Decomb 15 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Digər dərmanlarla kombinə olunmuş Triamsinolon |
| İstehsal ölkəsi | Fələstin |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,05 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat ( xəstələr üçün)
DEKOMB xaricə istifadə üçün krem DECOMB
Tərkibi
Təsiredici maddə: 1 qram kremin tərkibində 100000 BV nistatin, 2,5 mq neomisin sulfat, 0,25 mq qramisidin, 1 mq triamsonolon asetonid vardır. Köməkçi maddələr: alüminium hidroksid, setil spirti, setostearil spirti, qliserin monostearat, lavanda yağı, duru parafin, propilenqlikol, təmizlənmiş su, dimetikon 350 C, natrium disulfit, natrium hidroksid, sorbit turşusu, sorbitol məhlulu, titan dioksid, tvin 40, tvin 60.
Təsviri
Lavanda qoxulu, sarı rəngli bircinsli kremdir.
Farmakoterapevtik qrupu
Digər dərmanlarla kombinə olunmuş Triamsinolon ATC kod: D07XB02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Triamsinolon asetonid kortikosteroid aktivliyə, iltihabəleyhinə, qaşınmaəleyhinə və allergiyaəleyhinə təsirlərə malikdir. Triamcinolon epidermisdən nüfuz edir və qlükokortikoidə həssas hüceyrə reseptorları ilə birləşir, preparatın hüceyrə nüvəsinə daxil olmasını və onun farmakoloji effektlərini təmin edir. Yerli qlükokortikosteroidlər sağlam dəri səthi ilə adsorbsiya olunur. Yerli qlükokortikoidlərin adsorbsiya dərəcəsi kremin əsasından, epidermisin tamlığından və okkluzion sarğıdan aslıdır. Triamsinolon asetonidin zədələnməmiş dəridən 1-3% adsorbsiya olunur , dəri infeksiyalarında, yara və xoralar zamanı adsorbsiya faizi 2-4 dəfə yüksəlir. Dəriyə nüfuzundan sonra, yerli qlükokortikosteroidlərin farmakokinetikası sistem təyin edilmiş analoqların farmakokinetikasına uyğun olur. Triamsinolonun plazma zülalları ilə birləşmə dərəcəsi təxminən 68% -dir. Triamsinolon əsasən qaraciyərdə metabolizə olunur və sidik və nəcisdə xaric olur. Nistatin polien antibiotik olub Streptomyces noursei tərəfindən sintez olunur. Maya və mayayabənzər göbələklərə, xüsusilə Candida spp. və Aspergillus spp. funqisid və funqistatik təsiri göstərir. Həssas törədicilərin membran sterollərinə birləşərək fəaliyyət göstərir, bu membran keçiriciliyində dəyişikliklərə və hüceyrə komponentlərinin məhvinə səbəb olur. Yerli istifadə zamanı Candida spp.-a birbaşa təsir göstərir. Bakteriyalar və viruslara qarşı aktiv deyil. Dəriyə çəkildikdə sorulmur. Neomisin bir çox qram-mənfi bakteriya və bəzi qram müsbət bakteriyalara qarşı effektiv aminoqlikozid antibiotikdir, lakin protein sintezini ingibə etdiyinə görə streptokokka təsir göstərmir. Neomicin zədələnməmiş dəridən sorulmur, lakin dəridə iltihab olduqda sorula bilir. Dəridən sorulduqdan sonra sidiklə dəyişilməmiş şəkildə xaric olur, yarımparçalanma dövrü təqribən 2-3 saat təşkil edir. Pseudomonas aeruginosa-a qarşı aktiv deyil və mikroorqanizmlərin neomisinə qarşı davamlı ştamlarının meydana çıxması mümkündür. Qramisidin bir çox qram müsbət mikroorqanizmlərə, o cümlədən Streptococcus spp., Staphylococcus spp. qarşı patogen membranın keçiriciliyinin pozulmasına görə antimikrob təsir göstərir. Dəriyə çəkildikdə sorulmur. Farmakokinetikası Topik kortikosteroidlərin adsorbsiya intensivliyi köməkçi maddələrin xassələri, epidermisin vəziyyəti, okluzion sarğının istifadəsi də daxil olmaqla bir çox amillərdən asılıdır. Topik kortikosteroidlər, sağlam toxumaların səthindən adsorbsiya edilə bilər, iltihablı dəyişikliklər və / və ya dəri zədələnmələri preparatın adsorbsiyasını artırır. Nistatin və qramisidin sağlam toxumalarından və ya selikli qişa səthindən sorulmur. Neomisin dərinin iltihabi xəstəlikləri zamanı sorula bilər. Yarımparçalanma dövrü 2-3 saatdır.
