DEKSALGIN 50 MG/2ML N1 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | İltihabəleyhinə və antirevmatik dərman vasitələri, qeyri-steroidlər. Propion turşu törəmələri |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,00 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatından istifadə etməzdən əvvəl bütün içlik vərəqəsini diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. Bu içlik vərəqəsini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. Əgər əlavə suallarınız yaranarsa, həkimə və ya əczaçıya müraciət edin. Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Hətta xəstəlik simptomları Sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqəsində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də aiddir. 4-cü bölməyə baxın. DEKSALGİN İNJEKT 50 mq/2 ml inyeksiya/infuziya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen trometamole
Tərkibi
Təsiredici maddə: 1 ampulda 50 mq deksketoprofen (deksketoprofen trometamol formasında) vardır. Köməkçi maddələr: spirt (etanol), natrium xlorid, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf və rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
İltihabəleyhinə və antirevmatik dərman vasitələri, qeyri-steroidlər. Propion turşu törəmələri. ATC kodu: M01AE17.
Farmakoloji xüsusiyyətləri
Deksalgin inyekt – qeyri-steroid iltihabəleyhinə dərman vasitələri (QSİƏV) qrupuna aid olan ağrıkəsici, iltihabəleyhinə və qızdırmasalıcı vasitədir. Farmakodinamikası Təsir mexanizmi QSİƏV-inin təsir mexanizmi, siklooksigenazın aktivliyini inhibə edib, prostaqlandinlərin sintezini azaltmaqdır. Xüsusilə QSİƏV-lər, araxidon turşusunun PGE , PGE , PGF , PGD və PGI (prostasiklin) və TxA və1 2 2α 2 2 2 TxB tromboksanlarını əmələ gətirən siklik endoperoksidlərə PGG və PGH çevrilməsini ihibə edir.2 2 2 Bundan əlavə, prostaqlandin sintezinin inhibisiyası digər birbaşa iltihab səbəblərinə də təsir göstərə bilər, məsələn, kininlər, yalnız birbaşa deyil, həm də dolayı təsir göstərir. Farmakodinamik təsirlər Siklooksigenaza-1 və siklooksigenaza-2 aktivliyi ilə əlaqəli deksketoprofenin inhibə etmə təsiri laboratoriya heyvanlarında və insanlarda təsbit edilmişdir. Farmakokinetikası Sorulması Deksketoprofen trometamolun tətbiqindən sonra maksimal konsentrasiyaya təxminən 20 dəqiqə (10-45 dəqiqə) sonra çatır. Paylanması Plazma zülallarına yüksək dərəcədə bağlanma dərəcəsi olan digər dərmanlara bənzəyir (% 99), paylanma həcmi orta hesabla 0,25 l/kq-dan azdır. Yarımpaylanma dövrü təxminən 0,35 saat, yarımxaricolma dövrü isə 1-2,7 saatdır. Dərmanın təkrar istifadəsi ilə bağlı farmakokinetik tədqiqatlar göstərir ki, son əzələdaxili və venadaxili tətbiqdən sonra və bir dəfə istifadə edildikdən sonrakı C və AUC göstəricilərinin eyni olması bu damax dərmanın orqanizmdə kumulyasiya olmadığını göstərir. Biotransformasiyası və xaric olunması Deksketoprofen trometamol tətbiq edildikdən sonra sidikdə yalnız optik izomer S(+) tapılır ki, bu da dərmanın insanlarda optik izomer R(-)-ə çevrilməməsini göstərir. Deksketoprofenin atılması, əsasən, qlükuron turşusu ilə konyuqasiya yolu ilə böyrəklər tərəfindən olur.
İstifadəsinə göstərişlər
Bu preparat intensivliyi orta dərəcədən ağır dərəcəyədək olan kəskin ağrının, məsələn, əməliyyatdan sonrakı ağrının, böyrək sancısının (böyrəklər nahiyəsində güclü ağrı), habelə bel ağrısının müalicəsində, tabletlərdən istifadə etmək mümkün olmadıqda istifadə edilir.
