Deksalgin 25 mq N10 saşe

Dərman formasıSaşe
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP). Propion turşusu törəmələri
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Göstərilən dərman preparatını bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının göstərişlərinə ciddi riayət edərək qəbul etmək lazımdır. Bu içlik vərəqəni saxlamaq lazımdır. Ehtimal var ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat və ya məsləhət tələb olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Hər hansı əlavə təsirlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. “Əlavə təsirlər” bölməsinə bax. 3-4 gün keçdikdən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda və ya xəstəliyin simptomları daha da dərinləşdikdə, həkimə müraciət etmək lazımdır. DEKSALGİN SAŞET 25 mq saşet, daxilə qəbul edilən məhlul hazırlamaq üçün qranullar DEXALGIN SACHET Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen trometamol

Tərkibi

Təsiredici maddə: 1 saşedə 25 mq deksketoprofen (deksketoprofen trometamol şəklində) vardır. Köməkçi maddələr: ammonium qlisirrizinat, neohesperidin-dihidroxalkon, xinolin sarısı (E 104), limonlu aromatizator, saxaroza ilə kolloid silisium dioksid. Bir saşedə 2,40-2,44 q saxaroza ilə kolloid silisium dioksid var.

Təsviri

Limon ətirli və dadlı, sarı rəngli qranullardır.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP). Propion turşusu törəmələri. ATC kodu: M01AE17.

İstifadəsinə göstərişlər

Ağırlıq dərəcəsinə görə yüngüldən ortaya qədər olan ağrıların qısamüddətli simptomatik müalicəsi üçün istifadə olunur, məsələn əzələ və oynaq ağrıları, ağrılı menstruasiya (dismenoreya), diş ağrısı.

