DEPRATAL 60MG Н28 ТАБЛЕТ
| Resept | Reseptlə satılır |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Digər antidepressantlar |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
22,58 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər. • Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Onların xəstəliyinin simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Əgər müalicə müddətində bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin (bax: “Əlavə təsirləri) DEPRATAL 30 mq; 60 mq qastro-rezistent tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Duloxetine hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq və ya 60 mq duloksetin (hidroxlorid şəklində) vardır. Köməkçi maddələr: preslənmiş şəkər (Compressuc MS), qarğıdalı nişastası, maqnezium stearat. Örtük: metakril turşusu etil akrilat sopolimeri (1:1) dispers 30 faiz (natrium lauril sulfat, polisorbat 80), trietil sitrat, talk, titan dioksid (E171), simetikon emulsiya.
Təsviri
30 mq-lıq tabletlər Ağ və ya demək olar ki, ağ, dəyirmi, ikitərəfli qabarıq örtüklü, bir tərəfində “)” işarəsi olan 7,0 – 7,5 mm diametrli tabletlərdir. 60 mq-lıq tabletlər Ağ və ya demək olar ki, ağ, dəyirmi, ikitərəfli qabarıq, örtüklü, diametri 10,0 – 10,5 mm olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər antidepressantlar. ATC kodu: N06AX21.
Farmakoloji xüsusiyyətləri
DEPRATAL-ın tərkibində aktiv (təsiredici) maddə duloksetin vardır. DEPRATAL sinir sistemində serotoninin və noradrenalinin səviyyəsini artırır.
İstifadəsinə göstərişlər
DEPRATAL böyüklərdə aşağıdakı halların müalicəsi üçün istifadə olunur: • depressiya • ümumiləşdirilmiş həyəcan pozğunluğu (xroniki həyəcan hissi və ya əsəbilik) • diabetik neyropatik ağrı (tez-tez yanma hissi, zərbə vurmaq, sancma (iynəbatma) hissi, kəskin ağrı və ya ağrı və ya elektroşok kimi təsvir olunur. Təsirə məruz qalan nahiyədə hissiyat itə bilər və ya toxunma, istilik, soyuqluq və ya təzyiq kimi hisslər ağrıya səbəb ola bilər). DEPRATAL, müalicəyə başladıqdan iki həftə müddətində depressiya və ya narahatlıq keçirən insanların əksəriyyətində təsir göstərməyə başlayır, lakin özünüzü yaxşı hiss edənə qədər 2-4 həftə keçə bilər. Bu müddətdən sonra özünüzü yaxşı hiss etməyə başlamasanız, həkiminə söyləyin. Depressiyanızın və ya narahatlığınızın geri dönməsinin qarşısını almaq üçün özünüzü daha yaxşı hiss etdiyiniz zaman həkiminiz Sizə DEPRATAL verməyə davam edə bilər. Diabetik neyropatik ağrısı olan insanların özlərini daha yaxşı hiss etməsi üçün bir neçə həftə keçə bilər. 2 aydan sonra özünüzü yaxşı hiss etmirsinizsə, həkiminizlə danışın.