İstifadəsinə göstərişlər
Dekomb krem kortikosteroidlərə həssas səthi dermatozlar, həmçinin bakteriya və göbələklərlə ikincili infeksiyalaşma və ya aşağıda adı çəkilən xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilir: ▪ Atopik dermatit ▪ Seboreyalı dermatiti ▪ Xroniki sadə dəmrov (neyrodermit) ▪ Psoriaz (xüsusən üz nahiyəsində və büküşlərdə müşahidə olunarsa) ▪ Allergik kontakt dermatiti.
Əks göstərişlər
• Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq • Dəri vərəmi • Sifilisin dəri forması • Suçiçəyi • Dərinin virus xəstəlikləri, peyvənddən sonrakı dəri reaksiyaları, parazitar dəri infeksiyaları • Açıq yaralar, trofik yaralar, yanıqlar və ixtioz • Rosacea, acne vulgaris, ağızətrafı dermatit • Dəri atrofiyası, dəri damarlarının kövkərliyi • 3 yaşa qədər uşaqlar • Qulaq pərdəsi perforasiya olunmuş xəstələrdə xarici qulaq keçəcəyinə istifadəsi • Böyük dəri səthinə ototoksik təsir meydanagəlmə ehtimalına görə • Oftalmologiyada istifadəsi Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Preparat yalnız xarici istifadə üçün nəzərdə tutulmuşdur. Digər lokal qlükokortikosteroidlər kimi, qlaukoma və katarakta inkişaf etdiyindən göz ətrafında istifadə edilə bilməz. Yüksək həssaslıq və ya qıcıqlanma əlamətləri muşahidə edirsə, dərmanın istifadəsi dayandırılmalıdır. Yerli kortikosteroidlərin sistem absorbsiyası bəzi xəstələrdə geridönən hipotalamo-hipofizar-adrenal sistemin zəifləməsinə, İtsenko-Kuşinq sindromunun inkişafına, hiperglisemi və qlikozuriyə səbəb ola bilər. Kortikosteroidlərin sistem absorbsiyasını artıran amillər dərinin geniş səthinə çəkilməsi, uzun müddətli istifadəyə və sıx sarğı səbəb ola bilər. Belə hallarda hipotalamo-hipofizar-adrenal sistemin funksiyasına dövri nəzarət tələb olunur və ciddi problem müəyyən olunarsa dərmanın istifadəsini dayandırmaq və ya daha az aktiv kortikosteroid ilə əvəz etmək lazımdır. Hipotalamo- hipofizar-adrenal sistemin funksiyasının bərpası dərmanın dayandırılmasından sonra tez və tam olur bərpa olur. Çalışmaq lazımdır ki, preparat gözə düşməsin. Uşaqlarda və böyrək çatışmazlığı olan xəstələrdə kremi sıx sarğı altında istifadə etmək olmaz. Əhəmiyyətli sistem absorbsiya (geniş dəri səhtinə və sıx sarğı istifadəsi zamanı) riski zamanı xəstələrə diqqət edilməlidir ki, elektrolit balansının pozulması, sistemli təsiri inkişafı riski ilə bağlı xəstələrə nəzarət edilməlidir ki, həzm pozğunluğu, şəkərli diabet, miopatiya, katarakta, qaraciyər və ya böyrək funksiyasının pozulması, osteoporoz, qanaxma kimi əlamətlər inkişaf etməsin. Uşaqlar qlükokortikosteroidlərin sistemli mənfi təsirinə qarşı daha həssas olurlar. Bəzi hallarda uşaqlarda yerli kortikosteroidlərin istifadəsi hipotalamo-hipofizar-adrenal sistemin pozulması faktı aşkarlanır ki, bu da uşaqlarda Kuşinq sindromu və kəllədaxili hipertenziya ilə müşayət edilir. Böyrəküstü vəzinin