DEPAKIN 150 ML SUSP
| Təsiredici maddə | VALPROATE SODIUM |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Suspenziya |
| Farmakoloji təsir | Epilepsiya əleyhinə vasitə, yağ turşularının törəməsi |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DEPAKİN daxilə qəbul edilən şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Valproic acid
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 57,64 mq natrium valproat vardır. Köməkçi maddələr: metilparahidroksibenzoat (E218), propilparahidroksibenzoat (E216), saxaroza, sorbitol, qliserol (E422), süni albalı aromatizatorunun tərkibi: benzoy aldehidi, izoamil spirti, izoamilbutirat, darçın aldehidi, izoamilpropionat, etilbutirat, portağal efir yağı (terpenlərin hissəvi xaric edilməsi ilə), qatılaşdırılmış xlorid turşusu və ya qatılaşdırılmış natrium hidroksid məhlulu, təmizlənmiş su.
Təsviri
Şərbətabənzər, açıq-sarı rəngli, albalı qoxusu ilə şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Epilepsiya əleyhinə vasitə, yağ turşularının törəməsi. ATC kodu: N03AG01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Valproat mərkəzi sinir sisteminə farmakoloji təsir göstərir. Antikonvulsiv effekt heyvanlarda müxtəlif növ konvulsiv qıcolmalar və insanlarda epilepsiya zamanı özüni biruzə verir. Valproata dair aparılan eksperimental və klinik tədqiqatlar onun 2 tip epilepsiyaəleyhinə təsirini göstərmişdir. Birinci tip birbaşa farmakoloji effekt olub, qan plazmasında və baş beyin toxumalarında valproatın konsentrasiyasından asılıdır. İkinci tip isə dolayı hesab olunur və böyük ehtimal ki, baş beyin toxumalarında yerləşən valproat metabolitləri ilə əlaqəlidir və ya neyrotransmitterlərin dəyişiklikləri və ya membrana olan birbaşa təsiri ilə bağlıdır. Daha geniş qəbul edilmiş hipoteza valproatın qəbulundan sonra qamma-aminoyağ turşusunun (QAYT) səviyyəsinin yüksəlməsi ilə əlaqəlidir. Valproat aralıq yuxu fazasını qısaldaraq ləng yuxu fazasını uzadır. Farmakokinetikası Valproata dair aparılan müxtəlif farmakokinetik tədqiqatlar göstərmişdir ki: peroral qəbulu zamanı valproatın biomənimsənilməsi 100%-ə yaxındır; paylanma həcmi qan və sürətlə dəyişən hüeyrə xarici maye tərəfindən məhdudlaşdırılır. Valproat serebrospinal mayeyə və baş beyin toxumalarına nüfuz edir. Valproatın serebrospinal mayedə olan konsentrasiyaları onun plazmanın sərbəst fraksiyasında olan konsentrasiyalarına yaxındır; yarımxaricolma dövrü 15-17 saat təşkil edir; terapevtik effektin göstərilməsi üçün zərdabda 40-50 mq/l (40-100 mq/l çərçivəsində) bərabər minimal konsentrasiya kifayətdir. Daha yüksək plazma konsentrasiyaları tələb olunduğu halda gözlənilən fayda və əlavə təsirlərin (dozadan asılı) inkişafı riski nisbətinin qiymətləndirilməsi tövsiyə edilir. 150 mq/l-dən yüksək konsentrasiya zamanı doza azaldılmalıdır; doyma mərhələsinin plazma konsentrasiyası 3-4 gündən sonra əldə edilir; valproatın plazma zülalları ilə birləşmə dərəcəsi yüksəkdir; zülallar ilə əlaqə dozadan asılı və doyandır; valproat qlükuron konyuqasiya və beta-oksidləşmə yolu ilə metabolizmindən sonra əsasən sidik ilə ixrac edilir; ədəbiyyatın məhdud məlumatlarına əsasən, bəzi pasiyentlərdə valproat və estrogen tərkibli preparatların yanaşı istifadəsi zamanı valproat klirensinin təxminən 20% artması qeyd olunurdu ki, bu da valproatın zərdabda konsentrasiyasının azalmasına səbəb ola bilər («Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Şəxsiyyətarası dəyişkənlik qeydə alınmışdır. Göstərilən farmakokinetik qarşılıqlı təsir nəticəsində yaranan etibarlı FK-FD əlaqəsinin qiymətləndirilməsi üçün kifayət qədər məlumat yoxdur; valproat molekulu dializə uğraya bilər, lakin hemodializ yalnız valproatın qanda sərbəst fraksiyasına (təxminən 10%) qarşı effektivdir; valproat sitoxrom 450 metabolik sisteminin enzimlərini gücləndirmir: əksər digər epilepsiyaəleyhinə vasitələrdən fərqli olaraq özünün və digər maddələrin (estrogenlərin, proqestogenlərin və peroral antikoaqulyantların) deqradasiyasını tezləşdirmir.
İstifadəsinə göstərişlər
Böyüklərdə: monoterapiya və ya digər antiepileptik vasitələr ilə kombinəolunmuş şəkildə: − generalizəolunmuş epileptik tutmaların müalicəsi üçün: klonik, tonik, tonikoklonik, absanslar, mioklonik və atonik tutmalar; Lennoks-Qasto sindromu. − parsial epileptik tutmaların müalicəsi üçün: ikincili generalizasiya ilə müşayiət olunan və ya olunmayan parsial tutmalar. Uşaqlarda: monoterapiya və ya digər antiepileptik vasitələr ilə kombinəolunmuş şəkildə: − generalizəolunmuş epileptik tutmaların müalicəsi üçün: klonik, tonik, tonikoklonik, absanslar, mioklonik və atonik tutmalar; Lennoks-Qasto sindromu. − parsial epileptik tutmaların müalicəsi üçün: ikincili generalizasiya ilə müşayiət olunan və ya olunmayan parsial tutmalar; − anamnezdə bir və ya bir neçə febril qıcolma epizodları olduğu halda febril qıcolmaların residivlərinin profilaktikası üçün, benzodiazepin törəmələri ilə müalicə qeyri-effektiv olduğu halda.
