Egilok 100 mq N60 tablet

Dərman formasıTablet
Farmakoloji təsirSelektiv beta-adrenoblokatorlar, selektiv beta1-adrenoblokatorlar, metoprolol
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,83 

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EQİLOK 25 mq; 50 mq; 100 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metoprolol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq, 50 mq və ya 100 mq metoprolol tartrat vardır. Köməkçi maddələr:maqnezium stearat, susuz kolloidal silisium dioksid, natrium nişastaqliklyat (A tipi), mikrokristallik sellüloza.

Təsviri

Eqilok 25 mq Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində xaçabənzər bölünmə xətti və ikili kəsiyi olan (“ikili, çarpaz”) və digər tərəfində üslüblaşdırılımış «Е» hərfi və 435 nömrəsi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletlərdir. Xaçabənzər bölünmə xətti tableti iki bərabər dozaya bölmək üçün nəzərdə tutulmamışdır. Eqilok 50 mq Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, bir tərəfində xətt və digər tərəfində üslüblaşdırılımış «Е» hərfi və 434 nömrəsi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletlərdir. Bölünmə xətti, yalnız qəbulu asanlaşdırmağa xidmət edir. Onun köməyilə tableti iki bərabər dozaya bölmək olmaz. Eqilok 100 mq Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, iti kənarlı, bir tərəfində xətt və digər tərəfində üslüblaşdırılımış «Е» hərfi və 432 nömrəsi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletlərdir. Bölünmə xətti, yalnız qəbulu asanlaşdırmağa xidmət edir. Onun köməyilə tableti iki bərabər dozaya bölmək olmaz.

