Diroton 10 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirRenin-angiotenzin sistemə təsir edən vasitələr. AÇF inhibitorları
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,99 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Preparatı istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxuyun. – Bu içlik vərəqəni saxlayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. – Əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət edin. – Bu preparat Sizə təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Bu, onlara zərər verə bilər, hətta onlarda da Sizin simptomlar olsa belə. – Hər hansı əlavə təsir ciddi xarakter aldığı və ya Siz içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirin inkişaf etdiyini aşkar etdikdə, bu barədə həkimə və ya əczaçıya məlumat verin. DİROTON tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril

Tərkibi

Diroton 5 mq Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq lizinopril (5,44 mq lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr:maqnezium stearat, talk, mannit, qarğıdalı nişastası, kalsium hidrofosfat dihidrat. Diroton 10 mq Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq lizinopril (10,89 mq lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr:maqnezium stearat, talk, mannit, qarğıdalı nişastası, kalsium hidrofosfat dihidrat. Diroton 20 mq Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq lizinopril (21,77 mq lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr:maqnezium stearat, talk, mannit, qarğıdalı nişastası, kalsium hidrofosfat dihidrat.

Təsviri

Diroton 5 mq Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi formalı, iti kənarlı, bir tərəfində «5» yazısı, digər tərəfində xətti olan tabletlərdir. Diroton 10 mq Ağ və ya demək olar ki, ağ rəngli, dördbucaqlı formalı, hər iki tərəfi azacıq qabarıq, bir tərəfində «10» yazısı, digər tərəfində xətti olan tabletlərdir. Diroton 20 mq Ağ və ya demək olar ki, ağ rəngli, beşbucaqlı formalı, hər iki tərəfi qabarıq, bir tərəfində «20» yazısı, digər tərəfində xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Renin-angiotenzin sistemə təsir edən vasitələr. AÇF inhibitorları. ATC kodu: C09AA03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Lizinopril peptidildipeptidaza fermentinin inhibitoru hesab olunur. Preparat angiotenzin I-in vazokonstriktor peptid olan angiotenzin II-yə çevrilməsini kataliz edən angiotenzinçevirici fermenti (AÇF) inhibə edir. Angiotenzin II böyrəküstü vəzilərin qabıq maddəsində aldosteronun sekresiyasını stimullaşdırır. AÇF-in inhibə edilməsi angiotensin II-nin konsentrasiyalarının aşağı düşməsinə gətirib çıxarır və bunun nəticəsində vasopressor aktivlik aşağı düşür və aldosteronun sekresiyası azalır. Aldosteronun sekresiyasının azalması qan zərdabında kaliumun miqdarının yüksəlməsinə səbəb ola bilər. Farmakodinamik effektləri Lizinopril preparatının arterial təzyiqi aşağı salma mexanizminin əsasını ilk növbədə renin- angiotenzin-aldosteron sisteminin zəifləməsi təşkil etdiyi üçün, lizinopril hətta renin səviyyəsi aşağı olan arterial hipertenziyalı pasiyentlərin arterial təzyiqini aşağı salır. AÇF, bradikinini parçalayan kinaza II fermenti ilə eynidir. Lizinopril preparatının terapevtik effektlərində güclü vazodilatator peptid olan, bradikininin yüksək konsentrasiyalarının əhəmiyyəti hələ müəyyən olunmayıb. Klinik effektivliyi və təhlükəsizliyi Lizinoprilin ürək çatışmazlığı zamanı xəstələnmə və ölümə təsiri lisinoprilin yüksək dozasının (gündə bir dəfə 32,5 mq və ya 35 mq) aşağı dozası ilə (gündə bir dəfə 2,5 mq və ya 5 mq) müqayisədə öyrənilmişdir. Tədqiqatda 46 ay (sağ qalanlar üçün) orta sonrakı müşahidə müddəti olan 3164 pasiyent iştirak etmişdir. Lizinoprilin yüksək dozası aşağı doza ilə müqayisədə bütün səbəblərdən ölüm və xəstəxanaya yerləşdirmə (p = 0,002) kombinəolunmuş son nöqtə üçün riskin 12% azalmasına və ürək-damar xəstəlikləri üçün bütün səbəblərdən ölüm və xəstəxanaya yerləşdirilmə riskinin 8% azalmasına (p = 0,036) səbəb olmuşdur. Bütün səbəblərdən ölüm riskinin (8%; p = 0.128) və ürək-damar xəstəliklərindən ölümün (10%; p = 0.073) azalması müşahidə olmuşdur. Retrospektiv təhlildə ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmələrin sayı aşağı dozalarla müalicə olunan pasiyentlərlə müqayisədə yüksək dozada lisinopril qəbul edən pasiyentlərdə 24% (p=0,002) azalmışdır. Simptomlar baxımından, lisinoprilin yüksək və aşağı dozaları ilə müalicə olunan pasiyentlərdə preparatın faydası eyni olmuşdur. Tədqiqatın nəticələri göstərdi ki, yüksək və ya aşağı dozada lisinopril ilə müalicə olunan pasiyentlərdə əlavə təsirlərin ümumi profilləri xüsusiyyət və kəmiyyət parametrlərinə görə oxşar olmuşdur. Arterial hipotenziya və ya böyrək funksiyasının pozğunluğu kimi AÇF inhibə edilməsi nəticəsində yaranan proqnozlaşdırılan əlavə təsirlər düzəlişlərə yaxşı cavab vermişdir və nadir hallarda müalicənin dayandırılmasına səbəb olmuşdur. Öskürək, lizinoprilin yüksək dozaları ilə müalicə olunan pasiyentlərdə aşağı dozalarla müalicə olunan pasiyentlərə nisbətən daha az müşahidə edilmişdir. GISSI-3 tədqiqatında nəzarət qrupuna nisbətən 6 həftə ərzində təkbaşına və ya kombinasiyada verilən lisinopril və qliseril trinitratın (nitrogliserin) təsirlərini müqayisə etmək üçün 2×2 faktorial dizayndan istifadə edilmişdir. Kəskin miokard infarktından sonra 24 saat ərzində müalicə olunan 19 394 pasiyent iştirakı ilə aparılan tədqiqatda lisinopril ölüm riskində nəzarət qrupu ilə müqayisədə 11% statistik əhəmiyyətli azalma təmin etmişdir (2p=0,03). Nitrogliserinlə riskin azalması statistik cəhətdən əhəmiyyətli deyildi, lakin lisinopril və nitrogliserinin kombinasiyası ölüm riskinin nəzarətlə müqayisədə 17% statistik əhəmiyyətli azalması ilə nəticələnmişdir (2p=0,02). Ölüm riski yüksək olan pasiyentlər kimi əvvəlcədən müəyyən edilmiş yaşlı (>70 yaş) və qadın alt qruplarında ölüm və ürək funksiyasının kombinəolunmuş son nöqtəsi üçün əhəmiyyətli fayda müşahidə edilmişdir. 6 həftə ərzində lisinopril və ya lisinopril və nitrogliserin ilə müalicə olunan pasiyentlərdə 6 aydan sonra (bütün pasiyentlər, eləcə də yüksək riskli alt qruplar) kombinəolunmuş son nöqtə əhəmiyyətli dərəcədə yaxşılaşmişdir, bu da lisinoprilin profilaktik təsirini göstərir. Hər hansı vazodilatator terapiyasında olduğu kimi, lisinopril ilə müalicə zamanı da arterial hipotenziya və böyrək funksiyasının pozğunluğu hallarının artması qeyd olunmuşdur, lakin bu hadisələr ölüm nisbətinin proporsional artması ilə əlaqələndirilməmişdir. Mikroalbuminuriya ilə ilkin nefropatiyası olan hipertoniya və tip 2 diabetli pasiyentlərdə lisinoprili kalsium kanallarının blokatoru ilə müqayisə edən ikiqat kor, randomizə edilmiş, çoxmərkəzli tədqiqatda (N = 335), lisinoprilin 12 ay ərzində gündə bir dəfə 10-20 mq dozada qəbulu, sistolik /diastolik arterial təzyiqi 13/10 mm.civə.süt, albuminin sidik vasitəsi ilə ifrazını isə 40% azaltmışdır. Qan təzyiqinin eyni azalmasına səbəb olan kalsium kanallarının blokatoru ilə müqayisədə, lisinopril ilə müalicə olunan pasiyentlərdə albuminin sidik vasitəsi ilə ifrazında əhəmiyyətli dərəcədə azalma müşahidə edilmişdir ki, bu da lisinoprilin AÇF inhibitor təsirinin antihipertenziv təsirlə yanaşı, böyrək toxumasına birbaşa təsiri nəticəsində mikroalbuminuriyanın da azaldığını göstərir. Lisinopril ilə müalicə qlikemiyanın nəzarətinə təsir göstərmir, bu qlikozilləşmiş hemoglobinin (HbA1c) səviyyələrinə əhəmiyyətli təsirin olmaması ilə subut