Əks göstərişlər
Hamiləlik zamanı epilepsiyanın müalicəsi üçün, müvafiq alternativ müalicə mövcud olmadığı hallar istisna olmaqla (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Fertillik, hamiləlik və laktasiya dövrvü” bölmələrinə bax). Fertil yaş dövründə olan qadınlarda, Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri yerinə yetirilmədiyi halda (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Fertillik, hamiləlik və laktasiya dövrvü” bölmələrinə bax). anamnezdə valproata, divalproata, valpromidə və dərman preparatının hər hansı bir tərkib hissəsinə qarşı yüksək həssaslıq; Kəskin hepatit; Xroniki hepatit; pasiyentin və ya onun ailəsinin anamnezində ağır, xüsusilə də dərman mənşəli hepatit halları; Qaraciyər porfiriyası; Dazıotu ilə kombinasiya (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”bölməsinə bax); Diaqnozu müəyyən edilmiş mitoxondrial ferment γ-polimerazanı kodlaşdıran nüvə geninin mutasiyası səbəbindən inkişaf edən mitoxondrial xəstəliklər (POLG; məsələn, Alpers- Guttenloxer sindromu) olan pasiyentlər və POLG-əlaqəli xəstəliyə şübhə ilə 2 yaşdan aşağı uşaqlar. Sidik cövhəri yaranması siklinin pozulması olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xüsusi göstərişlər Hamiləliyin Qarşısının alınması Proqramı Hamiləliyin Qarşısının alınması Proqramı Milli Səlahiyyətli Orqan ilə uyğunlaşdırılır. Valproat yüksək teratogen potensiala malikdir və bətndaxili dövrdə valproatın təsirinə məruz qalmış uşaqlar yüksək anadangəlmə inkişaf qüsurları və əqli və fiziki inkişafın pozulması riskinə malikdir (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Depakin aşağıda göstərilən hallarda əks göstərişdir Hamiləlik zamanı, müvafiq alternativ müalicə üsulları mövcud olmadığı hallar istisna olmaqla (“Əks göstərişlər”, “Fertillik, hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Fertil yaş dövründə olan qadınlarda Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri yerinə yetirilmədiyi halda (“Əks göstərişlər”, “Fertillik, hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri: Preparatı təyin edən həkimin əsas funksiyaları: İndividual şərtləri hər bir halda qiymətləndirmək və pasiyentlə müzakirə etmək. Nəticədə pasiyentin iştirakı və risklər, riskin azaldılması məqsədi ilə aparılan tədbirlər ilə yanaşı terapevtik imkanların anlamı əldə edilir. Bütün qadın pasiyentlərdə hamiləliyin baş vermə mümkünlüyünü qiymətləndirmək. Pasiyent anadangəlmə inkişaf qüsurlarının və sinir sistemi inkişafı pozulmalarının yaranma risklərini və, həmçinin bətndaxili inkişaf müddətində valproatın təsirinə məruz qalmış uşaqlar üçün həmin risklərin ciddiliyini anlamalı və dərk etməlidir. Pasiyent müalicəyə başlamazdan əvvəl və müalicə müddətində hamiləlik testinin aparılmasının zəruriliyini anlamalıdır. Pasiyent kontrasepsiya üsullarına dair məlumatlandırılmalıdır, və pasiyent valproat ilə müalicə müddətində fasiləsiz effektiv kontrasepsiya üsullarından istifadə etməyə razılaşmalıdır (“Kontrasepsiya” bölməsinə bax). Pasiyent, epilepsiyanın müalicəsi sahəsində təcrübəsi olan həkim tərəfindən müalicənin müntəzəm qaydada (ən azı ildə 1 dəfə) qiymətləndirilməsinin zəruriliyini anlamalıdır. Pasiyent, mayalanmadan və kontrasepsiyanın istifadəsinin dayandırılmasından əvvəl müzakirənin aparılmasını və alternativ müalicə variantlarına keçməsini vaxtında təmin etmək üçün, hamiləliyini planlaşdırmazdan əvvəl həkimlə məsləhətləşmənin zəruriliyini anlamalıdır. Pasiyent, hamiləlik baş verdiyi halda həkim ilə təcili məsləhətləşmənin zəruriliyini anlamalıdır. Pasiyent, “Pasiyent Kitabçası”-nı əldə etməlidir. Pasiyent, valproatların qəbulu ilə bağlı təhlükəni və ehtiyat tədbirlərinin görülməsinin vacibliyini anlamalıdır (Hər il doldurulan risklər ilə tanışlıq forması). Sadalanan şərtlər, həmçinin, hazırda cinsi cəhətdən qeyri-aktiv olan qadınlara da aiddir, hamiləliyin baş verməsi riskinin olmamasını göstərən əsaslı səbəblərlər mövcud olduğu hallar istisna olmaqla. Əczaçının və ya səhiyyə sahəsində digər mütəxəssisin funksiyaları Valproatın təyini və ya resept əsasında buraxılması halında pasiyentin kartı təqdim edilir və pasiyent həmin kartın məzmununu anlamalıdır. Planlaşdırılmış və ya şübhə altında olan hamiləlik zamanı valproat ilə müalicənin dayandırılmaması və pasiyentin dərhal həkimə müraciət etməsi tövsiyə olunur. Qızlar Preparatı təyin edən həkimlər əmin olmalıdır ki, qızların valideynləri/qanuni təmsilçiləri valproat qəbul edən qızda ilk aybaşı baş verdikdə dərhal həkimə müraciət etməklərinin zəruriliyini anlayır. Həkim, ilk aybaşıları başlamış qızların valideynlərinin/qanuni təmsilçilərinin bətndaxili inkişafı müddətində valproatların təsirinə məruz qalmış uşaqlarda anadangəlmə inkişaf qüsurlarının və sinir-psixi inkişafın pozulmalarının yaranma riskləri haqqında ətraflı məlumatın almasını təmin etməlidir. İlk aybaşıları başlamış qızlarda həkim hər il valproatlarının qəbulunun zəruriliyini qiymətləndirməli və alternativ müalicə üsullarını nəzərdən keçirməlidir. Valproatların qəbulu yeganə münasib müalicə üsulu olduğu halda, effektiv kontrasepsiya vasitələrinin istifadəsinin zəruriliyi və, həmçinin, Hamiləliyin Qarşısının alınması Proqramının digər şərtləri müzakirə olunmalıdır. Həmin qızlarda 18 yaşlarına çatanadək alternativ müalicənin aparılması həkim tərəfindən həyata keçirilməlidir. Hamiləlik testi Hamiləlik, valproat ilə müalicəyə başlamazdan əvvəl istisna olunmalıdır. Fertil yaş dövründə olan qadınlarda, hamiləlik zamanı təsadüfi istifadəsinin qarşını almaq məqsədi ilə, həkim tərəfindən təsdiqlənmiş hamiləlik testinin (qan plazmasının təhlili əsasında hamiləlik testi) mənfi nəticəsi əldə olunmamış valproat ilə müalicəyə başlamaq olmaz. Kontrasepsiya Valproatın qəbulu təyin edilmiş fertil yaş dövründə olan qadınlar valproat ilə müalicə müddətində fasiləsiz effektiv kontrasepsiyadan istifadə etməlidir. Həmin qadınlar hamiləliyin qarşısının alınması haqqında ətraflı məlumatlandırılmalı və, onların effektiv kontrasepsiya üsullarından istifadə etmədiyi halda, kontrasepsiya üzrə konsultasiyaya yönləndirilməlidir. Ən azı bir effektiv kontrasepsiya üsulundan (istifadəçidən asılı olmayan formalar, məsələn, uşaqlıqdaxili vasitə və ya implant üstünlük təşkil edir) və ya iki əlavə kontrasepsiya üsulundan (baryer üsulu daxil olmaqla) istifadə olunmalıdır. Hər bir halda, pasiyentin iştirakı ilə kontrasepsiya üsulunun seçiminin müzakirəsi zamanı, pasiyentin cəlb olunmasında və seçilmiş tədbirlərə riayət etməsində əmin olmaq üçün fərdi səbəblər qiymətləndirilməlidir. Həkim müalicəsinin illik qiymətləndirilməsi Həkim ən azı ildə bir dəfə valproatın pasiyent üçün daha çox uyğun olan müalicə üsulu olduğunu yoxlamalıdır. Həkim, müalicənin əvvəlində və, həmçinin, müalicənin illik qiymətləndirilməsi zamanı, hər il doldurulan risklər ilə tanışlıq Formasını müzakirə etməlidir və pasiyentin həmin formanın məzmununu anladığına əmin olmalıdır. Hamiləliyin planlaşdırılması Qadın hamiləliyi planlaşdırdığı halda, epilepsiyanın müalicəsi sahəsində təcrübəsi olan həkim, valproat ilə müalicəni nəzərdən keçirməli və alternativ müalicə variantlarını təklif etməlidir. Mayalanmadan əvvəl və kontrasepsiyanın dayandırılmasından əvvəl müvafiq