DIOKSIDIN 1% 10 ML N10 AMP.
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Antibakterial vasitə |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİOKSİDİN boşluq daxilinə və xaricə istifadə üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100% maddə hesabı ilə 10 mq dioksidin vardır. Köməkçi maddələr:inyeksiya üçün su.
Təsviri
Şəffaf, yaşılımtıl-sarı rəngli mayedir.
Farmakoterapevtik qrupu
Antibakterial vasitə. ATC kodu: J01XX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dioksidin geniş təsir spektrli antibakterial preparatdır. Vulqar protey, göy-yaşıl irin çöpləri, Fridlender çöpləri, bağırsaq və dizenteriya çöpləri, salmonellalar, stafilokokklar, streptokokklar, qazlı qanqrena da daxil olmaqla patogen anaeroblar tərəfindən törənən infeksiyalar zamanı effektivdir. Sulfanilamidlərə, nitrofuranlara və digər preparatara qarşı rezistent olan bakteriya ştammlarna münasibətdə aktivdir. Farmakokinetikası Yerli istifadə zamanı dioksidin qismən sorulur, yerli qıcıqlandırıcı təsir göstərmir. Metabolizmə məruz qalmır. Kumulyasiya olunmur. Böyrəklərlə xaric olur.
İstifadəsinə göstərişlər
Müxtəlif lokalizasiyalı irinli-iltihabi proseslər: irinli plevritlər, plevranın empieması, ağciyərlərin absesi, peritonit, sistit, dərin boşluqlu yaralar, yumşaq toxumaların absesi, fleqmonalar, sidik və öd yollarının əməliyyatdan sonrakı yaraları. Həmçinin sidik kisəsinin kateterizasiyasından sonra infeksion ağırlaşmaların profilaktikası məqsədilə.
Əks göstərişlər
Preparata fərdi dözümsüzlük, böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı (o cümlədən anamnezdə), hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dioksidin stasionar şəraitdə istifadə olunur. Eksperimental olaraq onun teratogen və embriotoksik təsiri aşkar olunmuşdur (buna görə də hamiləlik zamanı əks göstərişdir); preparat həmçinin mutagen təsirə malikdir. Bununla əlaqdar olaraq Dioksidindən yalnız ağır infeksion xəstəliklərdə və digər antibakterial preparatların, o cümlədən II-IV nəsil sefalosporinlər, ftorxinolonlar, karbapemenlər effekti olmayan hallarda istifadə olunur. Böyrək çatışmazlığı olan hallarda ehtiyatla istifadə olunur, xroniki böyrək çatışmazlığı zamanı doza azaldılır. Piqment ləkələri meydana çıxan hallarda dozanın yeridilmə müddətini 1,5 – 2 saata qədər uzadılır, doza azaldılır, antihistamin preparatlar təyin edilir, lazım olan hallarda isə preparatın qəbulu dayandırılır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeyd edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddəti ərzində nəqliyyat vasitələrini idarə edərkən və diqqətin toplanmasını tələb edən potensial təhlükəli mexanizmlərlə işləyərkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Dioksidin yalnız böyüklərə təyin edilir. Müalicə kursuna başlamazdan əvvəl preparata düzümlülüyü yoxlamaq üçün sınaq qoymaq lazımdır. Bu məqsədlə irinli boşluğa 10 ml 1%-li məhlul yeridilir. 3-6 saat ərzində əlavə təsirlər (başgicəllənmə, titrətmə, bədən hərarətinin yüksəlməsi) olmadıqda kurs müalicəyə başlanılır. Məhlul boşluğa drenaj borusu, kateter və ya şprislə – adətən 1%-li məhlulu 10-50 ml yerdilir. Maksimal gündəlik doza 70 ml 1%-li məhluldur. Gündə 1-2 dəfə istifadə edilir (gündəlik 70 ml 1%-li dozanı keçməməli). Müalicənin müddəti xəstəliyin ağırlığından və preparata dözümlülükdən asılıdır. Müalicə kursu 3 həftə və daha çox davam edə bilər. Lazım olan hallarda müalicə kursunu 1-1,5 aydan sonra təkrarlamaq olar. Yara səthinə 1%-li məhlulda isladılmış sarğı qoymaqla yerli müalicə də mümkündür. Uşaqlarda: uşaqlara bu preparat təyin olunmur.
Əlavə təsirləri
Boşluqdaxili yeritmə zamanı baş ağrısı, titrətmə, bədən hərarətinin yüksəlməsi, dispeptik pozğunluqlar, əzələlərin qıcolma yığılmaları, allergik reaksiyalar, fotosensibilizəedici effekt (günəş şüalarının təsiri zamanı bədəndə piqment ləkələrinin meydana çıxması). Xaricə istifadə zamanı – yaraətrafı dermatit, qaşınma.
Doza həddinin aşılması
Böyrəküstü vəzinin qabıq maddəsinin kəskin çatışmazlığı mümkündür. Müalicəsi. Preparatın istifadəsinin dərhal dayandırılması, müvafiq əvəzedici hormonal müalicə.
Buraxılış forması
10 ml, ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
18-25ºC temperaturda, orijinal qutularda, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Saxlanma dövründə (15ºC-dən aşağı temperaturda) ampullarda kristallar çökən hallarda ampulu su hamamında qızdırmaqla kristallar tam həll olana (şəffaf məhlul alınana) qədər çalxalamaq lazımdır. Əgər 37±1ºC –yə qədər soyutma zamanı yenidən kristallar çökmürsə, preparat istifadəyə yararlı hesab olunur.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı və ünvanı İSC “Farmak”, Ukrayna 04080, Kiyev şəh. Frunze küç, 74.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.