Detraleks 1000 mq N30 tablet

Təsiredici maddə: DIOSMIN + HESPERIDIN
Təsiredici maddəDIOSMIN + HESPERIDIN
Dərman formasıTablet
Farmakoloji təsirAngioprotektor dərman vasitəsi. Kapilyarstabilləşdirici maddələr,bioflavonoidlər
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

29,93 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Preparatın qəbuluna başlamazdan əvvəl bu içlik vərəqəni sona qədər diqqətlə oxuyun, çünki burada sizin üçün vacib məlumatlar var. Bu dərman reseptsiz əldə edilə bilər. Lakin, siz Detraleks ilə ən yaxşı nəticələrə nail olmaq üçün ondan ehtiyatla istifadə etməlisiniz. – Bu içlik vərəqəni saxlayın. Onu yenidən oxumağa ehtiyacınız yarana bilər. – Əlavə məlumat və ya məsləhətə ehtiyacınız olarsa, əczaçınızdan soruşun. – Əlavə suallarınız yaranarsa, müalicə həkiminizə və ya əczaçınıza müraciət edin. – Sizin simptomlarınız yaxşılaşmırsa, yaxud pisləşirsə, həkiminizlə əlaqə saxlamalısınız. – Əgər əlavə təsirlər meydana çıxarsa, yaxud siz bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər müşahidə etsəniz, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verin. DETRALEKS örtüklü tabletlər

Tərkibi

Təsiredici maddələr: mikronizəedilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900 mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. Köməkçi maddələr: jelatin, maqnezium stearat, mikrokristallik sellüloza, natrium nişasta qli- kolatı, talk, qliserol, makroqol 6000, hipromelloza, qırmızı dəmir oksidi (E172), natrium lauril sulfat, titan 4-oksid (E171), sarı dəmir oksidi (E172).

Təsviri

Narıncı-cəhrayi rəngli uzunsov formalı örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Angioprotektor dərman vasitəsi. Kapilyarstabilləşdirici maddələr,bioflavonoidlər. ATC kodu: C05CA53

İstifadəsinə göstərişlər

Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: • Ayaqlarda ağırlıq hissi • Ağrı • Gecə qıcolmaları Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi.

Əks göstərişlər

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Reseptsiz əldə edilən dərmanlar da daxil olmaqla, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə olduğunuzu (və ya ola biləcəyinizi) düşünürsünüzsə və ya hamilə olmaq planlaşırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuy- ğundur. Laktasiya Dərmanın südlə ifraz olunması barədə məlumat yoxdursa, laktasiya dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir. Detraleks-in qəbulu zamanı həkimin və ya əczaçının göstərişlərinə həmişə ciddi riayət edin. Əgər sizin preparatın qəbulunun düzgünlüyünə şübhəniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz.

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Flebologiyada: Adi doza: Gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam). Müalicənin müddəti Müalicənin nə qədər davam edəcəyini həkiminiz və ya əczaçınız sizə deyəcək. Həkiminiz və ya əczaçınızla məsləhətləşmədən müalicəni dayandırmayın. Detraleks qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın. Preparatın qəbulu ilə bağlı əlavə suallarınız varsa, öz müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.

Əlavə təsirləri

İstənilən dərman preparatı kimi Detraleks də bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Bu əlavə təsirlərə aşağıdakılar aiddir: – Yayılmış əlavə təsirlər (10 nəfərdən birindən azında, lakin 100 nəfərdən birindən çoxunda üzə çıxa bilər): ishal, dispepsiya, ürəkbulanma, qusma. – Yayılmamış əlavə təsirlər (100 nəfərdən birindən azında, lakin 1000 nəfərdən birindən çoxunda üzə çıxır): kolit. – Nadir əlavə təsirlər (1000 nəfərdən birindən azında, lakin 10,000 nəfərdən birindən çoxunda üzə çıxır): başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə – Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. Hər hansı əlavə təsir ciddi xarakter almağa başlasa, yaxud burada sadalanmayan əlavə təsir müşahidə etsəniz, bu barədə öz həkiminizə və ya əczaçınıza məlumat verin.

Doza həddinin aşılması

Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması zamanı nadir hallarda diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir.

Buraxılış forması

10 tablet, blisterdə. 3, 4 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 9 tablet, blisterdə. 2, 3 və 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün növ ölçüdə qutular olmaya bilər

Saxlanma şəraiti

◦ 30 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Le Laboratuar Servye İndastri – Fransa 905 route de Saran 45520 Gidy-France (Fransa). Qeydiyyat vəsiqəsinin və ticarət nişanının sahibi Le Laboratuar Servye – Fransa 50, rue Carnot 92284 Suresnes cedex – France (Fransa).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Detraleks 1000 mq N30 tablet” üçün ilk rəyi siz yazın.