Əks göstərişlər

– Deksketoprofen trometamola və ya preparatın tərkibində olan (bax: “Tərkibi”) hər hansı digər komponentə qarşı allergiya; – asetilsalisil turşusuna (aspirin) və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergiya; – pasiyentdə astma olduqda və ya aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra pasiyentdə astma tutmaları, kəskin allergik rinit (qısa müddət ərzində burunun selikli qişasının iltihabı), burunda poliplər (allergiya nəticəsində burunda şişkinlik), övrə (dəridə səpgilər), angionevrotik ödem (üz nahiyəsinin, gözlərin, dodaqların və ya dilin şişməsi və ya tənəffüs pozğunluğu) və ya sinədə xırıltı; – ketoprofenin (qeyri-steroid iltihabəleyhinə preparat) və ya fibratların (qanda yağların konsentrasiyasının aşağı salınması üçün istifadə olunan preparatlar) istifadəsi zamanı pasiyentdə fotoallergik və ya fototoksik reaksiyalar (günəş işığının təsiri nəticəsində dəri qızarmasının xüsusi forması və/və ya suluqların əmələ gəlməsi); – pasiyentin mədəsində və ya bağırsağında peptik xora/qanaxma olduqda və ya pasiyentin mədəsində və ya bağırsağında əvvəllər qanaxma, xora və ya perforasiya olduğu hallarda; – pasiyent xroniki həzm pozğunluqlarından (məsələn, həzm olunmama, qıcqırma) əziyyət çəkdikdə; – ağrını aradan qaldırmaq məqsədi ilə əvvəllər qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə etdikdə, pasiyentdə mədə və ya bağırsaq qanaxması və ya deşilmə olduqda; – pasiyent iltihab mənşəli xroniki bağırsaq xəstəliyindən (Kron xəstəliyi və ya qeyri-spesifik xoralı kolit) əziyyət çəkdikdə; – pasiyentdə ağır dərəcəli ürək çatışmazlığı, orta və ya ağır dərəcəli böyrək funksiyalarının pozulması və ya ağır dərəcəli qaraciyər funksiyalarının pozulması olduqda; – pasiyentdə qanaxmaya meyllilik yüksək olduqda və ya qanın laxtalanması pozulduqda; – qusma, diareya və ya orqanizmə mayenin daxil olmasının çatışmazlığı nəticəsində pasiyentdə susuzlaşma (orqanizm çox miqdarda maye itirdikdə) olduqda; – hamiləliyin üçüncü trimesteri və ya laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda Deksalgin saşet preparatının qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır: – pasiyent hal-hazırda və ya əvvəllər allergiyadan əziyyət çəkdikdə; – pasiyent hal-hazırda və ya əvvəllər böyrək, qaraciyər, ürək (arterial hipertoniya və/və ya ürək çatışmazlığı) xəstəliklərindən, orqanizmdə maye ləngiməsindən əziyyət çəkdikdə; – pasiyent sidikqovucu preparatlar qəbul etdikdə, əhəmiyyətli dərəcədə maye itkisi nəticəsində (məsələn, sidik ifrazının artması, diareya və qusma nəticəsində) pasiyentdə susuzlaşma və qanın həcminin azalması olduqda; – pasiyentdə ürək xəstəlikləri olduqda, pasiyent insult keçirdikdə və ya bu xəstəliklərə görə pasiyent risk qrupuna aid olduğunu hesab etdikdə (məsələn, arterial təzyiq yüksək olduqda, şəkərli diabetdə, xolesterin səviyyəsi yüksək olduqda və siqaret çəkdikdə). Belə hallarda, müalicəyə görə həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Deksalgin saşet preparatına oxşar vasitələr, ürək tutması (miokard infarktı) və ya insult riskini bir qədər yüksəldə bilər. Preparatın dozası artdıqca və müalicənin müddəti uzandıqca, istənilən ağırlaşmaların təhlükəsi yüksəlir. Tövsiyə olunan dozaları və müalicə müddətini aşmaq olmaz. – pasiyent yaşlı olduqda. Əlavə təsirlərin meydana çıxma təhlükəsi yüksəlir (“Əlavə təsirlər” bölməsinə bax). Belə halda, dərhal həkimə müraciət etmək lazımdır. – pasiyent reproduktiv funksiyanın pozulmasından əziyyət çəkən qadın olduqda (Deksalgin saşet preparatının istifadəsi fonunda reproduktiv funksiya pozula bilər, bu səbəbdən hamiləliyi planlaşdırdıqda və müvafiq müayinələr apardıqda, preparatdan istifadə etmək tövsiyə olunmur); – pasiyentdə qanyaranma və qan hüceyrələrinin formalaşması pozulduqda; – pasiyentdə qırmızı qurd eşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəliyi (birləşdirici toxumada dəyişikliklərlə müşayiət olunan, immun sistem pozğunluğu) olduqda; – pasiyent əvvəllər iltihab mənşəli xroniki bağırsaq xəstəliyi keçirdikdə (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi); – əvvəllər və ya hal-hazırda pasiyent digər mədə və ya bağırsaq xəstəliklərindən əziyyət çəkdikdə; – pasiyentdə su cicəyi olduqda, çünki müstəsna hallarda, QSİƏP bu infeksiyanın ağırlaşmasına səbəb ola bilər; – pasiyent xora xəstəliyinin və ya qanaxmaların inkişaf etmə riskini yüksəldən digər dərman preparatları qəbul etdikdə, məsələn, daxilə qəbul etmək üçün steroidlər, bəzi antidepressantlar (serotoninin geri neyronal tutulmasının selektiv inhibitorları tipli), trombositlərin aqreqasiyasına mane olan preparatlar (aspirin) və ya antikoaqulyantlar (varfarin). Bu halda, Deksalgin saşet preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır; ola bilər ki, həkim, əlavə olaraq, mədəyə mühafizəedici təsir göstərən dərman preparatı (məsələn, mizoprostol və ya mədə şirəsinin hasilatını