ELIPA 10 ML DAMCI

Dərman formasıDamcı
Farmakoloji təsirOftalmologiyada istifadə olunan preparatlar. Qeyri-steroid iltihab əleyhinə dərman preparatları
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,66 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. • İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; • əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin; • bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. • əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. ELİPA 5 mq/ml göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Ketorolac trometamol

Tərkibi

Təsiredici maddə:1 ml məhlulun tərkibində 5 mq ketorolak trometamin vardır Köməkçi maddə: natrium xlorid, dinatrium edetat, benzalkonium xlorid, inyeksiya üçün su, natrium hidroksid və ya xlorid turşusu.

Təsviri

Steril, şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Oftalmologiyada istifadə olunan preparatlar. Qeyri-steroid iltihab əleyhinə dərman preparatları ATC kodu: S01BC05.

Farmakoloji xüsusiyyətləri

Elipa, 1 ml məhlulun tərkibində 5 mq (5 mq/ml) ketorolak trometamin olan göz damcısıdır. Ketorolak trometamin, qeyri-steroid iltihab əleyhinə maddə olub, sistem istifadə zamanı ağrıkəsici, iltihab əleyhinə və qızdırmasalıcı təsir göstərir. Təsir mexanizmi prostaqlandinlərin biosintezini inhibə etmə qabiliyyəti ilə əlaqədardır. Ketorolak trometaminin okulyar istifadəsi, sulu nəmin tərkibində E2 prostaqlandinin səviyyəsini azaldır. Prostaqlandinlər gözün iltihabını induksiyalaşdırır, onun iştiraki vazodilatasiyaya və damar keçiriciliyinin artmasına, leykotaksisə, gözdaxili tonusun artmasına və qan-su baryerinin dağılmasına səbəb olur. Prostaqlandinlər göz cərrahiyyəsi zamanı qüzehli qişanın sfinkterini daraldaraq, bəbəyin miotik cavabı üçün cavbdehlik daşıyır.

İstifadəsinə göstərişlər

Elipa, prostaqlandinlərin biosintezinin inhibə edilməsi lazım olan bütün iltihabi oftalmoloji hallarda istifadə edilir (xüsusilə, ağrının və əməliyyatdan əvvəlki və posttravmatik iltihabi reaksiyalara nəzarət zamanı). Preparat eyni zamanda əməliyyatdaxili miozun inhibə edilməsində və iltihabın və kataraktanın əməliyyatından sonra makulanın kistoz ödeminin qarşısının alınmasında istifadə edilir. Preparat, eləcə də mövsümi allergik konyunktivit daxil olmaqla, allergik konyunktivitin simptomatik müalicəsində təyin edilir.