olunur. İki böyük randomizə olunmuş, nəzarət olunan ONTARGET (telmisartanın təklikdə və ramiprillə birlikdə son nəticəyə qədər davam edən tədqiqatı) və VA NEPHRON-D (Veteranlarla işlər nazirliyinin diabetik nefropatiya tədqiqatı) tədqiqatlarının gedişində AÇF inhibitorlarının və angiotenzin II reseptorlarının blokatorlarının kombinasiyada istifadəsi öyrənilmişdir. ONTARGET tədqiqatı anamnezində ürək-damar və ya serebrovaskulyar xəstəliklər qeyd olunan və ya hədəf- orqanların zədələnməsi ilə müşayiət olunan II tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə aparılmışdır. VA NEPHRON-D tədqiqatı isə diabetik nefropatiya ilə müşayiət olunan II tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə aparılmışdır. Həmin tədqiqatlarda preparatın, monoterapiya ilə müqayisədə, pasiyentlərdə böyrək funksiyalarına, ürək-damar sisteminə və ölüm göstəricilərinə dair əhəmiyyətli fayda aşkar edilməmişdir; bununla belə, bu tədqiqatlar eyni zamanda hiperkaliemiya, böyrək funksiyasının kəskin zədələnməsi və/ və ya arterial hipoteniziyanın baş vermə tezliyinin yüksəlməsi ilə müşayiət olunmuşdur. AÇF inhibitorlarının hamısının oxşar farmakodinamik xarakteristikalarını nəzərə alaraq, göstərilən tədqiqatların nəticələrini digər AÇF inhibitorlarına və angiotenzin II reseptorlarının blokatorlarına aid etmək olar. Bununla əlaqəli, diabetik nefropatiyası olan pasiyentlərdə AÇF inhibitorlarının və angiotenzin II reseptor antaqonistlərinin birgə istifadəsi tövsiyə edilmir. Bundan əlavə, II tip şəkərli diabetdən əziyyət çəkən və xroniki böyrək xəstəlikləri qeyd olunan pasiyentlərdə standart (AÇF inhibitoru və ya angiotenzin II reseptorlarının blokatoru) müalicəyə aliskirenin əlavə edilməsinin faydalarını öyrənən ALTITUDE tədqiqatı (ürək-damar sisteminin və böyrəklərin funksiyasında dəyişikliklərin son nöqtə kimi qəbul edildiyi II tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə aliskirenin təsirinin öyrənilməsi) keçirilmişdir. Mənfi nəticələrin yüksək tezliyi ilə əlaqəli bu tədqiqat vaxtından əvvəl dayandırılmışdır. Aliskirendən istifadə edən qrupda ürək-damar hadisələri nəticəsində ölümün və insultun baş vermə riski daha yüksək tezliklə qeydə alınmışdır, bundan əlavə, tədqiqatda həmçinin, aliskirendən istifadə edən qrupda əlavə təsirlərin (hiperkaliemiya, arterial hipotenziya və böyrək funksiyasının pozulması) inkişaf etmə tezliyinin yüksəlməsi müəyyən edilmişdir. Uşaqlar və yeniyetmələr Klinik tədqiqatda, çəkisi 50 kq-dan az olan 6-16 yaşlı arterial hipertanziyası olan 115 uşaq gündə bir dəfə 0,625 mq, 2,5 mq və ya 20 mq lisinopril, 50 kq və ya daha çox çəkisi olan pasiyentlər isə gündə bir dəfə 1,25 mq; 5 mq və ya 40 mq lisinopril qəbul etmişdir. 2 həftədən sonra gündə bir dəfə 1,25 mq-dan yuxarı dozalarda lisinopril davamlı antihipertenziv effektivliklə dozadan asılı olaraq qan təzyiqini aşağı salmışdır. Bu təsir, lisinoprilin orta və yüksək dozalar qruplarına randomizə edilmiş pasiyentlərə nisbətən plasebo qrupuna randomizə edilmiş pasiyentlərdə diastolik qan təzyiqi təxminən 9 mm.civə.süt. yüksəldiyini göstərən, ləğvetmə mərhələsində təsdiq edilmişdir. Bir neçə demoqrafik alt qrupda lisinoprilin dozadan asılı antihipertenziv təsiri oxşar idi: yaş, Tanner mərhələləri, cins və irq. Farmakokinetikası Lizinopril preparatı – tərkibində sulfhidril qrupu olmayan, daxilə qəbul edildikdə aktiv olan AÇF inhibitorudur. Sorulması Daxilə qəbul edildikdə lizinoprilin qan zərdabında maksimal konsentrasiyaları təxminən 7 saatdan sonra müşahidə olunur, bu zaman kəskin miokard infarktı olan pasiyentlərin qan zərdabında maksimal konsentrasiyalara çatma müddətində bir qədər artma müşahidə olunur. Sidiklə xaricolması barədə məlumatlara əsasən, lizinopril preparatının sorulmasının orta dərəcəsi təxminən 25% təşkil edir, müxtəlif pasiyentlərdə tədqiq olunan doza diapazonunda (5 mq-dan 80 mq-a qədər) dəyişkənlik 6%-dən 60%-ə qədər təşkil edir. Ürək çatışmazlığı olan pasiyentlərdə mütləq biomənimsənilmə təxminən 16%-ə qədər aşağı düşür. Lizinoprilin sorulması qida qəbulundan asılı deyil. Paylanması Lizinopril, qanda dövr edən angiotenzinçevirici ferment (AÇF) istisna olmaqla, qan zərdabının zülalları ilə birləşmir. Siçovullar üzərində aparılan tədqiqatlar, lizinoprilin praktik olaraq hematoensefalik baryerdən keçə bilmədəyini göstərmişdir. Xaric olması Lizinopril metabolizmə məruz qalmır və dəyişməz halda sidiklə xaric olur. Lizinoprilin çoxsaylı təkrar istifadəsi zamanı effektiv yarımxaricolma dövrü 12,6 saat təşkil edir. Sağlam könüllülərdə lizinoprilin klirensi təxminən 50 ml/dəq-ə təşkil edir. Qan zərdabında konsentrasiyanın aşağı düşməsi uzunmüddətli terminal mərhələyə malikdir, bu hal preparatın orqanizmdə toplanmasına səbəb olmur. Ehtimal edilir ki, qeyd edilən terminal mərhələ, AÇF ilə doymuş birləşmədən ibarətdir və doza ilə qeyri-mütənasibdir. Xüsusi pasiyentlər qruplarında farmakokinetikası Qaraciyər funksiyalarının pozğunluğu Sirrozdan əziyyət çəkən pasiyentlərdə qaraciyər funksiyasının pozğunluğu nəticəsində lizinopril preparatının sorulması aşağı düşür (sidiklə xaric olması barədə məlumatlara əsasən, təxminən 30%), lakin klirensin aşağı düşməsi hesabına sağlam könüllülərlə müqayisədə preparatın təsiri artır (təxminən 50%). Böyrək funksiyalarının pozğunluğu Böyrək funksiyasının pozğunluğu böyrəklər vasitəsilə xaric olan lizinoprilin xaricolmasını azaldır, lakin bu azalma yalnız yumacıq filtrasiyasının sürəti 30 ml/dəq-dən aşağı olduqda klinik əhəmiyyət kəsb edir. Yüngül və orta dərəcəli böyrək çatışmazlığında (kreatinin klirensi 30 ml/dəq-dən 80 ml/dəq-ə qədər) AUC göstəricisinin orta qiyməti yalnız 13% artdığı halda, ağır dərəcəli böyrək çatışmazlığında (kreatinin klirensi 5 ml/dəq-dən 30 ml/dəq-ə qədər) AUC göstəricisinin orta qiymətinin 4,5 dəfə artması müşahidə olunur. Lizinopril orqanizmdən hemodializ vasitəsilə xaric edilə bilər. 4 saatlıq hemodializdən sonra qan plazmasında lizinopril preparatının konsentrasiyası orta hesabla 60% aşağı düşür, dializ klirensi isə 40 ml/dəq-dən 55 ml/dəq-ə qədər təşkil edir. Ürək çatışmazlığı olan pasiyentlər Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər sağlam könüllülərlə müqayisədə qan plazmasında yüksək lizinopril konsentrasiyasına malikdirlər (AUC göstəricisi orta hesabla 125% artır), lakin preparatın sidiklə xaric olması barədə məlumatlara əsasən, bu pasiyentlərdə lizinopril preparatının sorulması sağlam könüllülərlə müqayisədə təxminən 16% aşağı düşür. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Lizinopril preparatının farmakokinetik profili arterial hipertenziyadan əziyyət çəkən, yumaqcıq filtrasiyasının sürəti 30 ml/dəq/1,73 m -dən yüksək olan 6 yaşdan 16 yaşa qədər 29 pasiyentdə tədqiq olunub. Preparatı 0,1 mq/kq – 0,2 mq/kq dozada qəbul etdikdən sonra, lizinoprilin qan plazmasında maksimal tarazlıq konsentrasiyası 6 saat müddətində əldə edilir və sidiklə xaric olması barədə məlumatlara əsasən, preparatın sorulma dərəcəsi təxminən 28% təşkil edir. Bu göstəricilər əvvəllər böyüklər üçün əldə edilən göstəricilərlə eynidir. Bu tədqiqatda uşaqlarda AUC və C göstəriciləri böyüklər üçün əldə edilən göstəricilərlə müqayisəmax oluna bilər. Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Yaşlı pasiyentlərdə tədqiqatın daha cavan iştirakçıları ilə müqayisədə, lizinoprilin qan plazmasında daha yüksək konsentrasiyası və “qan plazmasında konsentrasiya – zaman” əyrisi altındakı sahənin daha yüksək göstəriciləri (təxminən 60% çox) müşahidə olunur.