Əks göstərişlər
Aşağıdakı hallarda Deksalgin inyekt preparatını istifadə etmək olmaz: − deksketoprofenə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə qarşı allergiya olduqda. − asetilsalisil turşusuna və ya digər QSİƏV-lərə qarşı allergiya olduqda; − əgər asetilsalisil turşusunun və ya digər QSİƏV-rin qəbulundan sonra Sizdə astma tutmaları, kəskin allergik rinit (qısa müddət ərzində burnun selikli qişasının iltihabı), burun polipləri (allergiya səbəbindən burunda şişkinliklər), övrə (dəri səpgisi), angionevrotik ödem (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi və ya tənəffüsün pozulması) və ya sinə nahiyəsində xırıltılar olmuşdursa; − Əgər Sizdə ketoprofenin (QSİƏV) və ya fibratların (qanda lipidlərin səviyyəsinin azaldılması üçün istifadə edilən preparatlar) istifadəsi zamanı fotoallergik və ya fototoksik reaksiyalar (günəş işığının təsiri zamanı dərinin qızarmasının xüsusi forması və/və ya qovuqcuqların əmələ gəlməsi) olmuşdursa; − əgər Sizdə mədə və ya bağırsaqda peptik xora/qanaxma vardırsa və ya əvvəllər Sizdə mədə və ya bağırsaqda qanaxma, xora və ya perforasiya olmuşdursa; − xroniki həzm pozulmalarından əziyyət çəkirsinizsə (məsələn, qidanın həzm olunmaması, qıcqırma); − əgər ağrıkəsici preparat qismində QSİƏV-rin istifadəsi zamanı Sizdə mədə və ya bağırsaq qanaxması və ya perforasiyası inkişaf edirsə və ya əvvəllər inkişaf etmişdirsə; − əgər Siz xroniki iltihabi bağırsaq xəstəliyindən əziyyət çəkirsinizsə (Kron xəstəliyi və ya qeyri- spesifik xoralı kolit); − Sizdə ciddi ürək çatışmazlığı, orta və ya ağır dərəcəli böyrək xəstəliyi və ya ağır dərəcəli qaraciyər xəstəliyi vardırsa; − Əgər Sizdə qanaxmaya yüksək meyllilik və ya qanın laxtalanmasının pozulması vardırsa; − Əgər Sizdə qusma, ishal və ya orqanizmə mayenin kifayət miqdarda daxil olmaması nəticəsində güclü susuzluq hissi (orqanizmin böyük miqdarda maye itirməsi) vardırsa; − əgər Siz hamiləliyin üçüncü trimestrindəsinizsə və ya körpənizi ana südü ilə qidalandırırsınızsa;
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Deksalgin inyekt preparatını istifadə etməzdən əvvəl müalicə həkiminizə və ya əczaçıya məlumat verin: − əgər Siz xroniki iltihabi bağırsaq xəstəliyini keçirmisinizsə (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi); − əgər Siz mədə və ya bağırsağın digər xəstəliklərindən əziyyət çəkirsinizsə və ya əvvəllər əziyyət çəkmisinizsə; − əgər Siz xora xəstəliyinin və ya qanaxmanın inkişafetmə riskini artıran digər dərman vasitələrini, məsələn, peroral steroid preparatları, bəzi antidepressantları (serotoninin geri udulmasının seçici inhibitorları kimi), trombositlərin aqreqasiyasının qarşısını alan maddələri (aspirin) və ya antikoaqulyantları (varfarin) qəbul edirsinizsə. Bu halda Deksalgin inyekt preparatını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır, ola bilsin ki, həkim mədəyə qoruyucu təsir göstərən dərman vasitəsi (məsələn, mizoprostol və ya mədə şirəsinin sekresiyasını azaldan dərman vasitələri) təyin edəcəkdir; − Əgər Sizdə ürək xəstəlikləri vardırsa, insult keçirmisinizsə və ya bu cür halların inkişafetmə riskinin mövcud olduğunu hesab edirsinizsə (məsələn, arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, xolesterinin səviyyəsinin yüksəlməsi və siqaret çəkmə zamanı). Müalicə barədə həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Deksalgin inyekt preparatına bənzər dərman vasitələri ürək tutmasının (miokard infarktının) və ya insultun inkişafına cüzi dərəcədə səbəb ola bilərlər. Dozanın və müalicə müddətinin artması ilə istənilən