alternativ müalicəyə keçmək lazımdır (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Müalicənin dəyişdirilməsi mümkün olmadığı halda, qadın onun gələcək uşağı üçün valproatın qəbulu ilə bağlı risklərə dair əlavə konsultasiya almalıdır ki, o, ailənin planlaşdırılmasına dair şüurlu qərar verə bilsin. Hamiləlik baş verdiyi halda Valproatları qəbul edən qadın hamilə qaldığı halda, o, valproat ilə müalicə sxeminə yenidən baxılması və alternativ müalicə üsullarının seçimi məqsədi ilə dərhal həkimə müraciət etməlidir. Valproat qəbul edən bütün hamilə qadınlar və onların partnyorları hamiləlik ilə əlaqədar qiymətləndirilmə və konsultasiya məqsədi ilə həkim-genetikin müayinəsindən keçməlidir (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Maarifləndirici materiallar Hamiləlik zamanı valproatın təsirindən qaçınmaq məqsədi ilə və fertil yaş dövründə olan qadınlarda valproatın istifadəsinə dair xüsusi göstərişlər və tövsiyələr və Hamiləliyin Qarşısının alınması Proqramının təfərrüatları ilə tanış etmək üçün qeydiyyat vəsiqəsinin sahibi tibb işçilərinə və pasiyentlərə təlim materiallarını təqdim etmişdir. Pasiyentin Kitabçası və pasiyentin Kartı valproat qəbul edən fertil yaş dövründə olan bütün qadınlara təqdim edilməlidir. Risklər ilə tanışlıq Forması müalicənin əvvəlində və valproat ilə müalicənin illik qiymətləndirilməsi zamanı və, həmçinin, hamiləliyin planlaşdırılması zamanı və ya qadın hamilə qaldığı halda istifadə olunmalıdır. Estrogen tərkibli preparatlar Valproat hormonal kontraseptivlərin effektivliyini azaltmır. Lakin, estrogen tərkibli preparatlar, estrogen tərkibli hormonal kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da zərdabda valproatın konsentrasiyasının azalmasına və valproatın potensial effektivliyinin azalmasına səbəb ola bilər. Estrogen tərkibli preparatların qəbulunun başlanğıcında və ya istifadəsi dayandırıldıqda həkim kliniki cavabı nəzarət altında saxlamalıdır (tutmanın nəzarəti). Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri “ bölməsinə bax). Qıcolmaların güclənməsi Digər epilepsiyaəleyhinə preparatların qəbulu zamanı olduğu kimi, valproatın qəbulu zamanı bəzi pasiyentlərdə simptomların zəifləməsi əvəzinə qıcolmaların tezliyi və ağırlıq dərəcəsi yüksələ bilər (epileptik statusun inkişafına qədər) və ya yeni növ qıcolmalar yarana bilər. Qıcolmalar gücləndiyi halda pasiyentin dərhal həkimə müraciət etməsi tövsiyə olunur (“Əlavə təsirlər” bölməsinə bax). Həmin qıcolmalar yanaşı aparılan antiepileptik müalicənin dəyişiklikləri və ya farmakokinetik qarşılıqlı təsirlər nəticəsində yaranan (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) və ya toksiklik ilə bağlı (qaraciyər xəstəlikləri və ya ensefalopatiya) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Əlavə təsirləri” bölmələrinə bax) və ya doza həddinin aşılması ilə bağlı qıcolmalardan fərqləndirilməlidir. Nəzərə alsaq ki, preparat orqanizmdə valproy turşusuna çevirilir, həmin preparatın eyni transformasiyaya uğrayan dərman preparatları (məsələn, seminatrium valproat, valpromid) ilə yanaşı istifadəsindən qaçınmaq lazımdır (valproy turşusunun doza həddinin aşılmasının qarşısını almaq məqsədi ilə). Qaraciyər xəstəlikləri Yaranma şərtləri Ağır, bəzən də ölüm ilə nəticələnən qaraciyər zədələnmələri qeydə alınmışdır. Epilepsiyanın ağır formasından və, xüsusilə də, baş beyinin zədələnməsi, əqli inkişafın geriliyi və/və ya metabolizmin genetik pozulması və ya degenerativ xəstəlik ilə bağlı olan epilepsiyadan əziyyət çəkən körpələr və 3 yaşdan aşağı uşaqlarda risk daha yüksəkdir. 3 yaşdan yuxarı uşaqlarda xəstəliyin rast gəlinmə tezliyi daha aşağı olub yaş ilə tədricən azalır. Əksər hallarda qaraciyərin zədələnməsi müalicənin ilk 6 ayı müddətində (adətən, 2ci və 12-ci həftələr arasında) və, əsasən, kompleksli antiepileptik müalicənin gedişində müşahidə olunur. Erkən əlamətlər Erkən diaqnostika ilk növbədə xəstəliyin klinik təsviri əsasında aparılır. Məsələn, sarılıqdan öncə meydana çıxan iki növ simptomlar nəzərə alınmalıdır, xüsusilə də risk qrupuna aid pasiyentlərdə (bax: Yaranma şərtləri): Birincisi, adətən qəflətən yaranan, bəzən təkrar qusma və qarında ağrılar ilə müşayiət olunan asteniya, anoreksiya, həddən artıq yorğuluq, yuxululuq kimi qeyri-spesifik sistemli simptomlar; İkincisi, müalicənin düzgün aparılmasına baxmayaraq epileptik tutmaların residivləri. Pasiyent və ya onun valideynləri (pasiyent uşaq olduğu halda) bilməlidir ki, qeyd olunan simptomlardan biri yarandığı halda onlar dərhal həkimə müraciət etməlidir. Bu halda klinik müayinədən başqa qaraciyər funksiyasının təxirəsalınmaz müayinəsi aparılmalıdır. Aşkarlanma Müalicəyə başlamazdan əvvəl və müalicənin ilk 6 ayı müddətində vaxtaşırı qaraciyər funksiyası yoxlanılmalıdır. Klassik sınaqlar arasında daha vacib olan qaraciyərin zülal-sintetik fuksiyasını əks etdirən sınaqlar və xüsusilə protrombin indeksidir. Dəyişikliyə uğramış digər laborator nəticələri (fibrinogen səviyyəsinin və qanın laxtalanma faktorunun xeyli dərəcədə azalması, bilirubin və transaminazalar səviyyəsinin yüksəlməsi – “Xüsusi göstərişlər” bölməsinə bax) ilə müşayiət olunan protrombinin anormal aşağı səviyyəsinin aşkarlanması zamanı valproat ilə müalicə dayandırılmalıdır. Müalicə sxeminə salisilat törəmələri daxil olunduğu halda ehtiyat tədbiri olaraq onların qəbulunu dayandırmaq lazımdır, çünki salisilat törəmələrinin metabolzimi valproatın metabolizminə bənzərdir. Pankreatit Çox nadir hallarda bəzən ölüm ilə nəticələnən pankreatitin ağır formaları qeydə alınmışdır. Həmin halların pasiyentin yaşından və müalicənin müddətindən asılılığı yox idi, lakin uşaqlar daha böyük riskə məruz qalmışdır. Arzuolunmaz nəticə ilə pankreatit adətən kiçik yaşlı uşaqlarda və ya ağır epilepsiya, beyin zədələnmələri ilə pasiyentlərdə və ya kompleksli qıcolma əleyhinə müalicənin istifadəsi zamanı qeyd olunurdu. Qaraciyər funksiyasının çatışmazlığı fonunda keçən pankreatit zamanı ölüm ilə nəticələnən hallarının rast gəlinmə tezliyi artır. Qarında kəskin ağrı və ya mədə-bağırsaq traktı tərəfindən ürək bulanma, qusma və/və ya anoreksiya kimi simptomların yarandığı halda pankreatit diaqnozunun qoyulması məqsədəuyğundur, və pankreatik fermentlərin yüksək səviyyəsi ilə pasiyentlərdə müalicə dayandırılmalı və müvafiq alternativ terapevtik tədbirlər görülməlidir. Suisidal fikirlər və davranış Bir sıra göstərişlərə əsasən epilepsiya əleyhinə preparatlar qəbul edən pasiyentlərdə suisidal fikirlərin və davranışın inkişafı halları qeydə alınmışdır. Epilepsiya əleyhinə preparatlarına dair aparılan randomizasiya olunan, plasebo-nəzarətli tədqiqatların meta-təhlili, həmçinin, suisidal fikirlərin və davranışın inkişafı riskinin yüksəlməsini göstərmişdir. Həmin riskin səbəbləri məlum deyil və əldə olan məlumatlara əsasən yüksək riskin natrium valproatın qəbulu ilə əlaqəsini istisna etmir. Beləliklə, pasiyentlərdə suisidal fikirlərin və davranışın əlamətlərinin aşkarlanması ciddi nəzarət altında saxlanılmalı və müvafiq müalicə təyin edilməlidir. Pasiyentlər (qəyyumları və tibbi personal) suisidal fikirlərin və davranışın inkişafının əlamətləri meydana çıxdıqdan dərhal sonra həkimə müraciət etməlidir. Bu dərman preparatının