Farmakoterapevtik qrupu

Selektiv beta-adrenoblokatorlar, selektiv beta1-adrenoblokatorlar, metoprolol. ATC kodu: C07AB02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Metoprolol kardioselektiv  -blokatordur, o,  -reseptorları ilə müqayisədə əhəmiyyətli dərəcədə1 2 aşağı dozalarda  -reseptorlarını blokada edə bilir. Metoprolol özü simpatomimetik və ya membran1 stabilləşdirici təsirə malik deyil. Təsir mexanizmi və farmakodinamik təsirləri Metoprolol simpatik sinir sisteminin yüksək aktivliyinin ürəyə təsirini inhibə edir, həmçinin fiziki və zehni yüklənmə və stress zamanı ürək ritminin tezlyinin, yığılma qabiliyyətinin, dəqiqə həcminin və arterial təzyiqinin sürətlə azalmasına səbəb olur. Endogen adrenalinin yüksək səviyyəsi zamanı metoprolol qeyri-selektiv beta-blokatorlarla müqayisədə arterial təzyiqə daha az təsir göstərir. Lazım gəldikdə, metoprolol β -aqonist ilə2 kombinasiyada obstruktiv ağciyər xəstəlikləri olan pasiyentlərə təyin edilə bilər. Terapevtik dozalarda metoprolol qeyri-selektiv β-blokatorlarla müqayisədə β -aqonistlərin bronxodilatator2 təsirinə daha az təsir göstərir. Qeyri-selektiv beta-blokatorlarla müqayisədə metoprolol insulinin yaranmasına və karbohidrat mübadiləsinə daha az təsir göstərir. Preparat hipoqlikemiyaya ürək-damar reaksiyalarını əhəmiyyətli dərəcədə dəyişdirmir və hipoqlikemik tutmalarının müddətini artırmır. Klinik effektivlik və təhlükəsizlik Qısamüddətli klinik tədqiqatlarda metoprololun triqliseridlərin səviyyəsini əhəmiyyətsiz dərəcədə artırdığı və qan plazmasında sərbəst yağ turşularının səviyyəsinin əhəmiyyətsiz dərəcədə aşağı saldığı aşkar edilmişdir. Bəzi hallarda YSLP səviyyəsində əhəmiyyətsiz dərəcədə azalma müşahidə edilmişdir. Bu azalma qeyri-selektiv β-blokatorlarla müqayisədə daha az nəzərəçarpandır. Bununla belə, uzunmüddətli tədqiqatda metoprolol ilə bir neçə il müalicədən sonra xolesterinin səviyyəsində statistik əhəmiyyətli azalma müşahidə edilmişdir. Metoprolol ilə müalicə zamanı həyat keyfiyyəti dəyişməmişdir və ya yaxşılaşmışdır. Miokard infarktından sonra metoprolol ilə müalicə həyat keyfiyyətini yaxşılaşdırmışdır. Hipertenziya zamanı ayaq üstə və uzanıq vəziyyətdə olan pasiyentlərdə arterial təzyiqi aşağı salır. Metoprolol ilə müalicənin başlanğıcında periferik damar müqavimətində qısamüddətli (bir neçə saat davam edən), klinik cəhətdən əhəmiyyətsiz yüksəlmə müşahidə edilmişdir. Preparatın uzunmüddətli hipotenziv təsiri ümumi periferik damar müqavimətinin tədricən azalması ilə əlaqələndirilir. Hipertenziya zamanı preparatın uzunmüddətli istifadəsi sol mədəciyin kütləsinin statistik əhəmiyyətli azalmasına və onun dolma və diastolik funksiyasının yaxşılaşmasına səbəb olur. Orta və ya mülayim dərəcəli hipertenziyası olan kişilərdə metoprolol ürək-damar xəstəlikləri (ilk növbədə qəfil ölüm, ölümə səbəb olan və olmayan miokard infarktları və insultlar) səbəbindən ölüm hallarını azaldır. Digər beta-blokatorlar kimi, metoprolol da sistem arterial təzyiqi, ürək yığılmalarının tezliyini və miokardın yığılma qabiliyyətini azaltmaqla miokardın oksigenə tələbatını azaldır. Ürək yığılmalarının tezliyini azaltmaqla və diastolanın müvafiq olaraq uzanması ilə metoprolol, qan axını pozulmuş miokardın nahiyələrində qan təchizatını və oksigenləşməni yaxşılaşdırır. Stenokardiya zamanı, yuxarıda göstərilən məlumatlara əsaslanaraq, preparat tutmaların sayını, müddətini və ağırlığını və işemiyanın asimptomatik təzahürlərini azaldır, həmçinin pasiyentin fiziki fəaliyyətini yaxşılaşdırır. Miokard infarktı zamanı metoprolol qəfil ölüm riskini azaltmaqla, ölüm hallarını azaldır. Bu təsir ilk növbədə mədəcik fibrillyasiya epizodlarının qarşısının alınması ilə bağlıdır. Bu təsirin iki mexanizmi vardır: (1) azan sinirin mərkəzi stimulyasiyası miokardın elektrik sabitliyinə