funksiyalarının zəifləməsi boy artımının ləngiməsi, çəki artımının zəifləməsi, plazmada kortikosteroidlərin miqdarının aşağı olması kimi v əlamətlərlə özünü biruzə verir. Kəllədaxili hipertoniyanın əlamətləri kimi başağrıları və ikitərəfli görmə sinirinin ödemini göstərmək olar. Psoriaz xəstəliyində yerli kortikosteroidlərin istifadə xəstəlinin gedişini kəskinləşdirə bilər. Göbələk xəstəliyində yerli antibiotiklərin istifadə xəstəlinin gedişini kəskinləşdirə bilər. Dəri dermatozların müalicəsində steroid rozaseya ehtimalı olduğundan müalicə müddəti olmalıdır. Gözətrafı nahiyyəyə çəkilməməlidir. Aminoklikozid qəbulu zamanı ototoksik və nefrotoksik təsirinin olmasını nəzərdən qaçırmaq olmaz. Yadda saxlamaq lazımdır ki, xroniki dermatozda ikincili infeksiya zamanı dəri preparatın tərkibindəki komponentlərə qarşı daha həssas olur. Qıcıqlanma baş verərsə, dərman qəbulu dayandırılmalı və başqa bir dərman təyin edilməlidir. Əgər 7 gün ərzində müalicə davam etməyinə baxmayaraq xəstəliyin əlamətləri azalmırsa və ya artırsa və ya sistem müalicənin əlamətləri hiss olunursa, mütləq müvafiq antibiotik təyin olunmalıdır. Əgər heç bir müalicəvi effekt əldə olunmursa Dekombla müalicə dayandırılmalıdır. Superinfeksiya və ya yayılmış göbələk aşkar olunarsa preparatın qəbulu dayanmalı və müvafiq tədbirlər görülməlidir. Əgər törədicinin Dekombun təris spektrinə uyğun gəlməsinə tərəddüd varsa mütləq preparatın antiinfetksion komponentinə qarşı həssaslıq yoxlanılmalıdır. Üz nahiyyəsinə 5 gündən artıq istifadə etmək olmaz. Dekomb istifadəsi zamanı sıx sarğı qoymaq olmaz. Dekombun tərkibində setil spirti, setostearil spirti, sorbin turşusu vardır ki, dəriyə çəkdikdə yerli dəri reaksiyaları, propilenqlikol isə yerli dəri qıcıqlanması meydana gətirə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə istifadəsi: tərkibində triamsinolon, nistatin, qramisidin və neomisin olan preparatların teratogen təsirinin olub olmaması öyrənilməyib. Heyvanlar üzərində kiçik dozalarda sistem olaraq teratogen təsir tədqiq olunub. Laborator heyvanların dərisinə güclü sistem kortikosteroidlərin teratogen təsiri nümayiş etdirilib. Dekombun hamilələrdə istifadəsi dərmanın dölə gözlənilən mənfi təsiri anaya gözlənilən müalicəvi effektindən yüksək olmazsa təyin edilə bilər. Lakin bu halda belə preparat uzunmüddətli və geniş dəri səthinə çəkilməməlidir. Laktasiya dövründə istifadəsi: Dekombun tərkibindəki hər hansı komponentin ana südü ilə xaric olması barədə məlumat yoxdur. Sistem qlükokortikosteroidlərin təyinatının yenidoğulmuşa mənfi təsir etməsi ehtimalı çox aşağıdır. Lakin bu halda belə preparat uzunmüddətli və geniş dəri səthinə çəkilməməlidir. Nəqliyyat vasitələrini və diğər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dekomb istifadəsi zamanı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsir müşahidə edilməmişdir.
