DEKASAN 200 ML SISTEM
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Antiseptik və dezinfeksiyaedici preparatlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DEKASAN yerli istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Decamethoxin
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,2 mq dekametoksin vardır. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Antiseptik və dezinfeksiyaedici preparatlar. ATC kodu: D08А.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Dekasan preparatı mikrob hüceyrəsinin sitoplazmatik membranı (SPM) üzərində toplanır və membran lipidlərinin fosfatid qrupları ilə birləşərək, mikroorqanizmlərin SPM keçiriciliyini pozur və antimikrob, göbələkəleyhinə təsir göstərir. Dekametoksin stafilokokklara, streptokokklara, difteriya və göy-yaşıl irin çöplərinə, kapsullu bakteriyalara qarşı güclü bakterisid və maya göbələklərinə, mayayabənzər göbələklərə, epidermofitiya, trixofitiya, mikrosporiya, eritrazma törədicilərinə və bəzi kif göbələkləri növlərinə (aspergillalar, penisillinlər) qarşı fungisid, trixomonadalara, lyambliyalara qarşı protistosid, viruslara qarşı virusosid təsir göstərir. Antibiotiklərin təsirinə davamlı mikroorqanizmlərə qarşı yüksək dərəcədə aktivdir. Preparatdan uzun müddət ərzində istifadə etdikdə, mikroorqanizmlərin dekametoksinə qarşı davamlı formaları tədricən və əhəmiyyət kəsb etməyən miqdarda əmələ gəlir. Preparatın bakteriostatik (fungistatik) konsentrasiyaları onun bakterisid (fungisid), virusosid, protistosid konsentrasiyaları ilə eynidir. Preparatın istifadəsi ilə aparılan müalicə prosesində antibiotiklərə qarşı rezistent mikroorqanizmlərin həssaslığı yüksəlir. Farmakokinetikası Preparat selikli qişalar, zədələnməmiş dəri və yara səthi tərəfindən praktiki olaraq, sorulmur.
İstifadəsinə göstərişlər
Dərinin irinli bakterial və göbələk xəstəliklərinin, mikrob mənşəli ekzemanın, yumşaq toxumaların irinli-litihabi zədələnmələrinin (abseslər, karbunkullar, fleqmonalar, furunkullar, irinli yaralar, panarisilər (dolama)), stomatoloji xəstəliklərin (stomatitlər, xoralı-nekrotik gingivit, I-II dərəcəli parodontozun distrofik-iltihabi formasının kəskinləşmə mərhələsi) müalicəsi. Preparatın istifadəsi həmçinin, ağciyər absesində, bronxoektaziya xəstəliyində, irinləşmə ilə ağırlaşmış ağciyərlərin kistoz hipoplaziyasında, xroniki bronxitin kəskinləşmə mərhələsində, xroniki tonzillit, angina zamanı, stafilokokkların və difteriya çubuqlarının daşıyıcılığı qeyd olunduqda, xoralı kolit və paraproktit zamanı göstərişdir. Ginekoloji təcrübədə – uşaqlıq yolu selikli qişasının kandidozunun, cinsiyyət orqanlarının mikrob mənşəli iltihabi xəstəliklərinin müalicəsi, doğuşdan əvvəl doğuş yollarının sanasiyası, doğuşdan sonrakı endometritin müalicəsi üçün istifadə edilir. Qarın və plevral boşluqların irinli-iltihabi xəstəlikləri. Pasiyentlərin müayinəsi aparıldıqda və tibbi manipulyasiyalar və kiçik cərrahiyyə əməliyyatları müddətində tibb işçilərinin əllərinin və rezin əlcəklərin, metal, rezin, polimer materiallardan və şüşədən hazırlanmış tibbi alətlərin və diaqnostik avadanlığın sterilizasiyadan əvvəlki dezinfeksiyası üçün istifadə edilir.