faydalı təsir göstərir, (2) simpatik sinir sisteminin təsirlərinin blokadası miokardın yığılma qabiliyyətini, ürək yığılmalarının tezliyini və arterial təzyiqi azaldır. Metoprololun həm erkən, həm də gec fazalarda, eləcə də yüksək riskli pasiyentlərdə (ürək-damar xəstəliklərindən əziyyət çəkən) və diabet pasiyentlərində istifadəsi zamanı ölüm hallarının azalması müşahidə olunur. Miokard infarktından sonra preparatın istifadəsi ölümlə nəticələnməyən təkrar infarktın ehtimalını azaldır. Aritmiya zamanı (supraventrikulyar taxikardiya, atrial fibrillyasiya və mədəcik ekstrasistoliyası) metoprolol mədəciklərin yığılma tezliyini və mədəcik ekstrasistollarının sayını azaldır. Metoprolol, ürəkdöyünmə ilə müşayiət olunan ürəyin funksional pozğunluqların müalicəsi üçün istifadə edilə bilər. Metoprolol miqren tutmalarının profilaktikası üçün istifadə edilə bilər. Hipertireoz zamanı metoprolol xəstəliyin klinik təzahürlərini azaldır, və bu səbəbdən əlavə terapiya kimi istifadə oluna bilər. Farmakokinetikası Sorulması Metoprolol mədə-bağırsaq traktından sürətlə və tamamilə sorulur. Qidanın eyni vaxtda qəbulu metoprololun biomənimsənilməsini 30-40% artıra bilər. Paylanması Maksimal plazma konsentrasiyası qəbul edildikdən 1,5-2 saat sonra əldə edilir. Preparatın plazma səviyyələrində əhəmiyyətli fərdi dəyişikliklərə baxmayaraq, hər bir fərdi pasiyentdə bu fərqlər əhəmiyyətsizdir. Absorbsiyadan sonra metoprolol qaraciyərdə əhəmiyyətli dərəcədə ilk keçid metabolizminə məruz qalır. Birdəfəlik qəbulu zamanı metoprololun biomənimsənilməsi təqribən 50%, təkrar qəbulu zamanı isə təxminən 70% təşkil edir. Metoprolol plazma zülalları ilə əhəmiyyətsiz dərəcədə (təxminən 5-10%) bağlanır. Metoprolol toxumalarda geniş paylanır və yüksək paylanma həcminə malikdir (5,6 l/kq). Biotransformasiyası Metoprolol qaraciyərdə CYP2D6 sitoxrom P-450 izofermenti vasitəsilə metabolizmə uğrayır. Metabolitlərinin klinik əhəmiyyəti yoxdur. Xaric olması Orta yarımxaricolma dövrü (t ) 3,5 saat təşkil edir (1 saatdan 9 saata qədər). Preparatın ümumi1/2 klirensi təxminən 1 l/dəq təşkil edir. Qəbul edilən dozanın təqribən 95%-i sidikdə, 5%-i dəyişməmiş metoprolol şəklində xaric olunur. Bəzi hallarda axırıncı göstərici 30%-ə qədər ola bilər. Yaşlı pasiyentlərdə metoprololun farmakokinetikasında əhəmiyyətli dəyişikliklər müəyyən edilməmişdir. Xəttilik/qeyri-xəttilik Terapevtik doza diapazonunda preparat xətti farmakokinetika ilə xarakterizə olunur. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlərdə metoprololun farmakokinetikasında əhəmiyyətli dəyişikliklər yoxdur. Böyrək funksiyasının pozğunluğu metoprololun sistem biomənimsənilməsinə və ya xaric olmasına təsir göstərmir. Lakin bu hallarda metabolitlərin ekskresiyasınınm azalması müşahidə olunur. Ağır böyrək çatışmazlığı zamanı (YFS ˂5 ml/dəq) metabolitlərin əhəmiyyətli dərəcədə yığılması müşahidə olunur. Bununla belə, metabolitlərin yığılması beta-adrenergik blokadanın dərəcəsini artırmır. Qaraciyər funksiyasının pozğunluğu metoprololun farmakokinetikasına əhəmiyyətsiz dərəcədə təsir göstərir. Bununla belə, ağır qaraciyər sirozu zamanı və portokaval şuntlama tətbiq edildikdən sonra biomənimsənilməsi arta bilər və ümumi klirens azala bilər. Portokaval şuntlamadan sonra preparatın ümumi klirensi təxminən 0,3 l/dəq təşkil edir və konsentrasiya-zaman əyrisi altındakı sahə sağlam insanlarla müqayisədə təxminən 6 dəfə artır. Kilinkaya qədər təhlükəsizlik tədqiqatları Müxtəlif heyvan növlərində aparılan tədqiqatlarda metoprololun terapevtik dozalarının uzunmüddətli istifadəsindən sonra toksik əlamətlər aşkar edilməmişdir. Siçanlar və siçovullarda kanserogen təsirlərin öyrənilməsi kanserogen təsirləri aşkar etməmişdir. Mutagenlik və teratogenlik tədqiqatları zamanı heyvanlarda heç bir effekt aşkar edilməmişdir.