Əks göstərişlər
Aşağıdakı hallarda DEPRATAL-ın istifadəsi əks göstərişdir: – duloksetinə və ya bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı (bax: “Tərkibi”) allergiya (yüksək həssaslıq) – qaraciyər xəstəliyi varsa – ağır böyrək xəstəliyi varsa – son 14 gün ərzində monoaminooksidazaanın inhibitoru (MAOI) kimi məlum olan başqa bir dərman qəbul edir və ya qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) – adətən depressiyanın müalicəsi üçün istifadə olunan fluvoksaminin, bəzi infeksiyaların müalicəsində istifadə olunan siprofloksasin və ya enoksasinin istifadəsi – duloksetin tərkibli digər dərmanların istifadəsi (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Yüksək təzyiqiniz və ya ürək xəstəliyiniz varsa, həkiminizlə danışın. DEPRATAL qəbul etməyiniz lazım olduqda həkiminiz Sizə deyəcəkdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda DEPRATAL-ın Sizin üçün münasib ola bilməyəcəyinin səbəbləri göstərilmişdir. Əgər aşağıdakı hallardan hər hansı biri Sizə aiddirsə, DEPRATAL istifadə etməzdən əvvəl həkiminizlə danışın: – depressiyanı müalicə etmək üçün digər dərmanlar qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”), – dazıotu (Hypericum perforatum) preparatları ilə bitki mənşəli müalicə alırsınızsa, – böyrək xəstəliyiniz varsa, – qıcolmalar (tutmalar) keçirmisinizsə, – maniya keçirmisinizsə, – bipolyar pozğunluqdan əziyyət çəkirsinizsə, – müəyyən növ qlaukoma (yüksək gözdaxili təzyiq) kimi göz problemləriniz varsa, – anamnezinizdə qanaxma pozğunluqları (qançırların inkişafına meyillilik) varsa, – qanınızda natriumun səviyyəsinin aşağı olma riski altındasınızsa (məsələn, diuretik qəbul edirsinizsə, xüsusilə, əgər yaşlısınızsa), – hazırda qaraciyərə zərər verə biləcək başqa bir dərmanla müalicə olunursunuzsa, – duloksetin tərkibli digər dərmanlar qəbul edirsinizsə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). DEPRETAL narahatlıq hissi və ya bir yerdə otura və ya dayana bilməmək hissi yarada bilər. Əgər bu baş verərsə, bunu həkiminizə bildirməlisiniz. DEPRATAL kimi dərmanlar (selektiv serotoninin geriyə udulmasının inhibitorları (SSGUİ)/ selektiv serotoninin, noradrenalinin geriyə udulmasının inhibitorları (SSNGUİ) adlandırılan) cinsi disfunksiyanın əlamətlərinə səbəb ola bilər. Bəzi hallarda bu simptomlar müalicəni dayandırdıqdan sonra da davam etmişdir. İntihar barədə düşüncələr və depressiyanızın və ya həyəcan pozğunluğunuzun pisləşməsi Depressiya və/və ya həyəcan pozğunluğunuz varsa, bəzən Sizdə özünə zərər vermək və ya özünü öldürmək fikri yarana bilər. Antidepresanlarla müalicənin başlanğıcında bunlar arta bilər, çünki bu dərmanların hamısının təsiri adətən iki həftəyə yaxın, lakin bəzi hallarda daha çox vaxtdan sonra meydana çıxır. Əgər aşağıdakılarıdan hər hansı biri Sizdə olmuşdursa, Siz bu barədə daha çox düşünəcəksiniz: – əvvəllər özünüzü öldürmək və ya özünüzə zərər vermək barədə düşüncələriniz olmuşdursa. – cavan adamsınızsa. Klinik tədqiqatlardan əldə edilən məlumatlar, bir antidepressant ilə müalicə olunan psixiatrik