ağırlaşmaların yaranma təhlükəsi artır. Tövsiyə edilən dozaları və müalicə müddətini aşmayın; − əgər Siz yaşlı insansınızsa. Əlavə təsirlərin meydana çıxma təhlükəsi artır. Bu halda dərhal həkimə müraciət etmək lazımdır; − əgər Siz allergiyadan əziyyət çəkirsinizsə və ya əvvəllər əziyyət çəkmisinizsə; − əgər Sizdə böyrək, qaraciyər, ürək (arterial hipertoniya və/və ya ürək çatışmazlığı) xəstəlikləri vardırsa və ya olmuşdursa və əvvəllər Sizdə orqanizmdə mayenin ləngiməsi baş vermişdirsə; − əgər Siz sidikqovucu vasitələr qəbul edirsinizsə, Sizdə böyük miqdarda maye itirilməsi nəticəsində (məsələn, sidik ifrazının güclənməsi, ishal və ya qusma səbəbindən) susuzlaşma və qanın həcminin azalması vardırsa; − əgər Siz fertillik funksiyasının pozulmasından əziyyət çəkən qadınsınızsa (Deksalgin inyekt preparatının istifadəsi fonunda fertillik funksiyasının azalması mümkündür, buna görə də hamiləliyin planlanması və müvafiq müayinələrin aparılması zamanı bu preparatı qəbul etmək tövsiyə edilmir); − əgər Siz hamiləliyin birinci və ya ikinci trimestrindəsinizsə; − əgər Sizdə qanyaranmanın və qan hüceyrələrinin formalaşmasının pozulması vardırsa; − əgər Sizdə sistem qırmızı qurdeşənəyi və ya qarışıq birləşdirici toxumanın xəstəliyi (birləşdirici toxumada dəyişikliklərə gətirib çıxaran immun sistem pozuntusu) vardırsa; − əgər Sizdə suçiçəyi xəstəliyi vardırsa, belə ki, müstəsna hallarda QSİƏV infeksiyanı ağırlaşdıra bilər; − əgər Siz xroniki rinit, xroniki sinusit və/və ya burun polipləri ilə birlikdə astmadan əziyyət çəkirsinizsə və nəticə etibarilə, digər insanlara nisbətən Sizdə asetilsalisil turşusuna və/və ya QSİƏP- lərə qarşı allergiyanın riski daha yüksəkdirsə. Bu preparatın təyin edilməsi, xüsusən, asetilsalisil turşusuna və ya QSİƏV-lərə qarşı allergiyası olan pasiyentlərdə astma tutmalarına və ya bronxospazma səbəb ola bilər. Deksalgin inyekt preparatının tərkibində etanol və natrium vardır. Deksalgin inyekt preparatının bir ampulunda 12,35 həcm %, yəni bir dozada 200 mq etanol vardır ki, bu da bir dozada 5 ml pivəyə və ya 2,08 ml şəraba uyğundur. Alkoqolizm zamanı əks-göstərişdir. Hamilə qadınlar, əmizdirən analar, uşaqlar, habelə yüksək risk qrupundan olan, məsələn, qaraciyər xəstəlikləri və ya epilepsiyası olan pasiyentlər bu faktı diqqətə almalıdırlar. Preparatın tərkibində bir doza vahidinə 1 mmol-dan az (23 mq) natrium vardır, yəni belə hesab etmək olar ki, bu dərman vasitəsinin tərkibində “natrium yoxdur”. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Əgər Siz hal-hazırda hər hansı digər, o cümlədən reseptsiz buraxılan dərman preparatlarını qəbul edirsinizsə, bu yaxınlarda qəbul etmisinizsə və ya qəbul etmiş ola bilərsinizsə, bu barədə müalicə həkiminizə və ya əczaçıya məlumat verin. Bəzi dərman vasitələri vardır ki, onları eyni vaxtda istifadə etmək olmaz, bəzi dərman vasitələrinin birgə istifadəsi zamanı isə dozalarının tənzimlənməsi tələb oluna bilər. Əgər Siz Deksalgin inyekt preparatı ilə birlikdə aşağıda sadalanan dərman vasitələrindən hər hansı birini qəbul edirsinizsə, bu barədə mütləq müalicə həkimini, stomatoloqu və ya əczaçını məlumatlandırın. Aşağıdakı dərman vasitələrini bu preparatla eyni zamanda qəbul etmək tövsiyə edilmir. Asetilsalisil turşusu, kortikosteroidlər və ya digər iltihabəleyhinə preparatlar. Varfarin, heparin və trombların yaranmasının qarşısını alan digər vasitələr. Bəzi əhval pozuntularının müalicəsində istifadə edilən litium. Yüksək dozalarda – həftədə 15 mq-dan başlayaraq qəbul edilən metotreksat (onkoloji xəstəliklərin müalicəsində