Diklofenak 100 mq N10 rektal şam
| Təsiredici maddə | DICLOFENAC |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat |
| İstehsal ölkəsi | Moldova |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,24 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİKLOFENAK rektal şamlar DICLOFENAC Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 50 mq və ya 100 mq diklofenak vardır. Köməkçi maddələr: setil spirti, bərk yağ.
Təsviri
Silindrik-konik formalı, ağ və ya sarıyaçalan ağımtıl rəngli şamlardır. En kəsiyində hava və qıfvari boşluğunun olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat. ATC kodu: М01АВ05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat iltihab əleyhinə, qızdırmasalıcı və ağrıkəsici təsir göstərir. Diklofenak iltihabın, ağrının, qızdırmanın patogenezində əsas rolu olan iltihab mediatorlarının- prostoqlandinlərin sintezini tormozlayır və iltihab ocağında ağrını azaldır. Kapilyarların keçiriciliyini azaldır, trombositlərin aqreqasiyasını zəiflədir, pozulmuş mikrosirkulyasiyanı bərpa edir. Revmatik xəstəliklər zamanı iltihabəleyhinə və analgetik xüsusiyyətləri ağrı sindromunu zəiflədir, xüsusən oynaqlarda sakit vəziyyətdə və hərəkət zamanı olan ağrıları; səhərlər baş verən rigidliyi və oynaqlarda şişkinliyi azaldır, hərəki aktivliyi yaxşılaşdırır. Qeyri-revmatoid xarakterli zəif və güclü ağrılara qarşı nəzərəçarpan analgetik təsir göstərir. Travma və əməliyyatdan sonra əmələ gələn iltihab proseslərində həm spontan ağrını, həm hərəkət zamanı ağrını tez yüngülləşdirir, yara nahiyəsində ödemi azaldır. Birinci dərəcə dismenoreya zamanı preparat ağrını və qanaxmanı azalda bilər. İltihab əleyhinə effekti müalicənin ilk həftəsinin sonunda qeyd olunur. Farmakokinetikası Absorbsiya sürətlə və tam olur, rektal yeritmə zamanı – 30dəq. Qan zərdabında yarımxaricolma dövrü 1-2saat təşkil edir. Hər qəbulun arasında tövsiyə olunan fasiləyə riayət etdikdə, preparatın kumulyasiyası qeyd olunmur. Yeridilən dozanın 60%-i metabolit şəkildə böyrəklərlə xaric olur; 1%-ə qədər dəyişilməmiş şəkildə, qalan hissəsi isə metabolit şəkildə ödlə xaric olunur. Xroniki hepatit ya kompensasiyalı qaraciyər sirrozu ilə xəstələrdə diklofenakın farmakokinetik parametləri qaraciyər xəstəlikləri olmayan pasiyentlərdə kimi eynidir.
İstifadəsinə göstərişlər
Oynaqların iltihabı xəstəlikləri (revmatoidli artrit, revmatizm, ankilozlaşdırıcı spondilit, xroniki podaqrik artrit), degenerativ xəstəlikləri (deformasiyaedici osteoartroz, osteoxondroz), lümbaqo, işias, nevralgiya, mialgiya; oynaqdankənar toxumaların xəstəlikləri (tendovaginit, bursit, yumşaq toxumaların zədələnmələri); iltihabla müşayiət olunan posttravmatik və əməliyyatdan sonrakı ağrı sindromu; birinci dərəcəli alqodismenoreya, adneksit; böyrək və qaraciyər sancıları; burun- boğaz-qulaq orqanlarının infeksiyaları, tənəffüs sistemi orqanlarının infeksiyası.