vəziyyətləri olan 25 yaşdan kiçik yaşlılarda intihar davranışının artması riskinin artdığını göstərmişdir. Əgər Sizdə özünüzə zərər yetirmək və ya özünüzü öldürmək fikri varsa, həkiminizlə əlaqə saxlayın və ya dərhal xəstəxanaya müraciət edin. Qohumunuza və ya yaxın dostunuza depressiyaya düşdüyünüzü və ya həyəcan pozğunluğunu-zun olduğunu söyləmək faydalı ola bilər və onlardan bu içlik vərəqəsini oxumalarını xahiş edin. Siz onlardan depressiyanızın və ya narahatlığınızın getdikcə pisləşdiyini düşündükləri və ya dav- ranışınızdakı dəyişikliklərdən narahat olduqları zaman, bunu Sizə söyləmələrini xahiş edə bilər- siniz. 18 yaşdan aşağı uşaqlar və yeniyetmələr DEPRATAL, adətən 18 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün istifadə edilməməlidir. Bundan başqa, 18 yaşdan kiçik xəstələr bu qrup dərmanları qəbul edərkən onlarda intihar cəhdi, intihar düşüncələri və düşmənçilik (əsasən aqressivlik, müxalif davranış və qəzəb) kimi əlavə təsirlərin artması riskinin olduğunu bilməlisiniz. Buna baxmayaraq, həkiminiz bunun xəstənin ma-raqlarına uyğun olduğuna qərar verirsə, 18 yaşdan kiçik xəstələr üçün DEPRETAL yaza bilər. Əgər həkiminiz 18 yaşdan kiçik bir xəstə üçün DEPARTAL təyin edibsə və Siz bunu müzakirə etmək istəyirsinizsə, lütfən həkiminizə müraciət edin. 18 yaşına çatmamış xəstələr DEPRATAL qəbul edərkən yuxarıda sadalanan simptomlardan hər hansı biri inkişaf edərsə və ya pisləşərsə həkiminizə bu barədə məlumat verməlisiniz. Bu yaş qrupunda DEPRATAL-ın böyüməyə, yetkinləşməyə, koqnitiv inkişaf və davranışın inkişafı ilə bağlı uzunmüddətli təhlükəsizlik təsiri hələ də müəyyən edilməmişdir. DEPRATAL-ın tərkibində preslənmiş şəkər vardır. DEPRATAL-ın tərkibində preslənmiş şəkər (98% saxaroza) var. Əgər həkiminiz Sizin bəzi şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğunu söyləmişdisə, bu dərman preparatını istifadə etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. DEPRATAL-ın əsas tərkib hissəsi olan duloksetin digər dərmanlarda digər halların müalicəsi üçün istifadə olunur: • diabetik neyropatik ağrı, depressiya, narahatlıq və sidikqaçırma Bu dərmanların birdən çoxunu eyni anda istifadə etməkdən çəkinmək lazımdır. Əgər Siz artıq duloksetin tərkibli digər dərmanları qəbul edirsinizsə, həkiminizlə məsləhətləşin. Həkiminiz, digər dərmanlarla birlikdə DEPRATAL qəbul edə biləcəyinizə qərar verməlidir. Həkiminizlə dəqiqləşdirmədən heç bir dərman, o cümlədən reseptsiz buraxılan və bitki mənşəli dərmanlar istifadə etməyə başlamayın və əgər istifadə edirsinizsə, istifadəsini dayandırmayın. Həmçinin, aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, həkiminizə məlumat verməlisiniz: Monoaminooksidazanın inhibitorları (MAOİ) Monoaminooksidazanın inhibitoru (MAOİ) adlanan başqa bir antidepressant dərman qəbul edirsinizsə və ya yaxın zamanlarda (son 14 gün ərzində) qəbul etmisinizsə, DEPRATAL qəbul etməməlisiniz. Monoaminooksidazanın inhibi-torlarına misal olaraq moklobemid (antidepressant) və linezolidi (antibiotik) göstərmək olar. Monoaminooksidazanın