Dibazol 1 % 1 ml N10 inyeksiya Dalximfarm

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirVazodilatasiyaedici vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,44 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DİBAZOL venadaxili və əzələdaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Bendazol

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq bendazol hidroxlorid (bendazol) vardır. Köməkçi maddələr:xlorid turşusu məhlulu 0,1 M, qliserol (distillə edilmiş qliserin), etanol (etil spirti) 96%, inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz, xarakterik qoxulu məhluldur.

Farmakoterapevtik qrupu

Vazodilatasiyaedici vasitə. ATC kodu: C04AX.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Miotrop təsirli spazmolitik vasitədir. Qan damarlarının və daxili orqanların saya əzələsinə spazmolitik təsir göstərir, damarları genişləndirir. Ürək atmasının azalması və periferik damarların genişlənməsi hesabına arterial təzyiqi endirir. Hipotenziv aktivliyi olduqca mülayimdir, effekti isə davamlı deyil. Əzələdaxili yeridilməsi zamanı hipotenziv təsiri 30-60 dəqiqə, venadaxili yeridilməsi zamanı 15-20 dəqiqə ərzində baş verir. Təsir müddəti 2-3 saatdır. Farmakokinetikası Tədqiqat aparılmamışdır.

İstifadəsinə göstərişlər

Preparat daxili orqanların (mədənin xora xəstəliyi, mədə çıxacağının və bağırsaq əzələsinin spazmı), hipertonik kriz zamanı istifadə edilir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; yüksək əzələ tonusu və ya qıcolma sindromu ilə müşayiət edilən xəstəliklər, 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Yaşlı pasiyentlər (ürək atmasının azalması) Arterial hipertenziyanın uzun müddətli müalicəsi üçün təyin etmək məsləhət görülmür, xüsusilə yaşlı pasiyentlərdə, belə ki, hipotenziv effekt ürək atmasının azalması ilə əlaqədardır və elektrokardioqram göstəricilərinin pisləşməsi mümkündür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bendazol beta-adrenoblokatorlarla əlaqədar ümumi periferik damar müqavimətinin artmasının qarşısını alır. Bendazolun fentolaminlə eyni vaxtda istifadəsi zamanı bendazolun hipotenziv təsiri gücləndirir. Bendazol digər hipotenziv və diuretik vasitələrin təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın döl üçün təhlükəsizliyi barədə məlumat olmadığı üçün onu hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya dövründə Dibazol preparatının istifadəsinə ehtiyac olduqda, preparatla müalicə dövründə ana südü ilə qidalandırmanı müvəqqəti dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat vasitələrini idarə etmək, eləcə də yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər təhlükəli fəaliyyət növlərilə məşğul olmaq məsləhət görülmür.

İstifadə qaydası və dozası

Preparat venadaxili və əzələdaxili yeridilir. Hipertonik kriz zamanı venadaxili və əzələdaxili 30-40 mq (3-4 ml 10 mq/ml məhlul) təyin edilir. Dibazolla eyni vaxtda, eləcə də digər hipotenziv dərman vasitələri istifadə etmək olar. Saya əzələnin spazmı zamanı əzələdaxili 10-20 mq (1-2 ml 10 mq/ml məhlul) yeridilir.

Əlavə təsirləri

Əlavə təsirlər (ƏT) MedDRA lüğəti üzrə sistem və orqanlara müvafiq qruplaşdırılmışdır. İmmun sistemdə baş verən pozuntular: allergik reaksiyalar. Sinir sistemində baş verən pozuntular: başgicəllənmə, yüngül başağrı, istilik hissi. Damarlarda baş verən pozuntular: arterial təzyiqin enməsi. Dəri və dərialtı toxumada baş verən pozuntular: güclü tərləmə. Mədə-bağırsaq sistemində baş verən pozuntular: ürəkbulanma. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: lokal ağrı.

Doza həddinin aşılması

Simptomları Doza həddinin aşılması barədə məlumat yoxdur. Daha çox ehtimal edilən arzuolunmayan təzahürü arterial təzyiqin ifadəolunmuş enməsi ola bilər. Müalicəsi Arterial təzyiqin ifadəolunmuş enməsi zamanı pasiyentə aşağı ətrafları azacıq qaldırması ilə “uzanıqlı” vəziyyət vermək, simptomatik terapiya aparmaq lazımdır.

Buraxılış forması

Venadaxili və əzələdaxili yeridilmə üçün məhlul 10 mq/ml. 1 ml, 2 ml və ya 5 ml məhlul neytral şüşə və ya sındırma nöqtəsi və ya halqası olan I tip hidrolitik sinifdən olan rəngsiz şüşə ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Dalximfarm” ASC. 680001, Rusiya Federasiyası, Xabarovsk bölgəsi, Xabarovsk ş., Taşkentskaya k., 22. Tel.:/Faks: (4212) 53-91-86.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Dibazol 1 % 1 ml N10 inyeksiya Dalximfarm” üçün ilk rəyi siz yazın.