DROSERA HOMACCORD 30 ML DAMLA
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Digər tənəffüs sistemi üçün məhsullar |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DROSERA-HOMAKKORD daxilə qəbul edilən damcı DROSERA-HOMACCORD
Tərkibi
Təsiredici maddələr: 100 q məhlulun tərkibində vardır: Cuprum aceticum D4 0,5 q; Cuprum aceticum D10 0,5 q; Cuprum aceticum D30 0,5 q; Cuprum aceticum D200 0,5 q; Drosera D2 0,5 q; Drosera D10 0,5 q; Drosera D30 0,5 q; Drosera D200 0,5 q. Tərkibində 35 həcm %-i spirt vardır. Köməkçi maddələr: təmizlənmiş su, etanol 96%.
Təsviri
Şəffaf, rəngsizdən zəif açıq sarı rəngə qədər dəyişən rəngli və etanol iyli məhluldur.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Digər tənəffüs sistemi üçün məhsullar. ATC kodu: R07AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində, adətən, potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Göyöskürək, bronxiolit, bronxial astma.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.
İstifadə qaydası və dozası
Digər təyinat yoxdursa Standart doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 10 damcı gündə 3 dəfə. Pediatriya 2-5 yaş: 5 damcı gündə 3 dəfə. 6-11 yaş: 7 damcı gündə 3 dəfə. Kəskin və ya başlanğıc doza Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 10 damcı hər 30 dəq yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Pediatriya 2-5 yaş: 5 damcı hər 30 dəq yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. 6–11 yaş: 7 damcı hər 30 dəq yaxud 1 saatdan bir – gündə 12 dəfəyə qədər, sonra isə standart doza ilə davam edilir. Qəbul qaydası Bu preparat qida qəbulundan əvvəl və ya sonra qəbul olunmalıdır. Uşaqlar üçün damcıları az miqdar suya əlavə etmək olar.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu hamıda müşahidə olunmur.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
30 ml məhlul, şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Strasse 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.