inhibitorlarını resept əsasında buraxılan bir çox dərmanlarla, o cümlə-dən DEPRATAL ilə birlikdə qəbul edilməsi ciddi və ya hətta həyat üçün təhlükəli əlavə təsirlə-rə səbəb ola bilər. DEPARTAL qəbul etməzdən əvvəl MAOİ qəbul etməyi dayandırdıqdan sonra ən azı 14 gün gözləməlisiniz. Bundan başqa, MAOİqəbul etməzdən əvvəl DEPRATAL qəbul etməyi dayandırdıqdan sonra ən azı 5 gün gözləməlisiniz. Yuxululuq törədən dərmanlar Bunlara resept əsasında buraxılan dərmanlar – benzodiazepinlər, güclü ağrıkəsicilər, antipsixotiklər, fenobarbital və antihistamin dərmanlar aiddir.. Serotonin səviyyəsini artıran dərmanlar Triptanlar, tramadol, triptofan, SSGUİ-lər (məsələn paroksetin və fluoksetin), SSNGUİ (venlafaksin kimi), trisiklik antidepressantlar (məsələn, klomipramin, amitriptilin), petidin, dazıotu və monoaminooksidazanın inhibitorları (moklobemid və linezolid). Bu dərmanlar əlavə təsirlərin riskini artırır; bu dərmanların hər hansı birini DEPRATAL ilə birlikdə qəbul edərkən hər hansı bir qeyri-adi simptom meydana çıxarsa, həkiminizə müraciət etməlisiniz. Oral antikoaqulyantlar və antiaqreqant maddələr Qanı durulaşdıran və ya qanın laxtalanmasına mane olan dərmanlar. Bu dərmanlar qanaxma riskini artıra bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. • DEPRATAL qəbul edərkən hamilə qalmısınızsa və ya hamilə qalmağa cəhd edirsinizsə, bu barədə həkiminizə məlumat verin. Siz DEPRATAL-ı yalnız həkiminizlə doğulmamış uşağınız üçün ola biləcək fayda/risk nisbətini müzakirə etdikdən sonra istifadə etməlisiniz. Mama həkiminizə və/və ya müalicə həkiminizə Sizin DEPRATAL ilə müalicə aldığınızı mütləq bildirin. Hamiləlik dövründə qəbul edildiyi zaman oxşar dərmanlar (SSGUİ) körpələrdə yenidoğulmuşun davamlı ağciyər hipertenziyası (PPHN) adlanan ciddi xəstəlik riskini artıra bilər. Yenidoğulmuşun davamlı ağciyər hipertenziyası körpənin daha sürətli nəfəs almasına və göyərməsinə səbəb olur. Bu simptomlar adətən körpə doğulduqdan sonra ilk 24 saat ərzində başlayır. Körpənizdə bu baş verərsə, dərhal mama həkimi ilə və/və ya həkiminizlə əlaqə saxlamalısınız. Əgər hamiləliyinizin sonuna yaxın DEPRATAL qəbul etsəniz, körpəniz doğulanda bəzi simptomlar meydana çıxa bilər. Bunlar adətən doğuşdan və ya körpənizin doğulmasından bir neçə gün sonra başlayır. Bu simptomlara əzələlərin elastikliyi, titrəmə, əsəbilik, düzgün qidalanmama, nəfəs almaqda çətinlik və qıcolmalar aid ola bilər. Körpəniz doğulanda bu simptomlardan hər hansı biri olarsa və ya körpənizin sağlamlığından narahatsınızsa, Sizə məsləhət verə biləcək həkiminizlə və ya mama həkimi ilə əlaqə saxlayın. Əgər körpənizi ana südü ilə qidalanırsınızsa, bu barədə həkiminizə məlumat verin. Laktasiya dövründə DEPRATAL-ın istifadəsi tövsiyə edilmir. Məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət etməlisiniz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri DEPRATAL Sizdə yuxululuq və ya başgicəllənmə törədə bilər. DEPRATAL-ın Sizə necə təsir etdiyini müəyyən etməyənə qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.