Əks göstərişlər
Preparata qarşı (o cümlədən digər QSİƏP-ə) fərdi hiperhəssaslıq, qanyaradıcı sistemin dəqiq etiologiyası olmayan pozğunluqları, kəskin fazada bağırsaqların destruktiv-iltihabı xəstəlikləri, 6 yaşa qədər uşaqlar, hamiləliyin son trimestri
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat aşağıda göstərilən hallarda ehtiyatla təyin edilir: QSİƏP-rə qarşı hiperhəssaslıq, anamnezdə qaraciyər, böyrək və mədə-bağırsaq traktının xəstəlikləri, dispeptik əlamətlər, bronxial astma, burun boşluğun selikli qişasının polipləri, mövsümi allergik rinit, arterial hipertenziya, ürək çatışmazlığı, cərrahi əməliyyatdan dərhal sonra, yaşlı xəstələr, anamnezdə göstərilən allergik reaksiyalar (övrə, Kvinke ödemi və s.). Preparatın yüksək dozalarda uzun müddət istifadəsi və analgetik vasitələrin yanlış istifadəsi nəticəsində baş ağrıları əmələ gələ bilər, bu ağrılar dozanın artırılması ilə aradan qalxmır. Müalicə zamanı qaraciyər və böyrək funksiyasına, periferik qan göstəricilərinə nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı litiumla, dolayı təsirli antikoaqulyantlarla, oral antidiabetik preparatlarla, xinolin ilə birgə istifadə etdikdə onların plazmatik konsentrasiyası artır. Preparat metotreksatın, siklosporinin toksiki təsirini artırır, qlükokortikosteroidlərin əlavə effektlərinin (mədə-bağırsaq qanaxmaları) əmələ gəlməsini yüksəldir, diuretiklərin effektini azaldır, kaliumqoruyucu diuretiklərin fonunda hiperkaliemiyanın riskini artırır. Asetilsalisil turşusu ilə birgə istifadə etdikdə diklofenakın plazma konsentrasiyası azalır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin birinci və ikinci trimestrində preparatın istifadəsi yalnız həkimin məsləhətindən sonra mümkündür. Hamiləliyin son üçaylığında ana və döldə ağırlaşmaların yaranmasının yüksək riskini nəzərə alaraq,diklofenak istifadə olunmur. Diklofenak şamlarının qısamüddətli istifadəsi zamanı laktasiya dayandırılmır. Əgər, şamların yüksək dozalarda və uzunmüddətli istifadəsinə ehtiyac olarsa, o zaman ana südü ilə qidalandırmanın dayandırılması haqqında qərar qəbul olunmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə zamanı sürətli reaksiya tələb edən fəaliyyətdən, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat rektal istifadə olunur. Böyüklər: gündə 2-3 dəfə 50 mq (1 ədəd 50 mq-lıq şam) və ya gündə 1-2 dəfə 100 mq (1 ədəd 100 mq-lıq şam) müalicəvi dozalarda düz bağırsağa yeridilir maksimal gündəlik doza – 200 mq, dəstəkləyici doza – 100 mq (yuxudan əvvəl). Uşaqlar: 2-3mq/kq/gün. Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir
Əlavə təsirləri
Preparatın rektal istifadəsi zamanı aşağıda göstərilən hallar əmələ gələ bilər: yerli qıcıqlanma, qanla qarışıq selik ifrazatı, defekasiya zamanı ağrı, başağrısı, başgicəllənmə, yuxusuzluq, əsəbilik; yerli allergik reaksiyalar, anafilaktik reaksiyalar (şok daxil olmaqla), qanyaradıcı funksiyanın pozğunluqları (hemolitik ya aplastik anemiya, leykopeniya, trombositopeniya); görmə və hissetmə qabiliyyətinin pozğunluqları.
Doza həddinin aşılması
Simptomlar: başgicəllənmə, baş ağrısı, hiperventilyasiya, şüurun dumanlanması, uşaqlarda – qıcolmalar, MBT-ın pozğunluqları (ürəkbulanma, qusma, qarında ağrılar, qanaxmalar), böyrək funksiyasının pozulmaları Müalicə: preparatın orqanizmdən tez xaric olmasını təmin etmək lazımdır və A/T normallaşdıran, qıcolmaları, tənəffüsün zəifləməsini, böyrək və MBT-n pozğunluqları aradan qaldırmaq üçün müvafiq simptomatik vasitələrdən istifadə etmək lazımdır.
Buraxılış forması
Rektal suppozitoriylar Diklofenak 50 mq: 6 suppozitoriya, PVX blisterlərdə, 1 blister (6 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Diklofenak 100 mq: 5 suppozitoriya, PVX blisterlərdə, 2 blister (10 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
FARMAPRİM MMC. Kişinyov şəh., Krinilor küç.5, Porumben s., Kriulen r-nu., MD-4829, Moldova Respublikası.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.