tormozlayan preparatlar) təyin etsin; – pasiyent xroniki rinit, xroniki sinusit və/və ya burun polipləri ilə müşayiət olunan astma xəstəliyindən əziyyət çəkdikdə; əhalinin digər hissələrindən fərqli olaraq, belə pasiyentlərdə asetilsalisil turşusuna və/və ya QSİƏP-a qarşı allergiya riski daha yüksəkdir. Uşaqlar və yeniyetmələr Deksalgin saşet preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmayıb. Bu səbəbdən, preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib və preparatı uşaqlarda və yeniyetmələrdə istifadə etmək olmaz. Deksalgin saşet preparatının tərkibində saxaroza vardır. Hər hansı şəkər növlərinə qarşı dözümsüzlük müəyyən olunduğu halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Preparatın 1 dozasının tərkibində 2,40-2,44 q saxaroza var. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə bunu nəzərə almaq lazımdır. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Hazırda qəbul edilən dərman preparatlar barədə və ya bir müddət əvvəl qəbul edilən preparatlar barədə və ya qəbulu ehtimal edilən, o cümlədən aptekdən reseptsiz buraxılan, dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Elə dərman preparatları mövcuddur ki, onları birlikdə istifadə etmək olmaz, həmçinin, elə preparatlar var ki, onları birlikdə istifadə etdikdə, dozaların korreksiyası tələb oluna bilər. Deksalgin saşet preparatının aşağıda göstərilən dərman preparatları ilə birlikdə istifadə edilməsi barədə, həkimə, stomatoloqa və ya əczaçıya mütləq məlumat vermək lazımdır. Deksalgin saşet preparatını aşağıda göstərilən dərman preparatları ilə birlikdə istifadə etmək tövsiyə olunmur: – asetilsalisil turşusu (aspirin), kortikosteroidlər və digər iltihabəleyhinə preparatlar; – varfarin, heparin və qanın laxtalanmasına mane olan digər preparatlar; – bəzi əhval-ruyiyyə pozğunluqlarında istifadə olunan litium; – həftədə 15 mq təşkil edən, yüksək dozalarda metotreksatın (xərçəngəleyhinə preparat və ya immunodepressant) istifadə olunması; – epilepsiya zamanı istifadə olunan gidantoinlər və fenitoin; – bakterial infeksiyaların müalicəsində istifadə olunan sulfametoksazol. Deksalgin saşet preparatını aşağıda göstərilən dərman preparatları ilə birlikdə ehtiyatla istifadə etmək tövsiyə olunur: – yüksək arterial təzyiq zamanı və ürək xəstəliklərində istifadə olunan AÇF inhibitorları, sidikqovucu preparatlar və angiotenzin II reseptorlarının antaqonistləri; – vena xəstəlikləri nəticəsində baş verən xroniki xoralarda istifadə olunan pentoksifillin və oksipentifillin; – virus infeksiyalarının müalicəsi üçün istifadə olunan zidovudin; – bakterial infeksiyaların müalicəsi üçün istifadə olunan antibiotiklər-aminoqlikozidlər; – şəkərli diabet zamanı istifadə olunan xlorpropamid və qlibenklamid; – aşağı dozalarda metotreksat, həftədə 15 mq-dan az. Aşağıda göstərilən dərman preparatlarının birlikdə istifadə olunması dəqiq əsaslandırılmalıdır: – bakterial infeksiyaların müalicəsində istifadə olunan xinolon sırası antibiotikləri (məsələn, siprofloksasin, levofloksasin); – immun sistemin xəstəliklərində və orqanların köçürülməsində istifadə olunan siklosporin və ya takrolimus; – qan laxtalarının parçalanması üçün istifadə olunan preparatlar – streptokinaza və digər trombolitik və ya fibrinolitik dərman preparatları; – podaqra zamanlı istifadə olunan probenesid; – xroniki ürək çatışmazlığında istifadə olunan diqoksin; – abort (hamiləliyin yarımçıq dayandırılması) törətmək üçün istifadə olunan mifepriston; – serotoninin geri neyronal tutulmasının selektiv inhibitorları tipli antidepressantlar; – trombositlərin aqreqasiyasının və qan laxtalarının əmələ gəlməsinin azaldılması üçün istifadə olunan antiaqreqantlar; – arterial təzyiq yüksək olduqda və ürək xəstəliklərinin müalicəsi zamanı istifadə olunan beta- blokatorlar. Deksalgin saşet preparatının digər dərman preparatları ilə birlikdə istifadə olunması barədə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Deksalgin saşet preparatının hamiləliyin üçüncü trimestrində və laktasiya dövründə istifadəsi əks göstərişdir. Hamiləlik və ya laktasiya dövründə, həmçinin ehtimal edilən və ya planlaşdırılan hamiləlik zamanı, göstərilən preparatın qəbuluna başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın qadın fertilliyinə ehtimal edilən təsiri barədə məlumat, həmçinin “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində verilmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Deksalgin saşet preparatının istifadəsi fonunda başgicəllənmə və yuxuya meyllilik, həmçinin görmə qabiliyyətinin pozulması kimi əlavə təsirlər meydana çıxa bilər ki, bu da nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə bir qədər təsir göstərə bilər. Başgicəllənmə və ya yuxuya meyllilik meydana çıxdıqda, bu simptomlar aradan qalxmayana qədər, nəqliyyat vasitə- lərini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır. Həkimlə məsləhət- ləşmək vacibdir.