İstifadə qaydası və dozası
Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. DEPRATAL oral istifadə (daxilə qəbul) üçündür. Tableti bütöv halda su ilə içərək qəbul etmək lazımdır. Depressiya və diabetik neyropatik ağrı üçün DEPRATAL-ın adi dozası gündə bir dəfə 60 mq təşkil edir, lakin həkiminiz məhz Sizin üçün münasib olan dozanı təyin edəcəkdir. Generalizəolunmuş həyəcan pozğunluğu üçün DEPRATAL-ın başlanğıc dozası gündə bir dəfə 30 mq-dır, sonra xəstələrin əksəriyyəti gündə bir dəfə 60 mq alacaq, lakin həkiminiz məhz Sizin üçün münasib olan dozanı təyin edəcəkdir. Doza, DEPRATAL-a cavabınızdan asılı olaraq, gündə 120 mq-a qədər artırıla bilər. DEPRATAL qəbul etməyi unutmamağınıza kömək üçün onu hər gün eyni vaxtda qəbul etmək faydalı ola bilər. DEPRATAL-ı nə qədər müddət ərzində qəbul etməli olduğunuz barədə həkiminizlə danışın. Həkiminizlə danışmadan DEPRATAL qəbul etməyi dayandırmayın və ya dozanızı dəyişdirməyin. Sağalmağınıza kömək ütmək üçün düzgün müalicə almağınız vacibdir. Əgər müalicə olunmasanız, vəziyyətiniz düzəlməyəcək və daha da ciddiləşə və müalicəsi çətinləşə bilər. DEPRATAL-ın qida və içkilərlə və alkoqolla istifadəsi DEPRATAL qida ilə və onsuz qəbul edilə bilər. DEPRATAL ilə müalicə müddətində alkoqoldan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır. Əgər DEPRATAL-ı istifadə etməyi unutmusunuzsa Əgər bir dozanın qəbulunu unutmusunuzsa, xatırlayan kimi onu qəbul edin. Lakin növbəti dozanızın vaxtı gəlmişdirsə, buraxılmış dozanı atın və hər zaman olduğu kimi yalnız bir doza qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Bir gün ərzində DEPRATAL-ın Sizin üçün təyin edilmiş gündəlik dozasından artıq doza qəbul etməyin. Əgər DEPRATAL-ın istifadəsini dayandırırsınızsa Özünüzü yaxşı hiss etsəniz də həkiminizin tövsiyəsi olmadan tabletinizin qəbulunu dayandırmayın. Həkiminiz artıq DEPRATAL-a ehtiyacınızın olmadığını düşünürsə, müalicəni tamamilə dayandırmadan ən azı 2 həftə ərzində dozanızı azaltmağı xahiş edəcəkdir. DEPRATAL qəbul etməyi kəskin şəkildə dayandıran bəzi xəstələrdə aşağıdakı simptomlar meydana çıxır: • başgicəllənmə, sancma (iynəbatma) hissi və ya elektrik şokuna bənzər hisslər (xüsusən də başda), yuxu pozğunluqları (parlaq xəyallar, kabuslar, yuxuya gedə bilməmək), yorğunluq, yuxusuzluq, narahatlıq hissi və ya oyanıqlıq, həyəcan hissi, özünü xəstə hiss etmək ( ürəkbulanma) və ya xəstə olmaq (qusma), titrəmə (tremor), baş ağrısı, əzələ ağrısı, qıcıqlanma, ishal, həddindən artıq tərləmə və ya vertiqo (fırlanma hissi). Bu simptomlar adətən ciddi deyil və bir neçə gün ərzində yox olur, lakin xoşagəlməz simptomlarınız varsa, məsləhət üçün həkiminizə müraciət etməlisiniz. Əgər bu dərmanın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.