lamotrisin ilə yanaşı istifadəsi tövsiyə edilmir («Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Bu dərman preparatının karbapenemlər ilə yanaşı istifadəsi tövsiyə edilmir («Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Dərman preparatının tərkibində saxaroza və sorbit olduğu üçün, onun fruktozaya qarşı dözümsüzlük, qlükoza və qalaktozanın sorulmasının pozulması sindromu və saxaroza- izomaltazanın çatışmazlığı zamanı istifadəsi tövsiyə edilmir. Mitoxondrial patologiyalar ilə və ya onlara şübhə ilə pasiyentlər Valproat, mitoxondrial DNT-nun və, həmçinin, kodlaşdıran POLG nüvə geninin mutasiyası nəticəsində yaranan əsas mitoxondrial patologiyaların klinik simptomlarının yaranmasına və ya güclənməsinə səbəb ola bilər. Məsələn, kəskin qaraciyər çatışmazlığı və qaraciyər patologiyası ilə bağlı ölüm halları, mitoxondrial y-polimeraza genində (POLG) mutasiyalar nəticəsində yaranan irsi neyrometabolik sindromları (məsələn, Alpers-Guttenloxer sindromu) olan pasiyentlərdə daha çox valproat ilə müalicə ilə əlaqəli olmuşdur. POLG ilə bağlı pozulmaları ailə anamnezi ilə və ya POLG pozulmaları üçün səciyyəvi olan suqqestiv simptomlar (mənşəyi məlum olmayan ensefalopatiya, refrakter epilepsiya (fokal, mioklonik), epileptik status, inkişafın ləngiməsi, psixomotor reqress, aksonal motor-sensor nevropatiya, miopatik beyincik ataksiyası, oftalmoplegiya, oksipital nahiyədə fəsadlaşmış miqren) ilə pasiyentlərdə güman etmək olar. POLG mutasiyalarının mövcudluğuna dair tədqiqatlar həmin patologiyaların diaqnostikası üçün nəzərdə tutulmuş hazırki klinik təcrübəyə uyğun olaraq aparılmalıdır. Koqnitiv və ya ekstrapiramidal pozulmalar Koqnitiv və ya ekstrapiramidal pozulmalar vizualizasiya üsulları vasitəsi ilə aşkarlanan baş beyin qabığının atrofiyası ilə bağlı ola bilər. Bununla əlaqədar, həmin pozulmaların klinik təsvirini demensiya və ya Parkinson xəstəliyi ilə səhv salmaq olar. Həmin pozulmalar müalicənin dayandırılmasından sonra geri dönən olur (“Əlavə təsirləri” bölməsinə bax). Ehtiyat tədbirləri Qaraciyər funksiyasının nəzarəti Müalicəyə başlamazdan əvvəl (“Əks göstərişlər” bölməsinə bax) və müalicənin ilk 6 ayı müddətində vaxtaşırı qaraciyər funksiyasının müayinəsi aparılmalıdır, xüsusilə də risk qrupuna aid pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax). Digər epilepsiyfəleyhinə preparatlar ilə müalicə zamanı olduğu kimi, transaminazalar səviyyəsinin klinik simptomlar ilə müşayiət olunmayan cüzi, təcrid olunmuş və müvəqqəti yüksəlməsi qeyd oluna bilər, xüsusilə də müalicənin əvvəlində. Göstərilən halda, dozanı tənzimləmək üçün və göstəricilərin dəyişilməsindən asılı olaraq laborator müayinələri yenidən yerinə yetirmək üçün daha ətraflı laborator müayinə (protrombin indeksinin təyinini daxil edən) aparılmalıdır. Alkoqol Valproat ilə müalicə zamanı alkoqolun qəbulu tövsiyə edilmir. Uşaqlar 3 yaşdan aşağı uşaqlarda valproatın monoterapiya şəkilində istifadəsi tövsiyə edilir, lakin müalicəyə başlamazdan əvvəl preparat ilə müalicənin potensial faydasının və qaraciyər xəstəliklərinin və pankreatitin inkişafı riskinin nisbətinin qiymətləndirilməsi aparılmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Uşaqlarda hepatotoksiklik riski və qanaxmalar riski ilə bağlı salisilatlar törəmələri ilə yanaşı istifadəsindən qaçınmaq lazımdır (“Xüsusi göstərişlər” bölməsinə bax). 3 yaşa qədər uşaqlarda hepatotoksiklik və qanaxmalar riski səbəbindən salisilat törəmələrinin yanaşı istifadəsindən qaçınmaq lazımdır (“Xüsusi göstərişlər” bölməsinə bax). Hematoloji sınaqlar Müalicəyə və ya cərrahi əməliyyatın aparılmasına başlamazdan əvvəl, 15 gündən sonra və müalicənin sonunda hematomaların və ya səbəbsiz əmələ gələn qanaxmaların inkişafı zamanı qanın hematoloji təhlilinin aparılması (qan elementlərinin sayı (trombositlərin sayı daxil olmaqla), qanaxma müddəti və koaqulyasion sınaqlar) tövsiyə edilir (“Əlavə təsirlər” bölməsinə bax). Böyrək çatışmazlığı Böyrək çatışmazlığı zamanı dərman preparatının dozasının azaldılması tələb oluna bilər. Valproatın plazma konsentrasiyasının monitorinqi səhv nəticələr verə bilər, bu səbəbdən doza klinik monitorinqin nəticələrinə müvafiq olaraq tənzimlənməlidir. II tip karnitin-palmitoiltransferaza çatışmazlığı ilə pasiyentlər II tip karnitin-palmitoiltransferaza çatışmazlığı (CPT-II) ilə pasiyentlərdə valproatın qəbulu zamanı rabdomioliz inkişafının yüksək riski qeyd olunur. Sidik cövhərinin əmələ gəlmə siklinin pozulması Karbamid siklin fermentlərinin çatışmazlığı olan pasiyentlərə preparatın qəbulu əks göstərilmişdir. Həmin pasiyentlərdə stupor və/və ya koma ilə müşayiət olunan bir neçə hiperammoniemiya halı qeydə alınmışdır. Anamnezdə mənşəyi məlum olmayan qaraciyər və mədə-bağırsaq simptomları (anoreksiya, qusma, kəskin sitoliz halları), letargiya və ya koma olan uşaqlarda, əqli inkişafın geriliyi ilə uşaqlarda və ya ailə anamnezində yenidoğulmuşun və ya uşağın ölümü halları mövcud olduğu halda valproat ilə müalicəyə başlamazdan əvvəl metabolizmin, xüsusilə də, acqarnına və qida qəbulundan sonra ammoniemiyanın müayinəsi aparılmalıdır. Sistemli qırmızı qurd eşənəyi ilə pasiyentlər Valproat ilə müalicə zamanı immun sisteminin funksiyalarının pozulması çox nadir hallarda qeyd olunur, buna baxmayaraq, sistemli qırmızı qurd eşənəyindən əziyyət çəkən pasiyentlərdə valproatın təyini zamanı preparatın istifadəsinin potensial faydası potensial risk ilə müqayisə olunmalıdır. Bədən kütləsinin artması Müalicənin əvvəlində pasiyent bədən kütləsinin artması riski haqqında məlumatlandırılmalı və qeyd olunan halın qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər (xüsusilə də pəhriz) görülməlidir. Şəkərli diabetli pasiyentlər Dərman preparatı əsasən böyrəklər vasitəsi ilə, qismən keton hissəcikləri şəkilində xaric edilir ki, bu da sidiyin keton hissəciklərinə dair təhlili zamanı yanlış nəticələrə səbəb olur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qıcolmaların inkişafına səbəb ola biləcək preparatların qıcolma həddini aşağı salan preparatlar ilə yanaşı istifadəsi nəzərə alınmalıdır və potensial təhlükənin dərəcəsindən asılı olaraq tövsiyə edilməməli və ya əks göstərilməlidir. Həmin preparatlara əksər antidepressantlar (trisiklik antidepressantlar, serotoninin selektiv alınmasınının inhibitorları), neyroleptiklər (fenotiazinlər və butirofenonlar), mefloxin (aşağıda bax), bupropion və tramadol. Əks göstərilmiş kombinasiyalar (“Əks göstərişlə” bölməsinə bax) Mefloxin Epilepsiya ilə pasiyentlərdə valproy turşusunun metabolizminin və mefloxinin qıcolma effektinin güclənməsi ilə bağlı epileptik tutmaların inkişafı təhlükəsi. Tövsiyə edilməyən kombinasiyalar “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) Lamotricin Valproat lamotricinin metabolizmini zəiflədir və onun yarımxaricolma dövrünü təxminən 2 dəfə uzadır ki, bu da lamotricinin toksikliyinin artmasına səbəb olaraq ağır dəri reaksiyaların (toksidermal nekroliz) inkişafı ilə nəticələnir. Bu səbəbdən, qeyd olunan dərman preparatlarının yanaşı istifadəsi zamanı ciddi kliniki nəzarət və dozanın tənzimlənməsi tələb olunur (lamotricinin dozası azaldılmalıdır). Karbapenemlər: panipenem, meropenem, imipenem və s. Karbapenemlər ilə yanaşı