istifadə edilən preparat və ya immunodepressant). Epilepsiya zamanı istifadə edilən hidantoin və fenitoin. Bakterial infeksiyalar zamanı istifadə edilən sulfametoksazol. Aşağıdakı kombinasiyaları ehtiyatla istifadə etmək tövsiyə edilir. Arterial təzyiqin yüksəlməsi və ürək xəstəlikləri zamanı istifadə edilən AÇF inhibitorları, diuretiklər, β- blokatorlar və angiotenzin II-nin antaqonistləri. Xroniki venoz xoraların müalicəsində istifadə edilən pentoksifillin və okspentifillin. Virus infeksiyalarının müalicəsində istifadə edilən zidovudin. Bakterial infeksiyaların müalicəsində istifadə edilən aminoqlikozidlər qrupundan olan antibiotiklər. Şəkərli diabetin müalicəsində istifadə edilən sulfonil sidik cövhəri preparatları (məsələn, xlorpropamid və qlibenklamid). Metotreksat, həftədə 15 mq-dən çox olmayan aşağı dozalarda. Aşağıdakı vasitələrin birgə istifadəsi yaxşı əsaslandırılmalıdır. Bakterial infeksiyaların müalicəsində istifadə edilən xinolon qrupundan olan antibiotiklər (məsələn, siprofloksasin, levofloksasin). İmmun sistemi xəstəliklərin müalicəsində və orqanların köçürülməsi zamanı istifadə edilən siklosporin və ya takrolimus. Streptokinaza və digər trombolitik və ya fibrinolitik dərman vasitələri, yəni trombların həll edilməsi üçün istifadə edilən vasitələr. Podaqra zamanı istifadə edilən probenesid. Xroniki ürək çatışmazlığının müalicəsi zamanı istifadə edilən diqoksin. Aborta səbəb olan (hamiləliyin dayandırılması üçün) vasitə qismində istifadə edilən mifepriston. Seçici serotoninin geri udulmasının inhibitorları (SSGUİ) tipli antidepressantlar. Trombositlərin aqreqasiyasının və trombların yaranmasının azaldılması üçün istifadə edilən antiaqreqantlar. Yüksək arterial təzyiq və ürək xəstəlikləri zamanı istifadə edilən β-blokatorlar. Tenofovir, deferaziroks, pemetreksed. Əgər Sizdə Deksalgin inyekt preparatının digər dərman vasitələri ilə birlikdə istifadəsi ilə bağlı suallar meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət edin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Deksalgin inyekt preparatının hamiləliyin son üç ayı ərzində və ya laktasiya dövründə istifadəsi əks- göstərişdir. Hamiləlik zamanı, həmçinin ehtimal olunan və ya planlaşdırılan hamiləlik zamanı bu preparatın qəbulundan əvvəl məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət edin, belə ki, Deksalgin inyekt preparatı Sizə uyğun olmaya bilər. Hamiləliyi planlaşdıran və ya hamilə qadınlar Deksalgin inyekt preparatının istifadəsindən çəkinməlidirlər. Hamiləliyin istənilən müddətində müalicə yalnız həkim təyinatına uyğun olaraq aparılmalıdır. Hamiləliyi planlaşdıran və ya sonsuzluq ilə bağlı müayinədən keçən qadınların Deksalgin inyekt preparatını istifadə etmələri tövsiyə edilmir. Preparatın qadınlarda uşaqdoğma funksiyasına mümkün təsirinə dair məlumat almaq üçün, həmçinin “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın. Uşaqlar və yeniyetmələrdə istifadəsi Deksalgin inyekt preparatının effektivliyi və təhlükəsizliyi 18 yaşadək uşaqlar və yeniyetmələrdə müəyyən edilməmişdir. Bu səbəbdən, uşaqlar və yeniyetmələrdə istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Deksalgin inyekt preparatının istifadəsi fonunda başgicəllənmə başgicəllənmə hissi və ya yuxululuq kimi əlavə təsirlərin meydana çıxması mümkün olduğundan, preparat nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə müəyyən qədər təsir edir. Başgicəllənmə və ya yuxululuq meydana çıxdıqda, bu simptomlar keçib gedənədək nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinin. Həkimlə məsləhətləşin.
