DERMIZOL G 10 GR (KREM) (PHIL INTER PHARMA CO LTD,) (VETNAM)

Dərman formasıKrem
Farmakoloji təsirİltihabəleyhinə, antibakterial, göbələkəleyhinə dərman vasitəsi
İstehsal ölkəsiVyetnam

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,28 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DERMİZOL-G xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone dipropionate + Clotrimazole + Gentamicin sulfate

Tərkibi

Təsiredici maddə: 10 q-lıq tub 20 q-lıq tub Betametazon dipropionat 6,4 mq Betametazon dipropionat 12,8 mq Klotrimazol 100 mq Klotrimazol 200 mq Gentamisin Sulfat 10 mq Gentamisin Sulfat 20 mq Köməkçi maddələr: xlorokrezol, ketosteril alkoqol, ağ vazelin, maye parafin, polioksil 25 ketosteril efiri, propilenqlükol, monobazik natrium fosfat, metilparaben, propilparaben, təmizlənmiş su.

Təsviri

Homogen, yumşaq konsistensiyalı, ağ rəngli kremdir.

Farmakoterapevtik qrupu

İltihabəleyhinə, antibakterial, göbələkəleyhinə dərman vasitəsi. ATC kodu: D07XC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Dermizol-G iltihabəleyhinə, qaşınmaəleyhinə, allergiyaya qarşı və antieksudativ effektlərə malik olan xaricə istifadə üçün vasitədir. DERMIZOL-G-nin tərkibində iltihab əleyhinə betametazon, geniş spektrə malik olan antifunqal (göbələk əleyhinə) klotrimazol və geniş spektrli mikrob əleyhinə gentamisin sulfat vardır. Betametazon dipropionat iltihab- və allergiyaəleyhinə sintetik kortikosteroiddir. Klotrimazol geniş spektrli antifunqal maddə olaraq müxtəlif patogenik göbələklərin yaratdığı dəri xəstəlikləri zamanı istifadə edilir. Klotrimazol göstərilən mikroorqanizmlərə qarşı aktivdir: Dermofitlər (Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), mayabənzər və kif göbələkləri (Candida nəslindən, Torulopsis glabrata, Rhodotorula nəslindən); Malassezia furfur; qrammüsbət (Corynebacterium minutissimum, Staphylococcus spp., Streptococcus spp.) və qrammənfi bakteriyalar (Bacteroides, Gardnerella vaginalis); Trichornonas vaginalis. Göbələk əleyhinə təsiri göbələk membranının pozulması və keçiriciliyinin dəyişilməsi nəticəsində hüceyrə məhv olur. Gentamisin sulfat aminoqlikozid qrupuna məxsus antibiotikdir, bakterial hüceyrə daxilində protein sintezini pozur və mikrobu məhv edir. Gentamisin birinci və ikincili dəri infeksiyalarının müalicəsində yerli təyin edilir. Farmakokinetikası DERMIZOL-G yerli istifadə edildikdə asanlıqla dəriyə nüfuz edir. İstifadə olunduğu zaman, xüsusilə kip sarğı altında və ya dəridə yara olduğu zaman, betametazonun müəyyən bir hissəsi qan dövranı sisteminə sorula bilər.

İstifadəsinə göstərişlər

Preparata həssas olan infeksiya ilə ağırlaşmış və yaxud bu infeksiyalaşmadan şübhəli aşağıdaki hallarda istifadə olunur – Allergik və adı dermatit – Atopik dermatit (həmcinin, diffuz neyrodermatit) – Ekzema, dermatomikoz (dermatofitiyalar, kandidoz, liken), xüsusən də qasıq bölgəsində və iri dəri qatlarda yerləşən proseslərdə – Məhdud neyrodermit. – Xroniki çəhrayı liken.