İstifadəsinə göstərişlər

Arterial hipertenziya Monoterapiya və ya ehtiyac olduqda digər hipotenziv preparatlarla eyni vaxtda istifadə edilir; hipertenziyalı pasiyentlərdə ürək-damar və koronar xəstəliklərə qarşı ölüm halını (o cümlədən, qəflətən ölüm tezliyini) azaldır. Stenokardiya Preparatı monoterapiya və digər antianginal vasitələrlə eyni vaxtda istifadə etmək olar. Dəstəkləyici terapiya Miokard infarktından sonra ikincili profilaktika üçün. Ürək ritminin pozulması (sinus taxikardiyası, supraventrikulyar taxikardiya, mədəcik ekstrasistolası). Hipertireoz (ürək ritminin tezliyinin azalması büçün). Miqren tutmasının profilaktikası. Ürəkdöyünmə ilə ürəyin funksional pozuntusu.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya digər beta-blokatorlara qarşı yüksək həssaslıq. II və ya III dərəcəli atrioventrikulyar blokada. Dekompensasiyalı ürək çatışmazlığı (ağciyər ödemi, hipoperfuziya və hipotoniya ilə). Klinik təzahürlü sinus bradikardiyası. Sinus düyünün zəifliyi sindromu. Şok (kardiogen). Periferik arterial qan dövranının ağır pozuntusu. Məhdud klinik məlumatlara görə metoprolol miokard infarktı zamanı aşağıdakı hallarda əks göstərişdir: – ürək yığılmasının tezliyi dəqiqədə 45 döyüntüdən az olduqda; – P-Q intervalı 240 msan; – Sistolik arterial təzyiq 100 mm civə sütunundan aşağı. İnotrop vasitələrlə (beta-aqonistlər) müntəzəm və ya periodik müalicəyə ehtiyacı olan pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Metoprolol qəbul edən pasiyentrdə anafilaktik şok daha ağır ola bilər. Çox nadir hallarda, əvvəlcədən mövcud olan yüngül atrioventrikulyar keçirici pozğunluqlar, bəzən atrioventrikulyar blokadanın inkişafı ilə ağırlaşa bilər. Proqressiv bradikardiya baş verdikdə, doza azaldılmalı və ya preparatın qəbulu dayandırılmalıdır. ® ® Egilok preparatının qəbulunu qəflətən dayandırmaq olmaz. Egilok , gündəlik 25 mq dozaya çatana qədər təxminən 14 gün ərzində tədricən dozanın azaldılması ilə dayandırılmalıdır. Preparatın qəbulunun qəfil dayandırılması stenokardiya simptomlarını gücləndirə və koronar pozğunluq riskini artıra bilər. Koronar arteriya xəstəliyi olan pasiyentlər preparatın qəbulunun ləğvi zamanı xüsusi diqqət tələb edir. Kardioselektiv beta-blokatorların qeyri-selektiv beta-blokatorlarla müqayisədə tənəffüs funksiyasına daha zəif təsir göstərməsinə baxmayaraq, mümkün olduqda, onları tənəffüs yollarının xroniki obstruktiv xəstəlikləri olan pasiyentlərə təyin etməmək tövsiyə olunur. Bronxial astması olan pasiyentlərə metoprolol təyin etmək zərurəti yarandıqda,  -aqonistlərin (tabletlər və/və ya aerozol2 şəklində) eyni vaxtda yeridilməsi və ya əvvəllər istifadə olunmuş  -aqonistlərin dozasının2 dəyişdirilməsi tələb oluna bilər. Selektiv beta-blokatorların nisbətən nadir hallarda karbohidrat mübadiləsinə təsir göstərməsinə və ya hiperqlikemiyanın simptomlarını maskalamasına baxmayaraq, Egilok preparatının təyini zamanı şəkərli diabet pasiyentləri karbohidrat mübadiləsinin vəziyyətini daha tez-tez yoxlamalı və lazım olduqda insulinin və ya peroral diabet əleyhinə preparatların dozasını dəqiqləşdirməlidirlər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Feoxromositoma olan pasiyentlərin müalicəsi zamanı metoprolol alfa-bblokatorlarla birlikdə istifadə olunmalıdır. Anestezioloqa hər hansı bir cərrahi əməliyyatdan əvvəl pasiyentin metoprolol qəbul etdiyi barədə xəbərdarlıq edilməlidir, lakin Egilok ilə müalicəni dayandırmaq tövsiyə edilmir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Egilok prepratının və digər hipotenziv preparatların hipotenziv təsirləri adətən cəmləşir, bu səbəbdən hipotenziyanın qarşısını almaq üçün bu cür preparatların kombinasiyalarını qəbul edən pasiyentlərə ciddi nəzarət etmək lazımdır. Bununla belə, hipotenziv preparatların təsirlərinin cəmlənməsi, zəruri hallarda, arterial təzyiqinin daha effektiv nəzarətinə nail olmaq üçün istifadə edilə bilər. Metoprololun diltiazem/verapamil kimi kalsium kanallarının blokatorları ilə eyni vaxtda istifadəsi mənfi inotrop və xronotrop təsirlərin artmasına səbəb olur. Beta-blokatorları qəbul edən