliz prosesini gücləndirir. Retinoprotektor xüsusiyyətə malikdir, torlu qişanı və gözlərin digər toxumalarını yüksək inten- sivliyə malik işığın zədələyici təsirindən müdafiə edir, gözdaxili qansızmanın sorulmasına səbəb olur, gözlərin mikrosirkulyasiyasını yaxşılaşdırır. Buynuz qişada reparativ prosesləri stimulə edir (o cümlədən, əməliyyatdan və travmadan sonra). Farmakokinetikası Emoproks göz damcısının istifadəsi zamanı təsiredici maddə bioloji aktiv konsentrasiyada sistem qan dövranına daxil olmur. Göz toxumasında terapevtik konsentrasiya bir dəfə damıxdırmadan sonra əldə edilir. Metiletilpiridinol orqan və toxumalarda toplanmır. İlk iki saat ərzində metiletilpiridinol qanda tez zamanda azalır, 24 saatdan sonra dərman vasitəsi qanda olmur. Göz toxumasında metiletilpiridinolun konsentrasiyası qana nisbətən yüksəkdir.

İstifadəsinə göstərişlər

Preparat aşağıdakı hallarda istifadə edilir: – iltihabın müalicəsi və profilaktikası və buynuz qişanın yanıqları; – gözün ön kamerasının qansızmasının müalicəsi; – yüksək dərəcəli miopatiya halında torlu qişanın distrofik dəyişiklikləri, diabetik retinopatiya; – kontakt linzalardan istifadə zamanı buynuz qişanın müdafiəsi; – yüksək intensivlikli işığın təsiri zamanı torlu qişanın müdafiəsi (lazer və günəş yanıqları, lazerokoaqulyasiya); – yaşlı pasiyentlərdə skleraya qansızmanın profilaktikası və müalicəsi.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – hamiləlik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Digər oftalmoloji dərman vasitələrinin istifadəsinə ehtiyac olduqda, əvvəlki dərman vasitələri tam sorulduqdan sonra Emoproksu axırıncı damızdırmaq lazımdır (ən azı 10-15 dəqiqədən sonra).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrinin istifadəsi fonunda metiletilpiridinolun istifadəsi zamanı neqativ təzahürlər qeyd edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Emoproksun istifadəsi əks göstərişdir. Laktasiya dövründə göstərişlər üzrə preparatın istifadəsi mümkündür (ehtiyatla). Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsindən sonra görmə itiliyi müvəqqəti itən pasiyentlər yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinməlidirlər.

İstifadə qaydası və dozası

Yalnız yerli istifadə edilir. Preparat gündə 2-3 dəfə 1-2 damcı konyunktival kisəyə damızdırılır. Müalicə kursunun müddəti xəstəliyin gedişindən (adətən 3-30 gün təşkil edir) asılıdır və həkim tərəfindən müəyyən edilir. Ehtiyac olduqda və yaxşı keçiricilik zamanı müalicə kursu 6 ayadək uzadıla bilər. Müalicə kursu ildə 2-3 dəfə təkrar edilə bilər. Flakonun möhtəviyyatının mikrobla çirklənməsinin qarşısını almaq üçün damcısalanın ucunun hər hansı səthə toxunmasından çəkinmək lazımdır. Uşaqlar Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Emoproks preparatının istifadəsinin effektivliyi və təhlükəsizliyi möəyyən edilməyib, bu səbəbə görə bu qrupdan olan pasiyentlərdə Emoproksu istifadə etmək məsləhət görülmür.

Əlavə təsirləri

Yanma hissi, qaşınma, konyunktivanın qısamüddətli hiperemiyası, nadir hallarda-yerli allergik reaksiyalar baş verə bilər. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər təzahür etdikdə və ya bu içlik vərəqədə qeyd edilməyən arzuolunmaz təsirlərin yaranması zamanı müvafiq milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları qeyd edilməyib.

Buraxılış forması

5 ml məhlul, tıxac-damcıladıcısı olan fırlanan qoruyucu qapaqlı, qoruyucu halqa ilə təchiz edilmiş polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon açıldıqdan sonra preparat 28 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Vörld Medisin İlaç San. ve Tic. A.Ş.”, Türkiyə. Ticarət nişanın və qeydiyyat vəsiqəsinin sahibi Vörld Medisin Ophthalmics İlaçları Ltd. ŞTİ.”, Türkiyə. Ünvan 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Emoproks 1 % 5 ml göz damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar