DENSON 10 MG N28 TAB

Dərman formasıTablet
Farmakoloji təsirLeykotrien reseptorlarının antaqonisti

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DENSON 10 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Montelukast sodium

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq montelukast (10,4 mq montelukast natrium) vardır. Köməkçi maddələr: hidroksipropilsellüloza, mikrokristallik sellüloza, laktoza monohidrat, natrium kroskarmelloza, aerosil 200, maqnezium stearat. Örtük: sarı dəmir oksidi, qırmızı dəmir oksidi, qara dəmir oksidi, titan dioksid, polivinil spirti, makroqol, talk.

Təsviri

Dairə şəkilli, çəıhrayısarı rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Leykotrien reseptorlarının antaqonisti. ATC kodu: R03DC03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Montelukast leykotrien reseptorlarının selektiv antaqonistidir. Montelukast sisteinil-leykotrien reseptorlarını (CystLT 1) spesifik inhibə edir. Sisteinil leykotrienlər (LTC 4, LTD 4, LTE 4) – müxtəlif hüceyrələrdən xaric olunan (bəzi mieloid tosqun hüceyrələr və eozinofil daxil olmaqla) güclü iltihab eykazonoidləridir. Bu proastmatik mediatorlar sisteinil-leykotrien reseptorları ilə insan tənəffüs yollarında birləşir. CysLT reseptoru saya əzələ hüceyrələrində və makrofaqlarda (eozinofil və mieloid borusunun hüceyrələri daxil olmaqla) müəyyən edilmişdir. Bronxial astma zamanı leykotrien mediatorlarının fəaliyyətinə bir sıra tənəffüs traktı aktivliyi; bronxospazm, selikli ifrazat, eozinofillərin kumulyasiyası kimi effektlər daxildir. Montelukast bronxial astma ilə əlaqəli iltihabi parametrləri əhəmiyyətli dərəcədə yaxşılaşdıran güclü peroral preparatdır. Montelukast LTC 4, LTD 4, LTE 4 və CystLT 1 reseptorlarının güclü antaqonistidir. Farmakokinetikası Daxilə qəbul edildikdə tez və demək olar ki, tam absorbsiya olunur. Yaşlılara preparatın 5 mq təyin edildikdə plazma konsentrasiyası 2 saatdan sonra maksimuma çatır. Preparatın orta biomənimsənilməsi 64%-dir. Montelukast 99% plazma zülalları ilə birləşir. Orqanizmdən öd yolları vasitəsilə xaric olunur.

İstifadəsinə göstərişlər

Bronxial astmanın profilaktikası və uzunmüddətli müalicəsi; Asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə bronxial astmanın müalicəsi; Fiziki gərginlik zamanı yaranan bronxospazmın qarşısını almaq məqsədilə; Allergik rinitlərin gecə və gündüz simptomlarının aradan qaldırılması məqsədilə.