pasiyentlərə verapamil kimi kalsium kanallarının blokatorların venadaxili yeridilməsi tövsiyə edilmir. Aşağıdakı vasitələrlə kombinasiyada ehtiyatla istifadə edilməlidir: – Peroral antiaritmik preparatlar (məsələn, xinidin və amiodaron), həmçinin parasimpatomimetiklər (hipertoniya, bradikardiya, atrioventrikulyar blokada riski). – Üskükotu qlikozidləri (bradikardiya riski, keçiriciliyin pozulması; metoprolol üskükotu preparatlarının müsbət inotrop effektinə təsir göstərmir). – hipotenziya və/və ya bradikardiya riski səbəbindən digər hipotenziv preparatlar (xüsusilə quanetidin, rezerpin, alfa-metildofa, klonidin və quanfasin qrupları). – Klonidinlə birlikdə istifadəsi zamanı müalicə dayandırıldıqda, əvvəlcə metoprololun, sonra isə (bir neçə gündən sonra) klonidinin qəbulu dayandırılmalıdır. Əvvəlcə klonidinin qəbulu dayandırıldıqda, hipertonik kriz baş verə bilər. – Mərkəzi sinir sisteminə təsir edən bəzi preparatlar (yuxugətirici preparatlar, trankvilizatorlar, tri- və tetrasiklik antidepressantlar, neyroleptiklər) və alkoqol (hipotenziya riski). – Yuxugətirici preparatlar (ürək fəaliyyətinin depressiyası riski). – - və -simpatomimetiklər (hipertoniya riski, əhəmiyyətli bradikardiya; ürəyin dayanması ehtimalı). – Erqotamin (damardaraldıcı təsirin artması). –  -simpatomimetiklər (qarşılıqlı antaqonizm).2 – Qeyri-steroid iltihab əleyhinə preparatlar, məsələn, indometasin və digər prostaqlandin-sintazanın inhibitorları (hipotenziv təsirin azalma ehtimalı). – Estrogenlər (metoprololun hipotenziv təsirinin azalma ehtimalı). – Peroral diabet əleyhinə preparatlar və insulin (metoprolol onların hipoqlikemik təsirini gücləndirə və hipoqlikemiya əlamətlərini maskalaya bilər). – Kurareya bənzər miorelaksantlar (sinir-əzələ blokadasının artması). – CYP2D6 fermentinin inhibitorları (məsələn, simetidin, bəzi antihistaminlər (məsələn, difenhidramin), bəzi antiaritmik preparatlar (məsələn, amiodaron, xinidin, propafenon), bəzi antipsixotik vasitələr (məsələn, tioridazin), bəzi COX-2 inhibitorları (məsələn, selekoksib), alkoqol, hidralizin, serotoninin geriyə tutulmasının selektiv inhibitorları (məsələn, paroksetin, fluoksetin, sertralin, essitalopram) – plazma konsentrasiyasının artması səbəbindən metoprololun təsirinin artması. – CYP2D6 fermentlərinin induktorları (məsələn, rifampisin və barbituratlar) – qaraciyərdə metabolizmin artması səbəbindən metoprololun təsiri azala bilər. – Qanqlioblokatorların, digər beta-blokatorların (məsələn, göz damcıları) və ya MAO inhibitorlarının eyni vaxtda istifadəsi zamanı ciddi tibbi nəzarət tələb olunur. Uyuşmazlığı İstifadə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Klinikaya qədər tədqiqatlar Klinikaya qədər tədqiqatlarda arzuolunmayan effektlər aşkar edilməmişdir. İnsan tədqiqatları Hamiləlik Preparatın istifadəsi, yalnız preparatın risklərinin və faydasının hərtərəfli qiymətləndirilməsindən sonra mümkündür. Preparatın hamiləlik dövründə istifadəsi zəruri olduqda, doğuşdan sonra bir neçə gün (48-72 saat) ərzində döl və yeni doğulmuş körpə diqqətlə izlənilməlidir, çünki uşaqlıq-plasentar qan axınının azalması dölün böyüməsinə təsir göstərə bilər və preparatın dölün qanına nüfuz etməsi bradikardiya, tənəffüsün zəifləməsi, arterial təzyiqin azalması və hipoqlikemiyaya səbəb ola bilər. Laktasiya dövrü Preparatın laktasiya dövründə istifadəsi, yalnız preparatın risklərinin və faydasının hərtərəfli qiymətləndirilməsindən sonra mümkündür. Baxmayaraq ki metoprololun terapevtik dozaları ana südünə əhəmiyyətsiz dərəcədə keçir və dölə beta-blokator təsirinin ehtimalı azdır, uşağın vəziyyəti daim izlənilməlidir (bradikardiya ehtimalı vardır). Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Metoprolol pasiyentin nəqliyyat idarə etmək və yüksək bədbəxt hadisə riski olan işlə məşğul olmaq qabiliyyətinə xüsusilə müalicənin əvvəlində və alkoqolla eyni vaxtda istifadəsi zamanı mənfi təsir göstərir (başgicəllənmə və yorğunluğun inkişafı mümkündür). Bu səbəbə görə avtomobil idarə etmək və qəza-təhlükəli işlə məşğul olmağa icazə verən dozanə fərdi müəyyən etmək lazımdır.