İstifadəsinə göstərişlər

Arterial hipertenziya – Arterial hipertenziyanın müalicəsi. Ürək çatışmazlığı – Ürək çatışmazlığının müalicəsi. Kəskin miokard infarktı – Kəskin miokard infarktından sonra 24 saat ərzində stabil hemodinamikaya malik pasiyentlərin qısamüddətli (6 həftə) müalicəsi. Diabetik nefropartiya – Arterial hipertenziyalı və nefropatiyanın başlanğıc mərhələsi olan 2-ci tip şəkərli diabetli pasiyentlərdə böyrəklərin zədələnməsinin müalicəsi (“Farmakodinamikası” bölməsinə baxın).

Əks göstərişlər

– Təsiredici maddəyə və “Tərkibi” bölməsində sadalanan hər-hansı komponentinə və ya istənilən digər angiotenzinçevirici fermentin (AÇF) inhibitorlarına qarşı hiperhəssaslıq; – Anamnezdə digər AÇF inhibitorları ilə müalicə ilə əlaqədar yaranan angionevrotik ödem (Kvinke ödemi); – İrsi və ya idiopatik angionevrotik ödem; – hamiləliyin II və III trimestri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə baxın); – Şəkərli diabeti və ya böyrək çatışmazlığı (bədən səthinin YFS˂60 ml/dəqiqə/1,73 m sahəsi) olan pasiyentlərdə aliskiren tərkibli preparatlarla Diroton preparatının eyni vaxtda istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmkodinamikası” bölmələrinə baxın). – Tərkibində sakubitril/valsartan olan preparatlarla eyni vaxtda istifadəsi. Tərkibində sakubitril/valsartan olan preparatların son dozasını qəbul etdikdən sonra 36 saatdan tez Diroton preparatını qəbul etməyə başlamamalısınız (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Simptomatik hipotenziya Simptomatik hipotenziya, ağırlaşmamış arterial hipertenziyası olan pasiyentlərdə nadir hallarda meydana çıxır. Arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə, lizinoprilin istifadəsi fonunda arterial hipotenziyanın hipovolemiya fonunda meydana çıxması daha çox ehtimal edilir, məsələn, diuretiklərdən istifadə etdikdə, pəhrizdə xörək duzunu məhdudlaşdırdıqda, dializ proseduraları aparıldıqda, diareya və qusma zamanı və ya şiddətli renin-asılı hipertenziya olduqda (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə baxın). Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, böyrək çatışmazlığının mövcudluğundan asılı olmayaraq, simptomatik hipotenziyanın inkişaf etməsi müşahidə olunur. Daha yüksək dozalarda ilgək diuretiklərindən istifadə edilən daha ağır dərəcəli ürək çatışmazlığı olan pasiyentlərdə, hiponatriemiya və ya funksional böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, simptomatik hipotenziyanın inkişaf etməsi daha çox ehtimal edilir. Lizinopril müalicəsinin əvvəlində və ya preparatın dozasını korreksiya etdikdə simptomatik hipotenziyanın inkişaf etmə riski yüksək olan pasiyentlərin vəziyyətinə ciddi nəzarət etmək vacibdir. Eyni tələblər ürəyin işemik xəstəliyindən əziyyət çəkən və ya serebrovaskulyar xəstəliyi olan pasiyentlərə aid etmək olar, bu pasiyentlərdə arterial təzyiqin həddən artıq aşağı düşməsi miokard infarktına və ya beyin qan dövranının pozulmasına səbəb ola bilər. Arterial hipotenziya baş verdikdə, pasiyenti üfüqi vəziyyətə keçirmək və zərurət yarandıqda natrium xloridin 0,9%-li məhlulunu venadaxili infuziya şəklində yeritmək tövsiyə olunur. Keçici arterial hipotenziya, bir qayda olaraq, müalicəni davam etdirmək üçün əks göstəriş deyil; hipovolemiyanın korreksiyası nəticəsində arterial təzyiq bərpa olunandan sonra müalicə adətən ağırlaşmalarsız davam etdirilir. Ürək çatışmazlığından əziyyət çəkən arterial təzyiqi normal və ya aşağı olan bəzi pasiyentlərdə, lizinopril preparatından istifadə etdikdə sistem arterial təzyiq əlavə olaraq aşağı düşə bilər. Bu effekt gözləniləndi və müalicənin dayandırılması üçün səbəb deyil. Hipotenziya klinik təzahürlərə səbəb olduqda, dozanı azaltmaq və ya lizinopril preparatının istifadəsini dayandırmaq lazım ola bilər. Kəskin miokard infarktı zamanı arterial hipotenziya Kəskin miokarda infarktı inkişaf etdikdə, damargenişləndirici preparatlarla aparılan müalicə hemodinamikanın vəziyyətini ciddi şəkildə pisləşdirə bilər (məsələn, sistolik arterial təzyiq 100 mm c. s. və ya daha aşağı olduqda və ya kardiogen şok vəziyyətində), bu halda lizinopril təyin etmək əks göstərişdir. Miokard infarktından sonra ilk 3 gün müddətində sistolik arterial təzyiq 120 mm c. s. və ya daha aşağı olarsa preparatın dozasını aşağı salmaq vacibdir. Sistolik arterial təzyiq 100 mm. c. s. və ya daha aşağı olduqda preparatın saxlayıcı dozalarını 5 mq-a qədər və ya müvəqqəti olaraq 2,5 mq-a qədər aşağı salmaq lazımdır. Davamlı arterial hipotenziya zamanı (1 saatdan artıq sistolik AT 90 mm c. s.-dan aşağı olduqda) lizinopril preparatının istifadəsini dayandırmaq lazımdır. Aortal və mitral qapaqların stenozu/ hipertrofik kardiomiopatiya Digər AÇF istifadəsi zamanı olduğu kimi, mitraq qapağın stenozu və sol mədəciyin çıxacağının obstruksiyası, məsələn, aortal qapağın stenozu və ya hipertrofik kardiomiopatiya, olan pasiyentlərdə lizinopril ehtiyatla istifadə olunmalıdır. Böyrək funksiyasının pozğunluğu Böyrək funksiyası pozulduqda (KK < 80 ml/dəq) lizinopril preparatının başlanğıc dozası KK-dən asılı olaraq seçilməlidir (“İstifadə qaydası və dozası” bölməsində 1-ci cədvələ baxın), sonra doza pasiyentin müalicəyə klinik cavabına müvafiq təyin olunur. Qan zərdabında kaliumun miqdarı və kreatininin konsentrasiyasına rutin nəzarət belə pasiyentlərin müalicəsi üçün standart tibbi təcrübəsinin bir hissəsidir. Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə AÇF inhibitorlarından istifadə etdikdən sonra arterial hipotenziya böyrək funksiyalarının daha da pisləşməsinə səbəb ola bilər. Bu vəziyyətdə, adətən geri dönən kəskin böyrək çatışmazlığının inkişaf etməsi barədə məlumatlar var. AÇF inhibitorlarından istifadə edən, böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu olan pasiyentlərdə qan zərdabında sidik cövhərinin və kreatininin miqdarının yüksəlməsi qeyd olunur, bu hal müalicə dayandırıldıqdan sonra keçib gedir. Qeyd olunan effektin, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə olunması daha çox ehtimal edilir. Renovaskulyar hipertenziya olan pasiyentlərdə ağır dərəcəli arterial hipotenziya və böyrək çatışmazlığı riski yüksəlir. Belə pasiyentlərdə lizinopril müalicəsini aşağı dozalardan, dozanı ehtiyatla titrləyərək ciddi tibbi nəzarət altında başlamaq lazımdır. Digər diuretiklərin bu vəziyyəti ağırlaşdıra bilməsini nəzərə alaraq, lizinopril müalicəsinin ilk həftələrində onların istifadəsini dayandırmaq və böyrək funksiyalarına nəzarət etmək lazımdır. Böyrək damarlarının xəstəlikləri