Əlavə təsirləri
Bütün dərmanlar kimi bu dərman da əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, onlar hamıda baş vermir. Bu təsirlər adətən mülayim və orta dərəcədə olur və bir neçə həftədən sonra yox aradan qalxır. Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif olunur: Çox tez-tez: 10 xəstənin ən azı 1-ində meydana çıxa bilər. Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxundameydanaçıxa bilər. Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən fazla meydana çıxa bilər. Nadir: 1 000 xəstənin birindən azında meydana çıxa bilər. Çox nadir: 10 000 xəstənin birindən azında meydana çıxa bilər. Məlum deyil: mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün deyil. Çox tez-tez • baş ağrısı, yuxululuq • ürəkbulanma, ağızda quruluq. Tez-tez • iştahasızlıq, • yuxu ilə bağlı problemlər, narahatlıq hissi, cinsi həvəsin azalması, narahatlıq, orqazmın çətinləşməsi və ya əldə edilə bilməməsi, qeyri-adi yuxular, • başgicəllənmə, halsızlıq, titrəmə (tremor), uyuşma hissi, o cümlədən dəridə sancma (iynə- batma) hissi, • bulanıq görmə, • tinnit (xarici səs olmadan qulaqlarda eşidilən səs), • ürəyin sinədə döyündüyünü hiss etmək, • qan təzyiqinin yüksəlməsi, qızartı, • əsnəmənin artması, • qəbizlik, ishal, mədə ağrısı, xəstə olma hissi (qusma), qıcqırma və ya həzmin pozulması, meteorizm, • tər ifrazının artması, qaşınma, səpgi, • əzələ ağrısı, əzələ spazmı, • ağrılı sidiyəgetmə, tez-tez sidiyəgetmə, • ereksiya almaqda problemlər, eyakulyasiyada dəyişiklikləri, • yıxılma (əsasən yaşlı insanlarda), yorğunluq • bədən kütləsinin azalması Bu dərmanla müalicə olunan 18 yaşdan kiçik depressiyalı uşaqlar və yeniyetmələr ilk dəfə bu dərmanı almağa başlayanda bir az arıqlamışlar. Digər uşaq və yeniyetmələrdə onların yaşına və cinsinə uyğunlaşmaq üçün bədən kütləsi 6 aylıq müalicədən sonra artmışdır. Bəzən • Boğazın xırıltılı səsə səbəb olan iltihabı, • intihar düşüncələri, yatmaqda çətinlik çəkmək, dişləriin bir-birinə sıxılması və ya xırçıldaması, dezorientasiya hissi, motivasiyanın olmaması, • əzələlərin qəfil qeyri-iradi qıcolması və ya bükülməsi, narahatlıq hissi və ya bir yerdə otura və ya dayana bilməmək, əsəbilik, diqqəti toplamanın çətinliyi, dadbilmə hissinin dəyişməsi, hərəkəti idarə etməkdə çətinlik çəkmək, məsələn, koordinasiyanın olmaması və ya əzələlərin qeyri-iradi hərəkətləri, narahat ayaqları sindromu, yuxunun pis keyfiyyəti, • göz bəbəklərinin böyüməsi (gözün tünd mərkəzi), görmə problemləri, • başgicəllənmə və ya “fırlanma” (vertiqo), qulaqlarda ağrı, • sürətli və/və ya qeyri-müntəzəm ürək döyüntüsü, • bayılma, başgicəllənmə, yüngüllük və ayaq üstə durarkən bayılma, barmaqlarda və/və ya ayaq barmaqlarında soyuqluq, • boğazda sıxılma, burun qanaxması, • qanlı qusma və ya qara qətranlı nəcis, qastroenterit, gəyirmə, udmaqda çətinlik, • qaraciyərin qarın ağrısına və dərinin və ya göz ağının saralmasına səbəb ola biləcək iltihabı, • gecə tərləmələri, övrə, soyuq tərlər, günəş işığına həssaslıq, qançırlara meyilliliyin artması, • əzələ gərginliyi, əzələlərin səyriməsi, • sidiyəgetmənin çətinləşməsi və ya qeyri-mümkünlüyü, sidiyəgetməyə başlamaqda çətinlik, gecə saatlarında sidiyəgetmə məcburiyyəti, sidik axınının azalması ilə adi vaxtlarda olduğundan daha çox sidik ifraz etmək • anormal vaginal qanaxma, anormal sikllər, o cümlədən ağır, ağrılı, nizamsız