istifadəsi zamanı valproy turşusunun qan plazmasında konsentrasiyasın 2 gün müddətində 60-100% azalması qeyd olunur. Valproy turşusunun konsentrasiyasının azalması sürətlə inkişaf etdiyi və nəzarətə tabe olunmadığı üçün stabil vəziyyətdə olan və qıcolmalardan azad olan pasiyentlərdə karbapenemlərin istifadəsindən qaçınmaq lazımdır. Qeyd olunan kombinasiyanın istifadəsi qaçılmaz olduğu halda, qanda valproy turşusunun səviyyəsinin ciddi nəzarəti aparılmalıdır. Xüsusi ehtiyat tədbirlərini tələb edən kombinasiyalar Asetazolamid Yüksək ensefalopatiya riski ilə müşayiət olunan hiperammoniemiya. Klinik və laborator göstəricilərin müntəzəm qaydada monitorinqinin aparılması. Aztreonam Valproy turşusunun qan plazmasında konsentrasiyasının azalması səbəbindən qıcolmaların inkişafı riski. Qeyd olunan dərman preparatı ilə yanaşı müalicənin aparılması zamanı və həmin preparatın qəbulunun dayandırılmasından sonra klinik müşahidə, qan plazmasının təhlili və, ehtiyac olduğu halda, qıcolma əleyhinə preparatının dozasının tənzimlənməsi aparılmalıdır. Karbamazepin Doza həddinin aşılması əlamətləri ilə müşayiət olunan karbamazepinin aktiv metabolitinin plazma konsentrasiyalarıının yüksəlməsi və, həmçinin, karbamazepinin təsiri altında qaraciyər metabolizminin gücləndirməsi nəticəsində valproy turşusunun plazma konsentrasiyalarının azalması. Müntəzəm klinik müşahidələrin aparılması və laborator göstəricilərin nəzarətinin aparılması məqsədəuyğundur. Zidovudin Valproy turşusu zidovudinin mütabolizmini zəiflədir ki, buda zidovudinin əlavə təsirlərinin (hematoloji effektlərinin) artması riski ilə nəticələnir. Müntəzəm klinik müşahidələrin aparılması və laborator göstəricilərin nəzarətinin aparılması məqsədəuyğundur. Yanaşı istifadəsinin ilk 2 ayı müddətində anemiyanın aşkarlanması məqsədi ilə qan analizinin aparılması məqsədəuyğundur. Felbamat Valproy turşusu felbamatın klirensini 16% azaldır. Digər tərəfdən felbamat və valproatın yanaşı istifadəsi valproy turşusunun klirensini 22-50% azaldaraq valproy turşusunun plazmada konsentrasiyasını yüksəldir ki, bu da doza həddinin aşılması riskinin yaranmasına səbəb olur. Felbamat ilə yanaşı istifadəsi zamanı və preparatın qəbulunun dayandırılmasından sonra klinik müşahidələrin, laborator göstəricilərin nəzarətinin və valproatın dozasının tənzimlənməsinin aparılması məqsədəuyğundur. Olanzapin Valproy turşusu olanzapinin plazmada konsentrasiyasını azalda bilər. Rufinamid Valproy turşusu rufinamidin qan plazmasında konsnetrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu yüksəlmə valproy turşusunun konsentrasiyasından asılıdır. Ehtiyat tədbirləri görülməlidir, xüsusilə də uşaqlarda, çünki həmin effektə daha çox uşaqlar populyasiyasında rast gəlinir. Propofol Valproy turşusu propofolun qanda konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Valproat ilə yanaşı istifadəsi zamanı propofolun dozasının azaldılması məsələsinə baxılmalıdır. Fenobarbital, primidon Qaraciyər metabolizminin zəifləməsi nəticəsində doza həddinin aşılması ilə müşayiət olunan fenobarbital və primidonun plazma konsentrasiyalarının yüksəlməsi daha çox uşaqlarda müşahidə olunur. Bundan başqa, fenobarbital və ya primidonun təsiri altında baş verən valproy turşusunun metabolizminin zəifləməsi nəticəsində valproy turşusunun plazma konsentrasiyasının azalması qeyd olunur. Kombinə olmuş müalicənin ilk 15 günü müddətində klinik monitorinqin aparılması tövsiyə edilir, sedativ effektin əlamətləri meydana çıxdığı halda fenobarbital və ya primidonun dozası dərhal azaldılır; hər iki antikonvulsantın plazmada konsentrasiyalarının monitoriqi aparılırmalıdır. Fenitoin (və ehtimala görə, fosfentoin) Fenitoinin plazma konsentrasiyaları dəyişir. Bundan başqa, fenitoinin təsiri altında valproy turşusunun qaraciyər metabolizminin güclənməsi qeyd olunur ki, bu da valproy turşusnun plazma konsentrasiyasının azalması riski ilə müşayiət olunur. Klinik monitorinqinin aparılması, plazma konsentrasiyalarının müəyyən edilməsi və, ola bilsin ki, hər iki epilepsiyaəleyhinə preparatın dozasının tənzimlənməsi tövsiyə edilir. Fenitoin və ya fenobarbital ilə yanaşı istifadəsi zamanı valproy turşusunun metabolitlərinin zərdabda səviyyəsi yüksələ bilər. Bu səbəbdən, qeyd olunan iki preparatdan birini qəbul edən pasiyentlər hiperammoniemiyanın əlamətlərinin və simptomlarının mövcudluğuna dair yoxlanılmalıdır. Topiramat Valproatın topiramat və ya asetozalaid ilə yanaşı istifadəsi zamanı hiperammoniemiyanın və ensefalopayanın inkişafı riski qeyd olunur. Müalicənin əvvəlində, həmçinin, yuxarıda qeyd olunan vəziyyətlərin inkişafına şübhə yaradan simptomların aşkarlandığı halda, ciddi klinik və laborator monitorinqin aparılması tövsiyə edilir. Rifampisin Rifampisin valproy turşusunun qan plazmasında konsentrasiyasını azaldır ki, bu da terapevtik effektin zəifləməsinə səbəb ola bilər. Rifampisin valproatın qaraciyər metabolizmini gücləndirir ki, bu da qıcolmaların inkişafı riskini yüksəldir. Rifampisin ilə yanaşı istifadəsi zamanı və onun qəbulunun dayandırılmasından sonra klinik müşahidənin aparılması, laborator göstəricilərin nəzarətinin aparılması və, ehtiyac olduğu halda, antikonvulsiv preparatın dozasının tənzimlənməsi məqsədəuyğundur. Nimodipin (peroral və, ehtimala görə parenteral yeridilmə üçün) Valproy turşusu nimodipinin metabolizmini zəiflədərək onun plazma konsentrasiyasının yüksəlməsinə səbəb olur ki, bu da hipotenziv effektin güclənməsi ilə nəticələnir. Nimodipin və valproatın yanaşı istifadəsi nimodipinin plazma konsentrasiyalarını 50% yüksəldə bilər. Zonisamid Ensefalopatiyanın inkişafının yüksək riski ilə müşayiət olunan hiperammoniemiya. Klinik və laborator göstəricilərinin müntəzəm monitorinqi. Qarşılıqlı təsirin digər formaları Estrogen tərkibli preparatlar Estrogen tərkibli preparatlar, estrogen tərkibli hormonal kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da valproatın zərdabda konsentrasiyasının azalmasına və valproatın potensial effektivliyinin azalmasına səbəb ola bilər. Estrogen tərkibli preparatların qəbulunun başlanğıcında və ya istifadəsi dayandırıldıqda həkim kliniki cavabı nəzarət altında saxlamalıdır (tutmanın nəzarəti). Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir. Valproat fermentləri induksiyaedici təsirə malik olmadığı üçün hormonal kontraseptiv vasitələr qəbul edən qadınlarda estrogen-proqestogen preparatların effektivliyini azaltmır. Litium Valproat litiumun zərdab konsentrasiyalarına təsir göstərmir. Aspirin Yanaşı istifadəsi zamanı valproy turşusunun qan zərdabında səviyyəsi yüksələ bilər. Qeyri-düz antikoaqulyantlar Qeyri-düz antikoaqulyantlar ilə (K antivitaminləri ilə) yanaşı istifadəsi zamanı protrombin indeksinin ciddi nəzarəti aparılmalıdır. Simetidin, eritromisin Simetidin və ya eritromisin ilə yanaşı qəbulu zamanı valproy turşusunun zərdabda səviyyəsi yüksələ bilər (qaraciyər metabolizmin zəifləməsi nəticəsində). Kvetiapin Kvetiapin və valproatın yanaşı istifadəsi neytropeniyanın/leykopeniyanın inkişafı riskini yüksəldə bilər. Proteaza inhibitorları Yanaşı istifadəsi zamanı lopinavir, ritonavir kimi proteaza inhibitorları valproatın plazmada səviyyəsini azalda bilər. Xolestiramin Yanaşı istiadəsi zamanı xolestiramin valproatın plazmada səviyyəsini azalda bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı bipolyar pozulmanın müalicəsi üçün valproatın istifadəsi əks göstərilib. Hamiləlik zamanı epilepsiyanın müalicəsi üçün valproatın istifadəsi əks göstərilib, epilepsiyanın müalicəsi üçün müvafiq alternativ müalicə üsulları mövcud olmadığı hallar istisna olmaqla. Fertil yaş dövründə olan qadınlarda Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri yerinə yetirilmədiyi halda valproatın istifadəsi əks göstərilib (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Teratogenlik və inkişaf qüsurları Hamiləliyə təsiri və valproat ilə bağlı risk Valproatın monoterapiya və digər epilepsiya əleyhinə vasitələri daxil edən politerapiya şəkilində istifadəsi hamiləliyin arzuolunmaz fəsadlarının inkişafına səbəb ola bilər. Əldə olan məlumatlara əsasən ehtimal etmək olar ki, tərkibində valproat olan epilepsiya əleyhinə politerapiya valproatın monoterapiya şəkilində istifadəsi ilə müqayisədə anadangəlmə inkişaf qüsurlarının daha yüksək riski ilə bağlıdır. Heyvanlarda: siçanlar, siçovullar və dovşanlar üzərində aparılan eksperimental tədqiqatlar teratogen təsiri nümayiş etdirmişdir. Anadangəlmə inkişaf qüsurları Metatəhlilin (həmçinin, reyestrin və qrup tədqiqatların) nəticələri göstərmişdir ki, hamiləlik zamanı anaları yalnız valproat ilə müalicə alan uşaqlarda anadangəlmə inkişaf qüsurlarının rast gəlinmə tezliyi ümumi populyasiya ilə müqyisədə daha yüksəkdir 10,73% (95% Eİ: 8,16-13,29) vs 2-3%. Anadangəlmə inkişaf qüsurları riski dozadan asılıdır, lakin hədd dozasının müəyyən olunması mümkün deyil. Əldə olan məlumatlara əsasən yüngül və ağır dərəcəli inkişaf qüsurları hallarının sayı artır. Daha çox rast gəlinən inkişaf qüsurları növlərinə sinir borusunun formalaşması qüsurları, üz dismorfizmi, dodaq və damaq yarıqları, kraniostenoz, ürək, böyrək və sidik-cinsiyyət sistemi qüsurları, ətrafların qüsurları (həmçinin, mil sümüyünün ikitərəfli aplaziyası) və, həmçinin, orqanizmin müxtəlif sistemləri ilə bağlı digər inkişaf qüsurları aiddir. Valproatın ana bətnində dölə təsiri, həmçinin, qulaq və/və ya burunun (ikincil effekt) inkişaf qüsurları və/və ya eşitmə qabiliyyətinə birbaşa toksiki təsiri ilə bağlı eşitmə qabiliyyətinin zəifləməsi/itirilməsi ilə nəticələnə bilər. İnkişaf qüsurları Əldə olan məlumatlara əsasən valproatın ana bətnində dölə təsiri uşaqların fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Risk dozadan asılıdır, lakin əldə olan məlumatlara əsasən hədd dozasının müəyyən olunması mümkün deyil. Qeyd olunan effektlərin inkişafı riski üçün dəqiq hestasiya dövrü müəyyən edilməmişdir və hamiləlik müddətində riskin yaranma ehtimalı istisna oluna bilməz. Bətndaxili inkişaf müddətində valproatın təsirinə məruz qalmış məktəbəqədər yaşlı uşaqlar qrupunda aparılan tədqiqatlar göstərmişdir ki, 30-40% uşaqlarda erkən inkişafın ləngiməsi, xüsusilə də nitq və yerişin inkişafının ləngiməsi, zehni qabiliyyətlərinin zəifləməsi, danışıq və anlamanın zəifləməsi və yaddaşın pozulması müşahidə olunur. Bətndaxili inkişafı dövründə valproatın təsirinə məruz qalmış məktəblilərdə (6 yaşlı) digər epilepsiya əleyhinə preparatların təsirinə məruz qalmış uşaqlar ilə müqayisədə intellektual inkişaf əmsalı (İQ) orta hesabla 7-10 bənd daha aşağı olmuşdur. Təhrifedici faktorların rolu istisna olunmadığına baxmayaraq, sübut edilmişdir ki, valproatın təsirinə məruz qalmış uşaqlarda əqli inkişafın pozulmasının yaranması riski ananın İQ göstəricisindən asılı olmaya bilər. Uzunmüddətli nəticələrə dair məhdud məlumatlar mövcuddur. Əldə olan məlumatlar onu göstərir ki, bətndaxili inkişaf müddətində valproatın təsirinə məruz qalmış uşaqlarda ümumi populyasiya ilə müqayisədə autik spektr pozulmaları (təxminən 3 dəfə) və uşaq autizmi (təxminən 5 dəfə) riski daha yüksəkdir. Əldə olan məhdud məlumatlara əsasən ana bətnində valproatın təsirinə məruz qalmış uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) inkişafına daha çox rast gəlinir. Qadın hamiləliyi planlaşdırdığı halda Epilepsiya diaqnozu ilə qadın hamiləliyi planlaşdırdığı halda, epilepsiyanın müalicəsi sahəsində təcrübəsi olan həkim valproat ilə müalicəni yenidən qiymətləndirməli və alternativ müalicə üsullarını nəzərdən keçirməlidir. Müvafiq alternativ müalicə mayalanmadan əvvəl və kontrasepsiyanın dayandırılmasından əvvəl tətbiq olunmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Alternativ müalicənin tətbiqi qeyri-mümkün olduğu halda, ailə planlaşdırılması məsələsində şüurlu qərarın verilməsinə səbəb olmaq üçün qadını, valproatın uşağa təsirinin riski haqqında məlumatlandırmaq lazımdır. Hamiləlik Valproat, epilepsiyanın müalicəsi olaraq, hamiləlik zamanı əks göstərilmişdir, müvafiq alternativ müalicə variantları mövcud olmadığı hallar istisna olmaqla (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Valproat qəbul edən qadın hamilə qaldığı halda o, alternativ müalicə variantlarının seçilməsi üçün dərhal həkimə müraciət etməlidir. Hamiləlik zamanı toniko-klonik tutmalar və anada hipoksiya ilə müşayiət olunan epileptik status ana və gələcək uşaq üçün ölüm riski ilə nəticələnə bilər. Valproatın hamiləlik zamanı qəbulu ilə bağlı mövcud olan riskə baxmayaraq və alternativ müalicəyə ciddi baxıldıqdan sonra epilepsiya diaqnozu ilə hamilə qadın valproat qəbul etmək məcburiyyətində olduğu halda tövsiyə olunur: Preparatın minimal effektiv gündəlik dozası istifadə olunmalıdır. Gündəlik doza bir neçə kiçik dozalara bölünməlidir. Plazmada konsentrasiyanın yüksək zirvələrinin qarşısını almaq məqsədi ilə uzunmüddətli təsirə malik dərman formaları istifadə olunmalıdır. Hamiləlik zamanı valproat qəbul edən bütün hamilə qadınlar və onların partnyorları preparatın qəbulu zamanı hamiləliyin qiymətləndirilməsi məqsədi ilə həkim-genetik tərəfindən müayinə olunmalıdır. Sinir borusunun formalaşması qüsurları və ya digər inkişaf qüsurlarının aşkarlanması məqsədi ilə xüsusi prenatal monitorinq aparılmalıdır. Hamiləlikdən əvvəl fol turşusunun (gündə 5 mq) qəbulu sinir borusunun formalaşması qüsurları riskini azalda bilər. Lakin, fol turşusunun qəbulunun, anadangəlmə qüsurların və ya valproatın qəbulu ilə bağlı olan inkişaf qüsurlarının qarşısını aldığı sübut olunmayıb. Doğuşdan əvvəl Doğuşdan əvvəl qadınlarda tromobositlərin sayını, fibrinogenin səviyyəsini və laxtalanma müddətini (aktivləşmiş parsial tromboplastin zamanı – APTZ) daxil edən koaquloqramma aparılmalıdır. Yenidoğulmuşlar Anaları hamiləlik zamanı natrium valproat qəbul edən yenidoğulmuşlarda tək-tək hemorragik sindromun inkişafı halları qeydə alınmışdır. Hemorragik sindrom trombositopeniya, hipofibrinogenemiya və/və ya digər qanın laxtalanma faktorları ilə bağlıdır, həmçinin, afibrinogenemiya halları (ola bilsin ölüm ilə nəticələnən) qeydə alınmışdır. Lakin, hemorragik sindrom fenobarbitalın qəbulu və fermentativ induktorlar ilə bağlı olan K vitamini faktorunun səviyyəsinin azalmasından fərqlənməlidir. Valproatın qəbulu zamanı hemorragik sindrom, ola bilsin ki, K vitamini çatışmazlığı ilə bağlı deyil. Doğuşdan əvvəl qadınlarda trombositlər sayının, fibrinogen səviyyəsinin təhlili və koaqulyasiya müddətinin (aktivləşmiş