İstifadə qaydası və dozası
Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda dozalanması: Krem zədələnmiş nahiyəyə nazik qat şəklində gündə 2 dəfə (səhər və axşam) çəkilməlidir. Müalicə kursunun müddəti 14 gündən artıq olmamamlıdır. Dekomb krem 7 gün davamlı olaraq istifadə olunursa və heç bir müalicəvi effekt əldə olunmursa mütləq sistem və ya yerli antibiotikoterpaiya olunmalıdır. 3 yaşa qədər uşaqlarda dozalanması: Dekomb kremin 3 yaşa qədər uşaqlarda təhlüksizliyi və effekttliyi öyrənilməmişdir. 3 yaşa qədər uşaqlara yerli qlükokortikosteroidlərin istifadəsi əks göstərişdir, 3 yaşdan yuxarı uşaqlara isə qısamüddətli və həkim nəzarəti altında olmalıdır. İstifadə qaydası: Dekomb krem xaricə istifadə üçün nəzərdə tutulmuşdur.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Bəzən (≥ 1/1000 – < 1/100): yerli qlükokortikosteroidlərin istifadəsindən sonra yaranan əlavə təsirlər aiddir: qıcıqlamna, qaşınma, dəridə quruluq, tük soğanaqlarının iltihabı, hipertrixoz, dərinin nazilməsi, geridönməz atrofik dəyişikliklər, damar ulduzcuqları, üzün qızarması, üz dərisinin iltihabı, civzələr, krem çəkilən hissədə dəri iltihabı. Qlükokortikosteroidlər yaranın sağalmasını ləngidə bilərlər. Nadir hallarda (≥ 1/10000 – < 1/1000); tərkibindəki nistatitin hesabına dəriyə çəkdikdə qıcıqlanma baş verə bilər. Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil): bu tip əlavə təsirlərə qlükokokortikosteroidlərin uzun müddətli istifadəsi və onların geniş səthə çəkilməsi zamanı müşahidə olunur. Əsas əlamətlər kimi böyrəküstü vəzi çatışmazlığı, arterial hipertenziya, itsenko-Kuşinq sindromu, piylənməyə meyillilik, ayabənzər üz, dəridə çəhrayı-purpur və ya bənovşəyi zolaqlar, bədəndə tüklənmə, qlükozaya qarşı tolerantlığın pozulması aiddir. Qlükokortikoidlərin maksimal sorulması nazik və yaş dəridə daha yüksək olur. Tərkibində qramisidin və neomisin olması səbəbindən allergik reaksiyalar da mümkündür. Dərmanın istifadəsi zamanı keçici xarakterli qıcıqlanma ola bilər. Kremin geniş dəri səhtinə istifadəsi zamanı böyrək funksiyasının pozulması və eşitmənin zəifləməsi halları mümkündür. Yadda saxlamaq lazımdır ki, bez və ya sıx sarğı altında kremin istifadəsi onun əlavə təsirlərinin tezliyini artırır.
Doza həddinin aşılması
Yerli qlükosteroidlər dəridən yaxşı sorulur və artıq dozada sistem effektlər meydana gətirə bilər, lakin qeyd olunmalıdır ki, kəskin doza həddini aşma və ciddi əlavə təsirlər yerli istifadə zamanı aşağı ehtimalla müşahidə olunur.
Buraxılış forması
15 q krem, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25˚C-dən yuxarı olmayan temperaturda, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İstifadə etməzdən əvvəl preparatın yararlılıq müddətini yoxlayın.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Birzeyd Farmaseutikal Co., Fələstin. Ünvan Fələstin, Ramallah.
Qeydiyyat vəsiqəsinin sahibi
FARMAKEYƏ İnt.ko/BPC, Fələstin.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.