olmayan arterial hipertenziyadan əziyyət çəkən bəzi pasiyentlərdə, xüsusilə lizinopril preparatını diuretiklərlə birlikdə istifadə etdikdə, qan zərdabında sidik cövhərinin və kreatininin, adətən əhəmiyyətsiz və qısamüddətli yüksəlməsi qeyd olunur. Bu effekt böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha çox müşahidə edilə bilər. Diuretik preparatın və/və ya lizinoprilin dozasının aşağı salınması və/və ya istifadəsinin dayandırılması tələb oluna bilər. Qan zərdabında kreatininin konsentrasiyası 177 mkmol/l-dən yüksək olan və/və ya proteinuriya 500 mq/24 saatdan artıq olan böyrək funksiyasının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə miokard infarktı zamanı lizinopril preparatı ilə müalicəyə başlamaq olmaz. Müalicə zamanı böyrək funksiyasının pozğunluğu baş verdikdə (qan zərdabında kreatininin konsentrasiyası 265 mkmol/l-dən yüksək və ya ilkin səviyyəyə nisbətən 2 dəfə yüksək olduqda) həkim lizinopril preparatının istifadəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməlidir. Hiperhəssalıq/angionevrotik ödem (Kvinke ödemi) Nadir hallarda, lizinopril daxil olmaqla, angiotenzinçevirici fermentin inhibitorlarından istifadə etdikdə üzün, ətrafların, dodaqların, dilin, səs dəliyinin və/və ya qırtlağın angionevrotik ödeminin inkişaf etməsi barədə məlumatlar var. Ödem müalicənin istənilən vaxtı inkişaf edə bilər. Bu vəziyyətdə, Lizinopril preparatının istifadəsini dərhal dayandırmaq lazımdır və pasiyent, simptomatika tam aradan qalxana qədər, stasionarda tibbi nəzarət altında müvafiq müalicə almalıdır. Hətta ödem, tənəffüs funksiyasının pozğunluğu olmadan, yalnız dil nahiyəsində baş verdikdə, pasiyentin vəziyyətinə uzunmüddətli müalicə tələb oluna bilər, çünki vəziyyətdən çıxmaq üçün, antihistamin preparatlar və kortikosteroidlərlə müalicə kifayət etməyə bilər. Çox nadir hallarda qırtlağın və ya dilin angionevrotik ödeminin inkişaf etməsi ilə əlaqədar ölümlə nəticələnən hallar barədə məlumatlar var. Dilin, səs yarığının və ya qırtlağın ödemi olan pasiyentlərdə tənəffüs yolları obstruksiyası riski, xüsusilə tənəffüs yolları nahiyəsində cərrahi müdaxilə olduğu halda daha yüksəkdir. Belə hallarda təxirəsalınmaz müalicəyə adrenalinin yeridilməsi və/və ya tənəffüs yollarının keçilməsinin qorunub saxlanmasının təmin edilməsi daxildir. Pasiyent, simptomlar tam və davamlı aradan qalxana qədər, ciddi nəzarət altında olmalıdır. Angiotenzinçevirici fermentin inhibitorları, digər irqlərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə daha tez-tez angionevrotik ödemin inkişaf etməsinə səbəb olur. AÇF inhibitorları müalicəsi ilə əlaqədar olmayan, əvvəllər angionevrotik ödem keçirən pasiyentlər, AÇF inhibitorlarından istifadə etdikdə daha böyük riskə məruz qala bilərlər (“Əks göstərişlər” bölməsinə baxın). AÇF inhibitorlarının sakubitril / valsartan ilə eyni vaxtda istifadəsi angionevrotik ödemin inkişaf riskinin artması səbəbindən əks göstərişdir. Sakubitril/valsartanın ilk dozası lizinoprilin son dozasından sonra 36 saatdan gec olmayaraq qəbul edilməlidir. Lizinopril ilə müalicə sakubitril/valsartanın son dozasını qəbul etdikdən sonra 36 saatdan gec olmayaraq başlamalıdır (“Əks göstərişlər” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). AÇF inhibitorlarının rasekadotril, mTOR inhibitorları (məsələn, sirolimus, everolimus, temsirolimus), eləcə də vildaqliptin ilə eyni vaxtda istifadəsi angionevrotik ödemin riskini artıra bilər (məsələn, tənəffüs çatışmazlığı ilə və ya tənəffüs çatışmazlığı olmadan tənəffüs yollarının və ya dilin şişməsi) (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). AÇF inhibitorlarını qəbul edən pasiyentlərdə rasekadotril, mTOR inhibitorları və vildaqliptin ilə müalicəyə başladıqda ehtiyatlı olmaq lazımdır. Hemodializdə olan pasiyentlərdə anafilaktoid reaksiyalar Yüksək keçiricilik qabiliyyətinə malik yüksəkaxarlı dializ membranlarından (məsələn, AN69) istifadə edən hemodializdə olan və eyni zamanda AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə anafilaktoid reaksiyalar barədə məlumatlar var. Belə pasiyentlərdə diğər növdən olan dializ membranının və ya diğər qrupdan olan hipotenziv preparatın istifadəsini nəzərdən keçirmək lazımdır. Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi zamanı anafilaktoid reaksiyalar Dekstran sulfatın istifadəsi ilə ASLP-in aferezi zamanı AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə, nadir hallarda həyat üçün təhlükəli olan anafilaktoid reaksiyalar inkişaf edə bilər. Hər dəfə aferezdən əvvəl AÇF inhibitorunun istifadəsini müvəqqəti dayandırdıqda, bu növ reaksiyalardan qaçınmaq olar. Desensibilizasiya Desensibilizasiya zamanı (məsələn, həşəratların zəhəri) AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə davamlı anafilaktoid reaksiyalar müşahidə olunur. Həmin pasiyentlərdə, AÇF inhibitorları ilə müalicəni müvəqqəti dayandırdıqda bu növ reaksiyaların meydana çıxmasının qarşısını almaq mümkün olur, lakin AÇF inhibitorlarını təsadüfən qəbul etdikdə, bu reaksiyalar yenidən baş verir. Qaraciyər çatışmazlığı Çox nadir hallarda, AÇF inhibitorları ilə müalicə fonunda sarılıq sindromu ilə başlayan və fulminant nekroza qədər inkişaf edən və (bəzən) ölümlə nəticələnə bilən sindrom inkişaf edə bilər. Bu sindromun inkişaf mexanizmi öyrənilməyib. Sarılıq əlamətləri meydana çıxdıqda və ya “qaraciyər” fermentlərinin aktivliyi əhəmiyyətli dərəcədə yüksəldikdə lizinopril preparatı ilə müalicəni dayandırmaq və pasiyenti müvafiq tibbi nəzarət altında saxlamaq lazımdır. Neytropeniya/aqranulositoz AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə neytropeniya/aqranulositoz, trombositopeniya və anemiya inkişaf edə bilər. Digər ağırlaşdıran amillər olmadıqda böyrək funksiyaları normal olan pasiyentlərdə neytropeniya nadir hallarda inkişaf edir. AÇF inhibitorlarının istifadəsi dayandırıldıqdan sonra neytropeniya və aqranulositoz aradan qalxır. Damar kollagenozu olan pasiyentlər, həmçinin immunosupressiv müalicə alanlar, allopurinol və ya prokainamid preparatlarından istifadə edən pasiyentlər və ya bu cür ağırlaşdırıcı amillərin kombinasiyası, xüsusilə böyrək funksiyalarının pozulması olan pasiyentlər lizinopril preparatını son dərəcədə ehtiyatla istifadə etməlidirlər. Bu pasiyentlərin bəzilərində, bəzi hallarda antibiotiklərlə intensiv müalicəyə cavab verməyən, ciddi infeksiyalar inkişaf edir. Bu pasiyentlərdə lizinoprilin istifadəsi zaman leykositlərin miqdarına vaxtaşırı nəzarət etmək tövsiyə olunur; bundan əlavə, pasiyentlərə hər hansı infeksiya əlamətlərinin olması barədə bildirmələrinin vacib olduğunu izah etmək lazımdır. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası AÇF inhibitorlarının, angiotenzin II reseptorları blokatorlarının və ya aliskiren preparatının birlikdə istifadəsi arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyalarının zəifləməsi (kəskin böyrək çatışmazlığı daxil olmaqla) riskini yüksəldir. Bu səbəbdən, AÇF inhibitorlarının, angiotenzin II reseptorları blokatorlarının və ya aliskirenin kombinəedilmiş istifadəsi hesabına RAAS-nin ikili blokadası tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə baxın). İkili blokada zəruri olduqda, müalicəni böyrək funksiyasına, qanda elektrolitlərin miqdarına və arterial təzyiqə tez-tez və ciddi nəzarət edərək həkim müşahidəsi altında aparılmalıdır. Diabetik nefropatiyası olan pasiyentlərdə AÇF inhibitorları və angiotenzin II reseptorların blokatorlarını kombinəedilmiş müalicə şəklində istifadə etmək olmaz. İrq Angiotenzinçevirici fermentin inhibitorları, digər irqlərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə daha tez-tez angionevrotik ödemin inkişaf etməsinə səbəb olur. Digər AÇF inhibitorları kimi, lizinopril digər irqlərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə arterial təzyiqin aşağı salınmasına görə daha az effektiv ola bilər ki, bu da arterial hipertenziyadan əziyyət çəkən neqroid irqindən olan pasiyentlərdə qanda reninin səviyyəsi aşağı olan vəziyyətlərin tezliyinin yüksək olmasından asılı ola bilər. Öskürək AÇF inhibitorlarından istifadə dövründə öskürəyin baş verməsi barədə məlumatlar vardır. Adətən, quru və davamlı olan öskürək, preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxır. Öskürəyin differensial diaqnostikası aparıldıqda, AÇF inhibitorlarının təsirindən baş verən öskürəyin olmasını nəzərə almaq lazımdır. Cərrahi müdaxilə/ anesteziya Genişsahəli cərrahi müdaxilə aparılan pasiyentlərdə və ya arterial hipotenziyanın baş verməsinə səbəb olan preparatlarla ümumi anesteziya zamanı, lizinopril, reninin kompensator atılmasından sonra angiotenzin II-nin əmələ gəlməsinə mane ola bilər. Yuxarıda qeyd edilən mexanizm nəticəsində arterial hipotenziya inkişaf etdikdə, dövr edən qanın həcmini artırmaqla korreksiya aparmaq olar. Hiperkaliemiya Lizinopril daxil olmaqla, AÇF inhibitorlarından istifadə edən bəzi pasiyentlərin qan zərdabında kaliumun miqdarının artması müşahidə edilir. Böyrək çatışmazlığından əziyyət çəkən və şəkərli diabeti olan pasiyentlərdə, eyni zamanda kaliumqoruyucu diuretiklərdən istifadə edən pasiyentlərdə, tərkibində kalium olan qida əlavələri və ya duzəvəzedicilər qəbul edən pasiyentlərdə və ya qan zərdabında kaliumun səviyyəsinin yüksəlməsinə səbəb olan digər preparatlar (məsələn, heparin) qəbul edən pasiyentlərdə hiperkaliemiyanın inkişaf etmə riski daha yüksəkdir. Yuxarıda sadalanan preparatların eyni zamanda istifadəsi zəruri olduqda, qan zərdabında kaliumun miqdarına müntəzəm nəzarət etmək tövsiyə edilir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Şəkərli diabeti olan pasiyentlər Əvvəlcədən daxilə qəbul etmək üçün antidiabetik preparatlar və ya insulin müalicəsi qəbul edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlər, əlavə olaraq AÇF inhibitoru ilə müalicənin ilk ayında qanda qlükozanın konsentrasiyasına daha ciddi nəzarət etməlidirlər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Litium preparatları Litium preparatlarını lizinoprillə eyni zamanda istifadə etmək, bir qayda olaraq, tövsiyə edilmir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın). Hamiləlik Hamiləlik dövründə AÇF inhibitorları ilə müalicəyə başlamaq olmaz. AÇF inhibitoru ilə müalicəni davam etmək zəruri olduğu halda, hamiləliyini planlaşdıran pasiyentlər hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirilməlidirlər. Hamiləlik təsdiq olunduqda, AÇF inhibitorları ilə müalicəni dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicə təyin etmək lazımdır (“Əks göstərişlər” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə baxın).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hipotenziv preparatlar Lizinoprili digər hipotenziv preparatlarla (məsələn, nitroqliserin və digər nitratlar və ya digər damargenişləndirən vasitələr) birlikdə istifadə etdikdə arterial təzyiq kəskin aşağı düşə bilər (additiv effekt). Klinik tədqiqatlar göstərir ki, renin-angiotenzin-aldosteron sisteminin (RAAS) AÇF inhibitorları, angiotenzin II reseptorlarının blokatorları və ya aliskiren ilə birlikdə ikili blokadası, RAAS-ni blokada edən preparatın tək istifadə edilməsi ilə müqayisədə arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyasının aşağı düşməsi (kəskin böyrək çatışmazlığı daxil olmaqla) kimi əlavə təsirlərin inkişaf etmə riskinin yüksəlməsi ilə əlaqədardır (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakodinamika” bölmələrinə baxın). Angionevrotik ödemin inkişaf riskini artıran preparatlar AÇF inhibitorlarının sakubitril / valsartan ilə eyni vaxtda qəbulu angionevrotik ödemin inkişaf riskinin artması səbəbindən əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). AÇF inhibitorlarının məməlilərin hədəfi olan rapamisin (mTOR) inhibitorları (məsələn, temsirolimus, sirolimus, everolimus), neytral endopeptidaza inhibitorları (məsələn, rasekadotril), toxuma plazminogen aktivatoru və ya vildaqliptinin eyni vaxtda qəbulu angionevrotik ödemin riskini artıra bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Diuretiklər Lizinopril diuretik preparatlarla eyni zamanda istifadə edildikdə, bir qayda olaraq, əlavə hipotenziv təsir göstərir. Hal-hazırda və ya bir müddət əvvəl diuretik preparatlar qəbul edən pasiyentlərə lizinopril təyin edildikdə, arterial təzyiqin həddən artıq aşağı düşməsi baş verə bilər. Lizinopril preparatı ilə müalicəyə başlamazdan əvvəl diuretiklərin istifadəsini dayandırmaqla, simptomatik hipotenziyanın qarşısını almaq mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “İstifadə qaydası və dozası” bölmələrinə baxın ). Kaliumtərkibli qida əlavələri, kaliumqoruyucu diuretiklər və ya kaliumtərkibli duzəvəzedicilər və qan zərdabında kaliumun səviyyəsini artıran digər preparatlar. Klinik tədqiqatlar zamanı, qan zərdabında kaliumun miqdarı adətən norma göstəriciləri çərçivəsində qalmasına baxmayaraq, bəzi pasiyentlərdə hiperkaliemiya müşahidə olunur. Kaliumqoruyucu diuretiklərin (məsələn, spironolakton, triamteren və ya amilorid), kalium tərkibli qida əlavələrinin və ya kalium tərkibli duzəvəzedicilərin