Əks göstərişlər

Hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü və 6 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər astma tutmaları və ya nəfəsalma daha da pisləşərsə, dərhal həkiminizə bu haqda məlumat verin. Oral qəbul edilən DENSON kəskin astma tutmalarının müalicəsi zamanı istifadə üçün nəzərdə tutulmayıb, əgər tutmanız varsa, həkiminiz tərəfindən verilən məsləhətlərə uyğun hərəkət edin. Astma tutmaları zaman həyatınızı xilas etmək üçün inhalyasiya nəfəs aparatınızı yanınızdan ayırmayın. Özünüz və ya uşaqlarınız üçün bütün astma dərmanlarını həkiminizin təyin etdiyi qaydada qəbuletməyiniz olduqca mühüm əhəmiyyət daşıyır. DENSON həkiminizin sizə təyin etdiyi digər astma preparatlarının əvəzedicisi kimi çıxış etməməlidir. Astma əleyhinə preparatlar qəbul edən bütün xəstələr grip, qollarda və ya ayaqlarda keyimə və ya qıcıqlanma, ağciyər simptomlarının və / və ya dəri səpgilərinin artmasından əziyyət çəkirsə, həkimlə məsləhət etməlidirlər. Əgər astmanız varsa və asetilsalisil turşusuna qarşı hiperhəssaslığınız varsa DENSONqəbul edən zaman aspirin və ya digər qeyri-steroid iltihab əleyhinə dərmanların qəbulundan yayınmalısınız DENSONistifadə edərkən hal-vəziyyət dəyişiklikləri (aqressiv davranış, həyəcan, depressiya, orientasiya pozğunluğu, kabuslar daxil olmaqla yuxu pozğunluğu, hallüsinasiyalar görmə, yuxusuzluq, narahatlıq, hiperaktivlik, yuxuda gəzmə, intihar düşüncəsi və davranış (intihar cəhdi daxil olmaqla) titrəmə) halları qeydə alınıb. Xəstələrə bu dəyişikliklər baş verərsə, həkimə məlumat verməli olduqları barədə xəbərdar edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hal-hazırda aşağıdakı dərmanlardan istifadə edirsinizsə, DENSON qəbuluna başlamazdan əvvəl həkiminizə bu haqda məlumat verin: • fenobarbital (epilepsiyanın müalicəsində istifadə olunur) • fenitoin (epilepsiyanın müalicəsində istifadə olunur) • rifampisin (vərəm və bəzi digər infeksiyaların müalicəsi üçün istifadə olunur) •gemfibrozil (qanda olan yüksək lipid səviyyəsinin müalicəsi üçün istifadə olunur) Əgər siz resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hazırda hər hansı preparatdan istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, bu barədə həkiminizə məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hər hansı bir dərmanı qəbul etməzdən öncə həkiminizdən və ya əczaçıdan məsləhət alın. Əgər hamiləsinizsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, DENSON qəbul etməzdən öncə, həkiminizlə məsləhətləşin. Həkiminiz sizin şərtlərinizi qiymətləndirərək DENSON qəbul edib- edə bilməyəcəyinizi müəyyən edəcək. Müalicə dövründə hamilə olmağınızdan şübhələndiyinizdə bu barədə dərhal həkiminizə məlumat verin. Laktasiya DENSON – un ana südü ilə ifraz olunub-olunmaması hələ ki, məlum deyil. Ona görə də, əgər körpəyə süd verirsinizsə və ya süd verməyi planlaşdırırsınızsa, DENSON qəbul etməzdən öncə həkiminizdən məsləhət almanız tövsiyə olunur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri DENSON-un sizin nəqliyyat vasitəsi idarə etməyiniz və ya istifadənizə birbaşa təsir etməsi gözlənilməzdir. Bununla belə, ayrı-ayrı şəxslər dərman vasitələrinə qarşı fərqli reaksiyalar verə bilir. Xəstələr tərəfindən çox nadir hallarda bildirilən bəzi əks təsirlər (yuxusuzluq və başgicəllənmə) bəzi xəstələrin nəqliyyat vasitəsini idarə və ondan istifadə qabiliyyətinə təsir edə bilər.

İstifadə qaydası və dozası

Astması olan uşaqlar (15 yaşlı və daha yuxarı olanlar üçün) 10 mq DENSON, plyonka örtüklü tabletgündə 1 dəfə gecə qəbul olunmalıdır. Siz yemək vaxtından asılı olmayaraq dərmanı qəbul edə bilərsiniz. Uşaqda astma tutmalarının olmamasına baxmayaraq, həkiminiz dərmanı təyin etdiyi müddətdə hər gün uşağınıza DENSONverməlisiniz. DENSONpreparatıdan qısa müddətli astma tutmalarına qarşı mübarizə məqsədi ilə istifadə etməyin. Uşaqda astma tutmaları zamanı həkimin məsləhət verdiyi qaydalara riayət edin. Uşağını xilas etmək hər zaman astma tutmalarına qarşı aerozolları yanınızda saxlayın. Həkiminizin açıq göstərişi olmadıqda, uşağınızın digər astma preparatlarının dozasını dayandırmayın və ya azaltmayın. Mövsümi və daimi allergik rinitli xəstələr (15 yaş və yuxarı) DENSON tabletindən gündə bir dəfə və adətən eyni vaxtda qəbul edin. Preparatın qəbulu qida qəbulundan asılı deyil. İstifadə qaydası DENSON yalnız peroral (daxilə) qəbul edilir. Bu preperatı acqarına və ya yeməklə birgə qəbul edə bilərsiniz. Tableti çeynəmədən kifayət qədər maye (məsələn, bir stəkan su ilə) ilə qəbul edin. Əgər DENSON preparatını qəbul etməyi unutmusunuzsa Preparatı sizə təyin olunan şəkildə qəbul etməyə cəhd edin. Əgər hansısa bir dozanı qəbul etməyi unutmusunuzsa, onu ötürün və dahasonra normal qəbul rejiminizə davam edin. Yaddan çıxan dozanın əvəzinə qəti şəkildə ikiqat doza qəbul etməyin.. Əgər DENSON qəbul etməyi dayandırmısınızsa Dərman vasitəsini həkiminizin sizə təyin etdiyi müddət ərzində davamlı şəkildə qəbul etmək olduqca əhəmiyyətlidir. DENSON astmanıza nəzarət etməyə imkan verəcək. Əgər bu məhsulun istifadəsi barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, xahiş olunur, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Əlavə təsirləri

Digər bütün dərman vasitələrində olduğu kimi, DENSON öz tərkibindəki maddələrə qarşı həssaslığı olan insanlara təsir edə bilər. DENSON preparatının əlavə təsirləri adətən mülayimdir və onlar plasebo qəbul edən pasiyentlərə nisbətən DENSON-la müalicə olunan xəstələrdə daha tez-tez müşahidə olunur. Əlavə təsirlər aşağıdakı kateqoriyalarda göstərildiyi kimi təsnif edilir: Çox tez-tez (10 nəfərdən 1-də): Yuxarı tənəffüs yolları infeksiyaları Tez-tez (10-100 nəfərdən 1-də): Diareya, ürəkbulanma, qusma Qızartı Qızdırma Qaraciyər fermentlərinin artması Bəzən (100-1000 nəfərdən 1-də): Allergik reaksiyalar [üz, dodaq, dil və / və ya boğazın şişməsi (udqunma və ya nəfəsalmaqda çətinlik yarada bilər)] Davranış və əhvalla əlaqədar dəyişikliklər (kabuslar daxil olmaqla yuxu pozğunluqları; narahat yatma, yuxusuzluq, əsəbilik və ya həddindən artıq həssaslıq, narahatlıq hissi,aqressiv davranış, depressiya) Başgicəllənmə, yuxululuq, qıcıqlanma / keyimə, tutma [konvulsiyalar (əzələlərdə qıcolmalar)] Burun qanaxmaları Ağızda quruluq, həzm pozğunluğu Qaşınma və dəridə qızartı Əzələ və oynaq ağrıları, əzələ spazmı Yorğunluq, halsızlıq Nadir hallarda(1000-10000 nəfərdən 1-də): – Qanaxmaya meyillilik – Ürəkdöyünmə – Diqqəti toplaya bilməmə – Yaddaşın pozulması Çox nadir (10000 nəfərdən 1-də): – Hallüsinasiyalar (əslində mövcud olmayan şeyləri görmək) – Orientasiya pozğunluğu (zaman-məkan şüurunun itirilməsi) – İntihar fikirləri və davranış (intihar daxil olmaqla) – Hepatit (qaraciyərin iltihabı) – Dəri altında daha çox baldır sümüyü sahəsində müşahidə olunan qırmızı qabarlı yaralar (düyünlü eritema); hər hansı bir əlamət olmadan birdən-birə görünən ciddi dəri reaksiyaları (multiformalı eritema). Montelukast ilə müalicə edilən xəstələrdə, qripəbənzər hal, iynəbatma hissi və ya qolların və ayaqların keyiməsi, ağciyər simptomlarının pisləşməsi və / və ya səpgilər (Churg-Strauss sindromu) kimi əlamətlərə çox nadir hallarda rast gəlinir. Əgər bu əlamətlərdən hər hansı biri sizdə varsa, bunu mütləq həkiminizə bildirməlisiniz. Əgər bu siyahıda qeyd edilməyən hər hansı bir əlavə təsir müşahidə etmisinizsə, xahiş olunur, bu haqda həkiminizə və ya əczaçınıza məlumat verin.

Doza həddinin aşılması

Əgər lazım olan dozadan artıq DENSON qəbul etmisinizsə Doza həddinin aşılması barədə hesabatların əksəriyyətində bu zaman heç bir əlavə təsir haqda məlumat göstərilməyib. Yetkin yaşlılarda və uşaqlarda doza həddinin aşılması zamanı ən tez-tez müşahidə olunan əlamətlər qarın ağrısı, yuxusuzluq, susama, baş ağrısı, qusma və hiperaktivlik. Əgər lazım olan dozadan daha çox DENSON qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza müraciət edin.

Buraxılış forması

7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı otaq temperaturunda, orijinal qablaşdırmasında, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Preparatda və/və ya qutunun üzərində hər hansı nöqsan aşkar edilərsə, DENSON preparatından istifadə etməyin.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Recordati İlaç San. ve Tic. A.Ş. Ç.O.S.B. Karaağaç Mah. Atatürk Cad. No: 36 Kapaklı / TEKİRDAĞ. Ünvan Recordati İlaç San. ve Tic. A.Ş. Ç.O.S.B. Karaağaç Mah. Atatürk Cad. No: 36 Kapaklı / TEKİRDAĞ. Tel.: 0 282 999 16 00.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DENSON 10 MG N28 TAB” üçün ilk rəyi siz yazın.