İstifadə qaydası və dozası

Dozalanma rejimi Həddindən artıq bradikardiyanın qarşısını almaq üçün doza fərdi və tədricən seçilməlidir. Tövsiyə olunan dozalar: Hipertenziya Orta və ya mülayim dərəcəli hipertenziya zamanı başlanğıc doza gündə iki dəfə (səhər və axşam) 25-50 mq təşkil edir. Lazım gəldikdə, sutkalıq doza tədricən 2 x 100 mq-a qədər artırıla bilər və ya başqa hipotenziv vasitə əlavə edilə bilər. Maksimal doza 200 mq/sutka, bir neçə dozaya bölünür. Stenokardiya Başlanğıc doza gündə iki dəfədən üç dəfəyə qədər 25-50 mq təşkil edir. Təsirindən asılı olaraq, bu doza tədricən gündə 200 mq-a qədər artırıla bilər və ya başqa antianginal preparat əlavə edilə bilər. Miokard infarktından sonra dəstəkləyici terapiya Adi tövsiyə olunan doza gündə iki dəfə (səhər və axşam) 50-100 mq təşkil edir. Aritmiyalar Başlanğıc doza gündə iki və ya üç dəfə 25-50 mq təşkil edir. Lazım gəldikdə, gündəlik doza tədricən 200 mq-a qədər artırıla bilər və ya başqa aritmiya əleyhinə vasitə əlavə edilə bilər. Hipertireoz Adətən tövsiyə olunan sutkalıq doza 3-4 qəbula 150-200 mq/sutka təşkil edir. Ürəkdöyünmə ilə müşayiət olunan ürəyin funksional pozğunluğu Adi tövsiyə olunan sutkalıq doza 2 x 50 mq (səhər və axşam) təşkil edir; zəruri hallarda 2 x 100 mq- a qədər artırıla bilər. Migren tutmalarının profilaktikası Adi tövsiyə olunan sutkalıq doza 2 x 50 mq (səhər və axşam) təşkil edir; zəruri hallarda 2 x 100 mq- a qədər artırıla bilər. Xüsusi pasiyent qrupları Böyrək xəstəlikləri zamanı preparatın dozasının tənzimlənməsi tələb olunmur. Qaraciyər sirrozu zamanı, metoprololun plazma zülallarına (5-10%) az bağlanması səbəbindən adətən dozanın dəyişdirilməsi tələb olunmur. Ağır qaraciyər çatışmazlığında (məsələn, şuntlama əməliyyatından sonra) metoprololun dozasını azaltmaq tələb oluna bilər. Yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Uşaqlarda metoprololun istifadəsi ilə klinik təcrübə məhduddur. 18 yaşdan kiçik uşaqlar və yeniyetmələr Uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsi ilə bağlı təcrübə məhduddur. Egilok tabletlərinin effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir. İstifadə qaydası Tabletlər qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Tabletin bölmə xətti, yalnız qəbulun rahatlığı üçün nəzərdə tutulub. Onun köməyi ilə tabletləri bərabər dozalara bölmək olmaz.