İstifadə qaydası və dozası

Göstərilən dərman preparatını hər zaman, içlik vərəqədə izah edilmiş göstərişlərə və ya həkimin və ya əczaçının göstərişlərinə müvafiq dəqiq qəbul etmək lazımdır. Yaşı 18-dən yuxarı olan böyüklər 8 saatdan bir 1 paket (25 mq), lakin sutkada 3 paketdən (75 mq) artıq olmamaq şərti ilə qəbul etmək tövsiyə olunur. 3-4 gün ərzində aparılan müalicədən sonra pasiyent özünü yaxşı hiss etmədikdə və ya özünü daha da pis hiss etdikdə, həkimlə məsləhətləşmək lazımdır. Deksalgin saşet preparatının pasiyent üçün tələb olunan dozası ağrının növündən, şiddətindən və davametmə müddətindən asılıdır. Yaşlı pasiyentlərdə və ya böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə müalicəni, preparatın ümumi sutkalıq dozası 2 paketdən (50 mq) artıq olmamaq şərti ilə başlamaq lazımdır. Yaşlı pasiyentlər tərəfindən Deksalgin saşet preparatı yaxşı keçirildikdə, gələcəkdə dozanı, adi pasiyentlər üçün tövsiyə olunan dozaya (75 mq deksketoprofen) qədər artırmaq olar. Pasiyent şiddətli ağrılardan əziyyət çəkdikdə, bu ağrının yüngülləşdirilməsi üçün, preparatı acqarına (ən azı yeməkdən 15 dəqiqə əvvəl) qəbul etmək lazımdır, çünki bu zaman preparat daha sürətlə sorulur (Deksalgin saşet preparatının qida və içkilərlə qəbuluna bax). Preparatın düzgün istifadəsi barədə təlimatlar Paketin bütün möhtəviyyatını bir stəkan suda həll etmək lazımdır, yaxşı həll olunması üçün qarışdırmaq lazımdır. Məhlulu hazırladıqdan sonra dərhal qəbul etmək lazımdır. Deksalgin saşet preparatının qəbul edilməsi ötürüldükdə Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etmək olmaz. Sadəcə, təyin olunan vaxt növbəti lazımi dozanı qəbul etmək lazımdır (Deksalgin saşet preparatının istifadə qaydasına müvafiq). Preparatın istifadəsi barədə əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Deksalgin saşet preparatının qida və içkilərlə qəbulu Kəskin ağrılar olduqda, preparatın təsirinin daha tez başlanması üçün, onu acqarına qəbul etmək lazımdır, yəni yeməkdən ən azı 15 dəqiqə əvvəl. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlara və 18 yaşa qədər yeniyetmələrə bu preparatı qəbul etmək olmaz.