sefalin zamanı: ASZ) müayinəsi aparılmalıdır. Anada normal nəticələr yenidoğulmuşda hemostaz anomaliyalarını tam istisna etmir, bu səbəbdən doğuşdan sonra yenidoğulmuşda trombositlərin sayının, fibrinogenin plazmada səviyyəsinin müayinəsi, koaqulyasion sınaqlar və qanın laxtalanma faktorların müayinəsi aparılır. Doğuş travması qanaxma riskini yüksəldə bilər. Anaları hamiləliyin 3-cü trimestri müddətində valproat qəbul etmiş yenidoğulmuşlarda hipoqlikemiya halları qeydə alınmışdı. Anaları hamiləlik zamanı valproat qəbul etmiş yenidoğulmuşlarda hipotireoz halları qeydə alınmışdır. Anaları hamiləliyin sonuncu trimestrində valproat qəbul etmiş yenidoğulmuşlarda ləğvetmə sindromu (narahatlıq, əsəbilik, yüksək oyanıqlıq, yüksək sinir-reflektor oyanıqlıq sindromu, hiperkineziya, əzələ tonusunun pozulması, tremor, qıcolmalar və qida qəbulunun pozulması) qeyd oluna bilər. Estrogen tərkibli preparatlar Valproat hormonal kontraseptivlərin effektivliyini azaltmır. Lakin, estrogen tərkibli preparatlar, estrogen tərkibli oral kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da valproatın zərdabda konsentrasiyasının azalması və valproatın effektivliyinin zəifləməsi ilə nəticələnə bilər. Estrogen tərkibli preparatların qəbulunun əvvəlində və ya qəbulunun dayandırılması zamanı həkimlər klinik cavabı (tutmanın nəzarəti və əhval-ruhiyənin nəzarəti) nəzarət altında saxlamalıdır. Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılması tövsiyə olunur («Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Fertillik Valproat qəbul edən qadınlarda amenoreya, yumurtalıqların polikistozu və testosteron səviyyəsinin yüksəlməsi halları qeydə alınmışdır. Valproatın qəbulu, həmçinin, kişilərdə fertilliyin zəifləməsinə (spermatozoidlərin hərəkətinin zəifləməsinə) səbəb ola bilər. Təsvir olunmuş klinik hallar fertilliyin pozulmalarının müalicənin dayandırılmasından sonra geri dönən olduğunu göstərir. Valproy turşusu spermatogenezə təsir göstərə bilər (spermatozoidlərin hərəkətinin zəifləməsi). Laktasiya dövrü Valproy turşusunun ana südünə ekskresiyası aşağı olub ananın zərdabında olan konsentrasiyasının 1-10%-ni təşkil edir. Anaları laktasiya dövründə preparatı qəbul etmiş yenidoğulmuşlarda/körpələrdə hematoloji pozulmaların aşkarlanması halları qeydə alınmışdır (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Ana südü ilə qidalandırmanın və ya Depakin preparatının qəbulunun dayandırılmasına dair qərarı ana südünün uşaq üçün və müalicənin ana üçün faydasını nəzərə alaraq vermək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Antikonvulsiv politerapiya zamanı və ya yuxululuğu gücləndirə biləcək digər preparatlar ilə yanaşı istifadəsi zamanı tranzitor yuxululuq inkişaf edə bilər. Pasiyent (sürücülər və operatorlar) bu haqqda məlumatlandırılmalıdır
İstifadə qaydası və dozası
Gündəlik orta doza: körpələr və kiçik yaşlı uşaqlar üçün: 30 mq/kq (şərbət və ya uzunmüddətli təsirə malik qranulların qəbulu daha üstündür); yeniyetmələr və böyüklər üçün: 20-30 mq/kq (tabletlərin, uzumüddətli təsirə malik tabletlərin və ya uzunmüddətli təsirə malik qranulların qəbulu daha üstündür). Dərman preparatı mq-la təyin edilməlidir. Fərdi doza müalicə həkimi tərəfindən təyin edilməlidir. Şərbət flakonu adapter-tıxacı olan dozalama şprisi ilə təchiz edilmişdir. Daxilə qəbul edilir. Daxilə qəbul üçün məhlul yalnız qablaşdırmada olan dozalama şprisinin köməyi ilə qəbul edilməlidir. Flakonu açmaq üçün qapağı sıxıb burmaq lazımdır. Hər istifadədən sonra flakon möhkəm bağlanmalıdır. Gündəlik doza 1 yaşdan aşağı uşaqlarda 2 dəfəyə, 1 yaşdan yuxarı uşaqlarda isə 3 dəfəyə bölünərək, qida qəbulu zamanı qəbul edilməlidir. Müalicənin başlanğıcı Müalicə alan və digər epilepsiyaəleyhinə preparatları qəbul edən pasiyentlərə valproat təxminən 2 həftə müddətində optimal dozaya çatdırılaraq tədricən təyin edilir, sonra isə, ehtiyac olduğu halda, əldə edilmiş nəticədən asılı olaraq kombinəolunmuş müalicə dayandırılır. Digər epilepsiyaəleyhinə vasitələri qəbul etməyən pasiyentlərdə optimal dozanın bir həftə müddətində əldə edilməsi üçün preparatın dozası təxminən 2-3 gündən bir artırılmalıdır. Ehtiyac olduğu halda digər epilepsiyaəleyhinə preparatlar ilə əlavə müalicə tədricən həyata keçirilir («Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Qızlar, reproduktiv yaş dövründə olan qadınlar və hamilə qadınlar Depakin epilepsiyanın müalicəsi sahəsində mütəxəssis-həkim tərəfindən təyin edilməlidir. Valproat qızlarda və reproduktiv yaş dövründə olan qadınlarda istifadə edilməməlidir, digər müalicə üsulları qeyri-effektiv və ya dözümsülük səbəbindən qeyri-mümkün olduğu hallar istisna olmaqla (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax). Valproat Hamiləliyin Qarşısının alınması Proqramına əsasən təyin edilir və apteklərdən buraxılır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Epilepsiyası olan qadınlarda hamiləlik zamanı valproat yeganə müalicə variantı olduğu istisna hallarında, Depakinin monoterapiya şəkilində və minimal effektiv dozada və, mümkün olduğu halda, preparatın uzunmüddətli təsirə malik formasının təyini tövsiyə edilir. Hamiləlik zamanı preparatın qısamüddətli təsirə malik formalarının gündəlik dozasının ən azı 2 qəbula bölünməsi tövsiyə edilir (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Estrogen tərkibli preparatlar Valproat hormonal kontraseptivlərin effektivliyini azaltmır. Lakin, estrogen tərkibli preparatlar, estrogen tərkibli hormonal kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da zərdabda valproatın konsentrasiyasının azalmasına və valproatın potensial effektivliyinin azalmasına səbəb ola bilər. Estrogen tərkibli preparatların qəbulunun başlanğıcında və ya istifadəsi dayandırıldıqda həkim kliniki cavabı nəzarət altında saxlamalıdır (tutmanın nəzarəti). Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir («Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Əlavə təsirləri
Arzuolunmaz reaksiyaların rast gəlinmə tezliyi Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən müəyyən edilir: çox tez-tez ≥ 10%; tez-tez ≥ 1% və < 10%; bəzən ≥ 0,1% və < 1%; nadir ≥ 0,01% və < 0,1%; çox nadir < 0,01%; məlum deyil(əldə olan məlumatlara əsasən arzuolunmaz reaksiyaların rast gəlinmə tezliyinin müəyyən edilməsi mümkün deyil). Anadangəlmə, irsi və genetik xəstəliklər Anadangəlmə inkişaf qüsurları və nevroloji pozulmalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax). Qana və limfatik sisteminə Tez-tez: anemiya, trombositopeniya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Bəzən: pansitopeniya, leykopeniya. Nadir: makrositar anemiya, makrositoz, sümük iliyi funksiyasının zəifləməsi (həmçinin, həqiqi eritrositar aplaziya), aqranulositoz. Adətən klinik fəsadlar ilə müşayiət olunmayan və, xüsusilə, preparatın yüksək dozalarının istifadəsi nəticəsində meydana çıxan fibrinogen səviyyəsinin azalması və qanaxma müddətinin uzanmasının tək-tək halları qeydə alınmışdır. Valproat trombositlər aqreqasiyasının ikinci fazasına inhibisiya edici təsir göstərir. Klinik fəsadlar ilə müşayiət olunmayan və müntəzəm surətdə aşkarlanan dozadan asılı trombositopeniyanın inkişafı halları qeydə alınmışdır. Simptomsuz trombositopeniya ilə pasiyentlərdə, mümkün olduğu halda, trombositlərin səviyyəsi nəzərə alınmalı və xəstəliyin gedişinə nəzarət olunmalıdır. Dərman vasitəsinin dozasının azaldılması, adətən, trombositopeniyanın dayandırılmasına səbəb olur. Sinir sisteminə Çox tez-tez: tremor. Tez-tez: ekstrapiramidal pozulmalar, stupor*, yuxululuq, qıcolmalar*, yaddaşın zəifləməsi, baş ağrısı, nistaqm, baş gicəllənmə. Bəzən: koma*, ensefalopatiya*, letargiya*, geri dönən parkinsonizm, ataksiya, paresteziya, qıcolmaların güclənməsi. Nadir: baş beyinin geri dönən atrofiyası ilə bağlı olan geri dönən demensiya, koqnitiv pozulmalar. Əvvəl simptomsuz inkişaf edən və sonradan proqressivləşən koqnitiv pozulmalar (demensiyanın inkişafına qədər proqressivləşə bilər). Həmin pozulmalar müalicənin dayandırılmasından sonra bir neçə həftədən bir neçə ayadək müddətində aradan qaldırılır.