Əlavə təsirləri

Metoprolol, adətən, pasiyentlər tərəfindən yaxşı qəbul edilir, əlavə təsirlər, adətən, yüngül və geridönən olur. Aşağıda sadalanan əlavə təsirlər klinik tədqiqatlarda və metoprololun terapevtik istifadəsi zamanı qeyd olunmuşdur. Bəzi hallarda, preparatın istifadəsi ilə əlavə təsirlərin əlaqəsi etibarlı şəkildə təsdiqlənməmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sisteminin pozğunluqları Çox nadir hallarda: trombositopeniya Maddələr mübadiləsi və qidalanma pozğunluqları Bəzən: bədən çəkisinin artması. Psixi pozğunluqlar Bəzən: depressiya, konsentrasiyanın pozulması, yuxululuq və ya yuxusuzluq, qarabasmalar Nadir hallarda: əsəbilik, narahatlıq, impotensiya/cinsi funksiyanın pozğunluğu. Çox nadir hallarda: amneziya, yaddaş pozğunluğu, şüurun qarışıqlığı, hallüsinasiyalar. Sinir sisteminin pozğunluqları Çox tez-tez: yorğunluq. Tez-tez: başgicəllənmə, baş ağrısı. Bəzən: paresteziya, əzələ spazmları. Çox nadir hallarda: dad hissiyatının dəyişikliyi. Görmə orqanının pozğunluğu Nadir hallarda: görmə pozğunluqları, kseroftalmiya və/və ya gözün qıcıqlanması, konyunktivit Eşitmə orqanın və labirint pozğunluqları Çox nadir hallarda: tinnitus, eşitmənin pozğunluğu. Ürək pozğunluqları Tez-tez: bradikardiya, güclü ürəkdöyünmə hissi. Bəzən: ürək çatışmazlığı simptomlarının pisləşməsi, miokard infarkt zamanı kardiogen şok, I dərəcəli atrioventrikulyar blokada, ödem, ürək nahiyəsində ağrı. Nadir hallarda: aritmiya, keçiriciliyin pozulması. * Kəskin miokard infarktı olan 46000 pasiyentin iştirak etdiyi tədqiqatda, kardiogen şokun inkişafı üçün aşağı proqnoz göstəricisi olan pasiyentlərin alt qrupunda, metoprolol ilə müalicə olunan insanlarda (2,3%) kardiogen şokun tezliyi plasebo qəbul edən insanlardan (1,9%) 0,4% yüksək olmuşdur. Şok indeksi yaş, cins, müalicənin başlanmasında mümkün gecikmə, Killip təsnifatı, arterial təzyiq, ürək yığılmalarının tezliyi, EKQ dəyişiklikləri, anamnezdə hipertoniyanın mövcüdluğu əsasında hesablanmış və şokun inkişafının mütləq riskini əks etdirmişdir. Kardiogen şokun inkişafı üçün aşağı proqnoz göstəricisi olan pasiyentlərin alt qrupuna kəskin miokard infarktı zamanı metoprolol ilə müalicə tövsiyə olunan şəxslər daxil olmuşdur. Damar pozğunluqları Tez-tez: ortostatik hipotenziya (çox nadir hallarda bayılma ilə), ətrafların soyuması. Çox nadir hallarda: əvvəllər mövcud olan periferik qan dövranı pozğunluqları fonunda qanqrena. Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları Tez-tez: gərginlik dispnoesi. Bəzən: bronxospazm (hətta diaqnoz qoyulmuş obstruktiv ağciyər xəstəliyi olmadıqda). Nadir hallarda: rinit. Mədə-bağırsaq pozğunluqları Tez-tez: ürəkbulanma, qarında ağrı, diareya, qəbizlik. Bəzən: qusma. Nadir hallarda: ağızda quruluq. Qaraciyər və öd yollarının pozğunluqları Nadir hallarda: hepatit. Dəri və dərialtı toxumanın pozğunluqları Bəzən: dəri səpgisi (övrə və ya psoriaz kimi, distrofik dəri zədələnmələri), həddindən artıq tərləmə. Nadir hallarda: saç tökülməsi. Çox nadir hallarda: fotohəssaslıq, proqressivləşən psoriaz. Əzələ-skelet sistemi və birləşdirici toxuma pozğunluqları Çox nadir hallarda: artralgiya. Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri Nadir hallarda: qaraciyər funksiyasının sınaqlarının dəyişiklikləri. Yuxarıda göstərilən əlavə təsirlərdən hər hansı biri klinik əhəmiyyətli intensivliyə çatdıqda və onun səbəbini etibarlı şəkildə müəyyən etmək mümkün olmadıqda, Egilok preparatının qəbulu dayandırılmalıdır. Əlavə təsirlərin bildirilməsi Şübhəli əlavə təsirlər haqqında məlumatların bildirilməsi dərman vasitəsinin fayda/risk nisbətinin davamlı monitorinqini təmin etmək üçün çox vacibdir. Tibb işçilərinə ciddi əlavə təsir ilə və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsirlə qarşılaşdıqda, bu içlik-vərəqəsinin sonunda verilən ünvana və ya Milli farmakonəzarət sistemindən məlumat vermələri tövsiyə olunur.