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi, Deksalgin saşet preparatının da əlavə təsirlərin mövcuddur, lakin bu təsirlər hər pasiyentdə inkişaf etmir. Mümkün əlavə təsirlər baş vermə tezliyindən asılı olaraq, aşağıda göstərilmişdir. Bu siyahının qismən, Deksalgin preparatının tablet dərman formasının istifadəsi zamanı qeyd olunan əlavə təsirlərə əsaslanmasını, qranulların isə tabletlərdən daha sürətlə sorulmasını nəzərə alaraq, ehtimal etmək olar ki, Deksalgin saşet preparatının qranullarının istifadəsi zamanı meydana çıxan əlavə təsirlərin (mədə- bağırsaq traktında baş verən pozğunluqların) faktiki tezliyi daha yüksək ola bilər. Tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) Ürəkbulanma və/və ya qusma, qarın nahiyəsinin yuxarı kvadratında ağrılar, ishal, həzm prosesinin pozulması (dispepsiya). Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-də müşahidə oluna bilər) Hərlənmə hissi (vertiqo), başgicəllənmə, yuxuya meyllilik, yuxu pozğunluğu, əsəbilik, baş ağrıları, ürək çırpınması, qan axınları, mədənin selikli qişasının iltihabı (qastrit), qəbizlik, ağızda quruluq, meteorizm, dəridə səpgilər, yorğunluğun yüksəlməsi, ağrı, qızdırma hissi və titrətmə, ümumi əhvalın pisləşməsi (əzginlik). Nadir hallarda baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-də müşahidə oluna bilər) Peptik xora, deşilmiş xora və ya qanla qusma və ya qara nəcis şəklində meydana çıxa bilən qanaxma, ürəkkeçmə, arterial təzyiqin yüksəlməsi, tənəffüs tezliyinin azalması, mayenin orqanizmdə ləngiməsi və periferik ödemlər (məsələn, topuqların ödemi), qırtlağın ödemi, iştahanın itməsi (anoreksiya), kənar hisslər, qaşınan səpgilər, akne, tər ifrazının yüksəlməsi, bel nahiyəsində ağrılar, sidik ifrazının tezləşməsi, menstrual siklin pozulması, prostat vəzində baş verən pozğunluqlar, qaraciyər göstəricilərinin dəyişməsi (qan analizi), qaraciyər hüceyrələrinin zədələnməsi (hepatit), kəskin böyrək çatışmazlığı. Çox nadir hallarda baş verən əlavə təsirlər (10000 pasiyentdən 1-də müşahidə oluna bilər) Anafilaktik reaksiyalar (şoka qədər inkişaf edə bilən yüksək həssaslıq reaksiyası), dəri üzərində, ağızın, gözlərin və cinsi orqanların selikli qişalarında sağalmayan yaralar (Stivens-Conson və Layella sindromu), üz nahiyəsinin və ya dodaqların və boğazın şişməsi (angionevrotik ödem), tənəffüs yollarının daralması (bronxospazm) nəticəsində tənəffüsün çətinləşməsi, təngnəfəslik, ürək çırpınmasının tezləşməsi, arterial təzyiqin aşağı düşməsi, mədəaltı vəzinin iltihabı, görmə qabiliyyətinin pozulması, qulaqlarda cingilti (tinnitus), dərinin həssaslığının yüksəlməsi, işığa qarşı həssaslıq, qaşınma, böyrək fəaliyyətinin pozulması. Leykositlərin miqdarının aşağı düşməsi (neytropeniya), qanda trombositlərin miqdarının azalması (trombositopeniya). Müalicənin əvvəlində mədə-bağırsaq traktında əlavə təsirlər (məsələn, mədə ağrıları, qıcqırma və ya qanaxma) meydana çıxdıqda, iltihabəleyhinə dərman preparatlarının uzunmüddətli istifadəsi zamanı, pasiyentdə, xüsuslilə yaşlı pasiyentdə, əvvəllər bu cür simptomlar olduqda, dərhal həkimə müraciət etmək lazımdır. Dəri üzərində səpgilər, ağız boşluğu və ya cinsi orqanların selikli qişasında hər hansı zədələnmə və ya hər hansı allergiya əlaməti aşkar olunduqda, Deksalgin saşet preparatının istifadəsini dayandırmaq lazımdır. Əldə olunan məlumatlara əsasən, qeyri-steroid iltihabəleyhinə preparatların istifadə dövründə orqanizmdə mayenin ləngiməsi və ödemlərin (xüsusilə ayaqlarda) əmələ gəlməsi, arterial təzyiqin yüksəlməsi və ürək çatışmazlığı müşahidə oluna bilər. Deksalgin saşet preparatına oxşar vasitələr, ürək tutması (miokard infarktı) və ya serebrovaskulyar pozğunluqlar (insult) riskini bir qədər yüksəldə bilər. Birləşdirici toxumanın sistem xəstəliklərindən (sistem qırmızı qurd eşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəlikəri) əziyyət çəkən pasiyentlərdə, iltihabəleyhinə preparatların istifadəsi fonunda nadir hallarda qızdırma, baş ağrıları və boyun nahiyəsində sıxılma hissi baş verə bilər. Ən tez-tez müşahidə olunan əlavə təsirlər mədə-bağırsaq traktında baş verir. Bəzən, xüsusilə yaşlı pasiyentlərdə, ölümlə nəticələnən peptik xora, perforasiya və ya mədə-bağırsaq qanaxması inkişaf edə bilər. Preparatın istifadəsi fonunda ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, həzm pozğunluğu, qarın nahiyəsində ağrılar, qatranabənzər nəcis, qanla qusma, , xoralı stomatit, kolitin və Kron xəstəliyinin ağırlaşması meydana çıxa bilər. Daha nadir hallarda, mədənin selikli qişasının iltihabı (qastrit) müşahidə olunmuşdur. Digər QSİƏP-ın istifadəsi zamanı olduğu kimi, qanda müxtəlif reaksiyalar meydana çıxa bilər (purpura, aplastik və hemolitik anemiya, nadir hallarda – aqranulositoz və sümük iliyinin hipoplaziyası). Əlavə təsirlər barədə məlumatlar Hər hansı əlavə təsirlər meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir. Əlavə təsirlər barədə məlumat verdikdə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