istifadəsi, xüsusilə böyrək funksiyalarının pozulması olan pasiyentlərdə, qan zərdabında kaliumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Lisinoprili trimetoprim və ko-trimoksazol (trimetoprim/sulfametoksazol) kimi zərdabda kaliumun səviyyəsinin artıran digər preparatlarla birlikdə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır (trimetoprimin kaliumqoruyucu diuretik amiloridlə oxşar təsir göstərdiyi məlumdur). Beləliklə, lizinoprilin yuxarıda sadalanan preparatlarla eyni vaxtda istifadəsi tövsiyə edilmir. Eyni vaxtda istifadəyə ehtiyac olduqda, preparatlar ehtiyatla və qan zərdabında kaliumun tərkibinə vaxtaşırı nəzarət etməklə istifadə edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Siklosporin AÇF inhibitorları və siklosporinin eyni vaxtda istifadəsi hiperkalemiyaya səbəb ola bilər. Qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Heparin AÇF inhibitorları və heparinin eyni vaxtda istifadəsi hiperkalemiyaya səbəb ola bilər. Qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Lizinopril preparatını kaliumqorumayan diuretiklə eyni zamanda təyin etdikdə, diuretik preparatın törətdiyi hipokaliemiya azala bilər. Litium preparatları AÇF inhibitorlarını litium preparatları ilə eyni zamanda istifadə etdikdə, qan zərdabında litiumun konsentrasiyalarının müvəqqəti yüksəlməsi və toksik effektlərin meydana çıxması barədə məlumatlar vardır. Tiazid diuretiklərin eyni zamanda istifadəsi litium toksikliyinin inkişaf etmə riskini yüksəldə bilər və AÇF inhibitorlarının istifadəsi fonunda artıq yüksəlmiş litium toksikliyinin güclənməsinə səbəb ola bilər. Lizinoprili litium preparatları ilə eyni zamanda istifadə etmək tövsiyə edilmir, lakin bu kombinasiyanın istifadəsi üçün zərurət yarandıqda qan zərdabında litiumun miqdarına ciddi nəzarət etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), o cümlədən sutkada 3 q-dan artıq dozada asetilsalisil turşusu AÇF inhibitorlarını və qeyri-steroid iltihabəleyhinə preparatları (məsələn, iltihabəleyhinə vasitə kimi asetilsalisil turşusu, SOG-2 fermentinin inhibitorları və qeyri-selektiv QSİƏP) eyni zamanda istifadə etdikdə antihipertenziv effekt zəifləyə bilər. AÇF inhibitorlarını və QSİƏP-i eyni zamanda qəbul olunması, xüsusilə böyrək funksiyaları əvvəldən aşağı olan pasiyentlərdə, kəskin böyrək çatışmazlığı daxil olmaqla, böyrək funksiyasının pozulma riskini yüksəldə bilər və qan zərdabında kaliumun miqdarının yüksəlməsinə səbəb ola bilər. Bu effektlər adətən geri dönəndi. Bu kombinasiyanı, xüsusilə yaşlı pasiyentlərə ehtiyatla təyin etmək lazımdır. Pasiyentlər kifayət qədər maye qəbul etməlidirlər. Bundan əlavə, kombinəedilmiş müalicə təyin olunduqdan sonra böyrək funksiyalarına nəzarətin zəruriliyini qiymətləndirmək və gələcəkdə vaxtaşırı böyrək funksiyalarına nəzarət etmək lazımdır. Qızıl Tərkibində qızıl olan preparatları (məsələn, natrium aurotiomalat) inyeksiya şəklində orqanizmə yeritdikdən sonra nitritoid reaksiyalar (hipertermiya, ürəkbulanma, başgicəllənmə və ağır arterial hipotenziya daxil olmaqla, vazodilatasiya simptomları), AÇF inhibitorları ilə müalicə alan pasiyentlərdə daha tez-tez qeydiyyata alınıb. Trisiklik antidepressantlar/antipsixotik preparatlar/ağrıkəsici vasitələr AÇF inhibitorlarını bəzi anesteziyaedici vasitələr, trisiklik antidepressantlar və antipsixotik preparatlarla eyni zamanda istifadəsi arterial təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Simpatomimetiklər Simpatomimetiklər AÇF inhibitorlarının antihipertenziv effektlərini zəiflədə bilərlər. Hipoqlikemik preparatlar Epidemioloji tədqiqatlar göstərir ki, AÇF inhibitorlarının və hipoqlikemik preparatların (insulinlər, daxilə qəbul etmək üçün hipoqlikemik preparatlar) eyni zamanda qəbulu, hipoqlikemiya riskini yüksəldərək hipoqlikemik effektin güclənməsinə səbəb ola bilər. Bu halın inkişaf etməsi, preparatların kombinasiyası ilə müalicənin ilk həftələrində, həmçinin böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir. Asetilsalisil turşusu, trombolitik preparatlar, beta-adrenoblokatorlar, nitratlar Lizinopril preparatını asetilsalisil turşusu (kardioloji dozalarda), trombolitiklər, beta-blokatorlar və/və ya nitratlarla eyni zamanda istifadə etmək olar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik AÇF inhibitorlarını hamiləliyin birinci trimestrində istifadə etmək tövsiyə olunmur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). AÇF inhibitorlarını hamiləliyin ikinci və üçüncü trimestrində istifadəsi əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Hamiləliyin birinci trimestrində AÇF inhibitorlarının istifadəsi ilə əlaqədar olan preparatın teratogenlik riskinə aid epidemioloji məlumatlar qaneedici deyil, lakin riskin bir qədər yüksək olması istisna edilə bilməz. AÇF inhibitoru ilə müalicəni davam etmək zəruri olduğu halda, hamiləliyini planlaşdıran pasiyentlər hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirilməlidirlər. Hamiləlik təsdiq olunduqda, AÇF inhibitorları ilə müalicəni dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicəyə başlamaq lazımdır. Məlumdur ki, qadınlarda hamiləliyin ikinci və üçüncü trimestrlərində AÇF inhibitorlarının istifadəsi zamanı fetotoksiklik (böyrək funksiyasının zəifləməsi, dölyanı mayenin azalması, kəllə sümüklərinin bərkiməsinin ləngiməsi) və neonatal toksiklik (böyrək çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya) induksiya olunur. AÇF inhibitorunun istifadəsi hamiləliyin ikinci trimestrindən başladıqda, böyrək funksiyalarının və kəllə sümüklərinin ultrasəs müayinəsi tövsiyə olunur. AÇF inhibitorları qəbul edən anaların yenidoğulmuş körpələrində, arterial hipertenziyanı vaxtında aşkar etmək üçün, əsaslı nəzarət etmək tövsiyə olunur (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Laktasiya Məlumat çatışmazlığı ilə əlaqədar, laktasiya dövründə lizinoprilin istifadəsi tövsiyə edilmir. Yenidoğulmuşları və ya vaxtındanəvvəl doğulmuş körpələri ana südü ilə qidalandırdıqda, təhlükəsizlik profili müəyyən edilmiş alternativ preparatların istifadə olunmasına üstünlük verilir. Pediatriyada istifadəsi Klinik tədqiqatlardan alınan təhlükəsizlik məlumatları göstərir ki, lizinopril ümumilikdə arterial hipertenziyalı uşaqlar tərəfindən yaxşı keçirilir və bu yaş qrupundakı təhlükəsizlik profili böyük pasiyentlərdə olduğu kimidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini idarə edərkən və ya mexanizmlərlə işləyərkən başgicələnmənin və ya yorğunluğun mümkün inkişafını nəzərə almaq lazımdır.