** *Stupor və letargiya bəzən tranzitor komanın/ensefalopatiyanın inkişafı ilə nəticələnir; həmin hallar müstəqil və ya valproat ilə müalicə fonunda qıcolma tutmalarının tezləşməsi ilə bağlı olmuşdur, onların tezliyi müalicənin dayandırılmasından və ya dozanın azaldılmasından sonra azalmışdır. Qeyd olunan hallara daha cox kombinəolunmuş müalicənin aparılması və ya valproatın dozasının kəskin şəkildə artırılması zamanı rast gəlinirdi. **Qeyd olunan simptomlar vizualizasiya üsulları ilə aşkarlanan baş beyin qabığının atrofiyası ilə bağlı ola bilər. Görmə qabiliyyətinin pozulması Tezliyi məlum olmayan: diplopiya. Eşitmə orqanına və labirintə Tez-tez: eşitmə qabiliyyətinin zəifləməsi. Tənəffüs sisteminə, döş qəfəsinə və aralıq orqanlarına Bəzən: plevral ekssudat. Mədə-bağırsaq sisteminə Çox tez-tez: ürəkbulanma. Tez-tez: qusma, qinqival xəstəliklər (əsasən damaq hiperplaziyası), stomatit, qarında ağrılar, ishal; müalicənin əvvəlində başlayır və, adətən, bir neçə gündən sonra preparatın qəbulunun dayandırılmasını tələb etmədən aradan qaldırılır. Bəzən: ölüm ilə nəticələnə bilən, müalicənin dərhal dayandırılmasını tələb edən pankreatit (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Böyrəklərə və sidik yollarına Tez-tez: sidiyin saxlaya bilməməsi. Bəzən: böyrək çatışmazlığı. Nadir: enurez, tubulointerstisial nefrit, sidiyin saxlaya bilməməsi, geri dönən Fankoni sindromu, lakin qeyd olunan vəziyyətdə preparatın təsir mexanizmi müəyyən edilməmişdir. Dəriyə və dərialtı toxumalara Tez-tez: yüksək həssaslıq, saçların müvəqqəti və/və ya dozadan asılı tökülməsi, dırnaqların və dırnaq yataqlarının zədələnməsi. Bəzən: Kvinke ödemi, dəri reaksiyaları, saçların teksturasının, rənginin dəyişilməsi, saçların uzanma sürətinin dəyişilməsi. Nadir: toksiki epidermal nekroliz, Stivens-Jonson sindromu, çoxformalı eritema, dərman hiperhəssaslığı sindromu (eozinofiliya və sistem təzahürləri ilə müşayiət olunan dərman mənşəli dəri reaksiyası (DRESS-sindromu)). Skelet-əzələ sisteminə və birləşdirici toxumaya Bəzən: preparat ilə uzunmüddətli müalicə alan pasiyentlərdə sümük toxumasının mineral sıxlığının azalması, osteopeniya, osteoporoz və sınıqlar. Preparatın sümük toxumasının metabolizminə təsir mexanizmi müəyyən edilməmişdir. Nadir: sistemli qırmızı qurd eşənəyi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), rabdomioliz. Maddələr mübadiləsinə və qidalanmaya Tez-tez: hiponatriemiya, bədən kütləsinin artması*. *Bədən kütləsinin artması ciddi nəzarət altında saxlanılmalıdır, çünki bədən kütləsinin artması polikistoz yumurtalıqlar sindromunun inkişafına səbəb olan faktordur. Nadir: hiperammoniemiya* (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), piylənmə. *Qaraciyər funksiyasının göstəricilərinin dəyişilməsi ilə müşayiət olunmayan təcrid olunmuş və orta ağırlıq dərəcəli hiperammoniemiya halları qeyd oluna bilər, xüsusilə də politerapiyanın aparılması zamanı; preparatın qəbulunun dayandırılması tələb olunmur. Həmçinin nevroloji simptomlar (komanın inkişafına qədər) ilə keçən və əlavə müayinələrin aparılmasını tələb edən hiperammoniemiya halları məlumdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Xoşxassəli, bədxassəli və müəyyən edilməmiş yenitörəmələr (kistalar və poliplər daxil olmaqla) Nadir hallarda: mielodisplastik sindrom. Endokrin sistemə Bəzən: ADH qeyri-adekvat sekresiyası sindromu, hiperandrogeniya (hirsutizm, virilizm, akne, kişi tipi üzrə keçəlləşmə və/və ya androgenlərin səviyyəsinin yüksəlməsi). Nadir: hipotireoz (“Fertillik, hamiləlik və laktasiya” bölməsinə bax). Damarlara Tez-tez: qanaxmalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax). Bəzən: vaskulit. Ümumi pozulmalar və yeridilmə yerində pozulmalar Bəzən: bədən temperaturunun enməsi, yüngül dərəcəli periferik ödem. Laborator və instrumental müayinələrin nəticələrinə təsiri Nadir: qanın laxtalanma faktorlarının (ən azı birinin) səviyyəsinin enməsi, koaqulyasion sınaqların nəticələrinin dəyişilməsi (protrombin zamanının uzanması, aktivləşmiş parsial tromboplastin zamanının uzanması, trombin zamanının uzanması, BNN uzanması), vitamin H (biotin) çatışmazlığı, biotinidaza çatışmazlığı. Qaraciyərə və öd yollarına Tez-tez: qaraciyər zədələnməsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Cinsiyyət orqanlarına və süd vəzilərinə Tez-tez: dismenoreya. Bəzən: amenoreya. Nadir: spermatogenezə təsiri (məsələn, spermotozoidlərin hərəkətinin sürətinin azalması), kişi sonsuzluğu, yumurtalıqların polikiztozu. Çox nadir hallarda: ginekomastiya. Psixikanın pozulması Tez-tez: huşun qarışıqlığı, hallüsinasiyalar, aqressivlik, həyəcanlıq, diqqətin pozulması. Nadir: qeyri-normal davranış, psixomotor hiperaktivlik, öyrənmə qabiliyyətinin pozulması. Qeyd olunan pozulmalara, əsasən, pediatrik təcrübədə rast gəlinir.
Doza həddinin aşılması
Ağır kəskin zəhərlənmənin klinik təsvirində adətən əzələ hipotoniyası, hiporefleksiya, mioz, tənəffüsün pozulması, metabolik asidoz, hipotenziya və ürək çatışmazlığı/sirkulyator şok ilə müşayiət olunan dərin koma qeyd olunur. Beyin ödemi ilə bağlı olan bir neçə kəllədaxili hipertenziya halı qeydə alınmışdır. Stasionarda aparılan müalicə: mədənin yuyulması (preparatın qəbulundan sonra 10-12 saat ərzində effektivdir), effektiv diurezin saxlanılması, ürək-damar və tənəffüs sisteminə nəzarət. Çox ağır hallarda hemodializin aparılması tələb oluna bilər. Adətən, doza həddinin aşılması proqnozu əlverişlidir, lakin bir neçə ölüm ilə nəticələnən hal məlumdur. Preparatın tərkibində natrium olduğu üçün doza həddinin aşılması zamanı hipernatriemiyanın inkişafı mümkündür.
Buraxılış forması
150 ml məhlul, uşaqlar tərəfindən açılmadan qorunmuş, polietilen qatı olan polipropilen qapaq ilə bağlı tünd şüşə (III tip) flakonda. 1 flakon, içlik vərəqə və dozalama şprisi ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanılma şəraiti 25℃-dən yuxarı olmayan temperaturda, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Açıldıqdan sonra flakon 25℃-dən yuxarı olmayan temperaturda 1 ay müddətində saxlanaılmalıdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır.
İstehsalçı
Fransa, Yuniter Likvid Manufekçuring. İstehsalçının ünvanı 1-3, allee de la Neste Z.İ. d’en Signal 31770 Colomiers, France (Fransa).
Qeydiyyat vəsiqəsinin sahibi
Sanofi-Aventis Fransa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.