Doza həddinin aşılması

Dərman preparatının istifadəsi zamanı doza həddi aşıldıqda, həkimə, əczaçıya və ya ən yaxın xəstə- xananın qəbul şöbəsinə müraciət etmək lazımdır. Dərman preparatının qablaşdırmasını və ya bu içlik vərəqəni pasiyent özü ilə götürməlidir.

Buraxılış forması

Daxilə qəbul etmək üçün məhlul hazırlamaq üçün qranullar termoqaynaq üsulu ilə möhürlənmiş alüminium folqa/polietilen örtüklü paketlərə qablaşdırılir; bir saşeyə bir doza preparat qablaşdırılır. 25 mq-lıq 10, 20 və 30 saşe, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda bütün ölçülərdə saşelər olmaya bilər.

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.. Heç bir dərman preparatını kanalizasiyaya və ya məişət tullantıları ilə birlikdə tullamaq olmaz. Lazım olmayan dərman preparatının utilizasiyası barədə məlumatı əczaçıdan almaq lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

№10 reseptsiz buraxılır. №20 və №30 resept əsasında buraxılır.

İstehsalçı

Laboratorios Menarini S. A. Alfonso XII küç., 587. 08918 Badalona (Barselona), İspaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Menarini İnterneşnl Opereyşnz Lüksemburq S. A. 1, Avenyu de la Qar. 1611 Lüksemburq, Lüksemburq. Səlahiyyətli nümayəndə Berlin-Hemi AQ (Menarini Qrup). Qliniker Veq 125. 12489 Berlin, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Deksalgin 25 mq N10 saşe” üçün ilk rəyi siz yazın.