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı fərdi hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dekasan preparatının tərkibinə daxil olan konsentrasiyada dekametoksinin heç bir toksik təsiri yoxdur. Dekasan preparatının uzunmüddətli istifadəsi toksik reaksiyaların meydana çıxmasına səbəb olmur. İstifadə etməzdən əvvəl preparatın 38° C temperatura qədər qızdırılması, onun təsirinin effektivliyini yüksəldir. Dəri üzərində iltihab təzahürləri və qıcıqlanmalar qeyd olunduğu halda, preparatı 1:1-ə və ya 1:2-yə nisbətində distillə suyu ilə durulaşdırmaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmasevtik qarşılıqlı təsirləri: dekametoksin kation səthi-aktiv maddədir və bu səbəbdən, preparatın sabunla və digər anion birləşmələrlə birlikdə istifadəsi uyğun deyil. Farmakodinamik qarşılıqlı təsirləri: dekametoksin antibiotiklərə qarşı rezistent mikroorqanizmlərin həssaslığını yüksəldir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və ya laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Dərinin irinli və göbələk mənşəli zədələnmələrində, irinli yaralarda məhlulu zədələnmiş nahiyələrin yuyulması üçün və islatma şəklində istifadə etmək lazımdır. Proktitin və xoralı kolitin müalicəsi üçün preparatın ilıq məhlulunu kəskin iltihab əlamətləri tamamilə aradan qalxana qədər sutkada 2 dəfə 50-100 ml dozada imalə şəklində istifadə etmək lazımdır. Xroniki paraproktit zamanı əmələ gələn fistulları Dekasan preparatı məhlulu ilə 3-4 sutka müddətində hər gün yumaq lazımdır. Yetkin yaşlı pasiyentlərdə sidik kisəsinin yuyulması məqsədi ilə dekametoksin məhlulunu təmizlənmiş su ilə 1:7-yə nisbətində durulaşdırdıqdan sonra, 500-600 ml dozada (müalicə kursu 7-20 yuyulmadan ibarətdir) istifadə etmək lazımdır. Ağız boşluğunun selikli qişasında qeyd olunan zədələnmələri 10-15 dəqiqə müddətində 25-50 ml-lik applikasiyalar və ya ağız boşluğunun yaxalanması (100-150 ml) yolu ilə müalicə etmək lazımdır. Kəskinləşmə mərhələsində I-II dərəcəli parodontozun distrofik-iltihabi formasının müalicəsini, iltihab təzahürləri səngiyənə qədər damaqların patoloji ciblərinin preparatın ilıq məhlulu ilə (50- 70 ml) yuyulması və ya damaqların applikasiyası ilə həyata keçirmək lazımdır. Ağız boşluğunun selikli qişasının kandidoz zədələnməsi, xoralı-nekrotik gingivit qeyd olunan pasiyentlər preparatın məhlulu ilə ağız boşluğunu 5-10 gün müddətində sutkada 4 dəfə (100-150 ml) yaxalamalıdırlar. Badamcıqların kandidozu, xroniki tonzillit qeyd olunduqda, damaq badamcıqlarının lakunalarını (çuxurlarını) preparatın istifadəsi ilə yumaq (bir yuyulmaya 50-75 ml) lazımdır. Stafilokokk və difteriya çubuqları daşıyıcılarının sanasiyası, preparatın məhlulu ilə əsnəyin yaxalanması, lakunaların, burun-boğaz nahiyəsinin və badamcıqların yuyulması yolu ilə aparılır. Lakunaları günaşırı gündə 3-5 dəfə yumaq lazımdır. Ağciyər absesi, bronxoektaziya xəstəliyi, irinləşmə ilə ağırlaşmış