İstifadə qaydası və dozası

İstifadə qaydası Diroton preparatı sutkada 1 dəfə daxilə qəbul edilir. Sutkada 1 dəfə təyin olunan digər preparatlar kimi, lizinoprili də hər gün eyni vaxtda istifadə etmək lazımdır. Diroton preparatının sorulması qida qəbulundan asılı deyil. Dozalanma rejimi Preparatın dozası arterial təzyiqə müvafiq fərdi qaydada seçilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Arterial hipertenziya Diroton preparatını monoterapiya və ya digər qruplardan olan hipotenziv preparatlarla birlikdə istifadə etmək olar (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman vasitələrilə qarşılıqlı təsiri”, “Farmakodinamika” bölmələrinə baxın). Başlanğıc doza Arterial hipertenziyadan əziyyət çəkən pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 10 mq təşkil edir. Renin-angiotenzin-aldosteron sisteminin güclü aktivləşməsi olan pasiyentlərdə (xüsusilə, renovaskulyar hipertenziya zamanı, pəhrizdə xörək duzunun istifadəsini məhdudlaşdıran və/və ya hipovolemiyası olan pasiyentlərdə, dekompensasiya olunmuş ürək fəaliyyətində və ya ağır dərəcəli arterial hipertenziyada) başlanğıc dozanın qəbulundan sonra arterial təzyiqin kəskin aşağı düşməsi baş verə bilər. Belə pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 2,5-5 mq təşkil edir və müalicəyə ciddi tibbi nəzarət altında başlamaq lazımdır. Böyrək çatışmazlığı zamanı daha aşağı başlanğıc doza istifadə etmək tövsiyə olunur (aşağıda verilən cədvəl 1 baxın). Dəstəkləyici doza Effektiv dəstəkləyici doza sutkada 1 dəfə 20 mq təşkil edir. Adətən, müəyyən dozadan istifadə etdikdə 2-4 həftə müddətində istənilən müalicəvi təsir əldə olunmadıqda, gələcəkdə dozanı artırmaq olar. Uzunmüddətli nəzarətolunan klinik tədqiqatlarda maksimal istifadə edilən doza sutkada 80 mq təskil edib. Diuretiklərdən istifadə edən pasiyentlər Diroton preparatı ilə müalicəyə başladıqdan sonra simptomatik hipotenziya inkişaf edə bilər. Simptomatik hipotenziyanın inkişaf etmə riski, diuretik preparatlar qəbul edən pasiyentlərdə daha yüksəkdir. Bu səbəbdən, elektrolit itkisi/hipovolemiya riskini nəzərə alaraq, bu qrup pasiyentlərin müalicəsində ehtiyatlı olmaq lazımdır. Mümkün olduqda, Diroton preparatı ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl diuretikərin istifadəsini dayandırmaq lazımdır. Arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə, diuretiklərin istifadəsini dayandırmaq mümkün olmadıqda, Diroton preparatı ilə müalicəni 5 mq dozadan başlamaq lazımdır. Bu zaman böyrək funksiyasına və qan zərdabında kaliumun miqdarına nəzarət etmək lazımdır. Sonra, Diroton preparatının dozasını arterial təzyiqin səviyyəsindən asılı olaraq, korreksiya etmək olar. Zərurət yarandıqda, diuretik preparatlarla müalicəni yenidən başlamaq olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Böyrək çatışmazlığı zamanı dozanın korreksiyası Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər üçün dozanı kreatinin klirensini (KK) nəzərə alaraq seçmək lazımdır (cədvəl 1-ə baxın). Cədvəl 1. Böyrək çatışmazlığı zamanı dozanın korreksiyası Kreatinin klirensi (ml/dəq) Başlanğıc doza (mq/sut) 10 ml/dəq az 2,5 mq* (dializdə olan pasiyentlər daxil olmaqla) 10 – 30 ml/dəq 2,5 – 5 mq 31 – 80 ml/dəq 5 – 10 mq *Dozanı və/və ya qəbulun tezliyini arterial təzyiqin səviyyəsini nəzərə alaraq seçmək lazımdır. Dozanı, arterial təzyiqin istənilən göstəricilərini əldə edənə qədər və ya sutkada maksimal 40 mq-a qədər tədricən artırmaq olar. Arterial hipertenziyadan əziyyət çəkən 6-16 yaşlı uşaqlarda istifadəsi Bədən kütləsi 20-50 kq olan uşaqlar üçün tövsiyə edilən başlanğıc doza sutkada 1 dəfə 2,5 mq təşkil edir; bədən kütləsi 50 kq-dan çox olan uşaqlar üçün tövsiyə edilən başlanğıc doza sutkada 1 dəfə 5 mq-dır. Doza fərdi qaydada təyin olunmalıdır: bədən kütləsi 20-50 kq olan uşaqlar üçün maksimal sutkalıq doza 20 mq-a qədər və bədən kütləsi 50 kq-dan çox olan uşaqlar üçün maksimal sutkalıq doza 40 mq-a qədərdir. Uşaqların iştirakı ilə aparılan tədqiqatlarda 0,61 mq/kq-dan yüksək olan (və ya 40 mq-dan yüksək) dozaların öyrənilməsi aparılmayıb (“Farmakodinamika” bölməsinə baxın). Böyrək funksiyalarının fəaliyyəti zəifləmiş uşaqların müalicəsi üçün daha aşağı başlanğıc doza təyin etmək və ya dozanın yüksəldilməsi arasında intervalı artırmaq lazımdır. Ürək çatışmazlığı Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün Diroton preparatını diuretiklərlə və zərurət yarandıqda üskükotu preparatları və ya beta-blokatorlarla müalicəyə əlavə terapiya vasitəsi kimi istifadə etmək lazımdır (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”, “Farmakodinamika” bölmələrinə bax). Başlanğıc doza sutkada 1 dəfə 2,5 mq təşkil edə bilər, bu zaman arterial təzyiqə effekti qiymətləndirmək üçün müalicəyə ciddi tibbi nəzarət altında başlamaq lazımdır. Dozanı artırdıqda aşağıdakı şərtləri nəzərə almaq lazımdır: – dozanı hər dəfə 10 mq-dan çox artırmaq olmaz; – dozanın artırılması arasında interval 2 həftədən az olmamalıdır; – maksimal dözülə bilən dozaya qədər artırmaq lazımdır, lakin sutkada 1 dəfə 35 mq-dan çox olmayaraq. Dozanın korreksiyası, klinik effektdən asılı olaraq, fərdi aparılır. Simptomatik hipotenziya riski yüksək olan pasiyentlərdə, məsələn, elektrolit çatışmazlığı və/və ya hiponatriemiya olan pasiyentlər, hipovolemiya olan pasiyentlər və ya güclü diuretiklər qəbul edən pasiyentlərdə, mümkün olduqda, Diroton preparatını təyin etməzdən əvvəl, bu amilləri korreksiya etmək lazımdır. Böyrək funksiyasına və qan zərdabında kaliumun miqdarına nəzarət etmək vacibdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Kəskin miokard infarktı Zəruri hallarda, pasiyentlər trombolitiklər, asetilsalisil turşusu və beta-blokatorlar kimi, standart tövsiyə olunan preparatlardan istifadə etməlidirlər. Diroton preparatı ilə birlikdə vena daxilinə və ya transdermal yolla nitroqliserin preparatını istifadə etmək olar (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman vasitələrilə qarşılıqlı təsiri”, “Farmakodinamika” bölmələrinə baxın). Başlanğıc doza (miokard infarktından sonra ilk 3 gün) Diroton preparatı ilə müalicəyə miokard infarktının simptomları meydana çıxandan sonra 24 saat müddətində başlamaq olar. Sistolik arterial təzhyiq 100 mm c. s. aşağı olduqda, müalicəyə başlamaq olmaz. Diroton preparatının daxilə qəbul edilən ilk dozası 5 mq-dır, 24 saatdan sonra yenə 5 mq, 48 saatdan sonra – 10 mq və sonra gündə 1 dəfə 10 mq təyin edilir. Sistolik arterial təzyiq aşağı olan (120 mm. c. s. və ya dana aşağı) pasiyentlərdə müalicəyə miokard infarktından sonra ilk 3 gün müddətində başlanılırsa və ya davam etdirilirsə, preparatın dozası daha aşağı olmalıdır – daxilə 2,5 mq (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Böyrək çatışmazlığı olduqda (kreatinin klirensi < 80 ml/dəq) Diroton preparatının başlanğıc dozası KK-dən asılı olaraq seçilməlidir (cədvəl 1-ə baxın). Dəstəkləyici doza Dəstəkliyici doza sutkada 1 dəfə 10 mq-dır. Hipotenziya inkişaf etdiyi halda (sistolik arterial təzyiq 100 mm. c. s. və ya daha aşağı) sutkalıq dəstəkliyici doza 5 mq təşkil edir, zərurət yarandıqda bu dozanı müvəqqəti 2,5 mq-a qədər aşağı salmaq olar. Davamlı arterial hipotenziya (1 saatdan artıq sistolik arterial təzyiq 90 mm. c. s.-dan aşağı) inkişaf etdikdə Diroton preparatının istifadəsini dayandırmaq lazımdır. Müalicəni 6 həftə ərzinndə davam etdirmək və sonra pasiyentin vəziyyətini təkrar qiymətləndirmək lazımdır. Ürək çatışmazlığı simptomları inkişaf edən pasiyentlər, Diroton preparatı ilə müalicəni davam etdirməlidirlər (“İstifadə qaydası və dozası” bölməsinə baxın). Diabetik nefropatiya Arterial hipertenziyası olan, II-ci tip şəkərli diabetdən əziyyət çəkən və nefropatiyanın başlanğıc mərhələsində olan pasiyentlər üçün preparatın dozası sutkada 1 dəfə 10 mq təşkil edir; zəruri hallarda, oturaq vəziyyətdə ölçüldükdə diastolik arterial təzyiqi 90 mm. c. s.-dan aşağı düşməsini əldə etmək məqsədilə, dozanı sutkada 1 dəfə 20 mq-a qədər artırmaq olar. Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəq) Diroton preparatının başlanğıc dozası KK-dən asılı olaraq seçilməlidir (cədvəl 1-ə baxın). Uşaqlarda istifadəsi 6 yaşdan yuxarı arterial hipertenziya olan pasiyentlərdə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumatlar məhduddur, lakin digər göstərişlərdə preparatın istifadə təcrübəsi yoxdur (“Farmakodinamika” bölməsinə baxın). Lizinopril preparatını uşaqlarda yalnız arterial hipertenziyanın müalicəsi üçün istifadə etmək olar (digər göstərişlərdə istifadə tövsiyə olunmur). 6 yaşdan aşağı uşaqlara və ya ağır böyrək çatışmazlığından əziyyət çəkən (yumacıq filtrasiyasının sürəti < 30 ml/dəq/1,73 m bədən səthinin sahəsi) uşaqların müalicəsi üçün Lizinopril preparatını istifadə etmək olmaz (“Farmakodinamika” bölməsinə baxın). Yaşlı pasiyentlərdə istifadəsi Klinik tədqiqatlarda preparatın effektivliyinin və təhlükəsizliyinin yaşla əlaqəli dəyişiklikləri qeydə alınmayıb. Yaşlı pasiyentlərdə böyrək funksiyaları aşağı olduqda, preparatın başlanğıc dozasını KK nəzərə alaraq seçmək lazımdır (cədvəl 1). Sonra arterial təzyiqin dəyişməsindən asılı olaraq dozanı korreksiya etmək lazımdır. Transplantasiya olunmuş böyrəyi olan pasiyentlərdə istifadəsi Yaxın zamanlarda transplantasiya olunmuş böyrəyi olan pasiyentlərdə Diroton preparatının istifadə təcrübəsi yoxdur. Bü səbəbdən, belə pasiyentlərdə Diroton preparatının istifadəsi tövsiyə olunmur.