Əks göstərişlər

Preparatın aktiv komponentlərinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilis xəstəliyini müşayət edən dəri səpgiləri, təbii çiçək, vaksinasiya sonrası reaksiya, 2 yaşa qədər uşaqlar. Dəri infeksiyaları (virus, bakterial [o cüm., vərəm], həmçinin göbələk mənşəli), vaksinlərə qarşı reaksiyalar, dəri xoraları və akne yerli istifadə üçün nəzərdə tutulmuş kortikosteroidlərin istifadəsi üçün əks göstərişdir. Rozasea və ya perioral dermatit yarandıqda məlhəmin üz nahiyəsinə sürtülməsindən imtina etmək lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat oftalmologiyada istifadə üçün nəzərdə tutulmamışdır. Bu dərmandan çox miqdarda və ya uzun müddət ərzində istifadə edilməməlidir. Kip sarğıdan istifadə edilməməlidir. Geniş bədən səthinin müalicəsi zamanı və ya kip sarğıdan istifadə olunduqda yerli istifadə olunan kortikosteroidlər və ya gentamisinin sistemli absorbsiyası artır. Gentamisin açıq yaralara və ya zədələnmiş dəriyə tətbiq edilməməlidir. Xüsusilə körpə və uşaqlarda bu şərtlər altında müvafiq tədbirlər görülməlidir. Uşaqlarda istifadəsi: Yerli qlükokortikosteroidlərin istifadəsi zamanı uşaqlarda, böyüklərə nisbətən, sistemli yan təsirlər daha tez büruzə verir. Xüsusən, hipotalamo – hipofizar- adrenal sisteminin funksiya zəifləməsi, Kuşinq sindromu, boy və çəki artımının ləngiməsi, kəllədaxili təzyiqin artması kimi əlavə təsirlər. Hamilələrdə ehtiyatla istifadə olunmalıdır, xüsusən I trimestr.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə birgə istifadəsi zamanı qarşılıqlı təsir qeydə alınmaməmışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın təhlükəsizliyi müəyyən olunmadığına görə, yalnız preparatın anaya gözlənilən faydası dölə potensial riskindən daha üstün olduğu halda istifadə olunmalıdır. Hamilələrdə geniş dəri sahəsində və uzunmüddətli istifadə olunmamalıdır. Preparatın ana südünə keçməsi haqqında məlumat olmadığı üçün, laktasiya dövründə südvermə ilə bağlı qərar qəbul olunmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Heç bir təsir qeyd olunmamışdır.

İstifadə qaydası və dozası

Ancaq dəri səthinə istifadə olunur. Zədələnmiş dəri səthinə və ətraf toxumaya, gündə 2 dəfə – səhər və axşam nazik bir təbəqə şəklində yaxılır. Müalicənin təsirli olması üçün dərman müntəzəm şəkildə istifadə olunmalıdır. Müalicə müddəti zədələnmiş ocağın lokalizasiyası və ölçüsündən, həmçinin, orqanizmin dərmana qarşı reaksiyasından asılıdır. Lakin, əgər 4 həftə ərzində xəstədə yaxşılaşma qeyd olunmursa, bu zaman diaqnoz təkrar gözdən keçirilməlidir.

Əlavə təsirləri

Nadir hallarda Dermizol-G kreminin istifadəsi zamanı yandırma hissi, eritema, eksudasiya, istifadə olunan nahiyədə dərinin rənginin dəyişməsi, qaşınma, dərinin quruluğu, ikincili infeksiyanın inkişafı qeyd oluna bilər. Əlavə təsirlər daha sıx sarğı altında və uzunmüddətli müalicə zamanı qeyd olunur.

Doza həddinin aşılması

Yerli qlükokortikosteroidlərin uzunmüddətli və yüksək dozada istifadəsi böyrəküstü vəzinin çatışmalığı ilə və hiperkortisizm simptomları, Kuşinq sindromu daxil olmaqla, böyrəküstü vəzinin funksional pozulması baş verə bilər. Klotrimazolun yerli istifadəsi zamanı doza həddinin aşılması heç bir narahatçılıq yaratmır. Gentamisinin uzunmüddətli və yüksək dozada istifadəsi rezistent floranın inkişafına səbəb ola bilər. Doza həddinin aşılması simptomatik müalicə tələb edir. Ehtiyac olduqda elektrolit disbalansı korreksiya oluna bilər.

Buraxılış forması

Xaricə istifadə üçün 10 q və ya 20 q krem, aluminium tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

PHIL INTER PHARMA CO., LTD. Ünvan Vyetnam, Binh Duong, Thuan An, Vyetnam-Sinqapur Sənaye Parkı, Küçə № 8, № 25.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DERMIZOL G 10 GR (KREM) (PHIL INTER PHARMA CO LTD,) (VETNAM)” üçün ilk rəyi siz yazın.