ağciyərlərin kistoz hipoplaziyası, kəskinləşmə mərhələsində xroniki bronxit qeyd olunan yetkin yaşlı pasiyentlərə Dekasan preparatını endobronxial yolla yeritmək lazımdır: – mikrotraxeostoma vasitəsi ilə – gündə 1-2 dəfə 25-50 ml; – transnazal kateter vasitəsi ilə – gündə 1 dəfə 5-10 ml; – ultrasəs inhalyasiya üsulu ilə – gündə 1-2 dəfə 5-10 ml; – traxeobronxial ağacın yuyulması vasitəsi ilə – 100 ml. Müalicənin davametmə müddəti 2-4 həftə təşkil edir. Qarın və plevral boşluqların irinli-iltihabi xəstəliklərinin müalicəsi zamanı zədələnmiş nahiyəni, 10 dəqiqə müddətindən az olmayan ekspozisiya ilə daşana qədər Dekasan preparatı ilə doldurmaq lazımdır. Zərurət yarandıqda, o cümlədən “möhkəm” (drenajsız) tikiş olduğu halda, cərrahi müdaxilə nəticəsində əmələ gələn boşluğu dəfələrlə təkrar doldurmaq, məhlulu dəfələrlə dəyişmək və sonda təmiz su müşahidə olunana qədər yumaq lazımdır. Boşluğun axınla yuyulmasını drenaj vasitəsi ilə və ya punksiya üsulu ilə aparmaq lazımdır. Uşaqlıq yolu selikli qişasının mikrob, göbələk və trixomonada mənşəli zədələnmələrinin müalicəsi üçün Dekasan preparatını (38° C temperatura qədər qızdırılmış 50-100 ml preparat gündə 3 dəfə) şırınqa şəklində istifadə etmək lazımdır. Bu qayda ilə həmçinin, doğuşdan əvvəl doğuş yollarının birdəfəlik sanasiyasını həyata keçirmək mümkündür. Doğuşdan sonrakı endometritin müalicəsini uşaqlıq boşluğunu sutkada 2 dəfə preparatın ilıq məhlulu ilə (150-200 ml) yumaqla təmin etmək olar. Əllərin və rezin əlcəklərin mikrobsuzlaşdırılmasını, əvvəlcədən təmiz yuyulmuş dezinfeksiyası nəzərdə tutulmuş səthlərin üzərinə 5 dəqiqə müddətində 5-10 ml preparatın çəkilməsi ilə əldə etmək mümkündür. Təmizlənmiş tibbi alətləri, ağızlıqları, borucuqları və digər tibbi avadanlığı dezinfeksiya etmək məqsədi ilə, onları 30 dəqiqə müddətində məhlula yerləşdirmək lazımdır. Pediatriyada istifadəsi Kəskinləşmə mərhələsində xroniki bronxitdən əziyyət çəkən 12 yaşdan yuxarı uşaqların müalicəsi üçün preparatı sutkada 1-2 dəfə 5-10 ml dozada ultrasəs inhalyasiyaları üsulu ilə istifadə etmək lazımdır. 18 yaşa qədər uşaqlarda digər göstərişlər zamanı preparatın istifadə təcrübəsi yoxdur.
Əlavə təsirləri
Bəzi pasiyentlərdə ayrı-ayrı hallarda fərdi həssaslığın yüksəlməsi müşahidə oluna bilər. Həmin pasiyentlərdə preparatın istifadəsindən sonra dəri üzərində səpgilər, yanğı hissi, quruluq, qaşınma və digər yerli allergik reaksiyalar qeyd oluna bilər; preparatı endobronxial yolla istifadə etdikdə, döş sümüyü arxasında yanğı hissi meydana çıxa bilər və bu hal, prosedura sona çatdıqdan 20-30 dəqiqə sonra sərbəst aradan qalxır.
Doza həddinin aşılması
Preparatın orqanizmdə sorulmamasını nəzərə alaraq, doza həddinin aşılması müşahidə olunmur.
Buraxılış forması
200 ml və ya 400 ml məhlul, şüşə flakonda.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108. Tel.: +38 (044) 281-01-01.
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.