Doza həddinin aşılması

Doza həddinin aşılmasının simptomları: hipotenziya, sinus bradikardiyası, atrioventrikulyar blokada, ürək çatışmazlığı, kardiogen şok, asistoliya, ürəkbulanma, qusma, bronxospazm, sianoz, hipoqlikemiya, bayılma, koma. Yuxarıda sadalanan simptomlar alkoqol, hipotenziv preparatlar, xinidin və barbituratların eyni vaxtda qəbulu zamanı güclənə bilər. Doza həddinin aşılmasının ilk simptomları preparatın qəbulundan 20 dəqiqə – 2 saat sonra görünür. Müalicəsi: doza həddinin aşılmasının müalicəsi üçün digər tədbirlərlə yanaşı, intensiv terapiya və pasiyentin diqqətli monitorinqi (qan dövranı və tənəffüs parametrləri, böyrək funksiyası, qanda qlükozanın səviyyəsi, zərdabda elektrolitlərin səviyyəsi) tələb olunur. Preparat təzəlikçə qəbul edilibsə, aktivləşdirilmiş kömürün tətbiqi ilə mədənin yuyulması (yuyulma mümkün olmadıqda və pasiyent şüurunu itirmədikdə təcrübəli tibb işçilərinin iştirakı ilə qusma yaradıla bilər) preparatın sorulmasını azalda bilər. Ağır hipotenziya, bradikardiya və ürək çatışmazlığı təhlükəsi zamanı istənilən effekt əldə olunana qədər  -aqonistlər 2-5 dəqiqəlik fasilələrlə venadaxili və ya infuziya yolu ilə yeridilməlidir.1 Selektiv  -aqonistlər olmadıqda, atropin və ya dopamin venadaxili yeridilə bilər. İstənilən effekt1 əldə olunmadıqda, digər simpatomimetiklər (dobutamin və ya norepinefrin) istifadə edilməlidir. 1- 10 mq dozada qlükaqonun tətbiqi beta-reseptorların güclü blokadasının təsirlərini geriyə çevirmək üçün faydalı ola bilər. Farmakoterapiyaya davamlı olan ağır bradikardiya zamanı kardiostimulyatorun implantasiyası tələb oluna bilər. Bronxospazmı  -aqonistin (məsələn,2 terbutalin) venadaxili yeridilməsi ilə aradan qaldırmaq olar. Bu antidotlar terapevtik dozalardan daha yüksək dozalarda istifadə edilə bilər. Metoprolol hemodializlə effektiv şəkildə xaric olunmur.

Buraxılış forması

30 tablet (100 mq) və ya 60 tablet qəhvəyi şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Preparatın istənilən miqdarda istifadə edilməyən hissəsi və ya tullantısı yerli tələblərə uyğun utilizasiya edilməlidir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Egis əczaçılıq zavodu” QSC. 9900 Körmend, Matyaş kiray k., 65. 1165 Budapeşt, Bökenföldi k., 1180120., Macarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

“Egis əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi k., 30-38, Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Egilok 100 mq N60 tablet” üçün ilk rəyi siz yazın.