Əlavə təsirləri

Lizinoprilin və digər AÇF inhibitorlarının əlavə təsirlərinin tezliyi aşağıdakı parametrlərdə müşahidə edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Orqanlar sistemi Tez-tez Bəzən Nadir hallarda Çox nadir hallarda Məlum sinfi deyil Qan və limfa Sümük ilik sisteminin qanyaranmanın pozğunluqları zəifləməsi, anemiya, trombositopeniya, leykopeniya, neytropeniya, aqranulositoz, hemolitik anemiya, limfadenopatiya İmmun sisteminin autoimmun pozğunluqlar anafilaktik/ pozğunluqları anafilaktoid reaksiya Endokrin antidiuretik sisteminin hormonun pozğunluqları ifrazının qeyri- adekvat sindromu (AHİQS) Maddələr hipoqlikemiya mübadiləsi və qidalanma pozğunluqları Psixika əhval-ruhiyyənin şüurun depressiya pozğunluqları dəyişməsi, yuxunun qarışıqlığı pozulmalsı, halüsinasiyalar Sinir sisteminin başgicəllənmə vertiqo, paresteziya, parosmiya bayılma pozğunluqları , baş ağrısı disgevziya (iybilmənin pozulması) Orqanlar sistemi Tez-tez Bəzən Nadir hallarda Çox nadir hallarda Məlum sinfi deyil Ürək ürəkdöyünmənin pozğunluqları tezləşməsi, taxikardiya, miokard infarktı yüksək risk qrupu pasiyentlərdə AT-nin təzahürlü enməsi nəticəsində ehtimal olunur Damar ortostatik bəzən-beyin qan pozğunluqları effektlər dövranının kəskin (arterial pozğunluğu yüksək hipotenziya risk qrupu daxil pasiyentlərdə AT-nin olmaqla) təzahürlü enməsi nəticəsində ehtimal olunur, Reyno sindromu Tənəffüs sistemi, öskürək rinit bronxospazm, sinusit, döş qəfəsi və allergik alveolit, divararalığı eozinofil pnevmoniya orqanlarının pozğunluqları Mədə-bağırsaq qusma, ürəkbulanma, qarın ağızda quruluq pankreatit, bağırsaqların sisteminin diareya nahiyəsində ağrı, angionevrotik ödemi pozğunluqları həzm pozğunluğu Qaraciyər və qaraciyər-hüceyrəli və ya ödçıxarıcı xolestatik hepatit, sarılıq, yollarının qaraciyər çatışmazlığı pozğunluqları Dəri və dərialtı səpgi, qaşınma övrə, alopesiya, hiperhidroz, vulqar toxumaların psoriaz, qabarcıq, toksik pozğunluqlar* hiperhəssaslıq/si epidermal nekroliz, fətin, əllərin və Stivens-Conson ayaqların, sindromu, multiformalı dodaqların və eritema, xoşxassəli dəri dilin, səs limfadenozu yarığının və/ya qırtlağın angionevrotik ödemi Böyrəklər və böyrək uremiya, kəskin oliquriya/anuriya sidikçıxarıcı funksiyasının böyrək yollarının pozğunluğu çatışmazlığı pozğunluqları Cinsiyyət impotensiya ginekomastiya orqanları və süd vəzilərinin pozğunluqları Orqanlar sistemi Tez-tez Bəzən Nadir hallarda Çox nadir hallarda Məlum sinfi deyil Ümumi və yüksək yorğunluq, yeridilmə asteniya nahiyəsində pozğunluqlar Laborator qan zərdabında sidik hematokritin göstəricilərin cövhərinin və enməsi nəticəsinə və kreatininin hemoqlobinin instrumental konsentrasiyasının enməsi, tədqiqatlara təsiri artması, hiperkalie- hiperbilirubinem miya, “qaraciyər” iya, fermentlərinin hiponatririemiya aktivliyinin artması * Aşağıda qeyd edilən bir və ya bir neçə simptomların daxil olduğu simptomokompleks barədə məlumat verilmişdir: qızdırma, vaskulit, mialgiya, artralgiya/artrit, antinuklear antitellərə (ANA) müsbət reaksiya, eritrositlərin çökmə sürətinin (EÇS) artması, eozinofiliya və leykositoz, dəri səpgisi, fotosensibilizasiya və ya dəridə baş verən digər dəyişikliklər.

Doza həddinin aşılması

İnsanlarda doza həddinin aşılması barədə məlumat məhduddur. AÇF inhibitorları ilə doza həddinin aşılması ilə əlaqədar olan simptomları, arterial hipotenziya, kollaps, elektrolit balansın pozulması, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, ürəkdöyünmənin tezləşməsi, bradikardiya, başgicəllənmə, həyəcan və öskürək kimi əlamətlər daxildir. Doza həddinin aşılması zamanı venadaxili fizioloji məhlulun yeridilməsi məsləhət görülür. Arterial hipotenziyanın inkişafı zamanı pasiyenti, kürəyi üstə “uzanıqlı” vəziyyətə gətirmək lazımdır. Müvafiq imkan olduqda, infuzion angiotenzin II və/ya katexolaminlərin venadaxili yeridilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirmək lazımdır. Preparatın qəbulu yaxın vaxtlarda baş verdikdə, lizinoprilin xaric edilməsi üçün tədbirlərin aparılması vacibdir (məsələn, qusma yaratmaq, mədənin yuyulması, sorbentlər və natrium sulfatın yeridilməsi). Lizinoprili sistem qan dövranından hemodializ yolu ilə xaric oluna bilir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Medikamentoz terapiyaya davamlı bradikardiyanın inkişafı zamanı kardiostimulyatorun tətbiqi göstərişdir. Əsas həyati vacib göstəricilərə, elektrolitlərin tərkibinə və qan zərdabında kreatininin konsentrasiyasına nəzarət vacibdir.

Buraxılış forması

14 tablet PVX bərk örtüklü və alüminium folqalı blisterdə. 1, 2 və ya 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

+15 – +30 ºС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Gedeon Richter” ASC 1103 Budapeşt, Demrey k., 19-21, Macarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

“Gedeon Richter” ASC 1103 Budapeşt, Demrey k., 19-21, Macarıstan. “Gedeon Richter” ASC-nin Azərbaycandakı nümayəndəliyi AZ1001, Bakı ş., İstiqlaliyyət k., ev 29/14. Tel.: (+99412) 492-30-21. Elektron ünvan: [email protected]; [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Diroton 10 mq N28 tablet” üçün ilk rəyi siz yazın.