və ya uzunmüddətli, qeyri-adi yüngül və ya qaçırılmış sikllər, xayalarda və ya xayalıqda ağrı, • sinədə ağrı, soyuqluq hissi, susuzluq, titrəmə, istilik hissi, anormal yeriş, • bədən kütləsinin artması • DEPRATAL qanda qaraciyər fermentlərinin və ya kaliumun, kreatin fosfokinazanın, şəkərin və ya xolesterinin səviyyəsinin artması kimi hiss edə bilməyəcəyiniz təsirlərə səbəb ola bilər. Nadir • Dilin və ya dodaqların şişməsi ilə tənəffüsün çətinləşməsi və ya başgicəllənmə törədən ciddi allergik reaksiya, • qalxanabənzər vəzinin aktivliyinin yorğunluğa və ya bədən kütləsinin artmasına səbəb ola bilən azalması, • dehidrataziya (susuzlaşma), qanda natriumun səviyyəsinin azalması (əsasən yaşlı insanlarda; simptomlara başgicəllənmə, zəiflik, çaşqınlıq, yuxululuq və ya güclü yorğunluq hissi və ya ürəkbulanma və ya qusma aid ola bilər, daha ciddi simptomlara bayılma, aiddir), antidiuretik hormonun (ADH) qeyri-adekvat sekresiyası sindromu, • intihar davranışı, maniya (həddindən artıq aktivlik, qaçar düşüncələr və yuxuya ehtiyacın azalması), hallüsinasiyalar, aqressiya və qəzəb, • “Serotonin sindromu” (böyük xoşbəxtlik hissinin yaranmasına, yuxululuğa, təngnəfəsliyə, narahatlığa, sərxoşluq hissinə, qızdırmaya, tərləməyə və ya əzələlərdə sərtliyə səbəb ola biləcək nadir reaksiya), • yüksək temperatur ilə müşayiət olunan öskürək, xırıltı və təngnəfəslik, • gözdaxili təzyiqin yüksəlməsi (qlaukoma), • ağızın iltihabı, nəcisdə parlaq qırmızı qanın ayrılması, ağızdan pis qoxunun gəlməsi, yoğun, bağırsağın iltihabı (ishal gətirib çıxaran), • qaraciyər çatışmazlığı, dərinin və ya göz ağının saralması (sarılıq), • Stivens-Conson sindromu (dərində, ağızda, gözlərdə və cinsiyyət orqanlarında qabarların əmələ gəlməsi ilə müşayiət olunan ciddi xəstəlik), üzün və ya boğazın şişməsinə səbəb olan ciddi allergik reaksiya (angionevrotik ödem), • çənə əzələsinin yığılması, • sidikdə qeyri-normal qoxu, • menopauza əlamətləri, kişilərdə və ya qadınlarda döşdə anormal süd ifrazı. Çox nadir • Qan damarlarında və dəridə iltihab (dərinin vaskuliti). Əlavə təsirlər haqqında məlumatın verilməsi Bu içlik vərəqədə qeyd edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Meydana çıxan əlavə təsirlər barədə məlumat verməklə, istifadə etdiyiniz bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Əgər DEPRATAL-ı həkiminizin təyin etdiyindən artıq dozada istifadə etmisinizsə, dərhal həkim və ya əczaçı ilə məsləhətləşin. Doza həddi aşılmasının simptomlarına yuxululuq, koma, serotonin sindromu (böyük xoşbəxtlik, yuxululuq, təngnəfəslik, narahatlıq, sərxoşluq hissi, qızdırma, tərləmə və ya əzələ rigidliyinə səbəb ola biləcək nadir reaksiya), uyuşma, qusma və sürətli ürəkdöyünmə aiddir.
Buraxılış forması
DEPRATAL 30 mq 7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. DEPRATAL 60 mq 7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddəti bitmiş və ya artıq istifadə edilməyən dərman preparatlarını çirkab sularının və məişət tullantılarının içərisinə atmayın. Onların hara atılmasını əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Adamed Pharma S.A., Poland. Marszarka Jozafa k., Piłsudskiego 5, 95-200 Pabianice, Poland.
Qeydiyyat vəsiqəsinin sahibi
Adamed Pharma S.A., Poland. 6A, Pienkow, Mariana Adamkiewicza St., 05-152 Czosnow, Poland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.