İstifadə qaydası və dozası
Bu preparatı hər zaman müalicə həkiminin və ya əczaçının tövsiyələrinə ciddi uyğun olaraq istifadə edin. Əgər Sizdə şübhələr varsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Müalicə həkiminiz simptomları, onların intensivliyini və müddətini nəzərə alaraq preparatı Sizin üçün zəruri olan dozada təyin etməlidir. Bir qayda olaraq, tövsiyə olunan doza 8-12 saatlıq intervalla Deksalgin inyekt preparatının 1 ampulunu (50 mq) təşkil edir. Zəruri hallarda, preparat yalnız 6 saatdan sonra təkrar yeridilir. İstənilən halda, ümumi gündəlik doza 150 mq-dan (3 ampul) artıq olmamalıdır. Preparatın inyeksiya formasından yalnız kəskin ağrı dövründə (iki gündən çox olmamaqla) istifadə edin. Mümkün olduqda, dərhal daxilə qəbul etmək üçün nəzərdə tutulmuş ağrıkəsici vasitələrə keçin. Böyrək funksiyaları pozulmuş yaşlı xəstələrdə və qaraciyər və böyrək funksiyaları pozulmuş pasiyentlərdə ümumi gündəlik doza 50 mq-dan (1 ampul) artıq olmamalıdır. İstifadə qaydası Deksalgin inyekt preparatı ya əzələ daxilinə, ya da vena daxilinə yeridilir. Əzələdaxili inyeksiya zamanı məhlul rəngli ampuldan şprisə çəkilir və dərhal yavaş sürətlə əzələyə, dərinə yeridilir. Məhlul yalnız şəffaf və rəngsiz olduğu halda istifadə edilə bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Bu dərman preparatı 18 yaşadək uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Deksalgin inyekt preparatının istifadəsi unudulduqda Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Təyin edilmiş vaxtda preparatı təyin edilmiş dozada yeridin (“Deksalgin inyekt preparatı necə istifadə edilməlidir?” bölməsinə uyğun olaraq). Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Mümkün əlavə təsirlər onların meydana çıxma tezliyindən asılı olaraq sadalanmışdır. Tez-tez baş verən əlavə təsirlər:10 pasiyentdən 1-də müşahidə oluna bilər Ürəkbulanma və/və ya qusma, inyeksiya yerində ağrılar, inyeksiya yerində reaksiyalar, o cümlədən iltihab, hematoma və ya qanaxma. Bəzən baş verən əlavə təsirlər: 100 pasiyentdən 1-də müşahidə oluna bilər Qanlı qusma, arterial təzyiqin aşağı düşməsi, qızdırma, bulanıq görmə, başgicəllənmə, yuxululuq, yuxunun pozulması, baş ağrıları, anemiya, qarın nahiyəsində ağrılar, qəbizlik, həzmin pozulması, ishal, ağızda quruluq, üzə və boyuna isti qanaxını, səpgilər, dermatit, qaşınma, həddindən artıq tərləmə, yorğunluq, ağrı, titrəmə. Nadir hallarda baş verən əlavə təsirlər: 1000 xəstədən 1-də müşahidə oluna bilər Xora xəstəliyi, xoradan qanaxma və ya onun perforasiyası, arterial təzyiqin yüksəlməsi, bayılmalar, tənəffüs tezliyinin azalması, trombların yaranması nəticəsində səthi venaların iltihabı (səthi venaların tromboflebiti), ürəyin növbədənkənar yığılmaları (ekstrasistoliya), ürəkdöyünmənin tezləşməsi, periferik ödemlər, qırtlağın ödemi, qeyri-normal hissiyyatlar, istilik hissi və titrəmə, qulaqlarda küy(tinnitus), qaşıntılı səpgi, sarılıq, sızanaqlar, kürək nahiyəsində ağrılar, böyrək nahiyəsində ağrılar, sidik ifrazının tezləşməsi, aybaşı siklinin pozulması, prostat vəzinin funksiyasının pozulması, əzələlərin sərtliyi, oynaqlarda hərəkət məhdudiyyəti, əzələ qıcolmaları, qaraciyər sınaqlarında (qan analizlərində) normadan kənarlaşmalar, qanda şəkərin səviyyəsinin yüksəlməsi (hiperqlikemiya), qanda şəkərin səviyyəsinin azalması (hipoqlikemiya), qanda triqliseridlərin miqdarının artması (hipertriqliseridemiya), sidikdə keton cisimciklərinin miqdarının artması (ketonuriya), sidikdə zülalın miqdarının artması (proteinuriya), qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit), kəskin böyrək çatışmazlığı. Çox nadir hallarda (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) Anafilaktik reaksiyalar (şoka qədər inkişaf edə bilən yüksək həssaslıq reaksiyaları), dəridə, ağzın, gözlərin selikli qişalarında və cinsiyyət orqanlarında xoraların yaranması (Stivens-Conson sindromu və Layell sindromu), üzün və ya dodaqların və boğazın ödemi (angionevrotik ödem), bronx divarının əzələlərinin yığılması nəticəsində tənəffüsün çətinləşməsi (bronxospazm), təngnəfəslik, pankreatit, dəridə həssaslıq reaksiyaları, o cümlədən işığa qarşı yüksək həssaslıq reaksiyaları, böyrəklər tərəfindən pozuntular, ağ qan cisimciklərinin sayının azalması (neytropeniya), trombositlərin sayının azalması (trombositopeniya). Müalicənin başlanğıcında mədə-bağırsaq traktında əlavə təsirlər (məsələn, mədə nahiyəsində ağrılar, qıcqırma və ya qanaxma) meydana çıxdıqda, əgər Siz əvvəllər iltihabəleyhinə vasitələrin uzun müddətli qəbulu zamanı bu cür simptomlar hiss etmisinizsə və xüsusilə də, əgər Siz yaşlı insansınızsa, bu əlavə təsirlər barədə dərhal həkiminizə məlumat verin. Dəridə səpgilər, selikli qişanın (məsələn, ağızda) hər hansı digər zədələnməsi və ya allergiya əlamətləri aşkar edildikdə Deksalgin inyekt preparatının istifadəsi dərhal dayandırılmalıdır. QSİƏV-rin istifadəsi zamanı orqanizmdə mayenin ləngiməsi və ödemlər (xüsusilə də topuqlarda və ayaqlarda), arterial təzyiqin yüksəlməsi və ürək çatışmazlığı barədə məlumatlar verilmişdir. Deksalgin inyekt preparatına oxşar olan vasitələr ürək tutması (miokard infarktının) və ya beyin qan dövranının kəskin pozulmasının (insultun) riskini bir qədər artıra bilərlər. Sistem qırmızı qurdeşənəyi və ya qarışıq birləşdirici toxumanın xəstəliyindən (birləşdirici toxumada dəyişikliklərə gətirib çıxaran immun sistem pozuntusu) əziyyət çəkən pasiyentlərdə iltihabəleyhinə vasitələrin istifadəsi fonunda, nadir hallarda da olsa, qızdırma, baş ağrıları və boyunda hərəkət məhdudluğu kimi hallar inkişaf edə bilər. Deksalgin inyekt preparatının istifadəsi fonunda infeksiya əlamətləri meydana çıxdıqda və ya vəziyyətiniz pisləşdikdə, dərhal həkimə müraciət edin. Mədə-bağırsaq traktında əlavə təsirlər daha çox müşahidə olunur. Xora xəstəliyinin, mədədə/bağırsaqda perforasiyanın və ya qanaxmanın inkişaf etməsi və bəzən, xüsusilə də yaşlı pasiyentlərdə, ölümlə nəticələnmə halları mümkündür. Ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispeptik hallar, qarın nahiyəsində ağrı, melena, qanlı qusma, xoralı stomatit, preparatın istifadəsi fonunda inkişaf etmiş kolitin və Kron xəstəliyinin kəskinləşməsi barədə məlumatlar mövcuddur. Daha az hallarda mədənin selikli qişasının iltihabı (qastrit) müşahidə olunmuşdur. Digər QSİƏV-lərdə olduğu kimi, qan tərəfindən reaksiyalar (trombositopenik purpura, aplastik və hemolitik anemiya, nadir hallarda aqranulositoz və sümük iliyinin hipoplaziyası) mümkündür. Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqəsində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də aiddir. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması zamanı dərhal həkimə, əczaçıya və ya ən yaxın xəstəxananın qəbul şöbəsinə müraciət edin. Özünüzlə bu preparatın qablaşmasını və ya bu içlik vərəqəsini götürməyi unutmayın.
Buraxılış forması
Deksalgin inyekt preparatı inyeksiya/infuziya üçün məhluldur. Preparat 1 və 5 ampuldan ibarət qablaşmalarda buraxılır. Satışda bütün ölçülü qablaşmalar olmaya bilər.
