Distreptaza N6 rektal şam
| Təsiredici maddə | STREPTOKINASE + STREPTODORNASE |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Streptokinaza, kombinasiyaları |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
31,01 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİSTREPTAZA rektal şamlar Beynəlxalq patentləşdirilməmiş adı: Streptokinaza + Streptodornaza
Tərkibi
Təsiredici maddə: 1 şamın (2 q) tərkibində 15000 BV streptokinaza, 1250 BV streptodornaza vardır. Köməkçi maddələr: neytral piy (Vitepsol H ), maye parafin (parafin yağı).15
Təsviri
İti uclu konus və ya “torpeda” formalı, mexaniki zədələnmələr olmadan, ağdan krem rənginə qədər rəngli şamlardır.
Farmakoterapevtik qrupu
Streptokinaza, kombinasiyaları. ATC kodu: В06АА55.
Farmakoloji xüsusiyyətləri
Distreptaza şamlarının tərkibində iki aktiv maddə – streptokinaza və streptodornaza vardır. Streptokinaza, insan qanının tərkibində olan plazminogen proenziminin aktivatorudur ki, bu da streptokinazanın təsiri altında, insan qan laxtalarını əritmək qabiliyyətinə malik plazminə çevrilir. Streptodornaza canlı hüceyrələrə və onların fizioloji funksiyalarına təsir göstərmədən, nukleoproteinlərin, məhv olmuş hüceyrələrin və ya irinin yapışqanlıq xüsusiyyətinə malik kütlələrini həll etmək qabiliyyətini nümayiş etdirən enzimdir. Distreptaza preparatının şamları, öz təsirləri ilə antibiotiklərin və ya kimyəvi-terapevtik maddələrin iltihab ocağına daxil olmasını daha yaxşı aktivləşdirmək imkanı verən, sərbəst dərman preparatı və ya köməkçi vasitə kimi istifadə olunur. Preparat subyektiv iztirabları azaldır və müalicə müddətini dəfələrlə qısaldır.
İstifadəsinə göstərişlər
Distreptaza preparatı, böyüklərdə kompleks terapiyanın tərkibində, aşağıda göstərilən xəstəliklərin müalicəsində istifadə olunur: – artımların (uşaqlıq borularının, yumurtalıqların) iltihabi xəstəlikləri zamanı dəstəkləyici müalicə; – kiçik çanaq orqanlarının əməliyyatdan sonrakı dövrdə infiltrativ zədələnmələri; – kəskin və ya xroniki gedişli babasil; – geniş iltihabi infiltratın əmələ gəlməsi ilə müşayiət olunan perirektal abseslər və fistullar.
Əks göstərişlər
– Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; – hemorragik diatez; – kiçik çanaq orqanlarında və düz bağırsaq üzərində aparılan əməliyyatlardan sonra erkən dövr (preparat qasnaq ilə örtülmüş təzə yara ilə və həmçinin, təzə qoyulmuş tikişlə təmasda olmalı deyil, çünki bu, tikişlərin boşalmasına və nəticə kimi, yaradan qanaxmanın baş verməsinə səbəb ola bilər); -qanaxmadan sonra təqribən 10 gün müddətində təkrar qanaxmaya səbəb ola bilər; -kalsium duzları tərkibli dərman vasitələrilə; -irin əlaməti olmayan kəskin sellülit; -zəif dərəcəli laxtalanması olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər və böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə və həmçinin, yaşlı pasiyentlərdə Distreptaza preparatının istifadəsinin xüsusiyyətləri barədə heç bir məlumat mövcud deyil. Preparat yerli qıcıqlanmaya səbəb ola bilər. Uşaqlarda istifadəsi Preparatın pediatrik təcrübədə istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə mövcud məlumatlar məhduddur, bu səbəbdən, 18 yaşa qədər uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Yerli qanaxmaların meydana çıxa bilməsini nəzərə alaraq, Distreptaza preparatını antikoaqulyantlarla eyni zamanda istifadə etmək olmaz. Preparat antibiotiklərin və ya kimyəvi-terapevtik preparatların iltihab ocağına nüfuz etməsini gücləndirir. Pasiyentin digər dərman preparatlarından istifadə etməsi barədə mütləq həkimi məlumatlandırmaq lazımdır! Distreptaza preparatı ilə aparılan müalicə müddətində, həkim məsləhəti olmadan digər dərman preparatlarından (o cümlədən, reseptsiz istifadəyə buraxılan preparatlardan) istifadə etmək olmaz. Nəzarətsiz aparılan müalicə, pasiyentlərin sağlamlığına zərər yetirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Distreptaza dərman preparatının suppozitoriyalarını hamiləlik müddətində və həmçinin, laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Distreptaza preparatı psixi qabiliyyətin zəifləməsinə səbəb olmur, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə və hərəkətdə olan mexaniki qurğulara qulluq etmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir.
İstifadə qaydası və dozası
Blisterdən çıxardıqdan sonra suppozitoriyanı düz bağırsağa mümkün qədər dərin yeritmək lazımdır. İstifadə olunmamış məhsulun bütün qalıqlarını və ya onun tullantılarını, yerli qaydalarda qeyd olunmuş üsulla ləğv etmək lazımdır. Preparatın dozalanması iltihabi prosesin növündən və intensivlik dərəcəsindən asılıdır. Preparatı həkimin təyinatına müvafiq istifadə etmək lazımdır. Böyüklərdə ağır gedişli xəstəliyin müalicəsi: ilk 3 gün müddətində gündə 3 dəfə 1 şam; növbəti 3 gün müddətində gündə 2 dəfə 1 şam; növbəti daha 3 gün müddətində gündə 1 dəfə 1 şam. Böyüklərdə yüngül və orta gedişli xəstəliyin müalicəsi: 3 gün müddətində gündə 2 dəfə 1 şam; növbəti 4 gün müddətində gündə 1 dəfə 1 suppozitoriya və ya 2 gün müddətində gündə 2 dəfə 1 şam. Orta hesabla bir müalicə kursu müddətində 8-18 şam istifadə olunur. Müalicənin orta davametmə müddəti 7-10 gündür. Dərman preparatının növbəti qəbul vaxtı ötürüldüyü halda, preparatı ikiqat dozada istifadə etmək olmaz.
Əlavə təsirləri
Bəzən allergik reaksiyalar, bədən temperaturunun yüksəlməsi və qanaxmalara meyillilik meydana çıxa bilər, lokal ağrı və ödem. Hər hansı qeyri-tipik reaksiyalar meydana çıxdığı halda, preparatın gələcəkdə istifadəsinin davam etdirilməsi barədə mütləq həkimlə məsləhətləşmək lazımdır!
Doza həddinin aşılması
Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması simptomalrı məlum deyil.
Buraxılış forması
Qablaşma №6: 6 rektal şam PVX/PE blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Qablaşma №10: 5 rektal şam PVX/PE blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
2-8° C-yə qədər temperaturda (soyuducuda), uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi BIOMED-LUBLIN Wytwornia Surowic i Szczepionek Spolka Akcyjna. Ünvan Universitetskaya küç., 10, 20-029 Lyublin, Polşa. Eksklyuziv nümayəndə Alpen Farma AQ. Bern, İsveçrə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.