Əks göstərişlər

− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq − asetilsalisil turşusu və digər qeyri-steroid iltihab əleyhinə preparatlarla çarpaz həssaslıq ehtimalı mövcuddur. Elipa, əvvəllər bu preparatlara qarşı hiperhəssaslıq göstərən pasiyentlərə əks göstərişdir − preparatı kontakt linzalarla eyni vaxtda istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Elipanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Elipa preparatını kontakt linzalarla eyni vaxtda istifadə etmək olmaz. Kontakt linzalardan istifadə edən pasiyentlər Elipa ilə müalicə dövründə eynəkdən istifadə etməlidirlər. Preparatdan istifadə edən, qanaxmaya meyilli olan və ya antikoaqulyantlarla terapiya alan pasiyentlərdə ehtiyat tədbirlərindən istifadə etmək məsləhət görülür. Preparatdan istifadə, gözlərin qıcıqlanmasına səbəb ola bilər. Bu səbəbə görə preparatı istifadə etməzdən kontakt linzaları çıxarmaq və instilyasiyadan ən azı 15 dəqiqə sonra istifadə etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent preparatı qəbul etməzdən əvvəl hazırda qəbul etdiyi, son zamanlar qəbul etdiyi və ya gələcəkdə qəbul edəcəyi bütün digər dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir. Elipa preparatı, oftalmoloji preparatlarla və antibiotiklərlə, sedativ vasitələrlə, β-blokatorlarla, karboanhidrazanın inhibitorları ilə, miotiklərlə, midriatiklərlə, sikloplegik preparatlarla və kortikosteroidlər kimi sistem dərman vasitələri ilə eyni vaxtda istifadə edildikdə orqanizm tərəfindən yaxşı qəbul edilir. Hemorragik həssaslığı olan və ya antikoaqulyant terapiya alan pasiyentlər preparatdan istifadə edərkən nəzarət altında olmalıdırlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Elipanı laktasiya dövründə istifadə etmək məsləhət görülmür. Ketorolak trometamin sistem yeridilmədən sonra ana südü ilə xaric olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir. Qısamüddətli olaraq görmənin bulanıqlaşması mümkündür. Belə hallarda görmə tam aydınlanana qədər nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmlər idarə olunmamalıdır. İstifadə qaydası və dozaı Preparatı həkim təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Məsləhət görülən doza Əməliyyata hazırlıq zamanı: cərrahi müdaxilədən iki saat əvvəl hər yarım saatdan bir göz almasına 1 damcı təyin edilir (cəmi 4 damcı). Əməliyyatdan sonrakı dövrdə: tibbi kriteriyalardan asılı olaraq doza 3 həftə ərzində müəyyən edilir. Digər göstərişlərdə: məsləhət görülən adi doza göz almasına gündə 4 dəfə 1 damcı təşkil edir. Həkim məsləhəti olmadan müalicə bir həftədən artıq davam etməməlidir. 12 yaşa qədər uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyən edilməmişdir. Preparatın flakonunu başqa məqsədlə istifadə etmək olmaz. Preparatın istifadəsi unudulduqda Preparatın bir və ya bir neçə dozası ötürüldükdə, aşağıdakı tədbirlər həyata keçirilir: − növbəti dozanın istifadəsinə uzun zaman qaldığı halda, ötürülmuş dozanı dərhal qəbul etmək lazımdır. Bundan sonra preparat adi qaydada istifadə edilir; − növbəti dozanın vaxtı yaxınlaşdığı halda, preparatı öz vaxtında istifadə etmək lazımdır. Bundan sonra preparat adi qaydada istifadə edilir. Unudulan dozanın əvəzinə ikiqat doza istifadə etmək olmaz.

Əlavə təsirləri

Bütün digər dərman vasitələrində olduğu kimi preparatın istifadəsi zamanı əlavə təsirlər yarana bilər, lakin bu reaksiyalar bütün pasiyentlərdə təzahür etmir. Çox nadir hallarda allergik konyunktiviti olan pasiyentlərdə instilyasiya zamanı gözlərdə və göz qapaqlarında yanğı hissi yarana bilər. Eləcə də, allergik reaksiyalar, okulyar qıcıqlanma, səthi göz infeksiyaları və səthi keratit barədə məlumat verilmişdir. İnstilyasiyadan sonra görmə aydın olmaya bilər. Digər mümkün əlavə təsirlər aşağıdakılardır: qrip, ürəkbulanma, qusma və qansızma. Baş verən əlavə təsirlər narahatlıq verdikdə və ya uzun müddət davam etdikdə həkimə müraciət etmək lazımdır. Pasiyent, eləcə də gözlənilməyən və ya qeyri-adi əlavə təsir yarandıqda, həkimə müraciət etməlidir. Əlavə təsirlər haqqında məlumatın verilməsi Pasiyentdə, içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir yarandıqda, həkimə və ya əczaçıya müraciət etməlidir. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.

Doza həddinin aşılması

Oftalmoloji istifadə üçün doza həddinin aşılması müəyyən edilməmişdir.

Buraxılış forması

10 ml məhlul, damcısalanı olan aşağı sıxlıqlı polietilendən ibarət steril flakonda. məhlul damcısalanı olan steril flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullatılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarını atmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Flakon açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Edol-Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A 2795-225 Linda-a-Velha, Portuqaliya.

Qeydiyyat vəsiqəsinin sahibi

Rich Pharma LP. 4-5 Mitchell street, Summit House EH67BD, Birləşmiş Krallıq.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ELIPA 10 ML DAMCI” üçün ilk rəyi siz yazın.