Saxlanma şəraiti
30°С-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İşığın təsirindən qorumaq üçün ampullar xarici karton qutularında saxlanılmalıdır. Məhlul şəffaf və rəngsiz olmadıqda və onun keyfiyyətinin pisləşməsinin əlamətləri (məsələn, hissəciklər) olduqda, bu dərman vasitəsini istifadə etməyin. İnyeksiya/infuziya üçün Deksalgin inyekt preparatı birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur, preparat qablaşma açıldıqdan dərhal sonra istifadə edilməli, qalıq məhlul isə atılmalıdır (aşağıda “Utilizə” bölməsinə baxın). Heç bir dərman preparatını kanalizasiya xətlərinə və ya məişət tullantıları ilə birlikdə atmayın. Sizə lazım olmayan dərman vasitələrini, eləcə də istifadə edilmiş iynə və şprisləri necə utilizə etmək lazım olduğu barədə əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.
Yararlılıq müddəti
Вağlı qablaşdırmada: 5 il. Qablaşdırma açıldıqdan sonra: 24 saat 2-8°С temperaturda. Bu dərman vasitəsini karton qutunun və ampulun üzərində göstərilmiş yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son günüdür.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
A. Menarini Manufacturing Logistic and Services Srl Via Sette Santi, 3 50131 Florensiya İtaliya & ALFASIGMA S.p.A. Via Enrico Fermi, 1 65020 Alanno (Peskara) İtaliya Səlahiyyətli nümayəndə Berlin-Chemie AG (Menarini Group) Glienicker Weg 125 12489 Berlin, Almaniya.
Qeydiyyat vəsiqəsinin sahibi
1, Avenue de la Gare 1611 Lüksemburq, Lüksemburq. Səhiyyə sisteminin mütəxəssisləri üçün məlumat Aşağıdakı məlumatlar yalnız səhiyyə sisteminin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur: Venadaxili istifadə: Venadaxili infuziya üçün Deksalgin® inyekt preparatının bir ampulunun içindəki məhlul (2 ml) 30-100 ml fizioloji məhlulda, 5%-li qlükoza məhlulunda və ya Ringer laktat məhlulunda həll edilir. Hazır məhlul 10-30 dəqiqə ərzində vena daxilinə yavaş sürətlə yeridilir. Məhlul təbii gündüz işığının təsirinə məruz qalmamalıdır. Venadaxili inyeksiya (bolyus yeridilmə). Zəruri hallarda Deksalgin® inyekt preparatının bir ampulunun (2 ml) içərisindəki məhlul ən azı 15 saniyə ərzində vena daxilinə yeridilir. Tərkibində etanol olduğundan Deksalgin® inyekt preparatı neyroaksial (intratekal və ya epidural) yeridilmə üçün əks-göstərişdir. Preparatın istifadəsi üzrə göstərişlər Deksalgin® inyekt preparatının venadaxili inyeksiyası üçün məhlulu rəngli ampuldan şprisə çəkmək və dərhal yeritmək lazımdır. Preparatının venadaxili infuziyası üçün məhlul aseptik şəraitdə həll edilməli, onun təbii gündüz işığının təsirinə məruz qalmasına yol verilməməlidir. Məhlul yalnız şəffaf və rəngsiz olduğu halda istifadə edilə bilər. Uyuşqanlıq: Deksalgin® inyekt preparatını kiçik həcmlərdə (məsələn, şprisdə) heparinin, lidokainin, morfinin və teofillinin inyeksiya məhlulları ilə qarışdırmaq olar. Düzgün hazırlanmış inyeksiya məhlulu şəffaf olmalıdır. 100 ml fizioloji məhlulda və ya qlükoza məhlulunda həll edilmiş Deksalgin® inyekt preparatını dofaminin, heparinin, hidroksizinin, lidokainin, morfinin, petidinin və teofillinin inyeksiya məhlulları ilə qarışdırmaq olar. Preparatın həll edilmiş məhlullarının polietilen paketlərdə və ya etilvinilasetatdan (EVA), sellüloza propionatdan (SP), aşağı sıxlıqlı polietilendən (ASPE) və polivinilxloriddən (PVX) hazırlanmış yeridilmə üçün ləvazimatlarda saxlanması zamanı təsiredici maddənin sorulması müşahidə edilməmişdir.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.